Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 27 28 29 30 31 32 33 34 35 » #
    ATƏT nümayəndələri RİTN-də olublar
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) ATƏT-in nümayəndələri ilə görüş keçirilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Adil Axmetov, anti-semitizmlə mübarizə üzrə şəxsi nümayəndəsi Rabbi Andrev Baker, irqçilik, ksenofobiya və diskriminasiya ilə, həmçinin xristianlara və digər dinlərin üzvlərinə qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Katerin Makqines iştirak edib.

    Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, RİTN informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsinə məsul olan qurumdur. Bundan irəli gələrək nazirlik ölkədə telekommunikasiya, informasiya texnologiyaları və poçt sahəsinin inkişaf etdirilməsi missiyasını daşıyır. Nazir müavini əlavə edib ki, internetin inkişaf etdirilməsi də nazirliyin əsas hədəflərindən biridir.
    12.10.12 Məqaləni oxumaq
     
    TÜRKPA dünya gənclərini İstanbula toplayır
    TÜRKPA tərəfindən 14-16 oktyabr tarixində Türkiyənin İstanbul şəhərində “Dövlətlərarası Əməkdaşlığın İnkişafi Prosesində Gənc Liderlərin Rolu” mövzusunda Beynəlxalq Forum keçiriləcək. Konfrans Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Əlaqələr Komissiyasının 3 noyabr 2011-ci il tarixində keçirilən birinci iclasında qəbul olunan qərara əsasən həyata keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər.

    Konfransın keçirilməsində məqsəd şəxsi münasibətlər və dialoqun yaradılması məqsədilə müxtəlif ölkələrdən olan gənc liderləri bir araya toplamaq, fərqli mədəniyyət, dil və ənənələrə sahib olan region ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, ortaq gələcəyi birlikdə qurmaq, tarixi, mədəni, coğrafi dəyərləri həmrəylik içində irəliyə götürmək və bu məqsədlə gənclərin rolunu ortaya qoymaqdır.
    11.10.12 Məqaləni oxumaq
     
    SAM rəhbəri Rusiya və Türkiyəyə rəsmi səfər edəcək
    Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov 11-13 oktyabr  tarixlərində Rusiyanın Azərbaycan Gənclər Təşkilatının təşkil etdiyi Rusiya–Azərbaycan Gənclərinin Forumunda iştirak etmək üçün Moskva şəhərinə səfər edəcək.

    SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Rusiyadan sonra Fərhad Məmmədov Türkiyəyə yola düşəcək. Məqsəd Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Katibliyi (TÜRKPA) tərəfindən 14-16 oktyabr  tarixlərində müxtəlif ölkələrdən olan gənc liderlərin iştirakı ilə “Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu” mövzusunda Türkiyənin İstanbul şəhərində təşkil olunacaq Beynəlxalq Forumda iştirak və çıxış etməkdir. Forumun təşkilinin məqsədi regionda və Avrasiya məkanında sülh və sabitliyin əldə olunmasında əsas vasitəçilərdən olan gənc liderlərin konstruktiv dialoqunu yaratmaq üçün onları bir araya toplamaqdır.
    11.10.12 Məqaləni oxumaq
     
    Prezident Kuba səfirinin etimadnaməsini qəbul edib
    Prezident İlham Əliyev bu gün Kubanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Omar Senon Medina Kinteronun etimadnaməsini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, səfir fəxri qarovul dəstəsinin qarşısından keçərək etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib. Azərbaycan ilə Kuba arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı bu əlaqələri daha da genişləndirməyin zəruriliyini vurğulayıb. Ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirən prezident İlham Əliyev iqtisadi və digər sahələrdə fəal əməkdaşlıq əlaqələri yaratmağın önəmini qeyd edib. Kubanın yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteron ölkəmizdə gedən çox böyük inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını deyib. Səfir Azərbaycan ilə Kuba arasında əlaqələrin möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.
    11.10.12 Məqaləni oxumaq
     
    Araz Əzimov: “Azərbaycana İranın Ermənistana “həyat” verməsi xoş gəlmir”
    “Azərbaycana İranın Ermənistana “həyat” verməsi xoş gəlmir”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov «Hurriyet Daily News»ə bildirib. “İran Ermənistanı enerji, təbii qaz və neftlə təmin edir. Yeni yollar tikir onlar üçün. Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qəti mövqe İran və Rusiyanın dəstəyi ilə şərtlənir” - deyə nazir müavini bildirib. Onun sözlərinə görə, İran Ermənistanla gələcəkdə münasibətləri qurarkən Türkiyədən örnək götürməlidir: “Türkiyə bəyan edib ki, işğal olunmuş Azərbaycan torpaqları azad olunmaya kimi Ermənistanla münasibətlər qurmayacaq”. Bakı ilə Tehran arasında münasibətlərə toxunan Araz Əzimov bildirib ki, rəsmi Tehranın İranın nüvə alimlərinin İsrail tərəfindən öldürülməsində Bakını fəaliyyətsizlik göstərməkdə ittiham etməsindən sonra pisləşib. Lakin diplomatın sözlərinə görə, Bakı ilə Təl-Əviv arasında münasibətlər Tehranı narahat etməməlidir. O, əlavə edib ki, Azərbaycan imkan verməz ki, hər hansı bir üçüncü ölkə onun ərazisindən İrana hücum etsin.
    11.10.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşüb
    Xarici işlər naziri Elmar Məmmədyarov Ukraynaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Konstantin Qrişenko ilə görüş keçirib. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər müzakirə edilib və iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan və Ukrayna xarici işlər nazirləri GUAM-ın 15 illiyi ilə əlaqədar Kiyevdə keçirilən xarici işlər nazirləri Şurasının iclasının gündəliyini müzakirə ediblər.
    10.10.12 Məqaləni oxumaq
     
    “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentə tövsiyə olunub
    Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, komitə sədri Ziyad Səmədzadənin sədrliyi ilə keçən iclasda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

    Komitə sədri bildirib ki, layihə enerji təhlükəsizliyi baxımından çox vacibdir. Layihə barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Metrologiya xidmətinin rəisi Oqtay Abbasov məlumat verib. O qeyd edib ki, bu sahəni tənzimləyən mövcud qanun 2000-ci ildə qəbul olunub və bu qanun hazırda mövcud dövrün beynəlxalq standartlarına cavab vermir: “Yeni qanun hazırlanarkən metrologiya sahəsində dünya praktikası öyrənilib və tətbiq edilib. Yeni sənəd Avropa Komissiyasının ekspertləri tərəfindən müzakirə edilib və onların layihə ilə bağlı təklifləri nəzərə alınıb”.
    09.10.12 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Məhəmməd Peyğəmbər məktəbi məscidə deyil, məscidi məktəbə çevirən Allahın elçisi olub”
    “Bakıda keçirilən son hicab adı altında toqquşma ünvan etibarilə Təhsil Nazirliyinə qarşı deyil, bütövlükdə cəmiyyətə qarşıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, bu protest ruhu Qərb dəyərlərinə daha çox uğrayan çoxmilyonlu xalq kütlələri ilə mühafizəkar ənənələrə bağlı olanları hələ çox üz-üzə qoyacaq: “Maraqlı statistikadır - dinə etiqad edənlər artır və hamı da avropalı olmaq istəyir. Böyük əksəriyyət Quranın buyurduğu kimi yaşaya və geyinə bilmir. İran isə hesab edir ki, hicab cəmiyyətdə stabilliyə və mənəvi dayanıqlığa xidmət edir. Bütün tarix boyu insanın özünüaparması və davranışları hər cür qiyamlara, toqquşmalara və gərginliyə səbəb olur”. Deputatın fikrincə, İrana görə, yalnız hicab vasitəsilə qəlb rahatlığına və cəmiyyətdəki harmoniyaya nail olmaq olar: “Onların təbirincə, qadının əsas quruluş elementlərinin görünməməsi onu kənar nəzərlərdən qoruyur, daxili mənini, fiziki inkişafını təmin edir, Allaha etiqadı, imanı vasitəsilə xeyirxahlığa, gözəlliyə və humanizm dəyərlərinə sahib olur.
    09.10.12 Məqaləni oxumaq
     
    Milli Məclis rəhbərliyinin qəbul günləri açıqlanıb
    Azərbaycan Milli Məclisinin rəhbərliyinin bəzilərinin oktyabr ayı üçün qəbul günləri açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Belə ki, Milli Məclisi sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun bu ay üçün qəbul günü bu gündür. Vitse-spiker Bahar Muradova oktyabrın 17, vitse-spiker, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov isə oktyabrın 29-da vətəndaşları qəbul edə biləcək.
    09.10.12 Məqaləni oxumaq
     
    Prezident Uruqvay-Azərbaycan dostluq qrupunun rəhbərini qəbul edib
    Prezident İlham Əliyev Uruqvay Şərq Respublikası Nümayəndələr Palatasının xarici əlaqələr daimi komissiyasının sədri, Uruqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Mario Jaime Trobonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Uruqvaydan böyük nümayəndə heyətinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini qeyd edib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf dövrünü yaşadığını vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin daha da genişləndirilməsi üçün əlavə tədbirlər görməyin zəruriliyini bildirib. Azərbaycan ilə Uruqvay arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı daha da möhkəmləndirməyin vacibliyini qeyd edən dövlət başçısı münasibətlərimizin genişlənməsində parlamentlərarası əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini deyib. İkitərəfli münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına və əlaqələrimizin genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
    06.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 27 28 29 30 31 32 33 34 35 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30