Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  25 26 27 28 29 30 31 32 33  #
    Cinayət Məcəlləsinə məhkumların ictimai işlərə cəlb edilməsi ilə bağlı dəyişikliklər edilir
    Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan haqları komitəsi ilə birgə iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda əvvəlcə Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı sənəd müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynlinin sədrliyi ilə keçirilən iclasda sənəd barədə komitə üzvü Rafael Cəbrayılov məlumat verib. O qeyd edib ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə məhkumların ictimai işlərə cəlb edilməsi ilə bağlı dəyişikliklər öz əksini tapıb. Onun sözlərinə görə, Məcəllədə olan müddəalar kifayət qədər köhnəlib. Dəyişiklərə əsasən ictimai işlər 80 saatdan 320 saatadək müddətdə müəyyən edilir və gün ərzində 4 saatdan çox ola bilməz. Bu cəzaya məhkum olunmuş şəxs həmin işləri yerinə yetirməkdən qərəzli boyun qaçırsa, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edə bilər.
    24.10.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputat QDİƏT PA-nın komitə iclasına dəvət olunub
    Bu gün Milli Məclisin deputatı Jalə Əliyeva Rumıniyanın Buxarest şəhərinə gedir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Deputat Qara Dəniz hövzəsi qeyri-hökumət təşkilatlarının forumuna Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının Mədəniyyət, təhsil, sosial məsələlər komitəsinin sədri kimi dəvət olunub. Tədbirdə uşaq hüquqlarının qorunması və onların gələcəyinin təmin edilməsi mövzusunda müzakirələr aparılacaq. Səfər oktyabrın 26-da başa çatacaq.
    23.10.12 Məqaləni oxumaq
     
    “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklər plenar iclasa tövsiyə olunub
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan haqları komitəsi ilə birgə bu gün keçirilən iclasında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, dəyişikliklər barədə təkliflərin müəllifi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rəfael Cəbrayılov məlumat verib. O qeyd edib ki, Azərbaycanın hazırkı qanunvericiliyi qanunsuz toplantıların təşkilatçılarını inzibati tənbeh tədbirlərinə cəlb edilməsini nəzərdə tutduğu halda iştirakçıları heç bir məsuliyyətə cəlb olunmur: “Təşkilatçı bütün toplantıya nəzarət edə bilməz və hər hansısa iştirakçıya görə məsuliyyət daşıya bilməz”.
    23.10.12 Məqaləni oxumaq
     
    Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibəti ilə fətva verib
    Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibəti ilə fətva verib. QMİ-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müqəddəs Qurban bayramı (Eydül-Əzha) bu il miladi tarixi ili 25-26 oktyabr 2012-ci ilə təsadüf edir. Bu münasibətlə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və eləcə də bütün müsəlmanları təbrik edir, belə bir əziz gündə Allah-Təaladan hamıya mərhəmət və məgfirət diləyir. Bu müqəddəs ayda Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti üçün dualar edir, Uca Allahdan hamınıza əmin-amanlıq və xeyir-bərəkət arzulayır.
    23.10.12 Məqaləni oxumaq
     
    “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası prezidentdə təqdim olunacaq
    “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası dekabr ayında prezidentdə təqdim olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Azərbaycan Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov deyib.

    E.Aslanov xatırladıb ki, ötən il konsepsiyanın hazırlanması ilə bağlı prezident sərəncam imzalayıb və proqramın hazırlanması ilə bağlı müvafiq qurumlar iş aparıblar. Onun sözlərinə görə, bu strategiya Azərbaycanın yalnız iqtisadi və sosial inkişafını deyil, həmçinin 2020-ci ildə Azərbaycanda demokratik təsisatların daha təkmilləşdirilmiş şəkildə olmasını, QHT-lərin Azərbaycanda fəaliyyətini, üçüncü sektorun cəmiyyətin həyatında daha fəal rol oynamasını və digər məsələləri özündə əks etdirir.
    20.10.12 Məqaləni oxumaq
     
    Müdafiə Nazirliyində ABŞ-Azərbaycan hərbi əməkdaşlığı müzakirə olunub
    Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüş zamanı ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri, regionda vəziyyət və Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada əhəmiyyəti rolu barədə geniş fikir mübadiləsi aparılıb.
    19.10.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Alman-Azərbaycan Forumunda çıxış edib
    Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya rəsmi səfəri çərçivəsində Alman-Azərbaycan Forumunun təşkil etdiyi qəbulda çıxış edib.

    Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Elmar Məmmədyarov bu il Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinin qeyd olunduğunu bildirib və iki ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın olduğunu vurğulayıb. Almaniyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi və Ermənistan-Azərbaycan münaqişəsinin həllində tutduğu mövqeyi yüksək qiymətləndirib. O, həmçinin Azərbaycanın Almaniya ilə ikitərəfli münasibətləri mədəniyyət və humanitar sahələr də daxil olmaqla bundan sonra daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.
    19.10.12 Məqaləni oxumaq
     
    Elnur Aslanov: Minsk qrupunun fəaliyyətində çox passivlik hiss olunur
    “İstəyimiz odur ki, Amerika Azərbaycana daha fəal şəkildə dəstək dursun”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında  “Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Azərbaycan Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov deyib.
    E.Aslanov xatırladıb ki, Amerika ATƏT-in Minsk  qrupunun üzvüdür: “Çox təəssüflər olsun ki, son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk qrupunun fəaliyyətində çox passivlik hiss olunur. Ona görə də, istəyimiz odur ki, ABŞ, həmçinin digər aparıcı dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynasın, işğalçını işğalçı kimi adlandırsınlar və Azərbaycan ərazilərinin ən yaxın zamanda azad olunmasına nail olunsun”. 
    19.10.12 Məqaləni oxumaq
     
    Elnur Aslanov icazəsiz aksiyalarla bağlı cərimələrin artırılmasına münasibət bildirib
    Azərbaycanın Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov icazəsiz aksiyalarla bağlı cərimələrin artırılması üçün Milli Məclisə daxil olan layihəyə münasibət bildirib. “KƏLAMİNFO”nun məlumatına görə, E.Aslanov deyib ki, bununla bağlı qərarı parlamentarilər verəcək. Millət vəkilləri Milli Məclisdə açıq və şəffaf müzakirələr aparacaq, onlar bu layihə ilə bağlı öz sözlərini deyəcəklər. Bu layihə ilə bağlı hökumətin mövqeyinə gəlincə, E.Aslanov deyib ki, parlamentarilərin qəbul etdikləri qərarı dəstəkləməyə hazırdırlar.
    19.10.12 Məqaləni oxumaq
     
    TÜRKPA Beynəlxalq Parlamentlər İttifaqının 127-ci sessiyasında iştirak edəcək
    TÜRKPA nümayəndə heyəti 21-26 oktyabr tarixləri arasında Kanadanın Kvebek şəhərində keçiriləcək 155 ölkənin parlamentini və bir çox beynəlxalq təşkilatları özündə birləşdirən Beynəlxalq Parlamentlər İttifaqının 127-ci Sessiyasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Nümayəndə heyətinə TÜRKPA-nın Beynəlxalq Əlaqələr Komissiyasının sədri və Azərbaycanın Beynəlxalq Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov rəhbərlik edəcək. Nümayəndələr gənclərin iştirakı, münaqişədən sonra yenidənqurma, parlament toxunulmazlığı, çoxtərəflilik və parlament diplomatiyası, neft və enerji təhlükəsizliyi ilə bağlı mövzularda təşkil olunacaq panellərdə iştirak edə biləcəklər. TÜRKPA Beynəlxalq Parlamentlər İttifaqında müşahidəçi statusu ilə təmsil olunur.
    18.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  25 26 27 28 29 30 31 32 33  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30