Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 24 25 26 27 28 29 30 31 32 » #
    Prezident Bülbülün abidəsinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Bakıda, Bülbül prospektində görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyevə məlumat verilib ki, abidənin müəllifi Əməkdar incəsənət xadimi Akif Əsgərovdur. Tuncdan hazırlanmış abidənin postamentlə birlikdə hündürlüyü 4,6 metrdir. Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürüb. Dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub. Azərbaycan Prezidenti mərasimdə çıxış edib. Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti Arif Babayev, Rusiyanın Xalq artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, fransız sənətkar, müsabiqənin bədii rəhbəri Robert Koerner, görkəmli müğənninin oğlu Polad Bülbüloğlu Azərbaycan musiqi sənətinin inkişafında Bülbülün əvəzsiz xidmətlərindən danışıblar.
    01.11.12 Məqaləni oxumaq
     
    Mübariz Qurbanlı: “Azərbaycan və Gürcüstan arasında mövcud münasibətlər bundan sonra da davam edəcək”
    «Gürcüstanda yeni hökumətin formalaşdırılması Azərbaycanla bu ölkənin münasibətlərinə təsir göstərməyəcək. Bəzi dairələrin bu haqda fikirlərinin əsası yoxdur». “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri yap.org.az saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaş ölkələrdir. Tərəflər arasında böyük əhəmiyyət kəsb edən müqavilələrin olduğunu xatırladan YAP icra katibinin müavini bu müqavilə öhdəliklərinə hər iki dövlətin bundan sonra da əməl edəcəyini qeyd edib. «Hər hakimiyyət dəyişikliyi zamanı dövlət siyasətinin də dəyişməsini düşünməli olsaq, bu, çox yanlış olardı. Hökumətin dəyişməsi dövlət siyasətinin dəyişməsi demək deyil. Dövlətlərin siyasəti uzunmüddətli strategiyaya və perspektivə əsaslanır. Bu mənada Azərbaycan və Gürcüstan arasında mövcud olan yüksək münasibətlər bundan sonra da davam edəcək» - deyə M.Qurbanlı vurğulayıb.
    31.10.12 Məqaləni oxumaq
     
    Hillari Klinton Elmar Məmmədyarova təbrik məktubu göndərib
    Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova Qurban bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, təbrikdə H.Klinton naziri Qurban bayramı münasibətilə təbrik etməkdən məmnunluq ifadə edib və dünya müsəlmanlarının builki Həcc ziyarətinin qəbul olunmasını arzu etdiyini bildirib.
    31.10.12 Məqaləni oxumaq
     
    Səfər Əbiyev İranın Azərbaycandakı səfirini qəbul edib
    Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, S.Əbiyev yeni səfiri təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıb. Görüşdə İran ilə Azərbaycan arasındakı əlaqələr, bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda səfir Möhsün Pakayin İranın Azərbaycana təyin edilmiş yeni hərbi attaşesini müdafiə nazirinə təqdim edib.
    31.10.12 Məqaləni oxumaq
     
    Bahar Muradova: Müxalifət partiyaları aksiyalarla nəyisə dəyişəcəklərini düşünürlərsə, yanılırlar
    «Etiraz aksiyası keçirmək müxalifətin hüququdur. Amma bu hüquq qanun çərçivəsində həyata keçirilməlidir». “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

    İctimai Palatanın parlamentin qarşısında nəzərdə tutduğu piketin məqsədinə münasibət bildirən B.Muradova qeyd edib ki, bu təşkilatda birləşənlər həmin aksiya ilə nəyisə dəyişəcəklərini düşünürlərsə, yanılırlar. «Onlar parlamentin buraxılmasını da tələb edirdilər. Belə tələblərin yerinə yetirilməsi mümkünsüzdür. Həm hüquqi, həm də praktiki cəhətdən bu proses mümkün deyil. Ona görə də mümkünsüz olan tələblərin ətrafında müzakirələr açılmasının tərəfdarı deyiləm» - deyə vitse-spiker vurğulayıb.
    30.10.12 Məqaləni oxumaq
     
    Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlir
    Avronest PA-da Azərbaycan nümayəndə heyətinin təşəbbüsü və dəvəti ilə Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti oktyabrın 31-dən noyabrın 3-dək Azərbaycanda səfərdə olacaq.

    “KƏLAMİNFO”nun məlumatına görə, qonaqlar noyabrın 2-də Qaçqınların və Məcburi   Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Yeni Azərbaycan Partiyası Baş katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Xarici İşlər Nazirliyi İnsan Haqları İdarəsinin rəisi Əlimirzamin Əsgərov, Avronest nümayəndə heyəti ilə, habelə Azərbaycanın vətəndaş cəmiyyəti fəalları ilə görüşəcəklər.
    Səfərin 2-ci günündə nümayəndə heyəti Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə gedəcək. Elə həmin gün qonaqların Şirvanşahlar Sarayı, Qız Qalası və Crystal Sarayla tanışlığı da gözlənilir.
    Xatırladaq ki, səfərin sonuncu günü yəni noyabrın 3-də qonaqların Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə görüşü nəzərdə tutulur.
    Həmin gün qonaqların ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovla görüşü də gözlənilir.
    30.10.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Abdulla Gülü və Ərdoğanı təbrik edib
    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdulla Gülə təbrik məktubu ünvanlayıb. “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, qardaş Türkiyənin milli bayramı - Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün Türk xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Türkiyə özünün siyasi nüfuzu, iqtisadi qüdrəti ilə regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Biz Türkiyənin beynəlxalq miqyasda bütün uğurlarına hədsiz dərəcədə sevinir və bundan fərəh hissi keçiririk. Xalqlarımızın yekdil iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi, müttəfiqliyi və tərəfdaşlığı qardaşlıq duyğularımızı bariz şəkildə təcəssüm etdirir".
    30.10.12 Məqaləni oxumaq
     
    Bahar Muradova: “İqtidar kimlə o söhbəti eləyib ki…”
    “Azərbaycanda özünü “milli-demokratik və aparıcı” adlandıran müxalifətlə iqtidar arasında 2013-cü il prezident və 2015-ci il parlament seçkiləri ilə bağlı gizli anlaşma, razılaşma əldə olunması ilə bağlı həmin düşərgəyə aid olan mediada məlum fikirlərin səslənməsinin özü onların nə qədər acınacaqlı bir durumda olduğunu göstəricisidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, bu, bütövlükdə həmin müxalifətin gücsüzlüyünü göstərir: “Çünki bu “analitik”lər real vəziyyəti, gedən ictimai-siyasi prosesləri obyektiv olaraq dəyərləndirərək, bundan nəticə çıxarmaqdansa, buna uyğun hərəkət etməkdənsə, sadəcə, nə vaxtsa kiminsə iradəsinə uyğun olaraq hansısa bir hadisənin baş verəcəyini, kiminsə qərarı ilə vəziyyətin onların xeyrinə dəyişəcəyi barədə “proqnoz”lar verirlər və bu “proqnoz”ların reallaşacağına ümid edirlər.
    30.10.12 Məqaləni oxumaq
     
    Azərbaycanın Zəngilan rayonu 19 ildir ermənilərin işğalındadır
    Bu gün Azərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 19 il ötür. “KƏLAMİNFO” xəbər verir ki, 1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında sonuncu rayonu – Zəngilanın işğalını başa çatdırıblar. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik Zəngilan rayonunun ərazisi 700 kvadrat km, əhalisi isə 35 mindən çox olub. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərib. Ümumilikdə I Qarabağ müharibəsində Zəngilan rayonu 188 şəhid verib.
    29.10.12 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Onlar Putinə bağlı xüsusi xidmət orqanlarının yetirmələridir…”
    “Bu gün Rusiya siyasi elitasında kəşfiyyat əsilli insanlar hakimdir və dövlətin daxili, xarici siyasətində də bu tendensiya hakimdir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edir ki, xarici siyasətdə Rusiyanın postsovet ölkələrindəki maraqlarını qabardan prezident Vladimir Putin bu elitanı ətrafında daha sıx birləşdirərək ciddi planlar qurur: “Hətta ölkənin maraqlarını əhatə edən ölkələrdə birbaşa danışıqlara çıxan şəxslər də Putinə bağlı xüsusi xidmət orqanlarının yetirmələridir. Onların bütün proseslərə nəzarət etdiyi barədə formalaşmış mif heç də əsasız deyil, çünki burada qeyd etdiyim kimi, Putinin planları əsas rol oynayır”.
    29.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 24 25 26 27 28 29 30 31 32 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30