Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  23 24 25 26 27 28 29 30 31  #
    Mübariz Əhmədoğlu: Ermənilər Dağlıq Qarabağ siyasətlərinə təhlükə hiss etməyə başlayıblar
    Azərbaycan hökumətinin apardığı aktiv diplomatiya Ermənistanı qorxudur və cavab reaksiyasına təhrik edir. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədr Mübariz Əhmədoğlu oktyabr ayının regional və beynəlxalq ictimai-siyasi proseslərinin yekunları ilə bağlı keçirdiyi ənənəvi mətbuat konfransında deyib. M.Əhmədoğlu bildirib ki, ermənilər Dağlıq Qarabağ siyasətlərinə təhlükə hiss etməyə başlayıblar. Avropanın əksər ölkələri və ABŞ-da artıq erməni yalanlarının yerimədiyini diqqətə çatdıran M.Əhmədoğlu deyib ki, ona görə də ermənilər Latın Amerikası və Avstraliyaya üz tuturlar və həmin ölkələrdə qondarma rejimi tanıtmağa çalışırlar. M.Əhmədoğlu hesab edir ki, ermənilərin fəaliyyətlərinə həm nəzəri-ideoloji, həm də praktiki addımlarla cavab verilməlidir.
    07.11.12 Məqaləni oxumaq
     
    Azərbaycan Avstraliyaya nota verib
    Azərbaycanın Türkiyədəki səfirliyi Avstraliyanın Cənubi Uels ştatının qanunvericilik orqanının qondarma Dağlıq Qarabağ Respublikasının tanınması barədə qətnamə qəbul etməsi ilə əlaqədar bu ölkənin Türkiyədəki səfirliyinə nota göndərib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. Onun sözlərinə görə, Avstraliya səfirliyi ölkəsinin federal səviyyədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bildirib. E.Abdullayev əlavə edib ki, milli müqəddəratı təyinetmə prinsipinə dəstək verilməsi haqda bütün bəyanatlar hansısa ölkənin ərazi bütövlüyünün pozulması mənasına gəlmir. Onun sözlərinə görə, Azərbaycan da dəfələrlə xalqların öz müqəddəratını təyinetmə prinsipini dəstəklədiyini söyləyib. Ancaq bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır.
    06.11.12 Məqaləni oxumaq
     
    "NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu keçirilir
    Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2012-ci il üçün Fərdi Tərəfdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu keçirilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyindən veriblər. Kurs müddətində NATO-nun mobil təlim qrupu tərəfindən iştirakçılara "NATO-nun əməliyyat planlaşdırma prosesi", "Əməliyyatın planlaşdırma mərhələləri və planlaşdırma qrupları", "Planlaşdırma sənədləri", "Strateji sənədlər", "Əməliyyatın inkişaf konsepsiyası və ssenarisi", "Əməliyyatın son nəticəsinin, strateji məqsədlərin, məhdudiyyət və məcburiyyətlərin müəyyən edilməsi" və s. mövzular barədə brifinqlər verilir və sinif təlimləri keçirilir.
    06.11.12 Məqaləni oxumaq
     
    Millət vəkili Cənubi Koreya və Qazaxıstan səfirləri ilə görüşüb
    “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov Cənubi Koreya və Qazaxıstan səfirləri ilə görüşüb. Millət vəkilinin mətbuat sözçüsü Elnur Ağayevin “KƏLAMİNFO”ya verdiyi xəbərə görə, Cənubi Koreya səfiri ilə görüşün əsas müzakirə obyekti bu ölkənin ittifaqa üzvlüyü olub. Qazaxıstan səfiri ilə görüşdə isə noyabrın 29-30-u tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutacaq “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının keçirilməsi və Qazaxıstanın bunda iştirakı barədə məsələlər müzakirə olunub.
    06.11.12 Məqaləni oxumaq
     
    NATO ekspertləri ilə Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü keçirilir
    Silahlı Qüvvələrin Hərbi Akademiyasında Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq, NATO/ABŞ ekspertləri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü keçirilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyindən veriblər. Tədbir müddətində "Müdafiə strategiyası və planlaşdırılması", "NATO-nun əməliyyat proseduraları və hərbi uzlaşma", "İnformasiya müharibəsi", "NATO-nun komanda və nəzarət proseduraları", "Milli təhlükəsizlik üzrə qərarın qəbul edilməsi", "Strateji əməliyyatlar", "İnformasiya texnologiyaların istifadəsi", "Geosiyasət və beynəlxalq münasibətlər", "Hərbi iqtisadiyyat", "Milli təhlükəsizlik strategiyası və siyasətin inkişafı" mövzuları ətrafında müzakirələr aparılır.
    06.11.12 Məqaləni oxumaq
     
    Azərbaycan Prezidentinin rəsmi internet səhifəsi yenilənib
    Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi internet səhifəsi yenilənib. “KƏLAMİNFO” xəbər verir ki, səhifədə müasir internet texnologiyalarından istifadə olunaraq yenilənmələr aparılıb ki, bu da səhifənin daha da oxunaqlı olmasını təmin edib. İnternet səhifədə, həmçinin “Azərbaycan 2020 Gələcəyə Baxış” inkişaf konsepsiyası ilə tanış olmaq mümkündür. İnternet səhifədə prezident İlham Əliyevin keçirdiyi görüşlər, imzaladığı sənədlər, dövlət başçısının fəaliyyəti operativ şəkildə işıqlandırılır, bütün xəbərlər foto və video materiallarla müşayiət olunur. Saytın rus və ingilis versiyaları da mövcuddur.
    05.11.12 Məqaləni oxumaq
     
    Bakıda TÜRKPA-nın Hüquq Komissiyasının 2-ci iclası keçirilir
    Bakıda TÜRKPA-nın Hüquq Komissiyasının 2-ci iclası keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, toplantıda “TÜRKPA üzv dövlətləri parlamentlərinin reqlamentləri və millət vəkillərinin səlahiyyətləri” və “TÜRKPA üzv ölkələri arasında qanunvericilik məsələləri üzrə əməkdaşlıq” mövzusu ilə bağlı hesabat və tövsiyə qərarları müzakirəyə çıxarılıb. Komissiyanın işində Türkiyə Parlamentinin millət vəkili, komissiyanın sədri Halük İpekin başçılığı altında Azərbaycan, Qazaxıstandan, Qırğızıstandan və Türkiyədən millət vəkilləri və TÜRKPA katibliyinin əməkdaşları iştirak edirlər. Komissiyanın işində həmçinin TÜRKPA baş katibi Ramil Həsənov da iştirak edir. R.Həsənov komissiya üzvlərinə TÜRKPA Beynəlxalq Katibliyinin fəaliyyəti haqqında məlumat verəcək. Komissiya üzvləri eyni zamanda, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovla da görüşəcəklər.
    05.11.12 Məqaləni oxumaq
     
    Məzahir Pənahov ABŞ-da keçiriləcək prezident seçkilərini müşahidə edəcək
    Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda səfərdədir. MSK-nın mətbuat xidmətindən “KƏLAMİNFO”ya bildiriblər ki, səfərin məqsədi noyabrın 6-da ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (IFES) təşkil etdiyi “ABŞ-da prezident seçkiləri – 2012” proqramı çərçivəsində müşahidəçilik etmək və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparmaqdır. Qeyd edək ki, 1992-ci ildən etibarən ABŞ-da prezident seçkiləri ərəfəsində mütəmadi olaraq təşkil edilən bu tədbirə müxtəlif ölkələrin seçki qurumlarının rəhbərləri dəvət olunur. Proqram çərçivəsində prezident seçkilərinin müşahidəsi və xarici qurumlarla təcrübə mübadiləsi həyata keçirilir. MSK sədri Məzahir Pənahov da bir neçə ildir ki, bu tədbirdə iştirak edir. Səfər çərçivəsində MSK sədrinin bir sıra rəsmi görüşləri də nəzərdə tutulur.
    02.11.12 Məqaləni oxumaq
     
    Prezident Barak Obamaya başsağlığı verib
    Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya başsağlığı məktubu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: "Sendi" qasırğasının doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı. Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram" - deyə başsağlığında deyilir.
    02.11.12 Məqaləni oxumaq
     
    Nazirlər Kabinetində yeni e-sistem yaradılıb
    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparatı hesabatların elektron formada təqdim edilməsi üçün sistem hazırlayıb. “KƏLAMİNFO” quruma istinadən xəbər verir ki, yeni sistem Azərbaycan Respublikasında dövlət zəmanəti ilə alınan kreditlər, həmçinin texniki yardım və qrantlar hesabına maliyyələşdirilən layihələrin idarə edilməsinin avtomatlaşdırılması sahəsində imkanların artırılmasına xidmət edir. Layihənin məqsədi Nazirlər Kabineti Aparatının Beynəlxalq kredit və yardımlar üzrə şöbəsində dövlət zəmanəti ilə alınan kredit, texniki yardım və qrantların monitorinqi və əlaqələndirilməsindən ibarətdir. Adıçəkilən sistem vasitəsilə layihələrin rüblük, aylıq və operativ hesabatları elektron formada alınaraq onların arxivləşməsi həyata keçirilir ki, bunun da üstünlüyü istənilən vaxt istənilən (cari və ya başa çatmış) layihə haqqında məlumat əldə edərək, layihələrin icrası ilə bağlı işlərin operativ olaraq təhlil edilməsi və bununla da işin keyfiyyətinin yaxşılaşdırılmasının təmin edilməsidir . Ən əsası isə sistem daxil edilən məlumatlara əsasən avtomatik olaraq müvafiq statistik göstəriciləri formalaşdırır.
    02.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  23 24 25 26 27 28 29 30 31  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30