Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 22 23 24 25 26 27 28 29 30 » #
    Azərbaycanla Ukrayna arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib
    Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Ukraynanın müdafiə naziri Salamatin Dmitri Albertoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Sənayesi Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə hərbi-texniki əməkdaşlığın perspektivləri geniş müzakirə edilib. Salamatin Dmitri Albertoviç səmimi qəbula görə minnətdarlığını bildirib. Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Mişenko Aleksandr Pavloviç iştirak edib.
    13.11.12 Məqaləni oxumaq
     
    Prezident Əhmədli qəsəbəsində 14 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib
    Prezident İlham Əliyev bu gün Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində 14 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, ötən il aprelin 1-də prezident İlham Əliyev Əhmədli qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən işlərlə tanış olarkən burada yeni poliklinikanın tikilməsinə dair tapşırıqlarını vermişdi. Dövlət başçısının 2011-ci il 1 aprel tarixli sərəncamı ilə bu tibb müəssisəsinin inşası üçün 1,5 milyon manat vəsait ayrılmışdı. Əhmədli qəsəbəsinə gələn Prezident İlham Əliyev poliklinikanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət stendə baxıb. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov məlumat verib ki, poliklinikanın 780 kvadratmetrlik əvvəlki binası sakinlərin tələblərinə cavab vermirdi. Səhiyyə ocağının müasir memarlıq üslubunda inşa olunmuş üçmərtəbəli yeni binasının sahəsi isə 3,6 min kvadratmetrdir. Prezident İlham Əliyev poliklinikanın rəmzi açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.
    09.11.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “ABŞ son 1 il ərzində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində fəaliyyətini artırıb”
    Barak Obamanın yenidən prezident seçilməsi ABŞ ilə Azərbaycan arasında münasibətlərin bundan sonra da mövcud baza əsasında inkişafına səbəb olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bildirib. O qeyd edib ki, ABŞ ilə Azərbaycan arasında inkişaf edən münasibətlər mövcuddur və bu münasibətlər iki ölkənin milli maraqlarına xidmət edir: “Bundan sonra da münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıyıq. Beynəlxalq təhlükəsizliyin təmin olunması və terrorizmlə mübarizənin aparılmasında Azərbaycan yaxından iştirak edir və bu istiqamətdə Azərbaycan və ABŞ-ın maraqları, həyata keçirdikləri siyasət üst-üstə düşür”.
    08.11.12 Məqaləni oxumaq
     
    Alman-Azərbaycan Xarici Ticarət Palatasının açılışı olacaq
    Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının açılışı keçiriləcək. “KƏLAMİNFO”ya palatadan verilən məlumata görə, tədbir noyabrın 12-də “Four Seasons Hotel Baku”da baş tutacaq. Təntənəli açılış tədbirinə Almaniya Federativ Respublikasının xarici işlər nazirinin müavini Kornelia Pieper, “Ticarət və İnvestisiyalar üzrə Alman-Azərbaycan yüksək səviyyəli işçi qrupunun” həmsədri və Almaniya hökumətinin Azərbaycan ilə iqtisadi əməkdaşlıq qrupunun əlaqələndiricisi Brauner (Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi), Trayer (Almaniya Sənaye və Ticarət Palatası), Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və həmçinin Azərbaycan tərəfindən hökumət nümayəndələri qatılacaqlar. Açılış mərasimində, həmçinin hər iki ölkənin siyasət və iqtisadiyyat sahəsindən yüksək rütbəli nümayəndələr, yerli və xarici sahibkarlar iştirak edəcəklər.
    08.11.12 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: Azərbaycan Gürcüstanla münasibətlərinə yenidən baxmalıdır
    “İndiyə qədər Azərbaycanın Gürcüstana qoyduğu böyük sərmayə, enerji təminatı qarşılığında Tbilisinin guya ermənipərəst siyasət yürütmədiyinin şahidi olmalıydıq. Amma əksini gördük.”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi Gürcüstan - Azərbaycan münasibətlərində keçid dövrü adlı Dəyirmi masada bildirib. O qeyd edib ki, Azərbaycanın indiyə qədər Gürcüstana göstərdiyi hərtərəfli köməyə baxmayaraq Tbilisi Dağlıq Qarabağ münaqişəsinin həllinin ləngiməsi istiqamətində fəaliyyət göstərir: “Bundan başqa digər sahələrdə də Azərbaycana əks olan siyasət yürüdüb. Bura Qafqaz Müsəlmanlar İdarəsinə nativ qurum yaratmaqdan tutmuş, oradakı soydaşlarımızın hüquqlarının tapdalanmasına qədər olan məsələlər daxildir”.
    08.11.12 Məqaləni oxumaq
     
    Azərbaycan ilə İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb
    Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İtaliyada rəsmi səfərdədir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya bildiriblər ki, general-polkovnik Səfər Əbiyevin İtaliyanın müdafiə naziri admiral Campaola Di Paola ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibli görüşü olub.

    Görüşdə Azərbaycan ilə İtaliya respublikaları arasında hərbi əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.
    Səfər Əbiyev Azərbaycan torpaqlarının 20 ildir ki, erməni işğalı altında olduğunu, nəticədə bir milyon insanın öz yurd-yuvasından qaçqın düşdüyünü və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb. Bildirib ki, münaqişənin sülh yolu ilə həll edilməsində ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir. Ona görə də biz bu məsələnin üzərində ciddi düşünürük və Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün nə lazımdırsa edəcək.
    08.11.12 Məqaləni oxumaq
     
    Milli Məclisin deputatları Qənirə Paşayeva və Jalə Əliyeva Türkiyədə səfərdədirlər
    Milli Məclisin deputatları Qənirə Paşayeva və Jalə Əliyeva “Heydər Əliyev və Mustafa Kamal Atatürk – Türk dünyasının ulu öndərləri”, “Türkiyə - Azərbaycan: liderlik, siyasi irs və baxışâ€ť mövzularında konfranslarda iştirak etmək üçün Türkiyəyə səfər ediblər.

    Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, hər iki tədbir Ankara Dövlət Universitetində tələbə-gənclər təşkilatının təşəbbüsü ilə keçiriləcək. toplantıda Qənirə Paşayeva “Türkiyə - Azərbaycan münasibətlərinin dünəni, bu günü və sabahı”, Jalə Əliyeva isə “Türkiyə - Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyev və Atatürk siyasi irsinin rolu” mövzusunda məruzələrlə çıxış edəcəklər.
    07.11.12 Məqaləni oxumaq
     
    SAM-ın eksperti Romada “Azərbaycanın xarici siyasəti” mövzusunda məruzə edəcək
    Noyabrın 8-i İtaliyanın beyin mərkəzi “İstituto Affari İnternazionali” (İAİ) tərəfindən Romada “Azərbaycanın xarici siyasətinin üstünlükləri: Regional və Avropa ölçüləri” adlı seminar təşkil olunacaq. Prezident yanında Strateji Araşdırmalar Mərkəzindən “KƏLAMİNFO”ya verilən məlumata görə, seminarda qədim və yeni trendlər, regional faktorlar (Mərkəzi Asiya, Rusiya, İran, Türkiyə və İsrail) və beynəlxalq iştirakçıların (Avropa Birliyi, Birləşmiş Ştatlar, NATO) əlaqələrini qiymətləndirərək, Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərinin müzakirəsi planlaşdırılır.
    Bu tədbir İAİ-nin “Azərbaycan, Qafqaz və Avropa Birliyi: Yaxın əməkdaşlıq istiqamətində” tədqiqat proqramıdır.
    Görüşdə SAM-ın aparıcı elmi işçisi Kamal Makili-Aliyev “Azərbaycanın xarici siyasəti: Şərq və Qərb arasında” mövzusu ilə çıxış edəcək.
    07.11.12 Məqaləni oxumaq
     
    Dağlıq Qarabağ münaqişəsi hansı yolla həll edilsin?
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ Azadlıq Təşkilatı QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qarabağ debatları: hərb və ya sülh yolu?” mövzusunda debat təşkil edib. “KƏLAMİNFO”nun məlumatına görə, debatlarda münaqişənin hərb və sülh yolu ilə həllinə tərəfdar olan ekspertlər, QHT nümayəndələri, siyasətşünaslar iştirak ediblər.

    Tədbirdə QAT sədrinin müavini Fəridə Ələsgərova bildirib ki, təmsil olunduğu qurum mövzu ilə bağlı silsilə debatlar keçirəcək. Onun sözlərinə görə, ilk debat DQ münaqişəsinin həllində xarici amillərin roluna həsr edilib.
    07.11.12 Məqaləni oxumaq
     
    Prezident Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunun iştirakçılarına təbrik göndərib
    Prezident İlham Əliyev BMT və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunun iştirakçılarına təbrik ünvanlayıb. “KƏLAMİNFO” xəbər verir ki, təbrikdə deyilir: “İnternet bu gün təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir. İnsan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır”.
    07.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 22 23 24 25 26 27 28 29 30 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30