Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 231 232 233 234 235
    Norveçin Ədliyyə və Polis İşləri Nazirliyinin nümayəndə heyətinin Bakıya planlaşdırılan səfəri təxirə salınıb
    Norveçin Ədliyyə və Polis İşləri Nazirliyinin nümayəndə heyətinin 25-28 oktyabr tarixinə Bakıya planlaşdırılan səfəri təxirə salınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Norveçin ölkəmizdəki səfirliyindən veriblər. Məlumatda bildirilir ki, səfərin təxirə salınmasının səbəb Norveç hökumətində bu günlərdə keçirilən seçkilər və bu seçkilərin nəticəsi olaraq hökumət strukturlarında dəyişikliklərin olmasıdır. Səfirlikdən təxirə salınan səfərin 22-25 noyabr tarixlərində baş tutacağı bildirilib və bu da ölkəmizdə 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı gününə təsadüf edir. Qeyd edək ki, cari ilin 29 iyun tarixində Avropa Şurası ölkələrini Ədliyyə Nazirlərinin Norveçin Troms şəhərində birgə konfransı keçirilib. Noyabrın 22-25 tarixində ölkəmizə baş tutacaq səfər də konfransın yekunlarına həsr olunub. Səfərdə çərçivəsində nümayəndə heyətinin Azərbaycanın Ədliyyə, Xarici İşlər nazirliklərində, Ombudsman Aparatında, görüşləri planlaşdırılıb.
    23.10.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər naziri xanım Rumyana Jelevanı qəbul edib
    Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanın xarici işlər naziri xanım Rumyana Jelevanı qəbul edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da möhkəmlənməsi üçün yaxşı potensialın olduğu qeyd edilib və münasibətlərimizin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olunub. Görüşdə, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən XIX görüşünün əhəmiyyəti vurğulanıb və bu görüşün ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirilib.
    23.10.09 Məqaləni oxumaq
     
    Abdulla Gül: “Bilərək və ya bilməyərəkdən qardaşlığı zədələyən hərəkətlərdən uzaq durmaq lazımdır”
    “Azərbaycanla bir millətik və hər zaman, hər yerdə həmrəyliyimizi nümayiş etdiririk. Azərbaycan bizə qardaş ölkədir”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Abdulla Gül ölkəsində səfərdə olan qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə birgə keçirdiyi mətbuat konfransında söyləyib. A.Gül iki ölkə arasında anlaşılmazlıqlar və qardaşlığı zədələyəcək davranışlardan qaçmaq lazım olduğunu bildirib. Mürəkkəb mərhələlərdə bəzən romantika, səhv mənaların olduğunu etiraf edən A.Gül Azərbaycan prezidenti İlham Əliyevlə aralarındakı telefon danışığına toxunub. “Biz telefon danışığında bir-birimizə güvəndiyimizi bir daha təsdiqlədik. Xarici işlər nazirimiz Bakıdadır və o, da İlham Əliyevə daha geniş şəkildə məlumat verəcək. Bu yaxınlarda Azərbaycanın Naxçıvan Muxtar Respublikasında da görüşmüşdük. Mən bir daha hər kəsi diqqətli olmağa çağırıram. Bilərək və ya bilməyərəkdən qardaşlığı zədələyən hərəkətlər ola bilər. Bunlardan uzaq durmaq lazımdır”,-deyə A.Gül qardaşlığın birlyini istəməyən qüvvələrə mesaj göndərib.
    22.10.09 Məqaləni oxumaq
     
    YAP tərəfindən namizədliyi irəli sürülən 7 min nəfər DSK-dan imza vərəqələri götürərək imzatoplama kampaniyasına başlayıb
    Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlığını uğurla davam etdirir. Partiyanın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, YAP 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində seçki qanunvericiliyinə uyğun bütün zəruri tədbirləri operativ şəkildə həyata keçirməkdədir. Seçki kampaniyasının indiki mərhələsində YAP tərəfindən namizədliyi irəli sürülmüş 16 minə yaxın partiya üzvünün qanunvericiliklə tələb olunan müvafiq sənədləri artıq dairə seçki komissiyalarına təqdim olunub. bildirilib ki, 22 oktyabr tarixə olan məlumata görə, YAP tərəfindən namizədliyi irəli sürülmüş 7 min nəfərə yaxın partiya üzvü dairə seçki komissiyalarından imza vərəqələri götürərək imzatoplama kampaniyasına başlayıb. Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən digər namizədlərə imza vərəqələri yaxın zamanlarda təqdim ediləcək.
    22.10.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyevlə Abdullah Gül arasında telefon danışığı olub
    Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyəli həmkarı Abdullah Gül arasında telefon danışığı olub. Görüşdə iki ölkə liderləri zor bir dönəmdən keçərkən ortaya çıxan bəzi duyğusal təpkilərin yanlış anlamaya gətirib çıxarıldığını bildiriblər. Telefon danışığında A.Gül ABŞ prezidenti Barak Obama və Rusiyanın dövlət başçısı Dmitriy Medvedevlə Qafqazdakı vəziyyətlə bağlı apardığı müzakirələr barədə prezident İlham Əliyevə məlumat verib.
    21.10.09 Məqaləni oxumaq
     
    Litva Seymi sədrinin müavini Çeslovas Stankəviçusun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib
    Bu gün Litva Seymi sədrinin müavini Çeslovas Stankəviçusun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Bu barədə məlumatı AZADİNFORM-a parlamentdən veriblər. Səfər çərçivəsində Çeslovas Stankəviçus Milli Məclisdə bir sıra görüşlər keçirəcək, Litva və Azərbaycan parlamentlərinin birgə həyata keçirdiyi “Tvininq” layihəsinin açılışında iştirak edəcək. Ç.Stankəviçus Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək. Litvalı qonağın respublikanın cənub bölgəsinə səfəri və Lənkəran şəhəri ilə tanışlığı da nəzərdə tutulub.
    19.10.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 231 232 233 234 235
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30