Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  229 230 231 232 233 234 235  #
    Prezident İlham Əliyev Bərk məişət tullantılarının yandırılması zavodunun təməlqoyma mərasimində iştirak edib
    Bu gün prezident İlham Əliyev Bərk məişət tullantılarının yandırılması zavodunun təməlqoyma mərasimində iştirak edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısına layihə haqqında məlumat verilib. Bildirilib ki, bərk məişət tullantılarının toplandığı ərazidə - Balaxanı poliqonunda zavodun inşası üçün 20 ha torpaq sahəsi ayrılıb. Zavodu tenderdə qalib gəlmiş Fransanın CNİM şirkəti inşa edəcək. Müəssisədə hər il 500 min ton tullantının emal edilməsi nəzərdə tutulur. Tullantılar zavodda çeşidlənərək yandırılmaq və təkrar emal üçün ayrılacaq. Yandırılacaq tullantılardan ildə 231 min 500 meqavat elektrik enerjisinin alınması planlaşdırılır. Prezident İlham Əliyev kapsulu bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunun düyməsini basıb. İnşaatçılara tövsiyə və tapşırıqlarını verən dövlət başçısı onlara uğurlar arzulayıb. 
    04.11.09 Məqaləni oxumaq
     
    Ermənistan “soyqırım”dan imtina etməyəcək
    Türkiyə-Ermənistan əlaqələrinin normallaşması “soyqırım”ın beynəlxalq müstəvidə tanınmasındakı səylərdən imtina edilməsi demək deyil. KƏLAMİNFO xəbər vekrir ki, bu bəyanatla Ermənistan prezidenti Serj Sarkisyan çıxış edib. Ökəsinin hər vaxt vədlərinə sadiq qaldığını diqqətə çatdıran S.Sərkisyan imzalanan protokollar istiqamətində Türkiyə ilə əlaqələrin qurulmasına hazır olduqlarını bəyan edib. Onun sözlərinə görə, ön şərtsiz və məqbul bir müddətdə irəliləməyə hazırdırlar. O, Türkiyə-Ermənistan əlaqələrinin Dağlıq Qarabağ məsələsi ilə bağlı olmadığını da açıqlayıb. 
    03.11.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev BDU-nun 90 illik yubileyinə qatılıb
    Bu gün Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Əvvəlcə BDU-nun tələbə xorunun ifasında universitetin himni oxunub, sonra prezident İlham Əliyev mərasimdə çıxış edib. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı bu ali təhsil müəssisəsinin ölkənin həyatında oynadığı roldan danışıb, BDU-nun tarixi xidmətlərini xüsusi vurğulayıb. Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov BDU-nun 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu bildirib. Rektor universitetin yaranmasından, keçdiyi şərəfli tarixi yoldan və bugünkü vəziyyətindən danışıb.
    03.11.09 Məqaləni oxumaq
     
    Deputat Sankt-Peterburqa gedib
    Milli Məclisin deputatı İlham Məmmədov Sankt-Peterburqda BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya Regional ofisinin dəstəyi ilə keçirilən seminarda iştirak edir. Parlamentin mətbuat xidmətindən bildiriblər ki, seminarda reproduktiv sağlamlıq məsələsi, milli səhiyyə sistemlərində bu strategiyanın tətbiqi və təbliği prinsipləri əsas müzakirə obyekti olacaq, reproduktiv sağlamlığın təbliğat şəbəkəsinin yaradılması məsələsinə baxılacaq. Şərqi Avropa regionundakı mövcud təcrübə nəzərdən keçiriləcək.
    02.11.09 Məqaləni oxumaq
     
    Bakıda NATO Günləri keçiriləcək
    Noyabrın 9-13-də Bakıda NATO Günləri keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər. Noyabrın 10-13-də Bakıda həmçinin Əməliyyat İmkanları Konsepsiyası bölüyünün 2-ci səviyyəli özünü-qiymətləndirmə təlimi keçiriləcək. Noyabrın 12-13-də isə Brüsseldə NATO və Tərəfdaş Ölkələrin Müdafiə Akademiyalarının və Təhlükəsizlik Elmləri İnstitularının SNT Konsorsiumu Peşakar Hərbi Təlim üzrə yeni Tədris Planının hazırlanması məqsədilə yaratdığı işçi qrupunun növbəti görüşü olacaq. Qeyd edək ki, qeyd olunan tarixdə Praqa şəhərində (Çexiya) isə NATO-nun Arxa Cəbhə idarəsinin Tərəfdaşların Arxa Cəbhə Ekspertlərinin Daimi Qrupunun növbəti görüşü təşkil olunacaq.
    31.10.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev İsmayıllı rayonuna səfər edib
    Bu gün prezident İlham Əliyev İsmayıllı rayonuna səfərə gedib. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk olaraq İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Dövlət başçısı açılışı bildirən lenti kəsib və mərkəzlə tanış olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndərin həyatını əks etdirən sərgi-ekspozisiya zalına, Heydər Əliyev irsini Araşdırma Mərkəzinə, elektron kitabxanaya, kitabxanaya, kompyuter otaqlarına, konfrans zalına baxıb. Dövlət başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. Sonra prezident İlham Əliyev İsmayıllı rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub.
    30.10.09 Məqaləni oxumaq
     
    TBMM Azərbaycanın milli mənafeyinə zidd olan hər hansı bir qərar qəbul etməyəcək
    Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Murad Mərcanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı parlamentdən veriblər. O.Əsədov qonaqları səmimi salamlayaraq bu cür səfərlərin parlamentlərarası və həyatın digər sahələrində əməkdaşlığın dərinləşməsinə müsbət impuls verdiyini bildirib. Qeyd edib ki, son dövrdə Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarla əlaqədar yaranan narahatlıq artıq aradan qaldırılıb. O.Əsədov bildirib ki, heç bir qüvvə Azərbaycan-Türkiyə münasibətlərinə kölgə sala bilməz. İki dost və qardaş xalqlar arasında mövcud münasibətlərin dünyada analoqu olmadığını diqqətə çatdıran spiker Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dediyi kimi biz “bir millət iki dövlətik”.
    29.10.09 Məqaləni oxumaq
     
    Yaxın günlərdə YAP üzvlərinin sayı 500 min nəfərə çatacaq
    Yaxın günlərdə Yeni Azərbaycan Partiyası (YAP) üzvlərinin sayı 500 min nəfərə çatacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı YAP-ın Sədr müavini, icra kitibi Əli Əhmədov verib. Ə.Əhmədov bildirib ki, Azərbaycanın tarixində bu qədər insanı öz sıralarında birləşdirən siyasi təşkilat heç bir zaman olmayıb. “İlk dəfə olaraq belə bir yüksək göstəricini YAP nümayiş etdirib. Digər parametrlər baxımından da YAP şəksiz olaraq cəmiyyətimizin ən güclü siyasi partiyasıdır. Bu o qədər böyük bir həqiqətə çevrilib ki, artıq YAP cəmiyyətin ən böyük, ən güclü partiyasıdır fikrini səsləndirmək özü belə adiləşib”,-deyə Ə.Əhmədov vurğulayıb. Partiya rəsmisi həmçinin YAP-ın qarşıdan gələn ildönümünün də qeyd olunacağını söyləyib.
    29.10.09 Məqaləni oxumaq
     
    Bakıda Fələstin səfirliyinin açılması nəzərdə tutulub
    Azərbaycanda Fələstin səfirliyinin açılması nəzərdə tutulub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov söyləyib. O qeyd edib ki, bu barədə məsələ həmkarı Riyad Əl-Malik ilə görüşündə müzakirə olunub. Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Malik də görüşdə səfirliyn açılması və Azərbaycana səfir təyin olunması məsələsinin gündəmdə olduğunu qeyd edib. O bildirib ki, bundan sonra bura səfirin təyin olunması məsələsinə baxılacaq. O, yeni səfirin iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəyinə ümid etdiyini söyləyib.
    29.10.09 Məqaləni oxumaq
     
    Yaxın günlərdə Azərbaycan xarici işlər nazirinin Fələstinə səfəri gözlənilir
    Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fələstinə dəvət olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Fələstin Muxtariyyətinin xarici ilşlər naziri Riyad Əl-Malik söyləyib. E.Məmədyarovun Fələstinə səfəri ilə bağlı dəvət məktubu təqdim etdiyini diqqtə çatdıran Riyad Əl-Malik səfərin yaxın gələcəkdə reallaşmasına ümid etdiyini vurğulayb. O, iki ölkə xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələrin aparılması üçün razılığa gəldiklərini də açıqlayıb. Səfərlə bağlı dəvət məktubunu qəbul etdiyini söyləyən E.Məmmədyarov onun reallaşması üçün müvafiq vaxtın dəqiqləşdiriləcəyini söyləyib.
    29.10.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  229 230 231 232 233 234 235  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30