Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 228 229 230 231 232 233 234 235 » #
    Sabah Milli Məclisdə Azərbaycanın “2010-cu ilin dövlət büdcəsi haqqında” Qanun layihəsi müzakirəsi başlayır
    Sabah Milli Məclisinin plenar iclasında Azərbaycanın “2010-cu ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi başlayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisin mətbuat xidmətindən veriblər. Dövlət büdcəsi layihəsi noyabrın 10-dan 13-dək Milli Məclisdə müzakirə ediləcək. Gələn ilki büdcənin gəlirləri 10 015 mln. manat, xərcləri 11 264 mln. manat, büdcə kəsiri isə 1 249 mln. manat həcmində proqnozlaşdırılıb. Qeyd edək ki, 2010-cu ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində nəzərdə tutulub. Xatırladaq ki, 2009-cu ilin büdcəsinə əsasən, gəlirlər 12 177 mln. manat, xərclər isə 12 355 mln. manat həcmində proqnozlaşdırılıb. Beləliklə, gələn ilin büdcəsində 2009-cu ilin büdcəsinə nisbətən gəlirlərin 17,8%, xərclərin isə 8,8% azalması müşahidə olunacağı gözlənilir.
    09.11.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Dağıstan prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Bu gün prezident İlham Əliyev Dağıstan Respublikasının Prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı Azərbaycan-Rusiya arasında ikitərəfli münasibətlərin, o cümlədən Dağıstan Respublikası ilə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Əməkdaşlıq imkanlarını daha da genişləndirməyin zəruriliyini bildirən prezident İlham Əliyev Dağıstan prezidenti Muxu Əliyevin ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərini müzakirə etmək baxımından yaxşı fürsət yaratdığını qeyd edib. Prezident Muxu Əliyev bildirib ki, yenidən qardaş Azərbaycana baş çəkmək imkanının yaranması onun üçün çox xoşdur. O, Dağıstan ilə Azərbaycan arasında ən səmimi əlaqələrin olduğunu bildirib.
    07.11.09 Məqaləni oxumaq
     
    Polşanın xarici işlər naziri Radoslav Sikorskin Azərbaycana planlaşdırılan rəsmi səfəri təxirə salınıb
    Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorskinin cari ilin 10-11 noyabr tarixlərində Azərbaycana nəzərdə tutulan rəsmi səfəri təxirə salınıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər Polşa tərəfinin xahişi ilə qeyri-müəyyən vaxta qədər ertələnib. Səfərin növbəti tarixi barəsində əlavə məlumat veriləcək.
    06.11.09 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə: “Azərbaycanda vicdan azadlığı, dini etiqad azadlığı, dini tolerantlıq mövcuddur”
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin 60 illik yubileyi və Şeyxülislam kimi fəaliyyətinin 30 illiyi münasibətilə keçiriləcək konfransda iştirak etmək üçün Bakıya gələn qonaqlar bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. KƏLAMİNFO xəbər verir ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Belarus patriarxı Filaret və digər şəxslər ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları önünə əklillər qoyublar. Sonra A.Paşazadə, H.Orucov və qonaqlar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın azadlığı uğrunda canlarından keçən vətən övladlarının xatirəsini yad ediblər. A. Paşazadə jurnalistlərə müsahibəsində bildirib ki, yubiley tədbirləri çərçivəsində sabah “Gülüstan” sarayında dinlərarası dialoqa həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Bütün Qafqazın Şeyxi konfransın noyabrın 7-də Təzə Pir məscidində davam etdiriləcəyini söyləyib.
    06.11.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Neft Daşlarının 60 illik yubileyi mərasimində iştirak edib
    Bu gün Neft Daşlarının 60 illik yubileyi münasibətilə dünyanın səkkizinci möcüzəsi adlandırılan dəniz şəhərində yubiley mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev təntənəli mərasimdə iştirak etmək üçün Neft Daşlarında olub. Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Dövlət başçısı ulu öndər Heydər Əliyevin muzeyi ilə tanış olub. Sonra prezident İlham Əliyev neftçilərin istirahət parkının və qaz-kompressor stansiyasının açılışında iştirak edib. Dövlət başçısı yubiley mərasimində nitq söyləyib, dəniz neftçilərini yubiley münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Prezident təltif olunan neftçilərə orden və medallar təqdim edib.
    05.11.09 Məqaləni oxumaq
     
    Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
    Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Məhkəməsinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, palatanın iclasında AR Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” AR Qanununun 7.1-ci maddəsinə əsasən, vətəndaş Nəcəf Talıb oğlu Quliyevin şikayətinə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılıb. Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 27-nə təyin edilmiş iclasında baxılacaq.
    05.11.09 Məqaləni oxumaq
     
    Prezident “BakuTel” sərgisinin açılışında iştirak edib
    Bu gün Bakıda, Heydər Əliyev adına İdman və Sərgi Kompleksində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi öz işinə başlayıb. Sərginin açılış mərasimində ölkə başçısı İlham Əliyev də iştirak edib. Artıq dörd ilə yaxındır ki, “BakuTel” sərgisi prezident İlham Əliyevin himayədarlığı ilə keçirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə keçirilən “BakuTel” sərgisi vasitəsilə Azərbaycana böyük şirkətlər gəlir, yeni layihələr həyata keçirilir. “BakuTel-2009” sərgisində dünyanın 16 ölkəsindən 112-dən çox şirkəti iştirak edir. Sərgidə Koreya şirkətlər qrupu, eləcə də Türkiyənin 5 şirkəti iştirak edir, bu şirkətlərin arasında ən iri rabitə operatoru sayılan “Türk Telekomunikasyon A.S.” şirkəti də var. Sərgidə Azərbaycanın İKT bazarında ilk dəfə olaraq ultra müasir texnika nümayiş olunub və bu sərginin 40%-ni təşkil edib. Sərgidə həmçinin ilk dəfə olaraq elektron sənəd dövriyyəsi sistemi olan “LanDox”, “MS Dynamics CRM”, “AX” həll variantları və telefoniya sahəsində “NAV” yeni həll variantlarının da təqdimatı olub.
    05.11.09 Məqaləni oxumaq
     
    Katolikos-Patriarxı II İliya Bakıdadır
    Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Bakıya gəlib. Qonağı Heydər Əliyev Beynəlxalq Hava Limanında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsinin məsul əməkdaşları, Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze qarşılayıb. Gürcüstan Patriarxının Azərbaycana səfərinin əsas məqsədi A.Paşazadənin anadan olmasının 60, Şeyxülislamlığının isə 30 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etməkdir. Qeyd edək ki, tədbirə qatılmaq üçün 4 qitə və 30 ölkədən 130 nümayəndənin iştirakı gözlənilir. Qonaqların arasında nazir, nazir müavinləri, müxtəlif ölkələrdən olan dini qurumların sədrləri və digər rəsmilərin olacağı gözlənilir.
    04.11.09 Məqaləni oxumaq
     
    Moskva və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycana səfərə gəlir
    Noyabrın 6-da Moskva və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycana səfərə gələcək. Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin 60 illik yubileyi və Şeyxülislam kimi fəaliyyətinin 30 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək. O, Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyasında, həmçinin Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda olacaq. Kirillin Bakıda bütün Gürcüstanın patriarxı II İlya ilə görüşü də nəzərdə tutulub.
    04.11.09 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadənin 60 illik yubileyinə 20-dən çox ölkədən nümayəndə qatılacaq
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin 60 illik yubileyi və şeyxülislam kimi fəaliyyətinin 30 ilinin tamam olması münasibətilə noyabrın 6-7-də Bakıda keçiriləcək “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” adlı beynəlxalq konfransa 20 ölkədən nümayəndə heyətləri qatılacaq. QMİ-dən AZADİNFORM-a verilən məlumata görə, nümayəndə heyətlərinin əksəriyyətinə prezident, baş nazir və parlament sədrləri rəhbərlik edəcək. Tədbir “Gülüstan” sarayında dövlət səviyyəsində başlayacaq, noyabrın 7-də QMİ-in böyük zalında tamamlanacaq.
    04.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 228 229 230 231 232 233 234 235 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30