Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  226 227 228 229 230 231 232 233 234  #
    Bişkekdə BMT-nin Azərbaycan, Əfqanıstan və Mərkəzi Asiya ölkələri üçün Xüsusi Proqramının İdarəedici Şurasının iclası keçirilib
    BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) BMT-nin Asiya və Sakit Okean üzrə Sosial və İqtisadi Komissiyası (UNESCAP) ilə birgə təsis etdiyi BMT-nin Azərbaycan, Əfqanıstan və Mərkəzi Asiya ölkələri üçün Xüsusi Proqramının (SPECA) İdarəedici Şurasının dördüncü iclası Qırğızıstanın Bişkek şəhərində keçirilib. Tədbirdə Azərbaycanı Milli Əlaqələndirici qismində iqtisadi inkişaf naziri, Milli əlaqələndiricinin müavini kimi isə xarici işlər nazirinin müavini təmsil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər. Tədbirdə SPECA-nın İdarəedici Şurasında Azərbaycan üzrə Milli Əlaqələndiricinin müavini, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
    18.11.09 Məqaləni oxumaq
     
    BMT Baş Assambleyasında Azərbaycan tərəfindən irəli sürülən TASİM təşəbbüsünə həsr olunan qətnamə layihəsi qəbul edilib
    Nyu Yorkda BMT Baş Assambleyasının İkinci Komitəsinin (İqtisadi və Maliyyə) növbəti iclasında Azərbaycan tərəfindən irəli sürülən Trans-Avrasiya İnformasiya Super Magistralı (TASİM) təşəbbüsünə həsr olunan qətnamə layihəsi qəbul edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təklifi əsasında TASİM-ə həsr olunan qətnamə layihəsi BMT Baş Assambleyasının 64-cü sessiyası zamanı irəli sürülən və 2009-cu ilin sentyabr ayından etibarən nümayəndə heyətimiz tərəfindən qətnamə layihəsi üzrə ikitərəfli və çoxtərəfli danışıqlar müvəffəqiyyətlə aparılıb.
    18.11.09 Məqaləni oxumaq
     
    Prezident məcburi köçkün ailələri üçün tikilmiş yaşayış binasının açılış mərasimində iştirak edib
    Bu gün Bakının Binəqədi rayonunda 2 nömrəli Evtikmə Kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş doqquzmərtəbəli yaşayış binası istifadəyə verilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Tikintisinə 2008-ci ildə başlanılan binanın sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur. Obyektin yerləşdiyi ümumi ərazi 3 ha, tikintinin ümumi sahəsi isə 27 min 897 kvadratmetrdir. Ərazidə məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hər biri 63 mənzilli doqquzmərtəbəli beş, 54 mənzilli bir yaşayış binası və 260 şagird yeri olan məktəb binası tikilib. Bu mənzillərin 81-i bir, 180-i iki, 90-ı üç, 18-i isə dördotaqlıdır. Yaşayış binasının ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb.
    18.11.09 Məqaləni oxumaq
     
    AŞ PA-nın iclaslarında Azərbaycan üzrə yeni həmməruzəçi müzakirə ediləcək
    Bu gündən noyabrın 21-dək Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi numayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Büro, Daimi Komitə və Monitorinq Komitəsinin iclaslarında iştirak etmək üçün Paris və Bern şəhərlərində səfərdə olacaq. Bu barədə məlumatı Milli Məclisdən veriblər. İclaslarda Avropa Şurasına üzv ölkələrdə siyasi sığınacaq verilməsi qaydasının təkmilləşdirilməsi, Azərbaycan üzrə həmməruzəçi Yevgeniya Jivkovanın yeni həmkarı ilə əvəzlənməsi, Türkiyədə qeyri-müsəlman və Yunanıstanın Frakiya vilayətində müsəlman azlığın hüquqlarının qorunması, Albaniyaya, Ukraynaya faktaraşdırıcı səfərə dair bəyanatların verilməsi, Çernoqoriyanın vəzifə və öhdəliklərini yerinə yetirməsi, Moldovadakı son hadisələr və digər mövzularda fikir mübadiləsi aparılacaq. S.Seyidov müzakirəyə çıxarılacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.
    17.11.09 Məqaləni oxumaq
     
    Milli Məclisdə komitə iclası keçirilib
    Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Komitənin sədri Arif Rəhimzadə iclasda “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnamə layihəsi barədə məlumat verib. Milli Məclis Aparatının inzibati ərazi vahidlərinin dövlət reyestri sektorunun müdiri İdrak Qarayev layihə barədə iclas iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, bələdiyyələrin qeydiyyatı “Dövlət reyestri kitabı” ilə yanaşı, həm də elektron şəklində aparılacaq. Bələdiyyələrə verilməsi nəzərdə tutulan şəhadətnamədə onların yaranma tarixi, əhatə etdiyi ərazi vahidi və digər məlumatlar öz əksini tapacaq. Bundan əlavə, bələdiyyələrin həm kağız üzərində, həm də elektron xəritələri hazırlanacaq. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçiriləcək bu prosesdə bələdiyyələr özləri də iştirak edəcəklər.
    17.11.09 Məqaləni oxumaq
     
    “Bələdiyyələr gərəkli bir orqan olduqlarını sübut etməlidirlər ki, insanlar öz həyatlarını onlarsız təsəvvür etməsinlər”
    PA-nın şöbə müdiri: “Bələdiyyələr gərəkli bir orqan olduqlarını sübut etməlidirlər ki, insanlar öz həyatlarını onlarsız təsəvvür etməsinlər”. Parlament və prezident seçkiləri ilə müqayisədə bələdiyyə seçkilərinə maraq az olur. Bu, ilk növbədə ondan irəli gəlir ki, Azərbaycanda hələ də bələdiyyə institutu ictimai-siyasi, iqtisadi, ümumiyyətlə, ölkə həyatının tam bərabər hüquqlu üzvünə yeni-yeni çevrilir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov söyləyib. Dünya ölkələrində bələdiyyələrin yaşı, təcrübəsi 50-100 illərlə ölçüldüyünü diqqətə çatdıran Ə.Həsənov Azərbaycanda bələdiyyələrin hələ çox çalışmalı oloduqlarını vurğulayıb.
    17.11.09 Məqaləni oxumaq
     
    Milli Məclisdə “Uşaqlar üçün ədliyyə: qanunvericilik və onun tətbiqi” mövzusunda beynəlxalq konfrans keçirilir
    Bu gün Bakıda Milli Məclisin, BMT-nin Uşaq Fondunun (YUNİCEF) və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşkilatçılığı ilə “Uşaqlar üçün ədliyyə: qanunvericilik və onun tətbiqi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda deputatlar, ədliyyə və hüquq sahəsində ixtisaslaşmış beynəlxalq və yerli mütəxəssislər iştirak edirlər. Konfransda çıxış edən Bahar Muradova bildirib ki, qadınlara Şərqdə ilk dəfə demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçki hüquqlarının verilib.
    16.11.09 Məqaləni oxumaq
     
    Əli Həsənov parlament seçkilərinin təxirə salınması məsələsinə münasibət bildirib
    Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov parlament seçkilərinin təxirə salınması məsələsinə münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, Ə.Həsənov 2010-cu ildə keçiriləcək parlament seçkilərinin təxirə salınmasını lüzumsuz hesab edir. "Deputat Aydın Həsənovun parlament seçkilərinin təxirə salınması barədə təklifini ciddi hesab etmirəm və onun təklifi ölkə parlamenti tərəfindən bəyənilməyib",-deyə Ə.Həsənov vurğulayıb. Ə.Həsənov bildirib ki, Azərbaycanda demokratiya və hakimiyyət bölgüsü mövcuddur və bütün ümumrespublika tədbirləri qrafikə əsasən keçirilməlidir. Onun sözlərinə əsasən, Azərbaycanın seçkilərin keçirilməsi üçün kifayət qədər vəsaiti var. Qeyd edək ki, Milli Məclisin iclasında deputat Aydın Həsənov seçkilərin Ermənistanla hərbi münaqişə və qlobal maliyyə böhranı səbəbindən təxirə salınması barədə təkliflə çıxış edib.
    16.11.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Belarusa rəsmi səfərini başa çatdıraraq Bolqarıstana işgüzar səfərə yola düşüb
    Bu gün prezident İlham Əliyev Belarus Respublikasına rəsmi səfərini başa çatdıraraq Bolqarıstana işgüzar səfərə yola düşüb. KƏLAMİNFO xəbər verir ki, hər iki ölkənin dövlət bayraqları ilə bəzədilən Minsk milli hava limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Belarusun Baş naziri Sergey Sidorski və digər rəsmi şəxslər yola salıblar.
    14.11.09 Məqaləni oxumaq
     
    Spiker Oqtay Əsədov İmam Xomeyni adına “İmdad” Komitəsinin rəhbəri ilə görüşüb
    Bu gün Milli Məclisin sədri Oqtay Əsədov İranın İmam Xomeyni adına “İmdad” Beynəlxalq Humanitar Komitəsinin rəhbəri Hüseyn Ənvarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisdən veriblər. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə uğurla inkişaf etdiyi bildirilib. O.Əsədov bildirib ki, ölkələrimizin dini, mədəni bağlılığı əlaqələrimizin inkişafına zəmin yaradır. Sədr 1990-ci illərin əvvəllərindən ölkəmizdə fəaliyyətə başlayan bu humanitar təşkilatın işini yüksək qiymətləndirib. Azərbaycan və İran parlamentləri arasında yaxşı münasibətlərin olduğunu bildirən O.Əsədov dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib. Sədr yaxın vaxtlarda İrana səfər edəcəyini də qonağın diqqətinə çatdırıb və ölkələrimiz arasında əlaqələrin inkişafının xalqlarımızın mənafelərinə xidmət etdiyini vurğulayıb.
    13.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  226 227 228 229 230 231 232 233 234  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30