Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 19 20 21 22 23 24 25 26 27 » #
    QDİƏT-in fəaliyyətinin effektivliyini artırmaq üçün 17 prioritet müəyyən edilib
    Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyətinin effektivliyini artırmaq üçün 17 prioritet müəyyən edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının (QDİƏT PM BA) 40-cı iclasında QDİƏT-in baş katibi Viktor Çvirkun bildirib. O, təcili olaraq kommunikasiya strategiyasının hazırlanmasının vacibliyini qeyd edib. Təşkilatın İstanbul sammitinin əhəmiyyətindən danışan baş katib bildirib ki, sammitin yekun olaraq bəyannamə qəbul edilib və burada üzv dövlətlər üzərlərinə ciddi öhdəliklər götürüb: “Bu öhdəliklərə əsasən region ölkələri arasında ticarət dövriyyəsinin artırılması üçün davamlı inkişaf strategiyasının hazırlanması, ekoloji problemlərin həlli, gender bərabərliyi, birgə nəqliyyat infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, gənclər sahəsində investisiyaların yatırılması və digər məsələlər öz əksini tapıb”.
    27.11.12 Məqaləni oxumaq
     
    Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun görüşü keçirilib
    Bu gün Milli Məclisdə Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun görüşü keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əliağa Hüseynov görüşdə bildirib ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri günü-gündən inkişaf edir: “Sevindirici haldır ki, Pakistan parlamentinin hər iki palatasında Azərbaycanla dostluq qrupları mövcuddur”. İşçi qrupunun üzvü Eldar İbrahimov isə bildirib ki, bu gün Pakistan və Azərbaycan eyni problemləri yaşayır. “Pakistan Dağlıq Qarabağ probleminin həllinə öz köməkliyini təklif edib, biz də hər zaman Pakistana öz dəstəyimizi göstərəcəyik. Pakistan hərbçiləri açıq şəkildə deyirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində silah lazımdırsa silah, canlı qüvvə lazımdırsa canlı qüvvə verə bilərik”.
    26.11.12 Məqaləni oxumaq
     
    QİƏT PM-in Assambleya Bürosunun 47-ci iclası keçirilib
    Bu gün Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyası çərçivəsində qurumun Assambleya Bürosunun 47-ci iclası olub. “KƏLAMİNFO” xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin sədri, QİƏT PM-in sədri Oqtay Əsədov bildirib ki, QİƏT çərçivəsində keçirilən bütün görüşlər əməkdaşlığınızın inkişafı üçün geniş imkanlar açıb. “İnanıram ki, Bakıda keçirilən bu görüş, eləcə də müzakirə olunan məsələlər və qəbul olunan qərarlar həm QİƏT çərçivəsində, həm də ikitərəfli formatda əlaqələrimizin inkişafına təkan verəcək. Eyni zamanda, QİƏT-in gələcək fəaliyyətinin səmərəliliyinin artırılması üçün faydalı olacaq”. Sonra iclasın gündəliyi müzakirə olunaraq təsdiqlənib. İclasda büronun keçən il keçirilən 46-cı büro iclasının protokolları, Parlament Məclisinin Bakıda keçirilən iki komitəsinin tövsiyə xarakterli qərarları, 40-cı ümumi iclasın gündəliyinə daxil olunan məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub. Qeyd edək ki, noyabrın 26-da Bakıda QİƏT PM-in Hüquqi işlər və siyasi komitəsinin də əlavə iclası keçirilib.
    26.11.12 Məqaləni oxumaq
     
    Azərbaycan və Türkiyə axtarış və xilasetmə xidmətlərini əlaqələndirir
    Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan hökuməti və Türkiyə hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında” Saziş ratifikasiya üçün müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, sənəd barədə komitə sədri Ziyafət Əsgərov məlumat verib. O bildirib ki, sazişdə qeyd olunur ki, sənəd 5 illik müddətə imzalanır və bu müddətin bitməsinə 6 ay qalmış tərəflərdən hansınınsa narazılığı olmadığı təqdirdə daha 5 il müddətinə uzadılır: “Saziş Türkiyə və Azərbaycan arasında münasibətlərin hüquqi müstəvidə bir daha möhkəmlənməsinə səbəb olacaq”.
    24.11.12 Məqaləni oxumaq
     
    Elşad İskəndərov: "Qarabağ münaqişəsi Avrasiya İslam Şurasının prioritetləri sırasındadır"
    Türkiyənin İstanbul şəhərində "Ənənədən gələcəyə: Avrasiyada İslam üfüqü" adı altında keçirilən Avrasiya İslam Şurasının VIII Zirvə Toplantısı öz işini yekunlaşdırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, 30-dan artıq ölkənin 100-dən çox dini təsisatının rəhbərinin iştirak etdiyi Zirvə Toplantısında yekun bəyannamə qəbul edilib. Bəyannamənin müzakirəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun təklifi ilə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin pislənməsi yekun bəyannamənin 1-ci maddəsində öz əksini tapıb. Həmin maddədə qeyd olunub ki, başda Orta Şərq, Suriya və Fələstində axıdılan müsəlman qanının tez bir zamanda dayandırılması və Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində işğalın dayandırılması üçün beynəlxalq aləmin üzərinə düşən insani vəzifənin yerinə yetirilməsi, dinindən və inancından asılı olmayaraq, əzəli, mənəvi dəyərlərin sahibi olduğunu düşünən bütün dini qurumlara bu məsələdə sülh və təhlükəsizliyin təmin olunması üçün səslənməyi özlərinə vəzifə olaraq görürlər:
    24.11.12 Məqaləni oxumaq
     
    YAP daha bir beynəlxalq konfransın Bakıda keçirilməsini təklif edib
    Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının gənclər təşkilatının Asiya ölkələrinin Gənclər Birliyinin Forumu Bakıda keçirilə bilər. “KƏLAMİNFO” xəbər verir ki, bu təkliflə qurumun bu gün Bakıda keçirilən iclasında Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov çıxış edib. O qeyd edib ki, bu tədbirin Bakıda keçirilməsi gənclərin işinə böyük töhfə olardı: “YAP bu tədbiri Bakıda yüksək səviyyədə təşkil edə bilər”. Azərbaycan tərəfi, həmçinin təklif edir ki, Asiya siyasi partiyalarının qadınlar təşkilatının yaradılması ilə bağlı qərar qəbul olunsun.
    22.11.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov Ovannisyana sərt cavab verdi
    “Ermənistanın sabiq xarici işlər naziri, Ermənistan İrs Partiyasının sədri Raffi Ovannisyanın sözləri beynəlxalq aləmin mövcud məsələlərlə qəbul etdiyi baxışları çərçivəsinə qətiyyən sığmır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bildirib. O qeyd edib ki, R.Ovannisyanın nə deməsindən asılı olmayaraq istər BMT, istərsə Avropanın mühüm qurumları, o cümlədən də münaqişənin nizama salınması ilə məşğul olan ATƏT və onun həmsədrləri Azərbaycan torpaqlarının işğal olunması faktını dəfələrlə ifadə ediblər: “Bundan əlavə, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını açıq şəkildə bəyan ediblər. Mən hesab edirəm ki, bütün bunların hamısı Ermənistanın sabiq xarici işlər nazirinin səsləndirdiyi bu sərsəm bəyanatın tamamilə əsassız olduğunu təsdiqləyir”.
    22.11.12 Məqaləni oxumaq
     
    “Azərbaycan İranın vasitəçiliyini rəsmən qəbul edib”
    Azərbaycan İranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində vasitəçiliyini rəsmən qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib. M.Əhmədoğlu xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın mövqeyində dəyişiklik yaranıb: “İranın mövqeyində meyllənmə müşahidə edilir. Bu dəyişiklik qatı ermənipərəstlikdən dəyişkənliyə doğrudur”. M.Əhmədoğlu onu da qeyd edib ki, bu dəyişkənliyə baxmayaraq, İran hələ də DQ münaqişəsinin tənzimlənməsində özünün vasitəçiliyini Ermənistana qəbul etdirə bilməyib. M.Əhmədoğlu vasitəçilik missiyasında iştirak etmək fikrində olmasına baxmayaraq, İranın hələ də Ermənistana çox dəstək olduğunu qeyd edib.
    22.11.12 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: Sarkisyanı dəlixanaya göndərmək lazımdır
    “Ermənistanın baş naziri və xarici işlər naziri ruhi xəstədir. Onların ruhi əsəb dispanserinə ehtiyacları var”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib. M.Əhmədoğlu əlavə edib ki, Ermənistan parlamentinin spikerini isə orta məktəbə göndərmək lazımdır: “O qədər savadsızdır ki, hərfi tanımır. Prezidentləri Sarkisyanı isə əvvəlcə dəlixanaya, sonra isə orta məktəbə göndərmək lazımdır. Mən onların Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmsəi ilə bağlı verdiyi bəyanatlar, bu problemlə bağlı destruktiv mövqelərindən başqa bir məna çıxarda bilmirəm”.
    22.11.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Sinqapur Prezidenti Toni Tan ilə görüşüb
    Bu gün Sinqapurda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Prezidenti Toni Tanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri iki dövlət arasındakı münasibətlərdə çox mühüm və tarixi bir hadisədir. Bu səfər Sinqapur ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişafına güclü təkan verəcək. Qeyd edilib ki, Sinqapur bu gün Cənub-Şərqi Asiya regionunun həyatında önəmli rola malikdir. Bu baxımdan Sinqapur Azərbaycanın Cənubi Qafqazdakı önəmli mövqeyini xatırladır. Diqqətə çatdırılıb ki, çox dinamik inkişaf edən iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün yaxşı perspektivlər var. Bildirilib ki, dövlətlərimiz arasında iqtisadi, ticari və enerji sahələrində müəyyən əlaqələr olsa da bu, hər iki ölkənin mövcud potensialını əks etdirmir. Danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün əlaqələndirici bir qurumun yaradılması barədə razılığa gəlinib.
    21.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 19 20 21 22 23 24 25 26 27 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30