Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  225 226 227 228 229 230 231 232 233  #
    Parlamentdə “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” AR Qanun layihəsi təsdiq edildi
    Bu gün Milli Məclisin növbəti iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiq olunub. Milli Məclisin sədri Oqtay Əsədov əvvəlcə Qurban bayramı münasibətilə iclas iştirakçılarını və xalqımızı təbrik edib. Gələn ilin əsas maliyyə sənədi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin bir neçə gün ərzində parlamentdə müzakirə edildiyini vurğulayan O.Əsədov deputatların fikir və təkliflərinin nəzərə alındığını söyləyib. “Cari ilin 10 ayı ərzində ÜDM-in artımı 8,5 faiz olub. Bu da MDB məkanında ölkəmizin birinci olması deməkdir”,-deyə O.Əsədov vurğulayıb.
    26.11.09 Məqaləni oxumaq
     
    Müdafiə sənayesi naziri Y.Camalov polşalı həmkarının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Polşanın milli müdafiə naziri Boqdan Klixin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Sənayesi Nazirliyindən (MSN) veriblər. Görüşdə Y.Camalov qonaqlara nazirliyin fəaliyyəti ilə bağlı geniş məlumat verib. O, Azərbaycanla Polşa arasında müxtəlif sahələr üzrə mövcud əməkdaşlığı yüksək qiymətləndirib. B.Klix iki ölkə arasında mövcud əməkdaşlıqlar sırasına yaxın gələcəkdə müdafiə sənayesi sahəsi üzrə də əməkdaşlığın daxil olacağına ümidvar olduğunu bildirib. Görüşün müdafiə sənayesi sahəsi üzrə gələcəkdə yaranacaq əməkdaşlığa müsbət təsir göstərəcəyini vurğulayan B.Klix səmimi qəbula görə minnətdarlığını ifadə edib. Qeyd edək ki, görüşdə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski də iştirak edib.
    26.11.09 Məqaləni oxumaq
     
    ATƏT Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə müşahidəçi göndərməyəcək
    Azərbaycan məişət zorakılğını kriminallaşdıran qanunvericiliyi qəbul edən ölkələrin sırasına qoşula bilər. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakıda “Məişət zorakılğının qarşısının aınması: ictimaiyyəti məlumatlandırma və qanuna dəstək” mövzusunda keçirilən beynəlxalq konfransada məlumat verilib. Məsələyə münasibət bildirən ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel isə qanunu qəbul edən artıq 60 ölkənin olduğunu, Azərbaycanın da bu ölkələr sırasına qoşulacağına əminliyini ifadə edib. Azərbaycanın qonşularından Türkiyə və Gürcüstanın da bu qanunvericiliyi qəbul etdiyini söyləyən səfir, bir il ərzində daha 10-15 dövlətin həmin ölkələr sırasında olacağını istisna etməyib. B.Cankorel həmçinin ATƏT-in Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə müşahidəçi göndərməyəcəyini də diqqətə çatdırıb.
    26.11.09 Məqaləni oxumaq
     
    Noyabrın 27-si və 28-i Azərbaycanda Qurban bayramı kimi qeyd olunacaq
    Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün iş olmayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirlər Kabinetindən veriblər. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, noyabrın 27-si və 28-i Azərbaycanda Qurban bayramı kimi qeyd olunacaq. İstirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar noyabrın 30-u da qeyri-iş günü elan edilib.
    25.11.09 Məqaləni oxumaq
     
    Bələdiyyə seçkilərində Ana Vətən Partiyası yekun olaraq 412 nəfər namizədlə iştirak edəcək
    Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə Ana Vətən Partiyasının yekun olaraq təqdim etdiyi ümumilikdə 1000 namizəddən 412 nəfər qeydə alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya partiyanın mətbuat xidmətindən veriblər. İrəli sürülən namizədlər həm partiya xətti, həm də partiya mənsubiyyəti göstərilməklə fərdi qaydada təqdim olunub. Bunlardan 120 nəfər partiya xəttilə, 292 nəfər isə fərdi qaydada irəli sürülən namizədlərdir. Partiya tərəfindən seçkilərdə iştirakı rəsmi qeydə alınan namizədlərin ümumilikdə 10%-i qadınlar, 30%-i isə gənclər təşkil edir. Partiya bu gündən etibarən təbliğat-təşviqat kampaniyasına başlayacaq. Bununla əlaqədar AVP sədri, millət vəkili Fəzail Ağamalı partiyanın yerli təşkilat sədrləri ilə görüş də keçirib.
    25.11.09 Məqaləni oxumaq
     
    Prezident Rusiyaya işgüzar səfərə yola düşüb
    Bu gün prezident İlham Əliyev Rusiya Federasiyasının dövlət başçısı Dmitri Medvedevin dəvəti ilə Rusiyanın Ulyanovsk şəhərinə işgüzar səfərə yola düşüb. Prezident Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. Xatırladaq ki, prezident İlham Əliyev noyabrın 23-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib.
    25.11.09 Məqaləni oxumaq
     
    Azərbaycan və Rusiya prezidentləri bir araya gələcək
    Bu gün prezident İlham Əliyev Rusiya Federasiyasının dövlət başçısı Dmitriy Medvedevlə görüşəcək. Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti ilə baş tutan səfərin əsas məqsədi Ulyanovsk şəhərində meydanlardan birinə Heydər Əliyevin adının verilməsi münasibətilə keçiriləcək mərasimdə iştirak etməkdir. Ulyanovskda keçiriləcək görüşdə prezidentlər enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında məsələləri müzakirə edəcəklər. Bundan başqa ölkə başçıları beynəlxalq və regional problemlərin həlli barəsində də fikir mübadiləsi aparacaqlar.
    24.11.09 Məqaləni oxumaq
     
    Prezident Sumqayıt Elektrik Stansiyasının açılış mərasimində iştirak edib
    Bu gün prezident İlham Əliyev Sumqayıt Elektrik Stansiyasının açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısını Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri, inşaatçılar və energetiklər qarşılayıblar. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev ölkə başçısına məlumat verərək bildirib ki, təməli 2005-ci il avqustun 12-də prezident İlham Əliyev tərəfindən qoyulan 525 meqavatlıq Sumqayıt Elektrik Stansiyası istismara hazırdır. Yeni stansiya şəhərin perspektiv sosial-iqtisadi inkişafı nəzərə alınmaqla 1 nömrəli Sumqayıt Elektrik Mərkəzinin ərazisində inşa edilib. Stansiyanın iş rejimi və avadanlığı ilə yaxından tanış olan prezident İlham Əliyev energetiklərlə görüşüb, onları təbrik edərək uğurlar arzulayıb.
    20.11.09 Məqaləni oxumaq
     
    Ermənistan təklif edilən variantlara məhəl qoymur
    Azərbaycan Ermənistan prezidentlərinin növbəti görüşünün yaxın günlərdə keçirilməsi planlaşdırılır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov söyləyib. A.Əzimov qeyd edib ki, Azərbaycanın mövqeyi Dağlıq Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində, əhalinin öz yurdlarına qaytarılması, normal şəraitin bərpa edilməsi ilə orada yaşaması və gələcəkdə hansısa münasib şəraitdə statusun müəyyənləşdirilməsi prinsipləri ilə həllindən ibarətdir.
    19.11.09 Məqaləni oxumaq
     
    "NATO-nun Yeni Strateji Konsepsiyası: tərəfdaşlar tərəfindən müzakirələrə tövhə" mövzusunda konfransın keçirilməsi planlaşdırılır
    Sabah Bakıda, Xarici İşlər Nazirliyi və NATO Azərbaycan Beynəlxalq Məktəbinin birgə təşkilatçılığı ilə "NATO-nun Yeni Strateji Konsepsiyası: tərəfdaşlar tərəfindən müzakirələrə tövhə" mövzusunda konfransın keçirilməsi planlaşdırılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər. Konfrans "Hyatt Regency" mehmanxanasının "Guba Ballroom" otağında keçiriləcək. Konfransda açılış nitqini xarici işlər nazirinin müavini Araz Əzimov söyləyəcək.
    19.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  225 226 227 228 229 230 231 232 233  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30