Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 224 225 226 227 228 229 230 231 232 » #
    İran Azərbaycanla viza rejimini ləğv etdi
    İranla Azərbaycan arasında bağlanan razılaşmalar öz nəticələrini verməyə başlayır. KƏLAMİNFO xəbər verir ki, bu gün İran Mədəniyyət Mərkəzində İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami keçirdiyi mətbuat konfransında bu nəticələr barədə məlumat verib. 10 ay öncə prezident İlham Əliyevin İrana səfərindən sonra iki ölkə arasında münasibətlərdə yeni dönəmin başlandığını vurğulayan səfir viza məsləsinin də öz müsbət həllini tapdığını söyləyib.
    07.12.09 Məqaləni oxumaq
     
    XİN və Azərbaycan NATO Beynəlxalq Məktəbi "Kiber təhlükəsizlik" mövzusunda növbəti sessiya keçirəcək
    Dekabrın 07-13-ü tarixlərində "Ramada" mehmanxanasında Xarici İşlər Nazirliyi və Azərbaycan NATO Beynəlxalq Məktəbinin (NİSA) birgə təşkilatçılığı ilə "Kiber təhlükəsizlik" mövzusunda növbəti sessiya keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Qeyd edək ki, mətbuat nümayəndələrinin iştirakı saat 10:00-11:00 aralığında nəzərdə tutulub.
    05.12.09 Məqaləni oxumaq
     
    Mətbuat Şurasında “Qarabağ mövzusu və Xocalı Soyqırımı”nın mediada təbliğinə dəstək layihəsi ilə bağlı Dəyirmi masa keçirildi
    Bu gün Mətbuat Şurasında “Qarabağ mövzusu və Xocalı Soyqırımı”nın mediada təbliğinə dəstək layihəsinə başlanılması ilə bağlı Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mediasının “Qarabağ həqiqətləri və Xocalı Soyqırımı”nın təbliğinə həmişə diqqət ayırdığını bildirdi. O, bu diqqəti bir qədər artırmağa, kütləvi informastiya vasitələrinin mövzunun təqdimatındakı fəaliyyətini stimullaşdırmağa ehtiyac olduğunu söylədi. Ə.Amaşov elan edilən mövzuların təbliğində iştirak edən ən yaxşı bir xarici KİV-ə xüsusi diplom təqdim olunacağını vurğuladı. Ə.Amaşov qalib yazıların ingilis dilində tərcümə edilərək müxtəlif KİV-lərdə dərci, informasiya portallarında və VEB səhifələrdə yerləşdirilməsinin nəzərdə tutulduğunu bildirdi. Tədbirdə cıxış edən “Xocalı Soyqrımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Babayev Qarabağ və Xocalı həqiqətlərini bir daha bütün dünyaya çatdırmağın vacib və əhəmiyyətli olduğunu vurğuladı. O, bu işin bir hissəsinin də KİV-in üzərinə düşdüyünü bildirdi.
    04.12.09 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunu haqqında mətbuat konfransı keçirdi
    Bu gün Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu 2009-cu ilin noyabrında beynəlxalq və regional ictimai-siyasi proseslərin təhlilinə həsr olunan analitik materialın təqdimatını keçirdi. M.Əhmədoğlu mətbuat konfransında əsasən Dağlıq Qarabağ, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda olan ölkələrlə bağlı danışdı. M.Əhmədoğlu ilk növbədə Rusiya və Ermənistan arasında ciddi problemlər olduğunu söylədi. “Xatırlayıram, müstəqillik dövründə “Həlqə əməliyyatı” zamanı da belə bir hal olmuşdu. Yenə də iki ölkə arasında olan münasibətlər soyuyub”, - deyən M.Əhmədoğlu əlavə edib. Son olan hadisələrə nəzər salan mərkəz rəhbəri iki dəfə Dmitriy Medvedyevin Serj Sarqisayanın ətrafında olmasına baxmayaraq Rusiya prezidentinin onunla görüşmədiyini diqqətə çatdırdı: “Ola bilsin ki, Rusiya nə isə mesaj vermək istəyir. Bu türk-erməni münasibətlərinin təsirindən də ola bilər”.
    03.12.09 Məqaləni oxumaq
     
    Hazırda 5032 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib
    Dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərini izləmək üçün 411 nəfər müşahidəçi Mərkəzi Seçki Komissiyasından (MSK) qeydiyyatdan keçib. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-dan veriblər. Dairə Seçki Komissiyalarından (DSK) qeydiyyatdan keçənlərin sayı isə 4621 nəfər olub. Bunlardan 1999-u partiya təmsilçiləri qalanları isə müstəqil müşahidəçilərdir. Qeyd edək ki, müşahidəçilərin qeydiyyatı MSK-da seçkiyə 10, DSK-da isə 5 gün qalmış başa çatacaq.
    03.12.09 Məqaləni oxumaq
     
    Bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanıb
    Bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanıb. Aşağı seçki komissiyalarının 30 minə yaxın üzvünü əhatə edəcək treninqlərin keçirilməsində məqsəd komissiya üzvlərinin peşə hazırlığı səviyyələrinin daha da yüksəldilməsidir. Treninqlər Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanmış trenerlər (hər dairə seçki komissiyası üzrə 2 trener) tərəfindən keçirilir. Aşağı seçki komissiyalarının üzvləri kiçik qruplar şəklində treninqlərdə iştirak edirlər. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-dan veriblər.
    02.12.09 Məqaləni oxumaq
     
    İsveçrə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyir
    İsveçrə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyir. KƏLAMİNFO xəbər verir ki, Bu sözləri İsveçrənin xarici işlər naziri Mişlin Kalmi-Rey Afinada keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 17-ci iclasındakı çıxışında deyib. M.Kalmi-Rey İsveçrənin regiondakı “dondurulmuş münaqişələr”in həlli prosesini təqdir etdiyini vurğulayıb.
    02.12.09 Məqaləni oxumaq
     
    Fransanın xarici işlər naziri Bernar Kuşner Tərəfləri Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırıb
    Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həllinə nail olmaq üçün tutarlı əsaslar var. Tərəfləri Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırıram. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Fransanın xarici işlər naziri Bernar Kuşner Yunanıstanın paytaxtı Afinada keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 17-ci iclasındakı çıxışında səsləndirib B.Kuşner ATƏT-in Minsk Qrupu, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atıldığını bildirib. “Ümid edirik ki, bu tərəqqiyə Afinada da nail olunacaq, münaqişə tezliklə həllini tapacaqdır”,-deyən B.Kuşner Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərini münaqişənin həlli ilə bağlı razılıq əldə etməyə və bunu yazılı şəkildə əks etdirməyə çağırıb.
    01.12.09 Məqaləni oxumaq
     
    Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    Dünən prezident İlham Əliyev müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edib, hamıya ən səmimi arzu və diləklərimi yetiririb: "İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər". Prezident qeyd edib ki, Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır və tarixən islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş edib.
    27.11.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Şamaxıda bir sıra obyektlərin açılışında iştirak edib
    Bu gün prezident İlham Əliyev Şamaxı rayonunda səfərdə olub. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev rayon mərkəzində Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Şamaxıda Heydər Əliyev parkında aparılmış yenidənqurma işləri ilə tanış olan dövlət başçısına məlumat verilib ki, ərazisi əvvəllər 0,4 hektar olan parkın ətrafındakı yararsız tikililərin sökülməsi hesabına onun sahəsi 4,5 hektara çatdırılıb, ulu öndərin abidəsi bu istirahət mərkəzinin ərazisinə köçürülüb. Parkda 5 fəvvarə, 270 yerlik yay konsert meydançası, kafe, uşaq əyləncə mərkəzi, istirahət köşkləri yaradılıb. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasının açılışında da iştirak edib. Dövlət başçısı bina ilə yaxından tanış olub.
    27.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 224 225 226 227 228 229 230 231 232 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30