Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 223 224 225 226 227 228 229 230 231 » #
    Dağlıq Qarabağ münaqişəsinin həlli artıq real mərhələdədir
    Dağlıq Qarabağ münaqişəsinin həlli artıq virtual mərhələdən real mərhələyə keçid ərəfəsindədir. KƏLAMİNFO xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi Dəyirmi masada bildirib. M.Əhmədoğlu son dövrlər bu istiqamətdə iri dövlətlər, o cümlədən Fransa, ABŞ və Rusiyanın aktiv siyasət sürdüyünü diqqətə çatdıraraq, əsas maraqlı cəhətin bu dövlətlərin aktiv siyasətinin arxasında nəyin durmasının olduğunu vurğulayıb. O, bununla əlaqədar son zamanlar Türkiyənin baş naziri R.T.Ərdoğanın Rusiya dövlət və hökümət başçıları ilə görüşünü və ölkə başçısı İlham Əliyevin Fransa səfərini də həlledici işgüzar səfər kimi dəyərləndirib.
    09.12.09 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: “Azərbaycan ordusunun döyüş qabiliyyəti istənilən təcavüzkara ən yüksək səviyyədə cavab verməyə qadirdir”
    Azərbaycan ordusunun döyüş qabiliyyəti istənilən təcavüzkara ən yüksək səviyyədə cavab verməyə qadirdir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclisin Təhülükəsizlik və Müdafiə Komitəsinin sədri, vitse-spiker Ziyafət Əsgərov Gənc Tamaşaçılar Teatrında “Cəmşid Naxçıvanski adına Hərbi Lisey Heydər Əliyevin monumental hərbi abidəsidir” mövzusunda keçirilən tədbirdə bildirib.
    09.12.09 Məqaləni oxumaq
     
    Z.Əsgərov: “R.T.Ərdoğanın ABŞ prezidenti qarşısında qaldırdığı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycanın haqq işinin qələbəsi ilə nəticələnəcək”
    Biz Dağlıq Qarabağla bağlı aparılan bütün danışıqları alqışlayırıq. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclisin Təhülükəsizlik və müdafiə komitəsinin sədri, birinci vitse-spiker Ziyafət Əsgərov söyləyib.
    09.12.09 Məqaləni oxumaq
     
    Mahmud Məmmədquliyev Vyanada BMSİT-in Baş Konfransının 13-cü sessiyasında iştirak edir
    Avstriyanın paytaxtı Vyanada BMT Sənaye İnkişafı Təşkilatının (BMSİT) Baş Konfransının 13-cü sessiyası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, sessiyada Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Tədbirin əsas mövzusu “yaşıl sənaye“ və onun ölkələrin mövcud iqtisadi vəziyyəti üçün verə biləcəyi şanslara həsr olunub. Sessiyada təşkilata üzv olan 173 ölkənin nümayəndələri iştirak edir.
    09.12.09 Məqaləni oxumaq
     
    Deputat Gültəkin Hacıbəyli Avstriyaya gedib
    Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli Avstriyaya səfərə yola düşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. Səfər zamanı G.Hacıbəyli Vyana Diplomatiya Akademiyasında Avstriya Beynəlxalq Sülh və Siyasət İnstitutu və Azərbaycan Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən Azərbaycanda diplomatik xidmətin yaradılmasının 90-cı ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcək. Tədbir çərçivəsində “Avropa və Xəzər regionu arasında əlaqələrin genişləndirilməsində Azərbaycanın rolu” mövzusunda konfransın keçirilməsi də nəzərdə tutulub. G.Hacıbəyli tədbirdə “Azərbaycan və Avroatlantik inteqrasiya siyasəti” mövzusunda məruzə ilə çıxış edəcək. Dekabrın 10-dan 12-dək isə deputat G.Hacıbəyli Avropa Şurası Parlament Assambleyası, Parlamentlərarası İttifaqın və Beynəlxalq Miqrasiya Təşkilatının təşkilatçılığı ilə keçirilən “Avropada miqrasiya və qadınlara qarşı zorakılıq” mövzusunda toplantıya qatılmaq üçün Parisə səfər edəcək.
    09.12.09 Məqaləni oxumaq
     
    YAP-ın sədr müavini Əli Əhmədov və deputat Asəf Hacıyev Avropa Xalq Partiyasının Bonn Konqresində iştirak edir
    Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov və deputat Asəf Hacıyev Avropa Xalq Partiyasının 2009 Bonn Konqresində iştirak edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-ın mətbuat xidmətindən veriblər. Almaniya Kansleri Angela Merkelin təşkilatçılığı ilə bu gündən dekabrın 10-dək Bonn şəhərində keçiriləcək Konqresdə AXP-nin əsas prioritet sahələrindən olan Sosial Bazar iqtisadiyyatı haqqında müzakirələr aparılacaq. Almaniya Bundestaqında keçirilən Konqresdə Avropanın dövlət və hökümət başçıları, parlamentarilər, həmçinin mindən artıq nümayəndə iştirak edir.
    09.12.09 Məqaləni oxumaq
     
    Türkiyə şiələri Məhərrəm ayının yaxınlaşması ilə əlaqədar Aşuraya hazırlıq işlərini sürətləndirib
    Türkiyənin Zeynəbiyə Məscidində Məhərrəm ayının yaxınlaşması ilə əlaqədar Aşuraya hazırlıq işləri sürətlənib. KƏLAMİNFO xəbər verir ki, İstanbuldakı Aşura məclisləri bir çox xüsusiyyətləri ilə dünyada tək olma özəlliyi daşıyır. Yüz minlərcə insanın qatıldığı matəm məclislərində Ələvi, Sünni, Cəfəri təriqətindən olan insanlar eyni duyğu ilə bir araya gəlirlər. Bundan başqa mərasimlərdə İslam dünyasının ümumi məsələlərinə də diqqət yetirilir. Hər il Aşura danışıqlarında işğal altındakı Türk torpağı Dağlıq Qarabağla bağlı Türkiyə Cəfərilərinin lideri Səlahəttin Özgündüzün Ermənistana mesaj göndərilir. Qeyd edək ki, 2005-ci ildə Ginnesin Rekordlar Kitabına namizəd olan Aşura teatrı peyk vasitəsilə Bakıdan Kərkükə, Moskvadan Parisə qədər türkcə danışan insanların diqqətini cəlb edir.
    08.12.09 Məqaləni oxumaq
     
    R.T.Ərdoğan: "Dağlıq Qarabağ problemi həll edilərsə Türkiyə-Ermənistan problemi də həllini tapar”
    "Azərbaycan-Ermənistan problemi həll edilərsə Türkiyə-Ermənistan problemi də həllini tapar. KƏLAMİNFO xəbər verir ki, bu barədə bəyanatla Vaşinqtonda Türkyənin Baş nazri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə iki saat davam edən görüşündən sonra keçirdiyi mətbuat konfransında çıxış edib.
    08.12.09 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Aİ-nın üzvü olan ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə səfər edib
    Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Bildirilib ki, “26+1” formatında keçirilən görüş cari ilin mayında Praqada “Şərq tərəfdaşlığı” Proqramı üzrə əməkdaşlıq Sazişi imzalandıqdan sonra nazirlər səviyyəsində keçiriləcək ilk rəsmi görüşdür.
    08.12.09 Məqaləni oxumaq
     
    Xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək
    Xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, bu haqda İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami keçirdiyi mətbuat konfransında söyləyib. Səfər çərçivəsində iki ölkə arasında bir sıra məsələlərin müzakirə oluanacağı nəzərdə tutulub. Xəzərin statusu ilə bağlı məsələyə münasibət bildirən səfir bu problemin 5 ölkə arasında həll edilməli olduğunu söyləyib: “Bu hüququ məsələdir. Hüququ məsələlər isə həll olunandır. Statusla bağlı məsələnin 70 faizi artıq həll edilib, 30 faizinin də yaxın gələcəkdə həll edilməsinə ümid edirik”,-deyə səfir bildirib. O, iki ölkə arasında 10 ay öncə bağlanan qaz müqaviləsinə də münasibət bildirib. “Qaz məsələləri ilə bağlı xüsusi mütəxəssis qrupu işləyir. İran tərəfi ümid edir ki, Azərbaycandan istədiyi həə qazı ala biləcək”. Qeyd edək ki, ölkə Azərbaycandan 5 mlrd. kubmetr qaz almaq fikrindədir. Hazırda səlahiyyətli orqanlar bunun üzərində işləyir.
    08.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 223 224 225 226 227 228 229 230 231 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30