Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 222 223 224 225 226 227 228 229 230 » #
    QMİ-nin Qazilər Şurasının Fətvası: “Dekabrın 18-i Məhərrəm ayının 1-i, dekabrın 27-i isə Aşura günüdür”
    Yeni 1431-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimilə 2009-cu ilin dekabrın 18-nə təsadüf edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının bu gün keçirilən iclasında Fətva verilib. Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay İslam tarixinə döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura – Məhərrəm ayının 10-cu günü İmam Hüseynin (ə) və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetişdiyi ay kimi daxil olub. Şeyx qeyd edib ki, İmam Hüseynin (ə) dinin saflığı uğrunda mübarizəsinin hər il yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.
    15.12.09 Məqaləni oxumaq
     
    Millət vəkili İqbal Ağazadə: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyi Azərbaycanın mövqeyi ilə uzlaşmır"
    ABŞ birinci dəfə deyil separatçı rejimə maliyyə yardımı ayırır. ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya və Fransanın da mövqeyi Azərbaycanın mövqeyi ilə uzlaşmır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə deputat İqbal Ağazadə çıxış edib. İ.Ağazadə təklif edib ki, parlamentdə təkcə ABŞ-ın qondarma respublikaya yardım ayırması məsələsi deyil, ümumiyyətlə Dağlıq Qarabağla bağlı aparılan sülh danışıqları ilə bağlı hesabat dinlənilməlidir. “Təklif edirəm ki, Milli Məclisin Qarabağ problemi ilə bağlı xüsusi iclası keçirilsin. İclasa xarici işlər naziri də dəvət olunsun. Nazir millət vəkillərinə danışıqların gedişi ilə bağlı məlumat versin. Çünki bizdə olan məlumata görə, münaqişənin həlli ilə bağlı aparılan sülh danışıqlarında istifadə olunan “Madrid prinsipləri”nin bir sıra bəndləri Azərbaycan Konstitusiyasına ziddir”,-deyə deputat vurğuladı.
    15.12.09 Məqaləni oxumaq
     
    Parlamentdə iqtidar və müxalifət deputatları eyni mövqe nümayiş etdirib
    Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasın cari məsələlər müzakirə olunan hissəsində çıxış edən deputat Musa Quliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma Dağlıq Qarabağ Respublikasına 8 mln. dollar vəsait ayırması məsələsinin parlamentdə müzakirə olunmasını təklif etdi. Deputat bildirdi ki, ABŞ Minsk Qrupunun həmsədri kimi separatçı rejimə maliyyə vəsaiti ayırmaqla bitərəfliyini itirib. O, ABŞ-ın atdığı bu addımın başadüşülən olmadığını və Minsk Qrupunun həmsədri kimi onun nüfuzuna xələl gətirdiyini vurğuladı. M.Quliyev məsələnin Milli Məclisin gündəliyinə salınmasını və ABŞ prezidenti Barak Obamaya, Konqresə etiraz edilməsini təklif etdi. M.Quliyev qeyd etdi ki, sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Birləşmiş Ştatlar separatçı rejimə maliyyə vəsaiti ayırmaqla beynəlxalq hüququn normalarını pozur.
    15.12.09 Məqaləni oxumaq
     
    “Bakı İslam Mədəniyyətinin Paytaxtı–2009” ili çərçivəsində II Beynəlxalq Nəsimi Elmi Konfransı öz işinə başlayıb
    Bu gün AMEA-nın Rəyasət Heyətinin böyük akt zalında “Bakı İslam Mədəniyyətinin Paytaxtı – 2009” ili çərçivəsində Azərbaycanın görkəmli şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş II Beynəlxalq Nəsimi Elmi Konfransı öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfrans AMEA, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birgə təşkil olunub. Konfransda Hələb vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müavini Məhəmməd Qacca, Hələb vilayətinin müftisi, doktor Mahmud Ökkəm, Nəsiminin yaradıcılığı ilə məşğul olan alimlər İsam Qəsəbçi və Məhəmməd Kamal, habelə İran İslam Respublikasından professor Cavad Heyət iştirak edirlər. Konfrans çərçivəsində Hələb şəhərində yerləşən İmadəddin Nəsiminin türbəsində yenidənqurma və genişləndirmə işlərinin aparılması istiqamətində əməkdaşlıq məsələlərinin müzakirə edilməsi planlaşdırılır.
    15.12.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
    Bu gün prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradke (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
    12.12.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev müxtəlif səviyyəli yol qovşağına daxil olan tunelin açılışında iştirak edib
    Bu gün prezident İlham Əliyev Bakı şəhərində Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağına daxil olan tunelin açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyevə məlumat verilib ki, Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihəsinə uyğun olaraq Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində inşa edilən yol qovşağına daxil olan tunel ikimərtəbəlidir. Birinci mərtəbədə dördzolaqlı avtomobil yolu, ikinci mərtəbədə isə geniş dayanacaq inşa olunub.
    11.12.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri başa çatıb
    Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri başa çatıb. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin “Orli” Beynəlxalq Hava Limanında prezident İlham Əliyevi Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Həmin gün axşam prezident İlham Əliyev Bakıya qayıdıb. Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar. Qeyd edək ki, Fransaya rəsmi səfəri çərçivəsində prezident İlham Əliyev Parisdə Yelisey sarayında Fransa prezidenti Nikola Sarkozi, Fransa Senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Bernar Akoyer və bu ölkənin xarici işlər naziri Bernar Kuşnerlə görüşüb.
    11.12.09 Məqaləni oxumaq
     
    Eldar Sabiroğlu: “Prezident İlham Əliyevin müharibə ilə bağlı verdiyi son bəyanat Ermənistanı təşvişə salıb”
    Bu gün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, E.Sabiroğlu bu il Azərbaycan Ordusunun bir çox uğurlar qazandığını, Silahlı Qüvvələrin peşəkarlığının artırılması məqsədilə bütün ordu birləşmələri səviyyəsində təlimlər keçirildiyini bildirib. O, Müdafiə Nazirliyində keçirilən sonuncu kollegiyada ordunun fəaliyyətinə dair yeni qərarların qəbul olunduğunu vurğulayıb.
    10.12.09 Məqaləni oxumaq
     
    Qanunla qadağan olunan dini kitablar və materialların yayılmasının qarşısı alınıb
    Balakən rayonunda qanunla qadağan olunan dini kitablar və materiallar götürülüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Daxili İşlər Nazirliyindən (DİN) veriblər. Balakən RPŞ və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rayon şöbəsi əməkdaşları tərəfindən şübhəli bilinən Qullar kənd sakinləri İlfan və Kənan Mahmuyevlərin yaşadıqları evə baxış zamanı qanunla qadağan olunan, müxtəlif dillərdə çap edilən 47 adda dini kitab, 33 ədəd kompyuter diski, 2 ədəd videokaset və 6 ədəd dini məzmunlu şəkil aşkar edilərək götürülüb.
    10.12.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Fransada rəsmi səfərdədir
    Prezident İlham Əliyev Fransa Respublikasında rəsmi səfərdədir. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin “Orli” Beynəlxalq Hava Limanında İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib. Daha sonra hərbi orkestrin ifasında Azərbaycan və Fransanın dövlət himnləri səslənib, fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Dövlət başçısı fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə Hava Limanından onun üçün ayrılan iqamətgaha yola düşüb.
    10.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 222 223 224 225 226 227 228 229 230 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30