Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 221 222 223 224 225 226 227 228 229 » #
    Bu gün Məhərrəmlik ayı başlayır
    Bu gün hicri-qəməri təqvimlə Məhərrəmlik ayı başlayır. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurası fətva verib. Bu il Aşura günü dekabrın 27-nə düşür. Fətvada bildirilir ki, təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün İmam Hüseyn (ə) naminə qanvermə aksiyasının təşkili ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır. Qeyd edək ki, Məhərrəm İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə Mühəmməd Peyğəmbərin (s) nəvəsi, dördüncü xəlifə Həzrət Əlinin (ə) oğlu İmam Hüseyn (ə) və yaxınları Yəzid ibn Muaviyənin qoşunları tərəfindən amansızcasına qətlə yetirilib.
    19.12.09 Məqaləni oxumaq
     
    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov illik yekuna dair hesabat verdi
    Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Yeni Azərbaycan Partiyasının (YAP) iqamətgahında ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirdi. O, cari ildə azərbaycanlıların təşkilatlanması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə bir sıra tədbirlərin həyta keçirldiyini söylədi. Komitə sədri diasporanın artıq müasir iş üslubları ilə çalışmağa başladığını bildirdi: “Xəritədə olan bütün ölkələrdə Azərbaycan diasporası geniş təsir imkanlarına malikdir.
    18.12.09 Məqaləni oxumaq
     
    Hazırda 90 dini icma dövlət qeydiyyatına alınıb
    Bu günə qədər 90 dini icma dövlət qeydiyyatına alınıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov verib. Ümumilikdə rəhbərlik etdiyi quruma 400-ə yaxın dini icma tərəfindən müraciətin daxil olduğunu vurğulayan H.Orucov bildirib ki, hazırda quruma müracət edənlərin sənədləri öyrənilir və təkmilləşdirilir. Onun sözlərinə görə, 15 dini icmanın sənədləri hazırdır və sənədlər imzalanmaq üçün gün ərzində ona təqdim olunacaq. O əlavə edib ki, hər gün ən azı 5-7 dini icma qeydiyyata alınma ilə bağlı müraciət edir. H.Orucov qeydiyyata alınan dini icmaların 7-8-nin qeyri-islam, qalanları isə islam təmayüllü olduğunu söyləyib.
    18.12.09 Məqaləni oxumaq
     
    Qeydiyyatdan keçməyən dini icmaların fəaliyyəti dayandırıla bilər
    Cari ilin sonuna qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət (DQİDK) etməyən dini icmalarla bağlı müvafiq tədbirlər görülücək. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov söyləyib. “Dini etiqad azadlığı haqqında” AR Qanununu xatırladan H.Orucov əlavə edib ki, qeydiyyatdan keçməyən icmalar üçün qanunda nəzərdə tutulan müvafiq maddə tətbiq ediləcək. Onun sözlərinə görə, növbəti ilin yanvarın 1-dən etibarən onların fəaliyyətinin dayandırılmasına baxılacaq.
    17.12.09 Məqaləni oxumaq
     
    Dövlət qeydiyyatına alınan dini icmalara şəhadətnamələr verildi
    Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) dövlət qeydiyyatına alınan dini icmalara şəhadətnamələrin təqdim edilməsi mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən DQİDK-nin sədri Hidayət Orucov il ərzində bundan əvvəl də bir sıra dini icmalara yeni şəhadətnamələrin verildiyini söylədi. Ölkədə “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişiklərin edildiyini xatırladan H.Orucov bildirdi ki, sənədin müvafiq bəndinə əsasən ölkədə fəaliyyət göstərən bütün dini icmalar yenidən dövlət qeydiyyatından keçməlidirlər. Azərbaycanda mövcud dini durumdan bəhs edən H.Orucov sözügedən qanunun da ölkədə məhz dini tolerantlığın təmin edilməsinə xidmət etdiyini söylədi. Ölkədə bəzi qrupların bu sahədəki mövcud stabil duruma mənfi təsir göstərməyə cəhd etdiklərini qeyd edən H.Orucov bu istiqamətdəki mübarizə tədbirlərinə ölkədəki dini icmaların da qoşulmalı olduğunu bildirdi.
    17.12.09 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Türkiyəyə dekabrın 24-də gedəcək
    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyəyə rəsmi səfərinin vaxtı açıqlanıb. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər dekabrın 24-25-də baş tutacaq. Səfər çərçivəsində E.Məmmədyarov türkiyəli həmkarı Əhməd Davutoğlu və digər rəsmi şəxslərlə görüşlər keçiricək. Danışıqlarda iki qardaş ölkə arasında ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və vətəndaşları üçün viza rejiminin aradan qaldırılması məsələləri müzakirə olunacaq.
    17.12.09 Məqaləni oxumaq
     
    İran Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının tərəfdarıdır
    İran Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanparast söyləyib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İrana işgüzar səfəri barədə danışan R.Mehmanparast bu dəfəki səfər çərçivəsində regiondakı bütün ölkələrlə münasibətlərin inkişaf etdirlməsi məsələlərinin müzakirə olunduğunu bildirib.
    16.12.09 Məqaləni oxumaq
     
    Məmurlar məscidlərdən azanın səsgücləndiricilə verilməməsini tələb edirlər
    “Toyda, konfranslarda, şadlıq evlərində, Hacıbala Abutalıbovun küçədə qışqıranları mikrofondan istifadə edirlərsə, o zaman dindarlar məsciddə bundan niyə istifadə etməməlidirlər?” KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Qazilər Şurasının bu gün keçirilən iclasında çıxış edərkən deyib. A.Paşazadə bildirib ki, bəzən məsciddə 5 nəfər olur və çox güclü səs verirlər. “Buna da ehtiyac yoxdur. Yəni ehtiyac olan qədər səs vermək lazımdır. Heç kim buna etiraz edə bilməz”,-deyən Şeyxülislam bəzi müştəbeh məmurların heç bir göstəriş olmadan məscidlərdən azanın səsgücləndirici ilə verilməməsini tələb etdiklərini bildirib.
    16.12.09 Məqaləni oxumaq
     
    Bu gün Milli Məclisin növbəti iclası keçirildi
    Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasda AR İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə qanun layihəsi müzakirə olundu. Sənəd barədə məlumat verən MM-in Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov bildirdi ki, təqdim olunan qanun layihəsinə bir sıra dəyişikliklər təklif olunub. İclasda həmçinin “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanunu layihəsi, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsi və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsi (ikinci oxunuşda) müzakirə olundu. Millət vəkilləri çıxış edərək iclasın gündəliyinə təqdim olunan qanun layihələri barədə öz fikir və təkliflərini səsləndirdilər.
    16.12.09 Məqaləni oxumaq
     
    “Günəbaxan” verilişi insanların mənəviyyatına və heysiyyatına toxunur
    Son günlər ölkənin efir məkanında yer almış bəzi telekanallarda şou verilişlərinin aparıcıları İslam dini barəsində özlərinin subyektiv fikirləri ilə çıxış edirlər. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Qafqaz Müsəlmanları İdarəsinin Elm və təhsil şöbəsinin müdiri Qazi Hacı Mirəziz Seyidzadə çıxış edib. M.Seyidzadə bildirib ki, ANS telekanalında yayımlanan “Günəbaxan” verilişinin aparıcısı Turan İbrahimov əcnəbi musiqi sədaları altında özünün qeyri-etik və mənəviyyata zidd hərəkətləri ilə İslam dini və onun Peyğəmbərindən (s) danışır. M.Seyidzadə bu kimi şou xarakterli verilişlərdə İslam şəriəti ilə bağlı təsadüfi insanların subyektiv fikirlər səsləndirmələrinin müqəddəs dinimiz haqqında yanlış informasiyaların formalaşmasına gətirib çıxardığını diqqətə çatdırıb. “Bu düzgün deyil və sözügedən veriliş tamaşaçıların heysiyyatına toxunur”,-deyə M.Seyidzadə əlavə edib.
    15.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 221 222 223 224 225 226 227 228 229 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30