Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 220 221 222 223 224 225 226 227 228 » #
    DQİDK sədrinin yanında Məşvərət Şurasının növbəti iclası keçirilib
    Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin yanında Məşvərət Şurasının növbəti iclası keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQİDK-dən veriblər. Məşvərət Şurasının sədri Hidayət Orucov bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və müxtəlif din mənsubu olan vətəndaşlarının öz dini etiqadlarının sərbəst icra etməsi üçün hər cür şərait yaradan, onları qoruyan dövlətdir. Bakıda “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda keçirilən Beynəlxalq konfransı xatırladan H.Orucov qeyd edib ki, Azərbaycan hökumətinin din siyasəti müsbət nəticələr verir.
    30.12.09 Məqaləni oxumaq
     
    MM “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnaməni qəbul etdi
    Bu gün Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasda “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Qanun layihəsi müzakirəyə çıxarıldı. Milli Məclisin Regionla məsələlər komitəsinin sədri Arif Rəhimzadə sənəd barədə məlumat verərək bildirdi ki, Əsasnamə “Bələdiyyələrin statusu haqqında” Qanuna uyğun olaraq ölkəmizdə bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi qaydasını müəyyən edəcək. Bu günə kimi Azərbaycanda bələdiyyələrin dövlət reyestrinin aparılmadığını diqqətə çatdıran A.Rəhimzadə sözügedən Əsasnamənin qəbulundan sonra ölkəmizdə mövcud olan, habelə qanunla müəyyən edilmiş qaydada yeni yaradılan, birləşmiş, yaxud ayrılmış bələdiyyələrin dövlət reyestrinə daxil ediləcəyini, onlara şəhadətnamə veriləcəyini söylədi.
    30.12.09 Məqaləni oxumaq
     
    Vitse-spiker Bahar Muradova Füzuli rayonunda səfərdə olub
    Milli Məclis sədrinin müavini Bahar Muradova Füzuli rayonunda səfərdə olub. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər çərçivəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə bir sıra görüşlər keçirilib. B.Muradova rayonun inzibati mərkəzi kimi fəaliyyət göstərən Horadiz şəhərindəki Mərkəzi Mədəniyyət Sarayında rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və YAP-ın fəalları ilə görüşüb. Görüş zamanı Milli Məclis sədrinin müavini 2009-cu ilin yekunları, o cümlədən Azərbaycan parlamentinin cari ildəki fəaliyyəti barədə ətraflı söhbət açıb, deputat seçildiyi 84 saylı Seçki Dairəsinin əhatə etdiyi ərazidə bu il ərzində görülmüş işlərlə əlaqədar hesabat xarakterli çıxış edib. Sonra vitse-spiker bu günlərdə keçirilmiş bələdiyyə seçkiləri barədə məlumat verib. Daha sonra 2100-dən artıq məcburi köçkün ailəsinin yerləşdirildiyi və ayrı-ayrı 5 yaşayış məntəqəsindən ibarət Zobucuq qəsəbəsində seçicilərlə görüş olub. Çoxsaylı seçicinin iştirak etdiyi bu tədbirdə qəsəbə sakinlərinin problemləri barədə ətraflı söhbət aparılıb və Füzuli rayon İcra Hakimiyyəti ilə birlikdə məsələlərin həlli istiqamətində tədbirlər müəyyənləşdirilib. Tədbirdə 100-dək şəhid ailəsinə və imkansızlara bayram sovqatı hədiyyə edilib. Görüşlərdə iştirak edən rayon sakinləri ölkə rəhbərliyinin bölgəyə, məcburi köçkünlərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini bildiriblər.
    29.12.09 Məqaləni oxumaq
     
    Milli Məclisin İqtisadi siyasət və Sosial siyasət komitələrinin birgə iclası keçirilib
    Bu gün Milli Məclisin İqtisadi siyasət və Sosial siyasət komitələrinin birgə iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclası İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə açaraq bildirib ki, gündəliyə daxil edilən əsas məsələ “Fiziki şəxslərin iş yerində bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirməsindən icbari sığorta haqqında” qanun layihəsidir. Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev qanun layihəsi barədə ətraflı məlumat verib. Bildirib ki, sənəd iş yerlərində bədbəxt hadisələr nəticəsində vətəndaşların sağlamlığını və həyatını təhlükə altında qoyan xəstəliklərlə əlaqədar əmək qabiliyyətinin itirilməsi zamanı icbari sığorta olunma sahəsindəki münasibətləri tənzimləyəcək, onların hüquqi, iqtisadi və təşkilatı əsaslarını müəyyən edəcək. Qeyd olunub ki, qanun layihəsi Milli Məclisdə ilk oxunuşda müzakirə edildikdən sonra, işçi qrupu yenidən sənəd üzərində gərgin iş aparıb, millət vəkillərinin və mütəxəssislərin səsləndirdiyi əksər təkliflər qanun layihəsində öz əksini tapıb.
    28.12.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Bakının Şağan qəsəbəsində Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib
    Bu gün Bakının Şağan qəsəbəsində Olimpiya-İdman Kompleksinin açılışı olub. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsərək, ölkədə sayca 24-cü olan Olimpiya-İdman Kompleksi ilə tanış olub. Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov məlumat verib ki, kompleks “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”na əsasən inşa olunub. Dövlət başçısı kompleksin universal idman zalı ilə tanış olub. İdmanın futbol, həndbol, voleybol, basketbol növləri ilə məşğul olmaq və yarışlar keçirmək üçün nəzərdə tutulan bu zaldakı tribunada 620 oturacaq quraşdırılıb. İdmanın güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulmuş zala baxan Prezidentə məlumat verilib ki, burada 615 tamaşaçı yeri quraşdırılıb. Dövlətimizin başçısı trenajor zalına da baş çəkib. Sonra prezident İlham Əliyev qapalı üzgüçülük hovuzunun yerləşdiyi korpusa gəlib. Burada uzunluğu 25, eni isə 12,5 metr olan hovuzun ətrafında 135 oturacaq quraşdırılıb.
    26.12.09 Məqaləni oxumaq
     
    Bu gün prezidenti İlham Əliyevin 48 yaşı tamam olur
    Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. KƏLAMİNFO xəbər verir ki, İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. Ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib. 1985-ci ildə dissertasiya müdafiə edən İlham Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. O, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb, “Heydər Əliyevin neft strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞ PA çərçivəsində siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
    25.12.09 Məqaləni oxumaq
     
    Hidayət Orucov: “İlahiyyat məscidinin qeydiyyatı ilə bağlı DQİDK müraciət olunmayıb”
    Bakı Dövlət Universitetinin ərazisindəki İlahiyyat məscidinin qeydiyyatı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) müraciət olunmayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı DQİDK-nin sədri Hidayət Orucov söyləyib. Qeydiyyat prosesi ilə bağlı sənədlərin təqdim olunması vaxtının dekabrın sonunda başa çatacağını diqqətə çatdıran H.Orucov qeyd edib ki, bunu nəzərə alaraq həmin məscidin sahibləri özləri düşünməlidir.
    24.12.09 Məqaləni oxumaq
     
    Bir qrup dini icmaya dövlət qeydiyyatı haqqında şəhadətnamələri verildi
    Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yenidən dövlət qeydiyyatından keçən dini icmalara şəhadətnamələrin verilməsi ilə bağlı tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən qurumun sədri Hidayət Orucov bu gün 29 dini icmaya dövlət qeydiyyatı haqqında şəhadətnamənin veriləcəyini söylədi. Bu gün qədər 120-ə yaxın dini icmaya şəhadətnamənin verildiyini diqqətə çatdıran H.Orucov bunun üçün DQİDK-də üç dəfə toplantı keçirildyini qeyd etdi. Onun sözlərinə görə, dini icmaların yenidən dövlət qeydiyyatından keçmələrində məqsəd onların əhatə dairəsini genişləndirməkdən ibarətdir. H.Orucov ölkədəki dini tolerantlıqdan da geniş bəhs etdi. Qeyd edək ki, sonda o, Lənkəran, Masallı, Ağdam, Oğuz, Neftçala, Abğcəbədi, Gəncə, Quba, Göyçay, Bərdə Yasamal, Zaqatala, Şamaxı, Səbail, Ağdaş və Biləsuvarda fəaliyyət göstərəcək dini icmalara şəhadətnamələri təqdim etdi və onlara müvafiq tövsiyyələr verdi.
    24.12.09 Məqaləni oxumaq
     
    Din pərdəsi altında zərərli fəaliyyət göstərən qüvvələrin sayı azalıb
    Ölkədə din pərdəsi altında zərərli fəaliyyət göstərən qüvvələrin sayı azalıb. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov söyləyib. Belə zərərli fəaliyyət göstərən qruplara Azərbaycan cəmiyyətində yer olmadığını vurğulayan H.Orucov onlara qarşı mübarizə tədbirlərinin görülməsinin zəruriliyini söyləyib. Onun sözlərinə görə, belə məsələlərdə dini icmalar da diqqətli olmalı və onların zərərli fəaliyyətinin qaşısı birgə alınmalıdır.
    24.12.09 Məqaləni oxumaq
     
    Xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyəyə rəsmi səfərinin proqramı açıqlanıb
    Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ankaraya rəsmi səfəri ilə bağlı açıqlama yayıb. KƏLAMİNFO xəbər verir ki, açıqlamada E.Məmmədyarovun dekabrın 25-26-da Türkiyədə rəsmi səfərdə olacağı bildirilir. Məlumatda E.Məmmədyarovun səfər zamanı həmkarı Əhməd Davudoğlu ilə həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirəcəyi vurğulanıb. E.Məmmədyarovun Türkiyə prezidenti Abdulla Gül, Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin və baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi qeyd olunub. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, Dağlıq Qarabağ münaqişəsi, hər iki ölkəni maraqlandıran regional problemlər haqında fikir mübadiləsi aparılacaq.
    23.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 220 221 222 223 224 225 226 227 228 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30