Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 219 220 221 222 223 224 225 226 227 » #
    Xarici işlər naziri Elmar Məmmədyarovun Qətərə rəsmi səfəri başa çatıb
    Xarici işlər naziri Elmar Məmmədyarovun Qətər Dövlətinə rəsmi səfəri başa çatıb. Xarici İşlər Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov Qətər Dövlətinin Baş Naziri və xarici işlər naziri Şeyx Hamad Bin Casim Bin Cəbr Əl-Təni ilə görüşüb. Görüşdə Azərbaycan və Qətərin dövlət başçıları arasındakı dost münasibətlərin iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olmasına şərait yaratdığı vurğulanıb. Əməkdaşlığın dərinləşdirilməsi üçün iqtisadi sahədə əlaqələrin təşviqinə ehtiyac və geniş imkanların olduğu bildirilib, bu istiqamətdə aidiyyəti üzrə dövlət qurumlarının və iş adamlarının səfərlərinin mübadiləsi, müştərək sərmayə layihələrinin həyata keçirilməsi, habelə birbaşa hava xəttinin açılmasının əhəmiyyəti qeyd olunub.
    13.01.10 Məqaləni oxumaq
     
    Səməd Seyidov: “Mövlud Çavuşoğlu AŞ PA-nın prezidenti seçilsə, bu tarixi hadisə olacaq”
    “Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında təşkilatın yeni prezidenti seçiciləcək. İndiki prezident Luis Mariya de-Puçun səlahiyyət müddəti artıq başa çatır. Bu vəzifəyə yeganə namizəd isə AŞ PA-da Türkiyə nümayəndə heyətinin rəhbəri Mövlüd Çavuşoğludur”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib. S.Seyidov qeyd edib ki, əgər M.Çavuşoğlu AŞ PA-nın prezidenti seçilsə, bu tarixi hadisə olacaq. “Çünki ilk dəfədir ki, türk mənşəli şəxs bu qurumun rəhbərliyinə gələcək”.-deyən S.Seyidovun sözlərinə görə, Türkiyə nümayəndəsinin namizədliyinə qarşı çıxan qüvvələr də var.
    13.01.10 Məqaləni oxumaq
     
    Hafiz Paşayev: “Konqresin qərarı Azərbaycan-Amerika münasibətlərinə müsbət təsir edən addım deyil”
    ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı-cinayətkar rejimə 8 mln. dollar əvəzsiz yardım ayırmasına Azərbaycan Diplomatik Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, nazir müavini jurnalistlərə açıqlamasında konqresin qərarının ölkəmiz tərəfimizdən kəskin surətdə pislənildiyini söyləyib. “Biz bunun təkrar olunmaması üçün çalışırıq, amma təəssüf ki, Konqres öz iddiasına davam edir. Bütün bunlar lobbiçilərin fəaliyyəti nəticəsində baş verir”, - deyən H.Paşayev Azərbaycan dövlətinin mövqeyinin ABŞ-a verilən rəsmi etiraz notasında ifadə olunduğunu xatırladıb. “Biz qarşı tərəfə çatdırmışıq ki, bu qərar ən azı Azərbaycan-Amerika münasibətlərinə müsbət təsir edən addım deyil, hətta Amerikanın özünün maraqlarına ziddir. ABŞ administrasiyasında da bunu başa düşürlər”, - deyə H.Paşayev vurğulayıb.
    12.01.10 Məqaləni oxumaq
     
    Azərbaycanın daha 10 ölkədə diplomatik nümayəndəliyi açılacaq
    Hazırda dünyanın müxtəlif ölkələrində Azərbaycanın 65 diplomatik nümayəndəliyi fəaliyyət göstərir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxov söyləyib. O, yaxın gələcəkdə Azərbaycanın daha 10 ölkədə diplomatik nümayəndəlik açacağını bildirib. Nazir müavini bu ölkələr sırasında Serbiya, Oman, Argentina, Tailand, Xorvatiya, Liviya, Livan, Estoniyanın olduğunu vurğulayıb. V.Sadıxov qeyd edib ki, Gürcüstanın Batumi şəhərində isə diplomatik nümayəndəliyin açılması planlaşdırılır. V.Sadıxov Fələstinin Azərbaycanda səfirlik açmasının da gündəmdə olduğunu bildirib.
    11.01.10 Məqaləni oxumaq
     
    Qarabağ və Xocalı soyqırımı ilə bağlı elan edilən müsabiqə ilə əlaqədar Dəyirmi masa keçirildi
    Bu gün Mətbuat Şurasında (MŞ) jurnalistələr arasında Qarabağ və Xocalı soyqırımı ilə bağlı elan edilən müsabiqə ilə əlaqədar Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən MŞ-nin sədri Əflatun Amaşov bildirdi ki, Azərbaycan mətbuatı sözügedən məsələlərin işıqlandırılmasına daim böyük önəm verib. Qarabağ və Xocalı soyqırımı məsələsinin ictimai yükünün böyük olduğunu vurğulayan Ə.Amaşov qeyd edib ki, bu baxımdan müsabiqəyə təqdim olunan məqalələr peşəkarlıqla yazılmalı və orada əks olunan faktların dəqiqliyi nəzərə alınmalıdır. MŞ-yə təqdim olunan məqalələrin 5 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndiriləcəyini söyləyən Ə.Amaşov qalib olan məqalələrin bir neçə dildə kitab şəklində çap olunaraq beynəlxalq əlamə çıxarılacağını vurğuladı.
    09.01.10 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə Misirdə keçiriləcək beynəlxalq konfransa dəvət alıb
    Cari ilin 22-25 fevral tarixlərində Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində bu ölkənin İslam İşləri üzrə Ali Şurası və Vəqflər Nazirliyi tərəfindən “İslam şəriətinin məqsədləri və müasir dövrün problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda iştirak etmək üçün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və sədr müavini müfti Salman Musayev tədbirə dəvət alıblar. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin Xarici əlaqələr şöbəsinin müdüri Müqəddəs Payızov verib. M.Payızovun sözlərinə görə, “İslam şəriətinin məqdsədləri və müasir dövrün problemləri” mövzusunda beynəlxalq konfransda 7 mövzu üzrə mövcud olan problemlərin həlli məsələləri müzakirə oluncaq. O, konfransda əsasən İslamda nəfsin qorunması, dini ehkamlar, dini qaydalar, beynəlxalq hüquq və insan haqları ilə şəriət, insan orqanlarının köçürülməsi və şəriət, İslam aləminin ailə problemi və.s kimi məsələlərin müzakirə olunacağını bildirib. Konfransda bütün İslam ölkələrindən ali din xadimləri iştirak edəcəklər.
    07.01.10 Məqaləni oxumaq
     
    M.Əhmədoğlu: “Gürcüstan prezidenti “Exo Moskva” radiostansiyasına verdiyi müsahibəsindəki bəyanatla Azərbaycana xoş sürpriz edib”
    Gürcüstan prezidenti Mixael Saakaşvili dekabr ayında “Exo Moskva” radiostansiyasına verdiyi müsahibəsindəki bəyanatla Azərbaycana xoş sürpriz edib. Gürcüstan lideri indiyədək görünməmiş şəkildə birmənalı olaraq aydın formada Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı politoloq Mübariz Əhmədoğlu jurnalistlərə müsahibəsində bildirib. M.Əhmədoğlu qeyd edib ki, M.Saakaşvili hakimiyyətdə olduğu müddət ərzində Qarabağ münaqişəsi haqqında bu cür açıq bəyanat verməyib.
    06.01.10 Məqaləni oxumaq
     
    Cənubi Qafqaz regionuna gözlənilməyən tərəflərin marağı yaranıb
    Cənubi Qafqazda gedən siyasi proseslər son aylar xüsusilə mürəkkəbləşib. Regiona gözlənilməyən tərəflərin də marağı yaranıb. KƏLAMİNFO xəbər veir ki, bu sözləri politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, regiona müxtəlif maraqların cəlb olunmasında aparıcı rol əsasən Ermənistana məxsusdur. M.Əhmədoğlu bildirib ki, Ermənistan 2009-cu ildə Cənubi Qafqazda gedən prosesi özünə zidd hesab edir və buna görə də əlavə ölkələrdən regiona “maraq kokteyl”i yaradır.
    06.01.10 Məqaləni oxumaq
     
    Azərbaycan Türkiyənin əsas müttəfiqidir
    Ankarada yerləşən Beynəlxalq Strateji Araşdırmalar Təşkilatı (USAK) əhali arasında “Türkiyənin xarici siyasətində istiqamət dəyişikliyi və qonşularla əlaqələr anlayışı” adlı sorğu keçirib. Sorğu Ankara, İstanbul, Adana və Trabzon şəhərlərində 2000 nəfər arasında aparılıb. KƏLAMİNFO “Todayszaman” internet səhifəsinə istinadən xəbər verir ki, sorğuda iştirak edənlərin 19,5 faizinin fikrincə, Azərbaycan Türkiyənin əsas müttəfiqidir. Digər yerləri isə 13 faizlə Bosniya və Hersoqovina və 12,5 faiz səslə ABŞ tutur.
    06.01.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş prosesə çevrilməsinə yol verə bilmərik”
    “Bu ili Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından müsbət səciyyələndirərdim. Lakin o, daha müsbət ola bilərdi”. Bu fikirləri Rusiyanın “Vesti” telekanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev söyləyib. KƏLAMİNFO-nun “AzərTAC”a istinadən yaydığı məlumata görə, dövlət başçısı hələ ötən ildə Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqlar aparıldığını və münaqişənin tənzimlənməsi haqqında birgə Bəyannamə imzalandığını bildirib. “Həmin sənəddə dəqiq müəyyən edilib ki, münaqişə beynəlxalq hüququn prinsipləri və normaları, beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında tənzimlənməlidir. Bunlar hansı qərar və qətnamələrdir? Təbii ki, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsidir. Artıq iyirmi ilə yaxındır ki, bu qətnamələr yerinə yetirilmir. Yəni əsas məsələ budur - Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması, köçkünlərin və qaçqınların öz torpaqlarına qayıtması üçün imkan yaradılması. Təəssüf ki, 2009-cu ilə bəslənilən ümidlər bizim güman etdiyimiz dərəcədə doğrulmadı”,-deyə prezident söyləyib.
    30.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 219 220 221 222 223 224 225 226 227 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30