Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  218 219 220 221 222 223 224 225 226  #
    Prezident İlham Əliyev Respublika Klinik Uroloji xəstəxananın əsaslı təmirdən sonra açılışında iştirak edib
    Bu gün Bakıda Respublika Klinik Uroloji xəstəxanasının əsaslı təmirdən sonra açılışı olub. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Prezident İlham Əliyev və xanımı səhiyyə müəssisəsində yaradılan şəraitlə tanış olublar. Tədbirdə bildirilib ki, ümumi sahəsi 7,6 min kvm olan xəstəxanada 167 otaq, o cümlədən 47 palata, 7 əməliyyat otağından ibarət iki əməliyyat bloku, mətbəx əsaslı təmir edilib. Açılışda həmçinin qeyd edilib ki, 120 çarpayılıq klinikada uroloji və nefroloji xəstələrə yüksək səviyyədə tibbi yardım göstərmək imkanı olan uroloji, hemodializ, böyrəkköçürmə, reanimasiya və anesteziologiya, şüa diaqnostikası, immunoloji laboratoriya və digər şöbələr var. Dövlət başçısı xəstəxananın əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək, tövsiyə və tapşırıqlarını verib. Qeyd edək ki, Respublika Klinik Uroloji xəstəxanası keçmiş Sovet İttifaqında ilk ixtisaslaşmış uroloji klinikalardan biri olmaqla, 1966-cı ildə akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə yaradılıb. Xəstəxanada 1969-cu ildə hemodializ və süni böyrək laboratoriyası açılıb, 1971-ci ildə Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə uğurlu böyrəkköçürmə əməliyyatı həyata keçirilib.
    22.01.10 Məqaləni oxumaq
     
    Qafqaz Müsəlmanları İdarəsində 20 yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı konfrans keçirildi
    Bu gün Qafqaz Müsəlmanları İdarəsində 20 yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin təşəbbüsü ilə təşkil olunan tədbirdə 20 yanvar faciəsi zamanı şəhid olan insanların ruhuna dualar oxundu. Daha sonra 20 yanvar faciəsini əks etdirən qısametrajlı film nümayiş olundu. Konfransda çıxış edən QMİ-nin sədr A.Paşazadə bildirdi ki, 1990-cı ilin 20 yanvarında baş verən hadisələrin təfsilatını çoxlarımız xatırlayırıq. Onun sözlərinə görə, baş vermiş faciəni törədən səbəbləri, qanlı qırğına aparan yolları, bu siyasi təcavüz aktının əsl senarilərini hələdə əksəriyyətimiz bilmirik. Şeyx baş vermiş hadisə ilə əlaqədar geniş və hərtərəfli araşdırma aparılaraq, yeni istintaq komissiyasının yaradılmasını, bu hadisələri törədənlərin başda M.Qarbaçov olmaqla ona rəvac verənlərin cinayət məsuliyyətinə cəlb olunmasını, beynəlxalq Haaqa məhkəməsinə çıxaprılmasını tələb edib.
    19.01.10 Məqaləni oxumaq
     
    Daha 35 dini icmaya yeni şəhadətnamələr verildi
    Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yenidən qeydiyyatdan keçən dini icmalara şəhadətnamələrin verilməsi ilə bağlı tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən DQİDK-nin sədri Hidayət Orucov bildirdi ki, “Dini etiqad azadlığı haqqında” AR Qanuna əlavə və dəyişiklik edilənə qədər ölkədə 534 dini icma qeydiyyatdan keçib. Yeni qanundan sonra bu il yanvarın 1-nə kimi Komitəyə qeydiyyatla bağlı 700 müraciətin daxil olduğunu diqqətə çatdıran H.Orucov qeyd edib ki, bu günə qədər ümumilikdə 155 dini icmaya şəhadətnamələrin verilib. Onun sözlərinə görə, hazırda digər müraciətlərə Komitənin müvafiq şöbəsində baxılır. Yeni qanunun qəbul edilməsinin ölkədə tolerantlığın bir nümunəsi olduğunu söyləyən H.Orucov bildirdi ki, hansı təmayüllü olmasından asılı olmayaraq Azərbaycanda qanuni fəaliyyət göstərmək istəyən dini icmalara normal şərait yaradılır. O, ölkədəki məscidlərin sayına da toxundu və bildirdi ki, sovet dövründə Azərbaycanda 18 məscid olub və indi bunların sayı 1802-dir. Sonra H. Orucov Ağdaş, Lənkəran, Zaqatala, Şamaxı, Dəvəçi, Quba, Göyçay, Xaçmaz, Astara, Qazax, İsmayıllı, Qəbələ, Balakən, Biləsuvar, Goranboy və Ucar rayonlarında fəaliyyət göstərən 35 dini icmaya yeni şəhadətnamələr təqdim etdi.
    16.01.10 Məqaləni oxumaq
     
    Hidayət Orucov Moskva Patriarxlığı rəsmisinin açıqlamasına münasibət bildirib
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Moskva Patriarxlığınin rəsmisi iyeromonarx Filippin açıqlamasına münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, H.Orucov bildirib ki, iyeromonarx Filippin açıqlaması son dərəcə məsuliyyətsiz addımdır. Moskva Patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin müdir müavininin açıqlamasından təəssüfləndiyini diqqətə çatdıran H.Orucov qeyd edib ki, bu, məsuliyyətsiz sözlərdir. “Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Nəyə görə belə bir səhvə yol verilib? Nə üçün Dağlıq Qarabağdakı kilsə ilə İrəvan və Gümrüdəki kilsə eyniləşdirilir? Niyə onlar Azərbaycandakı - Bakı, Gəncə və Xaçmazda olan kilsələrin adını çəkmirlər?
    15.01.10 Məqaləni oxumaq
     
    DQİDK sədri H.Orucov: “Bu günə qədər Azərbaycanda heç bir məscid sökülməyib”
    Bu günə qədər Azərbaycanda heç bir məscid sökülməyib və bundan sonra da sökülməyəcək. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov dini icmaların rəhbərləri ilə görüşündə səsləndirib. Komitə sədri qeyd edib ki, hansısa qeyri-qanuni yolla tikilən obyektin sökülməsinin DQİDK ilə heç bir əlaqəsi yoxdur. Məcsid və ibadət yerlərinin müqəddəs məkan olduğunu diqqətə çatdıran H.Orucov bildirib ki, ölkəmizdə fəaliyyət göstərən qanuni məscidlər var və burada vətəndaşların sərbəst ibadət etmələri üçün normal şərait yaradılıb. Onun sözlərinə görə, qanunsuz tikililər müvafiq icra strukturları tərəfindən sökülür. H.Orucov məscid inşa etmək istəyən şəxslərə də tövsiyyə verib və bildirib ki, müqəddəs bina tikmək niyyətində olanlar bunu qanuniləşdirməlidirlər.
    15.01.10 Məqaləni oxumaq
     
    Dini ədəbiyyatın satışı ilə məşğul olan mağazalar yenidən qeydiyyata alınacaq
    Ölkədə dini ədəbiyyatın satışı ilə məşğul olan mağazaların qeydiyyatına başlanılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov verib. Məsələ ilə bağlı xüsusi təlimatların hazırlanaraq təsdiq edildiyini bildirən H.Orucov bunun Ədliyyə Nazirliyi tərfindən də qeydiyyata alındığını qeyd edib.
    15.01.10 Məqaləni oxumaq
     
    Baş nazir Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Batumiyə gedib
    Bu gün Baş nazir Artur Rasizadənin rəhbərlik etdyi nümayəndə heyəti enerji məsələləri üzrə konfransda iştirak etmək üçün Gürcüstanın Batumi şəhərinə gedib. KƏLAMİNFO xəbər verir ki, Batumi hava limanında Azərbaycan nümayəndə heyətini Acarıstan hökumətinin başçısı Levan Varşalamidze, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri və digər rəsmi şəxslər qarşılayıblar. Qeyd edək ki, Batumidə keçiriləcək beynəlxalq enerji konfransında 11 ölkədən və Avropa İttifaqından nümayəndə heyətləri iştirak edəcəklər. Tədbirdə enerji təhlükəsizliyinə dair məsələlər müzakirə olunacaq.
    15.01.10 Məqaləni oxumaq
     
    İran səfiri M.B.Bəhrami Naxçıvana gedib
    İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bagir Bəhrami Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya səfirliyin mətbuat katibi Abbas İsgəndəri verib. A. İsgəndəri səfirin Naxçıvana MR Ali Məclisinin sədri Vasif Talıbovun 50 illik yubileyi ilə əlaqədar getdiyini bildirib. Onun sözlərinə görə, səfir M.B.Bəhrami V. Talıbovla görüşüb, onu yubileyi münasibətilə təbrik edib. Görüşdə Naxçıvan MR ilə İran arasında münasibətlər də müzakirə olunub.
    14.01.10 Məqaləni oxumaq
     
    Moskva Patriarxlığının rəsmisi Dağlıq Qarabağı Ermənistan ərazisi sayıb
    Bu gün Moskva Patriarxlığının Ermənistanda 3 kilsəsi var. Onlardan biri İrəvanda, digəri Rusiya hərbi bazası yerləşən Gümrüdə, üçüncüsü isə Dağlıq Qarabağda yerləşir. Bu barədə açıqlamanı Moskva Patriarxlığının Xarici kilsələrlə əlaqələr şöbəsinin müdir müavini, iyeromonax Filipp (Ryabıx) keçirdiyi mətbuat konfransında söyləyib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, o bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin Ermənistana mart ayında nəzərdə tutulan səfəri barədə danışarkən deyib. Qeyd edək ki, bu açıqlaması ilə Moskva Patriarxlığının rəsmisi Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı Ermənistan ərazisi sayıb.
    14.01.10 Məqaləni oxumaq
     
    Qətər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
    “Qətər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişənin həllinin Ermənistan üçün də müsbət nəticələr verəcəyinə inanır”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Qətər Dövlətinin Əmiri Şeyx Hamad Bin Xəlifə Əl-Təni Azərbaycanın xarici işlər nazri Elmar Məmmədyarovla görüşündə səsləndirib.
    13.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  218 219 220 221 222 223 224 225 226  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30