Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 217 218 219 220 221 222 223 224 225 » #
    Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
    Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçən iclasında vətəndaş Teryoxin Vladimir Qriqoryeviçin şikayəti üzrə Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının 2009-cu il 2 iyun tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Konstitusiya Məhkəməsindən veriblər. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Babayevin məruzəsini, ərizəçinin vəkili M.Mustafayevin, mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
    28.01.10 Məqaləni oxumaq
     
    Sergey Lavrov Hillari Klintonla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
    Bu gün Londonda baş tutacaq Əfqanıstan konfransı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya və ABŞ xarici işlər nazirlərinin görüşü keçirilib. KƏLAMİNFO xəbər verr ki, görüşdə Hillari Klinton və Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər. Görüşdən sonra jurnalistlərə müsahibə verən S.Lavrov bildirib ki, o, amerikalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi barədə danışıqlar aparıb. Rusiyanın baş diplomatı Soçidə Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü barədə də ətraflı məlumat verib.
    28.01.10 Məqaləni oxumaq
     
    Milli Məclis Aparatının şöbə müdiri Cenevrədə səfərdədir
    Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov BMT-nin İnsan Hüquqları Şurasının Məsləhətçi Komitəsinin növbəti sessiyasında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdədir. KƏLAMİNFO xəbər verir ki, sessiyada L.Hüseynovun “İtkin düşmüş şəxslər” məsələsi üzrə hazırladığı ilkin məruzənin təqdimatı olub. Məruzənin müzakirəsində dövlətlərin, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Məruzədə silahlı münaqişələr zamanı insanların itkin düşməsinin qarşısının alınması, itkin düşmüş şəxslərin və onların ailə üzvlərinin hüquqlarının qorunması, münaqişələr zamanı bir-birindən ayrı düşmüş ailə üzvləri arasında əlaqələrin bərpa edilməsi, itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək və digər məsələlər araşdırılıb. Daha sonra məruzə BMT-nin İnsan Hüquqları Şurasına təqdim ediləcək. Qeyd edək ki, L.Hüseynov BMT-nin İnsan Hüquqları Şurasının Məsləhətçi Komitəsinə 2008-ci ildə seçilib. O, komitənin 18 ekspertindən biridir.
    28.01.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Livan və Efiopiya prezidentlərinə başsağlığı verib
    Prezident İlham Əliyev Livan Respublikasının prezidenti Mişel Süleymana başsağlığı göndərib. KƏLAMİNFO xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Beyrut şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması və çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Livan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”. Prezident İlham Əliyev həmçinin Efiopiya Federativ Demokratik Respublikasinin prezidenti Girma Volde-Giorgisə də başsağlığı məktubu göndərib.
    27.01.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyevi Soçinin “Adler” Beynəlxalq Hava Limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb
    Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlib. KƏLAMİNFO xəbər verir ki, Azərbaycanın dövlət başçısını Soçinin “Adler” Beynəlxalq Hava Limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
    26.01.10 Məqaləni oxumaq
     
    Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 9 il ötür
    Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 9 il ötür. KƏLAMİNFO xəbər verir ki, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələri səviyyəsində keçirilmiş iclasda Azərbaycanın bu təşkilata üzv qəbul olunması qərara alınıb. Yanvarın 25-də isə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasına həsr edilmiş rəsmi mərasim keçirilib və üçrəngli bayrağımız həmin vaxtdan etibarən qurumun binası önündə dalğalanır. Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı 9 illik fəaliyyəti ölkəmizin beynəlxalq imicini möhkəmləndirməklə bərabər, həm də Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə, saxta erməni təbliğatının qarşısını almağa imkan yaradıb.
    25.01.10 Məqaləni oxumaq
     
    Ramiz Mehdiyev “Rusiya mətbuatı Dağlıq Qarabağ münaqişəsindən yazarkən diqqətli olmalıdır”
    Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafı üçün çox vacibdir. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunda çıxışı zamanı Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev bildirib. Afinada ATƏT-ə üzv ölkələrin XİN başçılarının münaqişənin nizamlanması ilə bağlı bəyanat qəbul etdiklərini xatırladan R. Mehdiyev həmin sənəddə münaqişənin ərazi bütövlüyü prinsipinə əsaslanaraq həll olunmasının vacibliyinin qeyd olunduğunu, Ermənistanın ilk dəfə bunu etiraf edərək, həmin sənədə imza atdığını vurğulayıb. R. Mehdiyev Rusiya mətbuatını Dağlıq Qarabağ münaqişəsindən yazarkən diqqətli olmağa da çağırıb. “Münaqişənin tarixindən yazanda rus mənbələrinə istinad edin. Rusiyalı diplomat Aleksandr Qriboyedovun XIX-cu əsrdə imperatora yazdığı məktubunu oxuyun. Diplomat İran və Türkiyədən Azərbaycana köçürülən ermənilərdən yazarkən qeyd edirdi ki, azərbaycanlılar ermənilərin yerləşdikləri torpaqlarda həmişəlik qalacaqlarından qorxurlar”,-deyə R.Mehdiyev əlavə edib.
    23.01.10 Məqaləni oxumaq
     
    “NATO-Azərbaycan əməkdaşlığı: vətəndaş cəmiyyətinin baxışları” mövzusunda seminar keçirilib
    Rumıniyanın Azərbaycandakı səfirliyində “NATO-Azərbaycan əməkdaşlığı: vətəndaş cəmiyyətinin baxışları” mövzusunda seminar keçirilib. KƏLAMİNFO xəbər verir ki, seminar Azərbaycan NATO Əməkdaşlığı İnstitutu tərəfindən təşkil olunub. Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureki bildirib ki, Azərbaycan rəsmilərinin NATO ilə münasibətlərə dair mövqeyi bəllidir və seminarın məqsədi də vətəndaş cəmiyyətinin bu məsələyə mövqeyini aydınlaşdırmaqdır. Azərbaycan NATO Əməkdaşlığı İnstitutunun prezidenti Fərrux Məmmədov əhalini, vətəndaş cəmiyyətini NATO-nun strukturu, mahiyyəti ilə maarifləndirməyin vacibliyini bildirib. Fərrux Məmmədov qeyd edib ki, institut ABŞ, Kanada, Polşa və Macarıstanın analoji institutları ilə sıx əməkdaşlıq edir.
    23.01.10 Məqaləni oxumaq
     
    Novruz Məmmədov: “Ermənistan sağlam düşüncə ilə hərəkət etsə münaqişənin həlli üçün müəyyən zəmin yarana bilər”
    “Ümid etmək lazımdır ki, prezidentlərin bu dəfəki görüşü müəyyən mənada irəli addım atmaq üçün bir zəmin yaradacaq” KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının (PA) Beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov bildirib. N.Məmmədov qeyd edib ki, növbəti görüşdə Azərbaycan və Ermənistan prezidentləri ilə yanaşı Rusiya prezidenti də iştirak edəcək. “Rusiya prezidentinin görüşdə iştirak etməsini xüsusi qeyd etmək lazımdır. Çünki əvvəllər də Rusiya prezidentinin iştirakı ilə belə görüşlər keçirilib. Lakin Rusiya prezidenti nə qədər səy göstərsə də, konkret bir nəticə əldə etmək mümkün olmayıb. Düşünürəm ki, son proseslərin fövqündə Ermənistan rəhbərliyi ola bilsin ki, müəyyən mənada sağlam düşüncə ilə hərəkət edər və münaqişənin həlli üçün müəyyən addımlar atılmasına şərait yaradar”,-deyə N.Məmmədov prezidentlərin Soçidə keçiriləcək görü ilə bağlı mövqeyini açıqlayıb.
    22.01.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin yanvarın 25-də Soçidə keçiriləcək görüşünə müəyyən ümidlər var”.
    “Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin yanvarın 25-də Soçidə keçiriləcək görüşünə müəyyən ümidlər var”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə. Həsənov qeyd edib ki, son iki ildə həm Rusiya, həm ABŞ, həm də Fransanın səyləri fəallaşıb. “Həmsədr ölkələrdə müəyyən səylər müşahidə olunur, amma hələlik Ermənistana ciddi təzyiq görünmür. Təzyiq olmadan da Ermənistanı və onun danışıqlarda iştirak edən rəhbərliyini göstərdiyi qeyri-konstruktiv mövqedən çəkindirmək çətindir”,-deyə Ə.Həsənov vurğulayıb.
    22.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 217 218 219 220 221 222 223 224 225 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30