Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 216 217 218 219 220 221 222 223 224 » #
    ATƏT sədri Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsindən danışıb
    ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev Vaşinqtona səfəri çərçivəsində ABŞ Helsinki Komissiyasında çıxış edib. KƏLAMİNFO ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, ATƏT sədri çıxışında təhlükəsizliyə yeni çağırışlar və hədələrlə mübarizədə dövlətlər arasında etimad böhranının aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb. K.Saudabayev Qazaxıstanın ATƏT-ə sədrliyi dövründə insan hüquqları və mətbuat azadlığı sahələrində öncül istiqamətlərdən danışıb. Bildirib ki, Əfqanıstanla əməkdaşlığın genişləndirilməsi, habelə Dağlıq Qarabağ, Moldova, Gürcüstanda dondurulmuş münaqişələrin həlli üçün səylər artırılacaq. Bununla əlaqədar, K.Saudabayev fevralın 15-18-də Cənubi Qafqaz regionuna səfər edəcək. Qeyd edək ki, Vaşinqtona səfəri çərçivəsində ATƏT-in hazırkı sədri ABŞ-ın dövlət katibi Hillari Klinton, energetika naziri Stiven Çu, milli təhlükəsizlik üzrə müşavir, general Ceyms Cons və ABŞ-ın Əfqanıstandakı xüsusi nümayəndəsi Riçard Holbrukla görüşəcək.
    05.02.10 Məqaləni oxumaq
     
    Almaniyada Dağlıq Qarabağ münaqişəsinə həsr olunan tədbir keçirilib
    Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı ilə Dağlıq Qarabağ münaqişəsinə həsr olunan tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) veriblər. Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələrinin də qatıldığı tədbirin məqsədi Dağlıq Qarabağ münaqişəsi barədə alman ictimaiyyətini məlumatlandırmaq, ölkəmizin reallıqlarını davamlı şəkildə təbliğ etmək olub. Toplantıda AAKM-in icraçı direktoru Samirə Patzer-İsmayılova “Sülhə ümid və ya siyasi-coğrafi məngənə.
    04.02.10 Məqaləni oxumaq
     
    Dini icmalar qeydiyyatdan keçir
    Yanvarın ortalarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yenidən qeydiyyatdan keçən dini icmalara şəhadətnamələrin verilməsi ilə bağlı tədbir keçirildi. Tədbirdə çıxış edən DQİDK-nin sədri  Hidayət Orucov bildirdi ki, “Dini etiqad azadlığı haqqında” AR Qanuna əlavə və dəyişiklik edilənə qədər ölkədə 534 dini icma qeydiyyatdan keçib. Yeni qanundan sonra cari il yanvarın 1-nə kimi komitəyə qeydiyyatla bağlı 700 müraciətin daxil olduğunu diqqətə çatdıran H.Orucov qeyd edib ki, bu günə qədər ümumilikdə 155 dini icmaya şəhadətnamələr verilib. Onun sözlərinə görə, hazırda digər müraciətlərə komitənin müvafiq şöbəsində baxılır. Yeni qanunun qəbul edilməsinin ölkədə tolerantlığın bir nümunəsi olduğunu söyləyən H.Orucov bildirdi ki, təmayülündən asılı olmayaraq Azərbaycanda qanuni fəaliyyət göstərmək istəyən dini icmalara normal şərait yaradılır. O, ölkədəki məscidlərin sayına da toxunub və bildirib ki, Sovet dövründə Azərbaycanda 18 məscid olub və indi bunların sayı 1802-dir. 
    02.02.10 Məqaləni oxumaq
     
    Milli Məclisin yaz sessiyası öz işinə başladı
    Bu gün Milli Məclisin yaz sessiyası öz işinə başladı. KƏLAMİNFO xəbər verir ki, iclas başlamazdan əvvəl parlamentdə Azərbaycan Respublikasının Dövlət Himni oxundu. Milli Məclisin sədri Oqtay Əsədov yaz sessiyasını açaraq parlamentin ötən payız sessiyası ərzində irəli sürülən təşəbbüsləri dəstəkləyərək hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu və iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyini bildirdi. Spiker ötən sessiyada parlamentin müxtəlif sahələri əhatə edən mühüm əhəmiyyətli qanun və qərarlar qəbul etdiyini də vurğuladı. O, bildirdi ki, payız sessiyası dövründə, ümumilikdə, Milli Məclisin 13 iclası keçirilib 80-ə yaxın qanun və qərar qəbul olunub. “Bu sənədlərdən 1-i Konstitusiya qanununa dəyişikliklər və əlavələr, 16-sı qanun, 7-si qərar, 32-si vaxtilə qəbul olunmuş qanunlara dəyişikliklər və əlavələr, 24-ü isə qanunla təsdiq edilmiş beynəlxalq müqavilələr və konvensiyalardır”,-deyə O.Əsədov bildirdi. MM sədri ötən sessiya ərzində parlamentin deputatlarının 21 ölkədə səfərdə olduqlarını və 15-ə yaxın ölkənin deputatlarının isə Azərbaycana səfər etdiklərini söylədi.
    02.02.10 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: “Azərbaycanda proporsional seçki sisteminin bərpa olunmasına ehtiyac yoxdur”
    Azərbaycanda proporsional seçki sisteminin bərpa olunmasına ehtiyac yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Ziyafət Əsgərov səsləndirib. Z.Əsgərov bildirib ki, bu məsələni indi yox, referendum zamanı qaldırmaq lazım idi. “Buna ehtiyac yoxdur. Düzdür, ölkədə çoxlu partiyalar var. Amma bu proses hələlik klassik sistem formasina gəlib çatmayib. Niyə majoritar sistemdən qorxursunuz?”,-deyə Z.Əsgərov vurğulayıb. Z.Əsgərov həmçinin həbsdə olan jurnalistlərlə bağlı məsələyə də toxunub. “Jurnalistlər də digər vətəndaşlar kimi qanun qarşısında bərabərdirlər.
    01.02.10 Məqaləni oxumaq
     
    Milli Məclisdə görülən və görüləcək işlərlə bağlı mətbuat konfransı keçirildi
    Bu gün Milli Məclisdə parlamentin ötən payız sessiyasında görülən və yaz sessiyasında görüləcək işlərlə bağlı mətbuat konfransı keçirildi. KƏLAMİNFO xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirdi ki, parlamentin payız sessiyası məhsuldar keçib. O, parlamentin payız sessiyası ərzində ölkənin maraqlarına bu və ya digər formada təsir göstərən işlər görüldüyünü söylədi. Milli Məclisin ötən payız sessiyası ərzində bir sıra vacib qanun və qərarların qəbul olunduğunu diqqətə çatdıran A.Nəsirov hesabat dövrundə ən əlamətdar hadisə kimi parlamentin yeni korpusunun istifadəyə verilməsi olduğunu qeyd etdi. “Milli Məclis payız sessiyasında prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüsləri dəstəkləyərək hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu və iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Parlament müxtəlif sahələri əhatə edən mühüm əhəmiyyətli qanun və qərarlar qəbul edib. Bu dövr ərzində Milli Məclisin 13 iclası keçirilib, 80 qanun və qərar qəbul olunub.
    30.01.10 Məqaləni oxumaq
     
    Milli Məclisin adından istifadə edən “reket” qəzetlər ifşa olundu
    Azərbaycanda Milli Məclisin adından istifadə edən “reket” qəzetlər fəaliyyət göstərir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bu gün keçirdiyi mətbuat konfransında bildirib. A.Nəsirov belə qəzetlərin müxtəlif təşkilatlara gedərək Milli Məclisin adından istifadə etdiklərini söyləyib. O, sözügedən qəzetlərdən ikisinin - “Parlamentin sədası” və “Azərbaycan parlamenti” qəzetlərinin Mətbuat Şurası tərəfindən rəsmən “reket” qəzet kimi elan olunduğunu vurğulayıb. A.Nəsirov Milli Məclisin adından istifadə edən digər qəzetlərin də adını açıqlayıb. “Bunlar “Millət vəkili”, “Parlamentin səsi”, “Parlament”, “Parlament-2005”, “Parlament və Cəmiyyət”, “Deputatın tribunası”, “Parlament xəbərləri” qəzetləridir. Bu qəzetlərin Milli Məclislə heç bir əlaqəsi yoxdur. Milli Məclisin iki orqanı var. Bunlar “Milli Məclis” jurnalı və “Azərbaycan” qəzetidır”,-deyə A.Nəsirov əlavə edib.
    29.01.10 Məqaləni oxumaq
     
    Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına 22 qanun layihəsinin müzakirəsi daxil edilib
    Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına 22 qanun layihəsinin müzakirəsi daxil edilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov verib.
    29.01.10 Məqaləni oxumaq
     
    Bahar Muradova: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin proqnozların verilməsi üçün əsaslar var”
    “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində intensivliyin olması müsbət haldır. Danışıqlar prosesində intensivliyin özünü də irəliləyiş kimi dəyərləndirmək lazımdır. Amma bizim gözlədiyimiz təkcə intensivlik deyil”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova danışıqlar prosesi ilə bağlı hazırki vəziyyətə münasibət bildirərkən söyləyib. B.Muradova bildirib ki, hazırda danışıqlar prosesində özünü göstərən intensivlik nəticə verməlidir. Onun sözlərinə görə, nəticə ilə əlaqədar son zamanlar bədbin proqnozlarla yanaşı, nikbin proqnozlar da verilməkdədir. “Bu təkcə mənim deyil, bir sıra ekspertlərin, həll prosesi ilə məşğul olan rəsmi şəxslərin də mövqeyidir.
    29.01.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev bu gün Davos Forumunda çıxış edəcək
    Azərbaycan prezidenti İlham Əliyev bu gün Davosda keçirilən 40-cı Dünya İqtisadi Forumunda çıxış edəcək. KƏLAMİNFO Forumun rəsmi internet saytına istinadən xəbər verir ki, dövlət başçısının çıxışının əsas mövzusu energetika sahəsində qlobal məsələlər olacaq. Qeyd edək ki, Davos Forumu dünən öz işinə başlayıb və yanvarın 31-dək davam edəcək. Foruma dünyanın 90 ölkəsindən 2500-dən artıq nümayəndə qatılıb.
    29.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 216 217 218 219 220 221 222 223 224 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30