Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 215 216 217 218 219 220 221 222 223 » #
    XİN başçısı: “Azərbaycan milli təhlükəsizliyi təhdid edildiyi təqdirdə lazımi addımlar atacaq”
    “Ermənistanla Fransanın hərbi əməkdaşlığı Azərbaycanın milli təhlükəsizliyini təhdid edərsə və ərazilərimizin işğalının davamına şərait yaradarsa, Azərbaycan bundan irəli gələn addımlar atacaq”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov söyləyib. E.Məmmədyarov bildirib ki, istənilən ölkə digəri ilə müxtəlif sahədə, o cümlədən hərbi sahədə əməkdaşlıq edə bilər: “Azərbaycan iki ölkə arasında olan münasibətlərə qarışmır. Amma bu münasibətlər Azərbaycanın milli maraqlarına zidd olmamalıdır”,-deyə E.Məmmədyarov vurğulayıb. Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Fransaya səfəri zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi imzalanıb.
    15.02.10 Məqaləni oxumaq
     
    MM-də bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi müzakirə edildi
    Milli Məclisin (MM) bugünkü iclasında bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirə edildi. KƏLAMİNFO xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova əlavə və dəyişikliklərin “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüququ vəziyyəti haqqında” Qanuna, Mülki Məcəlləyə və “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna təklif olunduğunu bildirdi. Komitə sədri əlavə və dəyişikliklərin Konstitusiyaya referendum nəticəsində edilmiş əlavə və dəyişikliklərdən irəli gələn məsələlər olduğunu söylədi. Onun sözlərinə görə, dəyişikliyə əsasən QHT-lər öz nizamnamələrində qeyd edirlər ki, dövlət və qeyri-dövlət özünü idarə orqanlarının səlahiyyətlərinə aid olan məsələlər, dövlət nəzarəti, sanksiyalar, yoxlamalar həyata keçirə bilməzlər. Eyni zamanda QHT-lərin adında görkəmli şəxslərin adlarından yalnız onların yaxın qohumlarının icazəsi olan halda istifadə edilə bilər.
    13.02.10 Məqaləni oxumaq
     
    “Ailə həkimi haqqında” Qanun layihəsi hazırlanır
    Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən “Ailə həkimi haqqında” Qanun layihəsi hazırlanır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Komitənin sədr müavini Musa Quliyev verib. M.Quliyev bildirib ki, bu qanunun məqsədi əsasən ucqar yerlərdə yaşayan insanların sağlamlığına diqqəti daha da artırmaqdır. Onun sözlərinə görə, dünya ölkələrində də belə təcrübə mövcuddur. Milli Məclis tərəfindən ümumilikdə səhiyyə ilə bağlı 20-ə qədər qanun qəbul olunduğunu xatırladan M.Quliyev vurğulayıb ki, “Ailə həkimi haqqında” qanunun hazırlanıb qəbul edilməsi də sosial sifarişdir.
    12.02.10 Məqaləni oxumaq
     
    Fərdi yolla Quran öyrədilməsi qadağan ediləcək
    Bu ildən etibarən müqəddəs Qurani-Kərimi öyrənmək istəyənlər yalnız mütəşəkkil kurslarda təhsil alacaqlar. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsinin şöbə müdiri Firdovsi Kərimov bildirib. Onun sözlərinə görə, Komitə tərəfindən dini icmaların və dini mağazaların qeydiyyatı məsələsi başa çatdırıldıqdan sonra Qurani-Kərimin öyrədilməsi məsələsinə baxılacaq. “Hazırda “Quran” öyrənmək istəyənlər fərdi qaydada məscidlərdə təhsil alırlar. Belə halda təhsilin necə və kim tərəfindən həyata keçirilməsinə nəzarət etmək mümkün deyil. Məhz bunu nəzərə alaraq mütəşəkkil kursların təşkili vacibdir”,-deyə F. Kərimov bildirib. F.Kərimov qeyd edib ki, mütəşəkkil “Quran” kurslarına lisenziya veriləcək və onlar bir sıra şərtlərlə fəaliyyət göstərəcəklər. Onun sözlərinə görə, ilk növbədə kursların keçirilməsi üçün şərait, yəni xüsusi otaqlar təşkil olunmalı, kurslarda dərs deyən müəllimlər Azərbaycan vətəndaşı olmalıdırlar.
    11.02.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Serbiya, Mali və Kanadanın Azərbaycana yeni təyin olunmuş səfirlərini qəbul edib
    Xarici işlər naziri Elmar Məmmədyarov Serbiya, Mali və Kanadanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Serbiya səfiri Vladimir Curgus etibarnaməsinin surətini E.Məmmədyarova təqdim edib. O, Azərbaycana səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Azərbaycanın Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirən V.Curgus Serbiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb. E.Məmmədyarov V.Curgusu ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, Azərbaycanın Serbiyada səfirlik açmağı planlaşdırdığını və bu amilin ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşəcəyinə təkan verəcəyini qeyd edib.
    11.02.10 Məqaləni oxumaq
     
    Dövlət Gömrük Komitəsi müsadirə etdiyi 51 adda və 1923 ədəd dini kitabı Qafqaz Müsəlmanları İdarəsinə bağışlayıb
    Azərbaycan gömrük orqanları tərəfindən müsadirə edilən dini kitablar Qafqaz Müsəlmanları İdarəsinə təqdim olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Gömrük Komitəsindən veriblər. Qafqaz Müsəlmanları İdarəsinə təqdim olunan dini kitablar ayrı-ayrı vaxtlarda gömrük nəzarətindən kənar aparılmasına cəhd göstərilərkən Tovuz və Xaçmaz gömrük idarələri tərəfindən saxlanılıb. Məlumatda bildirilir ki, 51 adda və 1923 ədəd olan bu kitablar İslam dininə aid olub, əsasən 2000-ci illərdə Türkiyə və İranda nəşr edilib. Türk və Azərbaycan dillərində olan bu kitablar arasında Mədinə şəhərində ərəbcə nəşr edilən Qurani-Kərim də var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyinə əsasən, sözügedən kitabların ölkə ərazisində yayılması məqsədəuyğun sayılıb və onları Qafqaz Müsəlmanları İdarəsinə bağışlamaq qərara alınıb.
    10.02.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Bu gün prezident İlham Əliyev İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, o cümlədən iqtisadi sahədə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Görüşdə qlobal məsələlər və Yaxın Şərq siyasətinin aktual problemləri müzakirə olunub.
    10.02.10 Məqaləni oxumaq
     
    Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçrilib
    Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçrilib. KƏLAMİNFO xəbər verir ki, iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi Milli Məclisə təqdim olunub. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi M.Səlimzadə bildirib ki, ötən il bələdiyyələrə daha çox 872 tövsiyə və yeni işlənib hazırlanmış 19 metodiki vəsait verilib. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı vətəndaşlardan 1833 müraciət daxil olub. Ötən il nazirliyə inzibati nəzarət qaydasında baxılması üçün 20152 bələdiyyə aktı göndərilib ki, bu da 2008-ci ildə təqdim olunan aktların sayından çoxdur”.-deyən M.Səlimzadə qeyd edib ki, yerli özünüidarəetmə orqanlarında aparılan hüquqi maarifləndirmə və bələdiyyələrin fəaliyyətlərində qazandığı təcrübənin artırılması sayəsində bu aktlar əsasən qanunvericiliyin tələblərinə uyğun hazırlanıb.
    09.02.10 Məqaləni oxumaq
     
    ABŞ dövlət katibinin müavini Ceyms Steynberq: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hazırki danışıqlar formatı düzgün formatdır”
    ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində dövlətlərin ərazi bütövlüyü və xalqların milli müqəddəratını təyinetmə prinsipinin qarışıq modelinin tətbiqini mümkün sayır. KƏLAMİNFO-nun “Armenia Today” saytına istinadən yaydığı məlumata görə, bu fikirləri Ermənistan İctimai Televiziyasına müsahibəsində ABŞ dövlət katibinin müavini Ceyms Steynberq söyləyib. Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına böyük əhəmiyyət verdiyini söyləyən ABŞ dövlət katibinin müavini bildirib ki, hazırkı danışıqlar formatı ən düzgün formatdır. Minsk prosesini effektli hesab edən və bu yolu davam etdirməyin daha düzgün olduğunu düşünən C.Steynberq “ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi həll yolunun tapılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə sadiqdir”,-deyə bildirib. C.Steynberq nizamlanma prosesinin başa çatmaqda olduğu barədə fikirləri bölüşmədiyini vurğulayıb. “Həllini gözləyən məsələlər çoxdur.
    09.02.10 Məqaləni oxumaq
     
    Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Azərbaycana gəlir
    Bu gündən etibarən fevralın 11-dək Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri Cəlal Cem Oğuz Azərbaycanda səfərdə olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətindən veriblər. SAM-ın dəvəti ilə reallaşan səfər çərçivəsində türkiyəli alimin Azərbaycanın bir sıra rəsmi şəxsləri, elm xadimləri, beynəlxalq münasibətlər üzrə mütəxəssisləri ilə görüşləri nəzərdə tutulub.
    08.02.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 215 216 217 218 219 220 221 222 223 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30