Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  214 215 216 217 218 219 220 221 222  #
    Milli Məclisin növbəti iclası keçirildi
    Milli Məclisin bu gün keçirilən iclasında bir sıra qanunlara əlavə və dəyişiklik edildi. KƏLAMİNFO xəbər verir ki, iclasda əvvəlcə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Konstitusiya qanun layihəsi müzakirə olundu. Sənədi millət vəkillərinin diqqətinə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədri Əli Hüseynov təqdim etdi. İclasda 2009-cu il martın 18-də keçirilmiş referendum nəticəsində qəbul edilmiş “AR Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” AR Referendum Aktının tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə”, “AR Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədə”, “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında” Qanun layihələri müzakirə olundu.
    23.02.10 Məqaləni oxumaq
     
    DQİDK-in nəzdində yeni Şura yaradılacaq
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəzdində yeni Şura yaradılacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQİDK-nin Hüquq şöbəsinin müdiri Yusif Əsgərov verib. Y.Əsgərov qeyd edib ki, Şuranın tərkibi minimum 5, maksimum 11 nəfərdən ibarət olacaq. Onların bəziləri Komitənin əməkdaşı, digərləri isə yerli İcra Hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət olacaq. O, Şuranın tərkibinin bir ay ərzində formalaşdırılmasının nəzərdə tutulduğunu söyləyib. Y.Əsgərovun sözlərinə görə, Şura məscidlər, dini icmalar, həmçinin digər bu kimi məsələlərin qeydiyyatı, məscidlərin hansı arxitekturada, hansı xarici görünüşdə inşa olunması və müvfiq qaydalara uyğunluğunun araşdırılması və digər məsələlərə baxacaq. O, məscidlərin tikilməsinə DQİDK-nin baxmadığını, qurumun yalnız dini icmaların məsələsinə baxdığını söyləyib.
    23.02.10 Məqaləni oxumaq
     
    Milli Məclisin sabah keçiriləcək növbəti iclasında bir sıra sənədlər təsdiq ediləcək
    Sabah Milli Məclisin növbəti iclası keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, iclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Konstitusiya Qanunu layihəsi müzakirə olunacaq, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək. İclasda 2009-cu il martın 18-də keçirilmiş referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” AR Referendum Aktının tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədə”, “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında” Qanun layihələri müzakirə olunacaq. İclasda, həmçinin prezident İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenkonun Birgə Bəyannaməsi, Azərbaycan və Sloveniya prezidentlərinin Birgə Bəyanatı, Azərbaycan və Sloveniya hökumətləri arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv olunması barədə Saziş təsdiq ediləcək.
    23.02.10 Məqaləni oxumaq
     
    Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib
    Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, Milli Məclis sədrinin müavini, komitənin sədri Valeh Ələsgərov gündəlikdəki məsələlər barədə məlumat verərək bildirib ki, “Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum aktının tətbiqi ilə əlaqədar “Qiymətli metallar və qiymətli daşlar haqqında”, həmçinin “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Qanunlara redaktə xarakterli dəyişikliklər təklif olunur. Onun sözlərinə görə, “AR Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nə və Meşə Məcəlləsində isə dəqiqləşdirmə aparılması ilə əlaqədar dəyişikliklər edilməlidir. Deputatlar bu dəyişikliklərin qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
    20.02.10 Məqaləni oxumaq
     
    SAM-da “Azərbaycan-Avropa İttifaqı münasibətləri: əməkdaşlığın perspektivləri” mövzusunda görüş keçirildi
    Bu gün Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia ilə görüş keçirilib. KƏLAMİNFO xəbər verir “Azərbaycan-Avropa İttifaqı münasibətləri: əməkdaşlığın perspektivləri” mövzusunda reallaşan görüşdə çıxış edən R.Kobia siyasi, iqtisadi, mədəni, enerji və təhsil sahələrində əməkdaşlıq məsələlərinə toxunub. Səfir AB-nin Azərbaycanda 1993-cü ildən bəri həyata keçirdiyi humanitar layihələrdən bəhs edib. Bildirib ki, 2003-cü ildən Azərbaycanla Avropa Qonşuluq Siyasəti həyata keçirilir. Azərbaycanla AB-in gələcək əməkdaşlığına müsbət baxan R.Kobia əlavə edib ki, AB-nin məqsədi siyasi, iqtisadi inteqrasiyanı sürətləndirməkdir.
    19.02.10 Məqaləni oxumaq
     
    İtaliya parlamenti Dağlıq Qarabağla bağlı qətnamə qəbul edib
    İtaliya parlamenti “Cənubi Qafqazda situasiya” ilə bağlı qətnamə qəbul edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli verib. A.Kərimli bildirib ki, İtaliya parlamenti qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyib. Onun sözlərinə görə, İtaliya parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıldıqdan sonra müvafiq qətnamə qəbul olunub. Qeyd edək ki, İtaliya Avropa ölkələri arasında Almaniyadan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edən ikinci dövlətdir.
    18.02.10 Məqaləni oxumaq
     
    QMİ bir qrup dindarın Şəhidlər Xiyabanına yürüşü ilə bağlı açıqlama yayıb
    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fevralın 13-də bir qrup dindarın Şəhidlər Xiyabanına yürüşü ilə bağlı açıqlama yayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətindən veriblər. Açıqlamada bildirilir ki, Qafqaz Müsəlmanları İdarəsi hər zaman qanunsuz əməllərin əleyhinə olub. “Biz hüquqi dövlətdə yaşayırıq, odur ki, hər bir məsələ sivil şəkildə, Azərbaycanın qanunları çərçivəsində həyata keçirilməlidir. Qarabağ dərdi, Xocalı yarası bizim ümumi ağrımızdır. Odur ki, bu məqamlar elə yad edilməlidir ki, haqq işimizin xeyrinə olsun, sıralarımız daha da möhkəmlənsin və ən əsası, nə ülviliyə xələl gəlsin, nə də bədxahlarımız bundan sui-istifadə edə bilsinlər. Ülvi məqamlarla belə yürüş etmək niyyətində olan dindarlar müvafiq hakimiyyət orqanlarını əvvəlcədən xəbərdar etməli, onları məlumtlandırmalı idilər.
    17.02.10 Məqaləni oxumaq
     
    Əli Əhmədov ABŞ MDİ-nin Bakı ofisinin yeni rəhbəri Aleks Qriqoriyeviçi qəbul edib
    Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı ofisinin yeni rəhbəri Aleks Qriqoriyeviçi partiyanın mənzil qərarqagında qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-dan veriblər. Görüşdə YAP ilə Milli Demokratiya İnstitutu arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, həyata keçirilən birgə tədbirlərin tərəflər üçün müsbət əhəmiyyətə malik olduğu qeyd edilib. Görüşdə həmçinin, bu iki qurum arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr barədə geniş fikir mübadiləsi aparılıb. Görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı iştirak edirib.
    16.02.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: “Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantının qəbul edilməsində maraqlıdır”
    Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantının qəbul edilməsində maraqlıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri ilə keçirdiyi brifinqdə bildirib. "Mən bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla söhbət etmişəm. O bildirib ki, Ermənistan tərəfi "baza prinsipləri" üzrə razılaşdırılmamış məqamlara dair təkliflərini hələ də təqdim etməyib. Bizim mövqeyimiz məlumdur. Biz Dağlıq Qarabağın gələcək statusunu Azərbaycan və Ermənistan vətəndaşlarının birgə yaşamaları şərti ilə Azərbaycanın tərkibində görürük",-deyə E.Məmmədyarov vurğulayıb. Onun sözlərinə görə, hazırda nizamlanma prosesi irəliləyir və Azərbaycanın Madrid prinsiplərinin yenilənmiş variantının qəbul edilməsində maraqlı olduğunu söyləyib. "Əgər proses irəliləyirsə, deməli sual yaranır: bəs bundan sonra? Bu sualı danışıqların digər iştirakçıları özlərinə verməlidirlər",- deyə E.Məmmədyarov bildirib.
    16.02.10 Məqaləni oxumaq
     
    Qafqaz Müsəlmanları İdarəsi beynəlxalq konfransda iştirak etməyəcək
    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fevralın 22-dən 25-nə kimi Qahirə şəhərində keçiriləcək “İslam şəriətinin məqsədləri və müasir dövrün problemləri” mövzusunda beynəlxalq konfransda iştirak etməyəcək. Bu barədə KƏLAMİNFO-ya QMİ-nin mətbuat katibi Rəhimə Dadaşova məlumat verib. O, QMİ-nin konfransda iştirak etməməsinin səbəbini aprelin 26-27-də Bakıda keçiriləcək Dini Liderlərin Sammitinə hazırlıqla əlaqələndirib. R.Dadaşova bununla bağlı məktub yazıldığını, təşkilata göndərildiyini bildirib.
    15.02.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  214 215 216 217 218 219 220 221 222  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30