Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 213 214 215 216 217 218 219 220 221 » #
    Dövlət qeydiyyatından keçən dini icmaların 12-si qeyri-islam təmayüllüdür
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) yenidən və ilkin dövlət qeydiyyatından keçmək üçün 700-dən çox sənəd daxil olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı DQİDK-dən veriblər. Qeyd olunub ki, 2009-cu ilin dekabr ayının 31-dək 150 dini icma yenidən və ya ilk dəfə dövlət qeydiyyatına alınıb. Onlardan 12 dini icma qeyri-islam təmayüllüdür. Məlumatda bildirilib ki, dini qurumlar yalnız dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Qeyd edək ki, dini qurumların yenidən və ilkin dövlət qeydiyyatından keçmə prosesi davam edir.
    02.03.10 Məqaləni oxumaq
     
    “Dövlət və din” ictimai fikir toplusunun ilk sayı işıq üzü görüb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəşri olan “Dövlət və din” ictimai fikir toplusunun 2010-cu ildə 1-ci sayı işıq üzü görüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQİDK-dən veriblər. Toplunun “Rəsmi guşə”si pezident İlham Əliyevin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə müraciəti ilə başlayır. Bölmədə prezidentin Milad bayramı münasibətilə pravoslav xristian icmasına təbriki yer alıb. Nəşrdə “20 Yanvarın Şəhidlik fəlsəfəsi”, “Bakı İslam mədəniyyətinin mərkəzlərindən biri kimi”, “Azərbaycanın qədim sakinlərinin dəfn adətləri – e.ə. II minilliklər”, “Ərəb işğalları nəticəsində Azərbaycan tarixi coğrafiyasında baş verən dəyişikliklər”, “Sovetlər dövründə Azərbaycanda məhərrəmlik” və digər mövzulu yazılar yer alıb. Qeyd edək ki, topluda bir sıra məqalalər də əks olunub.
    02.03.10 Məqaləni oxumaq
     
    M.A.Moratinos: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bütün səyləri dəstəkləyir”
    “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləməkdə davam edəcək”. KƏLAMİNFO xəbər verir ki, belə bir bəyanatla Avropa İttifaqına sədrlik edən İspaniyanın xarici işlər naziri Miqel Anxel Moratinos çıxış edib. M.A.Moratinos bildirib ki, həmsədrlər danışıq aparan tərəfləri sülh prosesinə və münaqişənin nizamlanmasına dair siyasi qərar verməyə cəlb etmək istəyirlər: “Mən bu məsələni Azərbaycana səfərim zamanı da müzakirə edəcəyəm. Problemin nizamlanması üçün müsbət atmosfer formalaşdırmaq lazımdır. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bütün səyləri dəstəkləyir”,-deyə M.A.Moratinos vurğulayıb.
    02.03.10 Məqaləni oxumaq
     
    Bakıda MDB Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclası keçirilir
    Bu gün Bakıda, Müstəqil Dövlətlər Birliyi Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclası keçirilir. KƏLAMİNFO xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan dövlət informasiya agentliklərinin rəhbərləri, habelə Müstəqil Dövlətlər Birliyi, onun İcraiyyə Komitəsi, Rusiyanın Xaricdə Yaşayan Həmvətənlərin və Beynəlxalq Humanitar Əməkdaşlıq işləri üzrə Federal Agentliyin, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun nümayəndələri iştirak edirlər. İclasda Böyük Vətən Müharibəsində qələbənin 65 illik yubileyinin işıqlandırılması ilə bağlı məsələlər müzakirə olunub. Bu məsələyə həsr olunmuş əsas məruzə ilə Şuranın sədri, İTAR-TASS Agentliyinin Baş direktoru Vitali İqnatenko çıxış edib.
    02.03.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Çili Respublikasının prezidentinə baş sağlığı verib
    Azərbaycan prezidenti İlham Əliyev Çili Respublikasının prezidenti, zati-aliləri xanım Mişel Baçelet Xeriyaya baş sağlığı verib. KƏLAMİNFO xəbər verir ki, baş sağlığı məktubunda bildirilir: Hörmətli xanım Prezident, ölkənizdə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Çili xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
    02.03.10 Məqaləni oxumaq
     
    PA rəsmisi: “İranla Azərbaycan arasında münasibətlərin normal olmasını istəməyən qüvvələr var”
    İranla normal münasibətlər qurmaq Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərini təşkil edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib. Ə.Həsənov qeyd edib ki, İranla Azərbaycan qonşu ölkələrdir, onların mədəniyyəti, dili, dini, yaşam tərzi bir-birinə yaxındır və iki ölkə arasında müştərək dövlətçilik var. O, İran tərəfində də, iki ölkə arasında münasibətlərin normal olmasını istəməyən müəyyən qüvvələrin olduğunu diqqətə çatdırıb. “Onlar bu münasibətləri korlamaq istiqamətində fəaliyyət göstərirlər. Biz Azərbaycan dövləti olaraq belə cəhdlərə qarşıyıq. Bu cəhdlərin qarşısını almaq üçün fəaliyyət göstəririk”,-deyən Ə.Həsənov İranda baş verənləri dövlətlə bağlamağın düzgün olmadığını vurğulayıb.
    01.03.10 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: â€śİşğal olunmuş torpaqların qaytarılmasında müharibə etimalı labüddür”
    Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılmasında artıq müharibə etimalı labüddür. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin sədr müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında bildirib. Z.Əsgərov qeyd edib ki, nəticə verməyən danışqlar prosesi müharibəni sözün əsl mənasında qaçılmaz edəcək. “Uzun sürən danışıqlar prosesi qısa zamanda konkret nəticə verməsə, Azərbaycan ordusu çox yüksək səviyyədə müharibə yolu ilə torpaqları geri qaytarmağa qadirdir. Onsuzda dünya birliyi Qarabağda Azərbaycanın verdiyi ağır itkiləri yetərincə tanımayıb. Buna faktiki olaraq soyqırım baş verdiyi Xocalı faciəsinə onların biganə qalmasını da misal göstərmək olar”,-deyə Z.Əsgərov vurğulayıb.
    27.02.10 Məqaləni oxumaq
     
    Səfər Əbiyevdən şok açıqlama: “İndi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır”
    Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Kelleri qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüşdə ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti müzakirə edilib. S.Əbiyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi fikirlərini səfirin diqqətinə çatdırıb. O qeyd edib ki, 15 il ərzində diplomatlar bu problemlə əlaqədar konkret bir nəticə ortaya qoya bilməyiblər. “Artıq Azərbaycan daha 15 il də gözləyə bilməz. İndi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır. İşğalçı Ermənistan torpaqlarımızı azad etməzsə, Cənubi Qafqazda böyük müharibənin başlayacağı qaçılmazdır”,-deyə S.Əbiyev bildirib. Görüşdə fransalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesini təqdim edib.
    26.02.10 Məqaləni oxumaq
     
    Gültəkin Hacıbəyli: “Azərbaycan haqqında hazırlanacaq məruzənin obyektiv olacağına ümid edirik”
    “Avropa Şurasının həmməruzəçiləri tərəfindən Azərbaycan haqqında hazırlanacaq sənədin obyektiv olacağına ümid edirik”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli bildirib. G.Hacıbəyli qeyd edib ki, mart ayında təşkilatın monitorinq komitəsində aparılacaq müzakirələrdə Azərbaycan deputatları da iştirak edəcək. Deputatın sözlərinə görə, ölkəmiz Avropaya inteqrasiya siyasətinə sadiqdir və demokratiyanın inkişafı naminə uğurlu siyasəti davam etdirməkdədir.
    24.02.10 Məqaləni oxumaq
     
    Milli Məclisdə Xocalı soyqrımı müzakirə olundu
    Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasda Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək bildirdi ki, üç gün sonra Xocalıda 20-ci əsrdə insanlığa qarşı törədilən ən dəhşətli faciənin 18-ci ildönümü tamam olacaq. Spiker Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Soyqırımı qurbanlarının xatirəsi yad edildikdən sonra parlamentin plenar iclası öz işinə başlayıb. Cari məsələlər zamanı çıxış edən deputat Əhəd Abıyev bir neçə gün əvvəl cəbhə xəttindəki atışma zamanı həlak olmuş Azərbaycan Ordusunun əsgəri, Masallı rayon sakini Röyal Fərəcovun yas mərasiminə qatıldığını bildirib. Ə.Abıyev qeyd edib ki, həlak olmuş əsgərin həyat yoldaşı və körpə uşağının yaşayış vəziyyəti çox pisdir. Ə.Abıyev Masallı rayonunda şəhid ailələri üçün yaşayış binası tikildiyinə diqqət çəkərək, Milli Məclis sədri Oqtay Əsədovdan bu ailəyə mənzil verilməsini xahiş edib.
    24.02.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 213 214 215 216 217 218 219 220 221 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30