Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 211 212 213 214 215 216 217 218 219 » #
    Bu gün Milli Məclisdə hökumətin hesabatı dinlənilir
    Bu gün Milli Məclisin növbəti iclası keçirilir. KƏLAMİNFO xəbər verir ki, əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov deputatları, hökumətin üzvlərini və Azərbaycan xalqını İlaxır Çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib. Sonra AR Konstitusiyasına uyğun olaraq, Milli Məclisin beşinci iclasında Azərbaycan hökumətinin 2009-cu ildə fəaliyyəti haqqında hesabatının dinlənilməsinə başlanıb. Spiker Oqtay Əsədov bildirib ki, bu dinləmələrin keçirilməsi ölkədə qanunvericilik və İcra Hakimiyyəti orqanları arasında vəhdətin, iqtisadiyyatın aşkarlıq və demokratiya prinsipləri əsasında idarə edilməsi, dövlət hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın artmasının göstəricisidir. O.Əsədov qeyd edib ki, ötən il dünyada iqtisadi böhran başlasa da, böhranın Azərbaycana təsiri olmayıb. Spiker 2009-cu ildə ölkənin 9,3 faiz iqtisadi inkişafa nail olduğunu, nəzərdə tutulan bütün iqtisadi layihələrin həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, bu iqtisadi inkişaf əhalinin rifahına təsir göstərib, orta əmək haqqı 8,6 faiz artaraq 298 manata çatıb.
    17.03.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: “Azərbaycan Madrid prinsiplərinin müzakirəsini davam etdirir”
    Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Madrid prinsiplərinin yenilənmiş variantının müzakirəsini davam etdirir. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib. “Madrid prinsiplərində Azərbaycanın mövqeyi ədalətlidir. Bu sənəd imkan verir ki, Azərbaycan danışıqları davam etdirsin. Ermənistanla Azərbaycan arasında Madrid prinsipləri üzrə razılaşma nə qədər tez olarsa iki ölkə arasında müharibə litorikası da aradan qaldırılar”,-deyə E.Məmmədyarov vurğulayıb.
    16.03.10 Məqaləni oxumaq
     
    DQDK daha 30 dini icmanı qeydiyyata aldı
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDK) daha 30 dini icmaya qeydiyyatdan keçmək haqqında şəhadətnamələr və dini qurumların dövlət reyestrindən çıxarış sənədləri təqdim edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQDK-nın mətbuat xidmətindən veriblər. Şəhadətnamələri təqdim edən komitə sədri Hidayət Orucov bildirib ki, mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilənə qədər Dövlət Komitəsində cəmi 532 dini icma qeydiyyatdan keçmişdi, yerdə qalan dini qurumlar qeydiyyatsız fəaliyyət göstərirdi. Onun sözlərinə görə, qanuna edilmiş dəyişikliklərə əsasən, hazırda dini qurumlar yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər.
    15.03.10 Məqaləni oxumaq
     
    Şeyxülislam Hacı Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, təbrikdə bildirilir: “Əsrlər boyu torpağın oyanışının, təbiətin yeniləşməsinin rəmzi olan Novruz həyatımıza yeni ab-hava, süfrələrə xeyir-bərəkət bəxş edir. Vətən torpağı baharın nəfəsindən oyandıqca bizləri yeni xoş əməllərə, nəcib və xeyirxah işlərə rövnəqləndirir. Allaha çox şükürlər olsun ki, hər yeni Novruz dövlətimizin və xalqımızın uğurlu, davamlı inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır.
    15.03.10 Məqaləni oxumaq
     
    ATƏT PA-nın sədri: “Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan tərəfindən və prezident İlham Əliyevdən asılıdır”
    Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan tərəfindən və prezident İlham Əliyevdən asılıdır. KƏLAMİNFO xəbər verir ki, belə bir bəyanatla Bakıda səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş çıxış edib. “Ümid edirəm ki, bu qərarın bu il qəbul olunması üçün hər iki tərəfin siyasi rəhbərliyi iradə göstərəcək. Çox qəti addımlar atılmalıdır. İnanmaq istəyirəm ki, prezident İlham Əliyev bu qəti addımı atacaq və bununla da öz adını sadəcə Azərbaycanın deyil, eyni zamanda regionun, dünyanın tarixinə Dağlıq Qarabağ probleminin həllini mümkün edən şəxs kimi salacaq”,- deyə Joao Soareş bildirib.
    15.03.10 Məqaləni oxumaq
     
    Novruz Məmmədov: “Münaqişənin ədalətli həlli Ermənistana daha çox lazımdır”
    “Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutaraq məsələyə son qoymaq niyyətində deyil. Onlar bunu hansısa səbəblərə görə edə bilmirlər. Amma başa düşməlidirlər ki, münaqişənin məhz indi ədalətli həlli ən çox Ermənistana lazımdır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxış edib. N.Məmmədov qeyd edib ki, ermənilər gələcək talelərini düşünməli və faciələrinin qarşısını almalıdırlar. Onun sözlərinə görə, Ermənistan üçün ən düzgün yol konstruktiv mövqe tutaraq münaqişənin həllinə təminat verməkdir.
    15.03.10 Məqaləni oxumaq
     
    Milli Məclisdə USAİD-in gördüyü işlərin təqdimatı olub
    Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, Sosial siyasət komitələri üzvlərinin və parlament Aparatı əməkdaşlarının iştirakı ilə USAİD-in ölkəmizdə gördüyü işlər barədə təqdimat mərasimi keçirilib. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbiri açan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev USAİD-in ölkəmizdə gördüyü işlər barədə danışıb. Bildirib ki, 2007-ci il fevralın 7-də Milli Məclislə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən təsis olunmuş Azərbaycan Parlament Proqramı layihəsi çərçivəsində parlament bu təşkilatla sıx əməkdaşlıq edir. S.Mirzəyev qeyd edib ki, əvvəlcə layihənin müddəti 2 il nəzərdə tutulsa da, sonradan layihə 2010-cu il aprelin 22-dək daha bir il uzadılıb. İndi isə USAİD tərəfindən layihənin daha 17 ay uzadılması təklif olunub və qarşılıqlı razılaşmaya əsasən layihə 2011-ci ilin sonunadək davam edəcək. S.Mirzəyevin sözlərinə görə, USAİD-in Azərbaycan Parlament Proqramı layihəsi hazırlanarkən onun 3 istiqamətdə həyata keçirilməsi nəzərdə tutulmuşdu.
    13.03.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Mehdi Səfərini qəbul edib
    Bu gün prezident İlham Əliyev İran İslam Respublikası prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfərini qəbul edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, energetika sahəsində əməkdaşlıq və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    12.03.10 Məqaləni oxumaq
     
    Parisdə AŞ PA-nın büro və komitə iclasları keçirilir
    Bu gündən martın 17-dək Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Aydın Abbasov qrumun büro və komitə iclaslarında iştirak etmək üçün Parisdə səfərdə olacaqlar. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. AŞPA-nın bürosunda Dağlıq Qarabağ münaqişəsinə dair 1416 saylı qətnamənin yerinə yetirilməsi üzrə Xüsusi Komitənin yenidən formalaşması məsələsinə baxılacaq. Qrumun Daimi Komitəsinin iclasında Avropada milli azlıqların müdafiəsi, uşaqlara qarşı məişət zorakılığı məsələləri, Ukraynada prezident seçkilərinin nəticələri nəzərdən keçiriləcək.
    12.03.10 Məqaləni oxumaq
     
    Dünya dini liderlərinin Bakıda keçiriləcək sammitinin vaxtı dəqiqləşib
    Dünya dini liderlərinin Bakıda keçiriləcək sammitinin vaxtı dəqiqləşib. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. A.Paşazadə qeyd edib ki, bu sammit aprelin 27-29-u tarixlərində təşkil olunacaq. Onun sözlərinə görə, sammitin keçirilməsi üçün hazırlıq prosesləri davam etdirilir. A.Paşazadə belə bir tədbirin Bakıda keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bütün Qafqazın Şeyxi tədbirdə 150-dək dini liderin iştirak edəcəyini bildirib. “Onların hər biri müxtəlif dövlətlərdə milyonlarla insanı öz ətrafında birləşdiriblər.
    11.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 211 212 213 214 215 216 217 218 219 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30