Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 210 211 212 213 214 215 216 217 218 » #
    ATƏT-in Minsk Qrupunun həmsədrləri Xankəndi və İrəvana səfərlərinin yekunu ilə bağlı bəyanatla çıxış ediblər
    ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) martın 26-29-da Xakəndi və İrəvana səfərlərinin yekunu ilə bağlı bəyanatla çıxış ediblər. KƏLAMİNFO qrupun yaydığı press-relizə istinadən xəbər verir ki, bəyanatda həmsədrlərin Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyini danışıqların durumu barədə məlumatlandırdıqları qeyd olunur. Martın 28-də həmsədrlər erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair şərhlərini Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla müzakirə ediblər.
    30.03.10 Məqaləni oxumaq
     
    Həmsədrlər İrəvanda müzakirələrə başlayır
    ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradke (ABŞ) bazar günü qondarma Dağlıq Qarabağa səfər ediblər. KƏLAMİNFO news.ama istinadən xəbər verir ki, səfər zamanı vasitəçilər separatist rejimin lideri Bako Saakyanla görüşüblər. Həmsədrlər bu gün Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparacaqlar.
    30.03.10 Məqaləni oxumaq
     
    Deputat Asəf Hacıyev İstanbulda QİƏT PM-nin iclasında iştirak edir
    Milli Məclisin deputatı Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QİƏT PM) Büdcə və Audit Komitəsinin iclasında iştirak etmək üçün İstanbula səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisdən veriblər. İclasda qurumun büdcə layihəsi və bir sıra maliyyə məsələləri müzakirə olunacaq. Səfər zamanı təşkilatın Beynəlxalq Katibliyi rəhbərliyinin və Büro üzvlərinin Avropa Parlamentinin vitse-prezidenti Libor Rusek ilə görüşü nəzərdə tutulub. Görüşdə münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq. Səfər aprelin 1-də başa çatacaq.
    29.03.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Gəmiqayırma Zavodunun təməlqoyma mərasimində iştirak edib
    Bu gün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığında inşa olunacaq müasir standartlara cavab verən Gəmiqayırma Zavodunun təməlqoyma mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, mərasimdə prezident İlham Əliyev iştirak edib. Zavodun eskiz layihəsi ilə tanış olan dövlət başçısına məlumat verilib ki, Xəzər dənizi hövzəsində yeganə olacaq bu zavodda ildə 25 min ton metal konstruksiya hazırlamaq, 15 min ton yükgötürmə qabiliyyəti olan 4 tanker və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq.
    20.03.10 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “İran Azərbaycanla sərhədyanı əməkdaşlıq qurarsa, bu Ermənistan üçün ciddi sonluqla nəticələnə bilər”
    Bu gün İran Ermənistanla sərhədyanı əməkdaşlığı normallaşdırmağa çalışır. Lakin İranın xarici siyasətini izlədikdə proqnoz vermək olar ki, o, bundan sabah Ermənistanın əleyhinə də istifadə edə bilər. KƏLAMİNFO xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə politoloq Mübariz Əhmədoğlu bildirib. O, qeyd edib ki, İran bu əməkdaşlığı sabah Azərbaycanla da qurarsa, proses Ermənistan üçün ciddi nəticələrə gətirib çıxara bilər. “Azərbaycanın İranla sərhəddinin müəyyən hissəsi də işğal olunmuş torpaqlarımızın ərazisinə düşür. İranın əgər Azərbaycanla bu cür sərhədyanı əməkdaşlığı baş tutarsa, bu çox uzun müddətli perspektivə hesablanmış bir siyasət ola bilər. Nəzərə alsaq ki, Azərbaycanın çox çevik və mobil siyasəti var. Bu kimi şanslardan yararlanmaq ehtimalımız da güclüdür”,-deyə M.Əhmədoğlu açıqlayıb.
    19.03.10 Məqaləni oxumaq
     
    Dağlıq Qarabağ mövzusunda güzəştlər iki müstəviyə keçmək ərəfəsindədir
    Hazırda Dağlıq Qarabağ (DQ) mövzusunda güzəştlər iki müstəviyə keçmək ərəfəsindədir. KƏLAMİNFO xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib. O, qeyd edib ki, hazırkı danışıqlar prosesinin birinci müstəvisi DQ tərəfdən güzəştlərin Ermənistana aid olmasından ibarətdir. Politoloqun fikirncə, ikinci müstəvidə olan güzəştlər Azərbaycan tərəfdən kommunikasiya və enerji layihələrinin Ermənistan üzərində keçmə məsələləridir. “Bu çox ciddi bir prosesin başlanğıcıdır. Fikrimcə, Ermənistan Nabukko məsələsinə razılıq verməklə hələki oyun oynayır. Yəni, onlar ümüd edir ki, bu yolla danışıqları yubada bildilər. Əslində Ermənistan xarici siyasəti gen-bol yalanlardan istifadə etmək əvəzinə bu prosesdə siyasi iradə nümayiş etdirməlidir”,-deyə politoloq vurğulayıb.
    19.03.10 Məqaləni oxumaq
     
    Avropa Şurası Dağlıq Qarabağ probleminin həllində “müvəqqəti komissiya” yaradılmasını təklif edir
    Avropa Şurası Parlament Assambleyası (AŞPA) Dağlıq Qarabağ probleminin həllinə dəstək məqsədilə “müvəqqəti komissiya” yaradılmasını təklif edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Qazaxıstanda səfərdə olan AŞPA sədri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, son zamanlar ATƏT-in Minsk Qrupu və Cənubi Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının təşəbbüskarı olan Ankaranın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində səyləri güclənib. M.Çavuşoğlu vurğulayıb ki, bu prosesə dəstək vermək üçün Avropa Şurası da “müvəqqəti komissiya” yaradılmasını təklif edir. O, əlavə edib ki, bu məsələnin müzakirəsi üçün apreldə Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətləri ilə görüşlər keçirilməsi planlaşdırılır. Bu qurumlar, ATƏT-in Minsk Qrupu və Türkiyənin də olacağı, komissiyanın işində iştirak edəcəklər.
    19.03.10 Məqaləni oxumaq
     
    Bütün Qafqazın Şeyxi
    “Aypara və ulduz” ordeni ilə təltif olundu

    Qafqaz Müsəlmanları İdarəsinin sədri, Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şuranın həmsədri Şeyxülislam Hacı Allahşükür Paşazdə daha bir beynəlxalq mükafata layiq görüldü. Bütün Qafqazın Şeyxi İNTERSAFETY Terroizm, korrupsiya, narkomaniya və ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Təltiflər İttifaqının (UNCOPA) ali dərəcəli “Aypara və Ulduz” ordeni ilə təltif olundu.
    18.03.10 Məqaləni oxumaq
     
    DQİDK sədri Hidayət Orucov Səudiyyə Ərəbistanına gedir
    Sabah Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığının İslam Məsələləri, Vəqflər, Dəvət və İrşad Nazirliyinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olacaq. Bu barədə məlumatı DQİDK-nin mətbuat xidmətindən veriblər. Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları ilə əlaqələrin inkişafı, həmçinin din sahəsinə aid qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılacaq, Dövlət Komitəsi və Səudiyyə Ərəbistanı Krallığının İslam işləri üzrə strukturları arasındakı əməkdaşlığın perspektivi müzakirə olunacaq. Rəsmi səfərin proqramına H. Orucovun “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabının ərəb dilində ikinci nəşrinin təqdimat mərasimi də daxildir.
    18.03.10 Məqaləni oxumaq
     
    R.T.Ərdoğan: “ATƏT-in Minsk Qrupu vəzifəsinin öhdəsindən gəlməlidir”
    Hazırda bölgədə sülhün və sabitliyin bərqərar olmasında, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in Minsk Qrupunun üzərinə böyük vəzifə düşür. Bu qrup vəzifəsinin öhdəsindən gəlməlidir. Belə olan təqdirdə, nə Türkiyə ilə Ermənistan, nə də Azərbaycanla Ermənistan arasında bir problem qalacaqdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Böyük Britaniyada səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BBC televiziyasına müsahibəsində çıxış edib. R.T.Ərdoğan vurğulayıb ki, Ankara qonşularla “sıfır problem” siyasətini bundan sonra da qətiyyətlə davam etdirəcək. “Amma, biz əlimizi uzatdığımız zaman qarşılığında yumruq atılırsa, o zaman heç bir şey edə bilmərik”,-deyən Türkiyənin Baş naziri erməni iddiaları ilə bağlı qərarlar qəbul edən ölkələrin parlamentlərini “şou göstərməkdə” ittiham edib. Onların bu qərarının və erməni diasporunun ermənilərin özlərinə zərər verdiyini diqqətə çatdıran R.T.Ərdoğan deyib: “Baxın, mənim ölkəmdə 170 min erməni var. Bunlardan yalnız 70 mini Türkiyə vətəndaşıdır. Qalan 100 mini biz yola veririk.
    18.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 210 211 212 213 214 215 216 217 218 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30