Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 209 210 211 212 213 214 215 216 217 » #
    Komissar Ştefan Füle Azərbaycana səfərə gəlib
    Avropa İttifaqının genişləndirmə və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə komissarı Ştefan Füle Azərbaycana səfərə gəlib. KƏLAMİNFO xəbər verir ki, bir günlük səfər çərçivəsində komissar Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər, iqtisadi inkişaf nazirləri, vətəndaş cəmiyyətinin nümayəndələri, müxalifət partiyalarının təmsilçilərilə görüşəcək. Görüşlər zamanı Avropa İttifaqının Cənubi Qafqaz respublikaları ilə ikitərəfli münasibətləri, “Şərq Tərəfdaşlığı” proqramı müzakirə olunacaq. Ş.Füle həmçinin Binəqədi rayonu ərazisində məskunlaşan məcburi köçkünlərə də baş çəkəcək. Avropa komissarının səfəri sabah başa çatacaq. Qeyd edək ki, bu, Ş.Fülenin Avropa İttifaqının genişləndirmə və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə komissarı statusunda Cənubi Qafqaz regionuna ilk səfəridir.
    10.04.10 Məqaləni oxumaq
     
    Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Azərbaycanlı həmkarı Elmar Məmmədyarov arasında telefon danışığı olub. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon söhbəti barədə məlumat verən Ə.Davudoğlu hər önəmli hadisədən əvvəl və sonra E.Məmmədyarovla əlaqə saxladıqlarını bildirib. O, həmkarına Türkiyə XİN Aparatının rəhbəri və Baş nazirin xüsusi elçisi Firudin Sinirlioğlunun Ermənistan səfəri haqqında bilgi verdiyini, eləcə də Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda Ermənistan prezidenti Serj Sarkisyanla keçirəcəyi görüş barədə fikir mübadiləsi apardıqlarını söyləyib. Ə.Davudoğlu E.Məmmədyarova bildirib ki, R.T.Ərdoğanla Fransa prezidenti Nikola Sarkozi arasında Parisdə keçirilmiş görüşdə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
    09.04.10 Məqaləni oxumaq
     
    Aydın Mirzəzadə: “Azərbaycan öz ərazi bütövlüyünü şübhə altına alan heç bir təklifə razılıq verməyəcək”
    “Azərbaycan birmənalı şəkildə öz ərazi bütövlüyünü şübhə altına alan heç bir təklifə razılıq verməyəcək”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib. A.Mirzəzadə qeyd edib ki, yenilənmiş Madrid təkliflərində Azərbaycanın maraqları əsasən əks olunub. Bu baxımdan, ümumilikdə ölkəmizin Madrid prinsiplərini qəbul etdiyini söyləyən A.Mirzəzadənin fikrincə, Ermənistan bu məsələlərdə tez-tez mövqe dəyişikliyi nümayiş etdirir. Onun sözlərinə görə, Ermənistana problemin həlli deyil, onun dondurulmuş şəkildə uzun müddətli qalması lazımdır. â€śİşğalçı dövlətin rəhbərliyinə münaqişənin həlli sərf etmir. Çünki rəhbərlikdə olan komanda hakimiyyətə “Qarabağ dalğası” üzərində gəlib. Bu hakimiyyət öz şəxsi məsələlərini kifayət qədər həll edib. Bu gün hakimiyyətdəkilərə Ermənistan cəmiyyətinin problemlərinin həlli maraqlı deyil.
    09.04.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Azərbaycan hakimiyyəti R.T.Ərdoğanın ABŞ-da keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ probleminin prioritet olacağına inanır”
    Azərbaycan hakimiyyəti Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a planlaşdırılan səfəri zamanı keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ probleminin həlli məsələlərinin prioritet olacağına inanır. KƏLAMİNFO xəbər veri ki, bu barədə açıqlamanı Prezident Administrasiyasının İctimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. "Gözləntimiz ondan ibarətdir ki, ABŞ prezidenti Minsk Qrupu həmsədrlərinin birini təmsil edən ölkənin başçısıdır və Ermənistanı konstruktiv mövqeyə gətirmək məqsədilə rəsmi Yerevana Dağlıq Qarabağ məsələsində öz işğalçı mövqeyindən əl çəkməyə məcbur etsinlər, ona təzyiq göstərsinlər.
    07.04.10 Məqaləni oxumaq
     
    Əli Əhmədov ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Cohanna Qənseni qəbul edib
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Cohanna Qənseni qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-dan veriblər. Görüşdə Azərbaycanla ABŞ arasında mövcud əməkdaşlıq münasibətləri haqqında danışılıb, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin, cari ilin noyabr ayında ölkədə keçiriləcək parlament seçkiləri, ona hazırlıq prosesi haqqında da söhbət açılıb.
    06.04.10 Məqaləni oxumaq
     
    PA-nın şöbə müdiri: “Azərbaycan hökuməti qanun çərçivəsində keçirilən bütün tədbirlərə lazımi şərait yaradacaq”
    Parlament seçkiləri yaxınlaşdıqca Azərbaycanda ictimai-siyasi vəziyyət, ab-hava da fəallaşacaq. KƏLAMİNFO xəbər veri ki, bu sözləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyası İctimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. “Hər il seçkilər öncəsi belə ab-hava müşahidə olunur. Bu ildə yəqin ki, həm müxalifət partiyaları, həm bitərəfər, həm də iqtidaryönlü siyasi partiyalar seçkilərə ciddi hazırlaşacaqlar. Seçki ərəfəsində onlar öz hüquqlarını reallaşdıracaqlar. Hər hansı tədbirin keçirilməsi qanun çərçivəsində baş tutacaqsa, hakimiyyət buna həmişə yaşıl işıq yandıracaq və lazımı şərait yaradacaq”,-deyə Prezident Administrasiyasının şöbə müdiri əlavə edib.
    06.04.10 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: “Danışıqlar nəticə verməsə, işğal olunmuş torpaqların hərbi yolla azad edilməsi gündəmə gələcək”
    “Əgər danışıqlar bir nəticə verməsə, işğal olunmuş torpaqların hərbi yolla azad edilməsi gündəmə gələcək. Azərbaycanın dövlət başçısı bu mövqeyini dəfələrlə bəyan edib”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib. Z.Əsgərov bildirib ki, hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həlli istiqamətində fəaliyyətini davam etdirir. O, tərəflərin yenilənmiş Madrid prinsipləri ilə bağlı mövqelərini bildirdiklərini vurğulayıb. Vitse-spiker qeyd edib ki, danışıqlar prosesini Ermənistan tərəfi uzatmağa çalışır. “Ermənistan imitasiya xatirinə danışıqları aparır. Amma bu, nə vaxta qədər davam etməlidir? Əgər danışıqlar prosesi konkret nəticə verməsə, hərbi variant istisna deyil”,-deyə Z.Əsgərov vurğulayıb.
    06.04.10 Məqaləni oxumaq
     
    Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir
    Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir. KƏLAMİNFO xəbər verir ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Anıtqəbirə gedərək Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün mavzoleyinə əklil qoyub. Sonra Ramiz Mehdiyev fəxri qonaqlar kitabına ürək sözlərini yazıb və Anıtqəbirdəki muzeylə tanış oldu. R.Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti əvvəlcə Türkiyə Milli Təhlükəsizlik Şurasında qurumun baş katibi Sərdar Kılıç ilə görüşüb. Görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
    02.04.10 Məqaləni oxumaq
     
    PA rəhbəri: “Azərbaycanın xarici siyasətində qardaş Türkiyənin xüsusi yeri var”
    Müstəqil Azərbaycanın dövlət quruculuğu 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayıb. İqtisadi yüksəlişin təməlini qoyan “Əsrin müaqviləsi” imzalandıqdan sonra ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi güclənib. Bu barədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Türkiyəyə səfəri çərçivəsində Qazi Universiteti tələbələri qarşısında çıxışı zamanı açıqlama verib. Ulu öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin bütün varlığıı ilə öz xalqına xidmət göstərdiyini bildirən R.Mehdiyev dövlət başçısının bütün ölkə həyatının modernləşməsi, iqtisadi və siyasi sistemin Avropa standartları səviyyəsinə qaldırılması, rəqabətədavamlı innovasiyalı cəmiyyət quruculuğunu prioritet sahələr elan etdiyini söyləyib.
    01.04.10 Məqaləni oxumaq
     
    Həmsədrlər Ermənistan prezidenti və xarici işlər naziri ilə görüşüblər
    İrəvanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqlarına etdikləri səfərin nəticələri ilə bağlı prezident və xarici işlər nazirini məlumatlandırıblar.
    31.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 209 210 211 212 213 214 215 216 217 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30