Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 207 208 209 210 211 212 213 214 215 » #
    Bakıda MDB Dinlərarası Şurasının iclası keçirilib
    Bakıda Təzəpir məscidinin konfrans zalında MDB Dinlərarası Şurasının iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə MDB ölkələrindən 17 dini lider, habelə xarici qonaqlar iştirak ediblər. MDB Dinlərarası Şurasının həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə iclasda əsas məruzə ilə çıxış edib. A.Paşazadə bildirib ki, Şura Birlik ölkələri arasında ənənəvi mədəni-dini əlaqələrin həm inkişaf etdirilməsinə, həm də keyfiyyətcə yeni səviyyəyə qalxmasına nail ola bilib.
    26.04.10 Məqaləni oxumaq
     
    Strasburqda AŞ PA-nın yaz sessiyası öz işinə başlayır
    Bu gündən aprelin 30-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir. Parlamentin mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Gültəkin Hacıbəyli, Qənirə Paşayeva, Rafael Hüseynov, Aydın Abbasov və Sabir Hacıyev daxildirlər. Sessiyada Assambleya Bürosu, Daimi Komitənin görülən işlər barədə hesabatları dinləniləcək, ekstremizmlə mübarizə, dünya iqtisadi böhranının təsirləri, Gürcüstan və Rusiya arasında müharibənin nəticələri, miqrantlar və qaçqınlar, iqlim dəyişikliyi, Çernoqoriya tərəfindən öhdəliklərin yerinə yetirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq. Tədbirdə nümayəndə heyətinin rəhbəri S.Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
    26.04.10 Məqaləni oxumaq
     
    Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana səfər proqramı açıqlanıb
    Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana səfər proqramı açıqlanıb. KƏLAMİNFO Rus Pravoslav Kilsəsinin rəsmi internet saytına istinadən xəbər verir ki, patriarx Kiril Bakıya aprelin 24-də gələcək. Aprelin 25-də o, Jen-Mironosits kafedral kilsəsində ibadət keçirəcək. Həmin gün Kirill MDB Dinlərarası Şurasının iclasında, ertəsi gün isə dünya dini liderlərinin sammitində iştirak edəcək. Aprelin 26-da “Gülüstan” Sarayında patriax Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçiriləcək sammitə ənənəvi dünya dinlərinin nümayəndələri qatılacaq. Səfər çərçivəsində patriarx prezident İlham Əliyevlə də görüşəcək.
    24.04.10 Məqaləni oxumaq
     
    Səfir H.Kılıc: “Ermənistan parlamentinin Sürix protokolları ilə bağlı qərarı gözlənilirdi”
    Ermənistan parlamentinin Sürix protokolları ilə bağlı çıxardığı qərar gözlənilirdi. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə müsahibəsində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulisi Kılıc bildirib. O, bu addımın Ermənistanın öz qərarı olduğunu vurğulayıb. “Biz bölgədə yaşayan qonuşu ölkələrik. Türkiyə hər zaman protokolların ruhuna və mətninə sadiq qalacaq. Çünki biz bölgədəki problemlərin həllinin tərəfdarıyıq və tərəfsiz qala bilmərik. 1993-cü ildə Ermənistanla sərhədləri nəyə görə bağladığımızı hər kəs bilir. Biz istəmirik ki, bir dövlətin sərhəddini açaq, o biri dövlətin sərhəddi isə bağlı qalsın",-deyə H.Kılıc vurğulayıb.
    24.04.10 Məqaləni oxumaq
     
    Vatikanın Dinlərarası Dialoq üzrə Şurasının rəhbəri Bakıya gəlir
    Aprelin 25-də Vatikanın Dinlərarası Dialoq üzrə Şurasının rəhbəri, kardinal Jan-Lui Tauran Bakıya səfərə gələcək. Bakı Katolik Kilsəsindən KƏLAMİNFO-ya bildiriblər ki, səfərin məqsədi aprelin 26-27-də Bakıda keçiriləcək Dünya Dini Liderlərinin samitində iştirak etməkdir.
    23.04.10 Məqaləni oxumaq
     
    NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçirilir
    Bu gün Estoniyada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, iclasda əsasən, Avropanın “Soyuq müharibə” dövründən qalma amerikan nüvə başlıqlarının təmizlənməsi müzakirə olunacaq. Qeyd edək ki, iki gün davam edəcək iclasda Bosniya və Hersoqovinanın quruma üzvlüyü və Əfqanistandakı hazırki vəziyyət haqqında dinləmələr keçiriləcək.
    23.04.10 Məqaləni oxumaq
     
    Aydın Mirzəzadə: “Azərbaycan və Türkiyə beynəlxalq arenada bir-birinin mövqeyini dəstəkləyən strateji tərəfdaşdır”
    “Azərbaycanla Türkiyə beynəlxalq arenada bir-birinin mövqeyini dəstəkləyən strateji tərəfdaşdırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Ankara qeyd-şərtsiz Azərbaycanın mövqeyini dəstəkləməkdədir və Azərbaycanın prinsipial mövqeyi bəhs edilən prossesdə Türkiyə tərəfindən ilkin nəzərə alınan amil kimi çıxış edir”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib. A.Mirzəzadənin sözlərinə görə, tarixi siyasi təcrübə və hazırki reallıqlar onu göstərir ki, Türkiyə istər regiona yönəlik, istər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar, istərsə də Türkiyə-Ermənistan diplomatik münasibətlərinin bərpa olunması məsələləri ətrafında planlaşdırılmamış və proqnozlaşdırılmamış hər hansı bir addım atmayacaq. “Bu cəhdlər şübhəsiz, regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması ilə nəticələnə bilər ki, bu da regional və qlobal miqyasda sülh, tərəfdaşlıq və əməkdaşlığa can atan bütün dövlətlər tərəfindən arzuolunan haldır",- eyə millət vəkili vurğulayıb.
    22.04.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Efir məkanına cəmiyyətin ən nümunəvi insanlarını gətirmək lazımdır”
    Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) “Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət” adlı elmi-nəzəri konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov teleradio institutunun Azərbaycan cəmiyyətindəki rolunu hər zaman araşdırmağa ehtiyac olduğunu bildirdi. Ə.Həsənov qeyd etdi ki, milli-mənəvi dəyər daşıyan teleradio vasitəsi elə bir institutdur ki, cəmiyyət həyatının aparıcı bir hissəsidir və bunun üçün də bu konfrans xüsusi əhəmiyyətə malikdir. “Biz daim teleradio məkanında inkişafı diqqət mərkəzində saxlayırıq. Bu sahədə MTRŞ da az iş görmür. Lakin bəzi kanalların fəaliyyəti bazar iqtisadiyyatı ilə əlaqədar olaraq cəmiyyətin ictimai tələbləri arasında məqamlarla üst-üstə düşmür. Burada televiziyaların maddi təlabatları da xüsusi rol oynayır. Buna baxmayaraq, teleradio cəmiyyətin aparıcı vasitəsi olduğu üçün o, cəmiyyətimizin gələcəyi üçün də həlledici amildir. Hansısa bir televiziya proqramı həftənin beş günü və hər gün də müəyyən vaxtı efiri tutursa, bu artıq məsuliyyətli proqramdır.
    22.04.10 Məqaləni oxumaq
     
    Parlament “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsini təsdiqlədi
    Milli Məclisin bu gün keçirilən iclasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. KƏLAMİNFO xəbər verir ki, sənəd barədə məlumat verən parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qanunun Azərbaycanda torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimlədiyini vurğulayıb. İclasda həmçinin “Azərbaycan hökuməti və Qətər Dövləti hökuməti arasında diplomatik və xüsusi pasportlara malik vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında” Saziş təsdiqlənib, “Azərbaycan hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında” Saziş, “İslam Konfransı Təşkilatının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanun qəbul olunub. Qeyd edək ki, iclasda Hesablama Palatasının illik hesabatı dinləniləcək.
    21.04.10 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk Qrupunun rusiyalı yeni həmsədri Bakıya gəlib
    ATƏT-in Minsk Qrupunun rusiyalı yeni həmsədrinin adı məlum olub. KƏLAMİNFO xəbər verir ki, bu, İqor Popovdur. Artıq İ.Popov bu gün səhər saatlarında həmsədr Yuri Merzlyakovla birlikdə Bakıya gəlib. Yeni həmsədr Heydər Əliyev adına Beynəlxalq Hava Limanında verdiyi açıqlamada həmsədr postunda münaqişənin həllinə töhfə verməyə çalışacağını söyləyib.
    20.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 207 208 209 210 211 212 213 214 215 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30