Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 206 207 208 209 210 211 212 213 214 » #
    AŞPA-dakı Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərləri arasında görüş keçirilib
    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyətləri rəhbərləri arasında görüş keçirilib. KƏLAMİNFO xəbər verir ki, görüş AŞ PA-nın sədri Mövlut Çavuşoğlunun iştirakı ilə təşkil olunub. Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov bildirib ki, Ermənistan nümayəndə heyətinin rəhbəri ilə görüşdə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. S.Seyidov qeyd edib ki, AŞ-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin müzakirəsi çox vacib və əhəmiyyətlidir. “Biz qərara gəldik ki, artıq yaz sessiyası başa çatdığından, növbəti iyun sessiyasında yenidən görüşək. Bu sahədə iş davam edir. Növbəti görüşün formatı bir az da genişlənəcək. Növbəti görüşdə Azərbaycan və Ermənistan tərəfindən müxalifətin AŞPA-dakı nümayəndə heyətlərindəki üzvləri də iştirak edəcəklər. Hesab edirəm ki, bu, özlüyündə çox vacib nailiyyətdir və biz əlimizdən gələni edəcəyik ki, hər sessiyada AŞ PA sədrinin iştirakı ilə belə müzakirələr mütəmadi aparılsın.
    30.04.10 Məqaləni oxumaq
     
    Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib
    Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda “Ailə, qadın və uşaq problemləri”, “Sosial müdafiənin daha da gücləndirilməsi” və “Sığora-pensiya sistemi: reallıqlar və problemlər” mövzularında müzakirələr aparılıb. Komitənin sədri Hadi Rəcəbli bildirib ki, iclas ictimai dinləmələr xarakteri daşıyır. Onun sözlərinə görə, müzakirəyə çıxarılmış məsələlərlə bağlı cəmiyyətdən müxtəlif təkliflər gəlir. Ona görə də, müvafiq qanunlara dəyişiklərin edilməsi üçün ictimai müzakirələr zəruridir. İclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Ədliyyə Nazirliynin idarə rəisi İlqar Məmmədov, Talassemiya Mərkəzinin rəhbəri Azər Kərimov, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev və başqaları çıxış edərək qeyd olunan məsələlərlə bağlı qanunvericilikdə müəyyən yeniliklərin edilməsinin vacibliyini vurğulayıblar.
    29.04.10 Məqaləni oxumaq
     
    Bahar Muradova: “Qeyri-konstruktivlik Ermənistan üçün normal fəaliyyət növüdür”
    “Ermənistanın Türkiyə ilə imzalanmış protokolların ratifikasıyasını dayandırması sübut edir ki, bu dövlət heç bir vədinə sadiq deyil. İşğalçı ölkə belə bir mövqeyni dəfələrlə nümayiş etdirib”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova söyləyib. B.Muradova bildirib ki, qeyri-konstruktivlik Ermənistan üçün normal fəaliyyət növüdür. Vitse-spikerin sözlərinə görə, bütün bunları nəzərə alaraq işğalçı ölkənin bu məsələdə hansı addım atacağını proqnozlaşdırmaq mümkün deyil. O, Ermənistanın müəyyən beynəlxalq güclərin diqtəsi ilə müəyyən qərarlar qəbul edəcəyini də istisna etməyib.
    29.04.10 Məqaləni oxumaq
     
    Spiker O.Əsədov İran İslam Şurası Məclisinin Azərbaycanla dostluq qrupunun sədrini qəbul edib
    Milli Məclisin sədri Oqtay Əsədov İran İslam Şurası Məclisinin Azərbaycanla dostluq qrupunun sədri Seyid Kazım Musəvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisdən veriblər. Spiker O.Əsədov qonaqları salamlayaraq bu cür səfərlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib. O, cari ilin fevralında İranın Tehran və Təbriz şəhərlərinə səfərlərini xatırlayaraq orada keçirdiyi görüşlər və aparılan danışıqlardan məmnun qaldığını vurğulayıb. O.Əsədov bildirib ki, Azərbaycanla İran arasındakı münasibətlər dostluq və qardaşlıq təməli üzərində qurulub. “Azərbaycan Cənubi-Şərqi Asiyada özünəməxsus yer tutan İranla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Bu günədək dövlətlərimiz arasında 90-dan çox sənəd imzalanıb ki, bu da əlaqələrimizin hüquqi bazasını təşkil edir”,-deyə spiker vurğulayıb.
    28.04.10 Məqaləni oxumaq
     
    Yaxın Şərqin nüfuzlu din xadimi: “Ermənistan Qarabağdan rədd olmalıdır!”
    Yaxın Şərqin nüfuzlu din xadimlərindən olan Ərdəbilin imam-cüməsi Seyyid Həsən Amuli Ermənistanı kəskin ittiham edib. O, ermənilərdən Qarabağı dərhal tərk etmələrini tələb edib. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri S.H.Amuli öz növbəti xütbəsində bəyan edib. O, qeyd edib ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində heç bir uğur əldə edə bilmir. Bununla yanaşı, alim xatırladıb ki, Ermənistan müraciətə heç bir reaksiya verməsə də, qonşu Azərbaycan İranın bu münaqişəsinin həlli istiqamətində vasitəçiliyini qəbul etməyə razılaşıb. “Müsəlmanlar yenidən Qarabağ məscidlərindən “Allahu əkbər” sədaları eşitməlidir. Dağlıq Qarabağ yenidən Azərbaycanın tərkibinə qaytarılmalı, Ermənistan isə Qarabağ ərazisindən rədd olmalıdır”, - deyə alim bildirib. Həmin xütbədə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edib.
    27.04.10 Məqaləni oxumaq
     
    SAM-da “Kosovo və Dağlıq Qarabağ: fərqlər və ziddiyyətlər” mövzusunda Dəyirmi masa təşkil olunacaq
    Aprelin 30-da Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Kosovo və Dağlıq Qarabağ: fərqlər və ziddiyyətlər” mövzusunda Dəyirmi masa təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-dan veriblər. Tədbirdə məruzəçilər qismində Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri Cəlal Cem Oğuz, Bilkənt Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Mark Almond və həmin universitetin jurnalistika fakultəsinin müəllimi Devid Barçard çıxış edəcəklər. Tədbirin keçirilməsində məqsəd Kosovo və Dağlıq Qarabağ məsələləri arasında fərqləri və ziddiyyətləri müəyyənləşdirmək, bu istiqamətdə ekspert ictimaiyyətilə fikir mübadiləsi aparmaqdır. Görüşdə XİN-nin məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak edəcəklər.
    27.04.10 Məqaləni oxumaq
     
    Bakıda Dünya dini liderlərinin sammiti işə başlayıb
    Bu gün Bakıda, “Gülüstan” sarayında Dünya dini liderlərinin sammiti işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sammitin açılışında iştirak ediblər. Tədbirdə dünyanın 35 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 250-ə yaxın nümayəndə iştirak edir. Azərbaycan prezidenti İlham Əliyev sammitin açılış mərasimində çıxış edib. Prezident İlham Əliyev sammiti böyük əhəmiyyətə mailik hadisə adlandırıb. Dövlət başçısı Bakıda dünya dini liderlərinin görüşlərinin keçirilməsinin artıq ənənəvi xarakter aldığını vurğulayıb. Qeyd edib ki, Azərbaycanda müxtəlif millətlərin, dinlərin nümayəndələri əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşayıblar. “Bu gün bütün dinlərin rəhbərlərinin Azərbaycana gəlməsi mühüm hadisədir. Bu görüşlərin gözəl nəticələri olacaq. Bakının bir növ dinlərarası dialoqun mərkəzinə çevrilməsinə böyük əhəmiyyət veririk. Azərbaycan dinlərarası dialoqun inkişafına öz töhfəsini verir.
    27.04.10 Məqaləni oxumaq
     
    Patriarx Kirillin Azərbaycana rəsmi səfəri başa çatıb
    Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana rəsmi səfəri başa çatıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qonağı Baş nazirin müavini Elçin Əfəndiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və digər rəsmi şəxslər yola salıblar.
    26.04.10 Məqaləni oxumaq
     
    Bakıda YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun ilk iclası təşkil olunub
    Bakıda keçirilən Dünya dini liderlərinin ümumdünya sammiti çərçivəsində YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun ilk iclası təşkil olunub. KƏLAMİNFO xəbər verir ki, iclasda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın patriarxı Kirill, digər ölkələrin din xadimləri, eləcə də YUNESKO-nun regional nümayəndəsi Dendev Badarc iştirak ediblər. Toplantında qrupun fəaliyyəti və nizamnaməsi ilə bağlı təkliflər irəli sürülüb və YUNESKO nümayəndəsinə təqdim olunub. Qeyd olunub ki, təkliflərə tez bir zamanda YUNESKO-da baxılacaq və cavab veriləcək.
    26.04.10 Məqaləni oxumaq
     
    Bakıda Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçirilir
    Bu gün Bakıda Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü keçirilib. KƏLAMİNFO xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Bütün ermənilərin katalikosu II Qaregin, Moskva və Bütün Rusiyanın patriarxı Kiril arasında keçirilən görüşdə dinlərarası qarşılıqlı anlaşma, dini tolerantlıq və digər məsələlər müzakirə olunub. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğu bildirilir.
    26.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 206 207 208 209 210 211 212 213 214 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30