Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 205 206 207 208 209 210 211 212 213 » #
    Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv olunacaq
    “Yaxın vaxtlarda Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv olunacaq”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Türkiyənin “Cihan” agentliyinə müsahibəsində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məlumat verib. Ə.Həsənov bildirib ki, viza rejiminin ləğvi məsələsini rəsmi Bakı müsbət qarşılayır və bütün bu məsələlər tezliklə həll olunacaq. "Hər iki ölkənin XİN-i bu istiqamətdə iş aparır və inanıram ki, yaxın vaxtlarda məsələ həll olunacaq",-Ə.Həsənov vurğulayıb. Ə.Həsənov Türkiyə ilə Rusiya arasında vizaların qaldarılması məsələsinə də münasibət bildirib. “Əgər Rusiya bunu istəyirsə, biz bunu daha çox istəyirik”,-deyə PA rəsmisi əlavə edib.
    07.05.10 Məqaləni oxumaq
     
    Milli Məclisin növbəti iclası mayın 11-də keçiriləcək
    Milli Məclisin mayın 7-də keçirilməsi nəzərdə tutulan iclası təxirə düşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentin mətbuat xidmətindən veriblər. Milli Məclisdən bildiriblər ki, parlamentin növbəti iclası mayın 11-də keçiriləcək. Qeyd edək ki, iclasda “Fərdi məlumatlar haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bundan əlavə, iclasın gündəliyinə “Pambıqçılıq haqqında” qanun layihəsi (ikinci oxunuş), “Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi və “Bakı şəhərinin Əzizbəyov rayonu Xəzər rayonu adlandırılması haqqında” qanun layihəsinin müzakirəsi daxildir. İclasının gündəliyinə həmçinin, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi, eləcə də, bəzi beynəlxalq konvensiyalara qoşulmaq barədə məsələlər daxildir.
    07.05.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Ermənistanla Rusiya arasında hərbi-strateji əməkdaşlıq varsa, niyə Azərbaycanla Türkiyə arasında da olmasın?"
    "Əgər Ermənistanla Rusiya arasında hərbi-strateji əməkdaşlıq mövcuddursa, niyə Azərbaycanla Türkiyə arasında da olmasın?". KƏLAMİNFO xəbər verir ki, bu barədə Türkiyənin “Cihan” agentliyinə müsahibəsində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. PA-nın rəsmisi Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi iştirakını qeyd edib. O, son vaxtlar Türkiyənin tez-tez bu məsələni beynəlxalq arenada qaldırdığını və Bakının məhz bunu Ankaradan gözlədiyini bəyan edib. "Biz Türkiyədən məhz belə addımlar gözləyirdik. Baş nazir Rəcəb Tayyib Ərdoğan, Prezident Abdullah Gül, xarici işlər naziri Əhməd Davudoğlu və Türkiyənin digər rəsmi şəxsləri bütün beynəlxalq arenalarda bəyan edirlər ki, Azərbaycanın problemi həll olunmayınca, Ermənistanla sərhədlər açılmayacaq və öz sözlərinin üstündə də dururlar. Biz onların hamısına minnətdarıq. Azərbaycan xalqı məhz bunu gözləyirdi",-Ə.Həsənov vurgulayıb.
    06.05.10 Məqaləni oxumaq
     
    Milli Məclisin növbəti iclası mayın 7-də keçiriləcək
    Milli Məclisin növbəti iclası mayın 7-də keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. İclasda “Fərdi məlumatlar haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bundan əlavə, iclasın gündəliyinə “Pambıqçılıq haqqında” qanun layihəsi (ikinci oxunuş), “Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi və “Bakı şəhərinin Əzizbəyov rayonu Xəzər rayonu adlandırılması haqqında” qanun layihəsinin müzakirəsi daxildir. İclasının gündəliyinə həmçinin, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi, eləcə də, bəzi beynəlxalq konvensiyalara qoşulmaq barədə məsələlər daxildir.
    06.05.10 Məqaləni oxumaq
     
    Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Vyanada bir araya gələcəklər
    Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri qrumun Vyanada yerləşən mənzil-qərargahında bir araya gələcəklər. KƏLAMİNFO xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev də iştirak edəcək. Həmsədrlər danışıqlar prossesi barədə ATƏT sədrinə məlumat verəcəklər. Vyana görüşündə Yuri Merzlyakov həmsədr səlahiyyətlərini İqor Popova təhvil verəcək.
    05.05.10 Məqaləni oxumaq
     
    NATO-nun yeni strateji konsepsiyası hazırlanır
    Cari ilin noyabr ayında Lissabonda NATO-nun sammitinin keçirilməsi nəzərdə tutulub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Norveçin Azərbaycandakı səfiri Con Romberq söyləyib. Hazırda Alyansın yeni strateji konsepsiyasının hazırlandığını açıqlayan C.Romberq bildirib ki, mayın 17-də sözügedən konsepsiya layihəsi ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın rəhbərlik etdiyi Ziyalılar Qrupuna təqdim ediləcək. Onun sözlərinə görə, həmin layihə qrupun üzvləri arasında müzakirə olunacaq. O, ümid etdiyini bildirib ki, yeni konsepsiya NATO-nun Baş katibi tərəfindən qəbul ediləcək.
    05.05.10 Məqaləni oxumaq
     
    “Heydər Əliyev və inkişafın Azərbaycan modeli” mövzusunda konfrans keçiriləcək
    Yeni Azərbaycan Partiyası (YAP) mayın 8-də Gülüstan sarayında ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və inkişafın Azərbaycan modeli” mövzusunda konfrans keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-dan veriblər. Konfransın açılış mərasimində YAP İdarə Heyətinin üzvlərindən Təhsil naziri Misir Mərdanov və Milli Məclisin komitə sədri Arif Rəhimzadə, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Dövlər Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxış edəcək. Konfrans plenar iclasdan sonra “Heydər Əliyev yolu – milli inkişaf strategiyası”, “İnkişafın Azərbaycan modeli: başlıca xüsusiyyətlər və meyllər” və “Azərbaycan yeni mərhələdə: uğurlu nəticələr və perspektivlər” mövzusunda bölmə iclaslarında öz işini davam etdirəcək.
    04.05.10 Məqaləni oxumaq
     
    H.Orucov: “Şuşa məscidinin bərpası ideyasının ermənilər tərəfindən gerçəkləşməsinə sadəcə görüntü kimi baxıla bilər”
    Şuşadakı Azərbaycan məscidi bərpa olunanda mütləq Azərbaycan mütəxəssislərinin rəyi nəzərə alınmalı, bununla bağlı Azərbaycana müraciət olunmalıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Dünya Dini Liderlərinin ümumdünya sammitində iştirak etmək üçün Bakıya gələn bütün ermənilərin katalikosu II Qareginin Şuşa məscidinin bərpası ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, sırf Azərbaycana məxsus Şuşa məscidinin saxtalaşdırılmasının qarşısını almaq üçün azərbaycanlı mütəxəssislərin rəyi nəzərə alınmalıdır. “Mən o məscidi çox yaxşı xatırlayıram. Məscid sırf Azərbaycan memarlığı üslubundadır. Onu başqa müsəlman ölkəsinin üslubuna oxşatmaq və ya təhrif etmək olmaz”,-deyən H.Orucov əlavə edib ki, ermənilər təkcə Dağlıq Qarabağ ərazisində deyil, işğal etdikləri bütün 20 faiz torpaqlarda milli, dini abidələrin hamısını məhv edib, qədim alban abidələrini isə qriqoryanlaşdırıblar. “Bu gün Ermənistan adlandırılan qədim Azərbaycan torpaqlarında məzarlıqlardan tutmuş məscidlərə, türbələrə, ziyarətgahlara qədər bütün milli və dini abidələrin hamısı məhv edilib. Şübhəsiz ki, Şuşa məscidinin bərpası ideyasının ermənilər tərəfindən gerçəkləşməsinə sadəcə görüntü kimi baxıla bilər. Çünki ölkə prezidenti bu barədə hər yerdə açıq danışır.
    01.05.10 Məqaləni oxumaq
     
    Hidayət Orucov: “Qanundankənar dini fəaliyyətlərə qarşı qanun çərçivəsində münasibət bildirilib”
    Ötən ilin payızından bu günə kimi 350-yə yaxın dini icma dövlət qeydiyyatına alınıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov verib. O qeyd edib ki, 10-dan artıq dini icmanın qeydiyyatından imtina edilib. Qeydiyyatdan imtina olunan dini icmaların İslam və qeyri-islam təmayüllü olduğunu diqqətə çatdıran H.Orucov əlavə edib ki, imtinanın səbəbi onların sənədlərinin qanunauyğun tərtib olunmamasıdır. H.Orucov Azərbaycanda qanunsuz dini fəaliyyətlə məşğul olanlara da münasibətini açıqlayıb. “Qanundankənar hərəkət edənlərə qarşı qanun çərçivəsində münasibət bildirilib və bildiriləcək. Dövlət Komissiyasının öz funksiyaları, hüquq-mühafizə orqanlarının isə öz səlahiyyətləri var. Bu, daha çox hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aid olan məsələdir”,-deyə H.Orucov əlavə edib.
    30.04.10 Məqaləni oxumaq
     
    Azərbaycanın ABŞ-dakı səfiri Amerika Yəhudi Komitəsi qarşısında çıxış edib
    Amerika Yəhudi Komitəsinin (AYK) dəvətilə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev komitənin illik konfransı çərçivəsində təşkil olunmuş xüsusi tədbirdə çıxış edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycanın Vaşinqtondakı səfirliyindən veriblər. Tədbirdə ABŞ yəhudi icmasının yüksək rütbəli nümayəndələri iştirak ediblər. AYK-nin prezidenti Riçard Saydman və icraçı katibi Deyvid Xarris səfiri salamlayaraq, Azərbaycanın çoxəsrlik dözümlülük ənənələrini, xüsusilə çoxsaylı yəhudi icmasına daima xoş münasibətini vurğulayıblar. Azərbaycanın İsrail ilə dost münasibətləri, onun ABŞ və İsrail üçün strateji tərəfdaş kimi xüsusi önəmi qeyd olunub. Səfir Y.Əliyev çıxış edərək Azərbaycan yəhudilərinin tarixi, azərbaycanlıların etnik və dini dözümlülüyü, azərbaycanlılarla yəhudilər arasındakı sıx bağlardan danışaraq, Azərbaycanla İsrail arasında getdikcə daha da möhkəmlənən və çoxşaxəli səciyyə daşıyan münasibətlərin əhəmiyyətini vurğulayıb.
    30.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 205 206 207 208 209 210 211 212 213 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30