Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 204 205 206 207 208 209 210 211 212 » #
    Azərbaycan digər ölkələrə nümunədir
    Belə tədbirlərin keçirilməsində Azərbaycan həmişə olduğu kimi indi də digər ölkələrə nümunədir. KəlamİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Bakıda keçirilən dünya dini liderlərinin sammitində iştirak edən Rusiyanın ali müftisi Talqat Tadjuddinov jurnalistlərə açıqlamasında bildirib.
    T.Tadjuddinov deyib: “Bu işdə Azərbaycan prezidenti İlham Əliyevin xüsusi əməyini qeyd etmək istərdim. Burada təşkilatçılıq çox yüksək səviyyədədir. Azərbaycan tolerant ölkə kimi çoxdan dünyada tanınır. Sizin ölkədə tolerantlıqla yanaşı, insanlara qarşı hörmət və sevgi də yüksək səviyyədədir”.
    07.05.10 Məqaləni oxumaq
     
    Tarixi hadisənin şahidi olduq
    Dünya dini liderlərinin toplantısı tarixi hadisədir. KəlamİNFO xəbər verir ki, bu fikri Bakıda keçirilən dünya dini liderlərinin sammitinin iştirakçısı Rusiya Prezidenti Yanında Dini Qurumlarla iş üzrə Şuranın üzvi Ravil Qaynutdin jurnalistlərə açıqlamasında bildirib.
    Dünyada sivilizasiya, mədəniyyət, ənənə və dinlər arasında dialoqun olmasının zəruriliyini vurğulayan qonaq deyib ki, Azərbaycanın bu ideyanı dünya səviyyəsinə qaldırması fərəhli haldır. Azərbaycan prezidenti İlham Əliyevə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə bu tədbirin yüksək səviyyədə keçirilməsinə və bizi dəvət etdiklərinə görə dərin minnətdarlığımızı bildiririk.
    07.05.10 Məqaləni oxumaq
     
    Tolerant ölkə
    Azərbaycan tolerant ölkə kimi bütün ölkələrə nümunə göstərilə bilər.
    KəlamİNFO xəbər verir ki, bu fikri Bakıda keçirilən dünya dini liderlərinin sammitinin iştirakçısı Astana və Almatı arxiyepiskopu, MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin üzvi Aleksandr jurnalistlərə açıqlamasında deyib.
    Qonaq bildirib ki, bu tədbir dinlərarası sammit kimi çox əhəmiyyətlidir. Burada müxtəlif dinləri, müxtəlif mədəniyyətləri təmsil edən insanlar birlikdə sülh, dostluq barədə danışırlar. Bu dünyada ağıllı insanların can atdığı ümumbəşəri dəyərlərdir.
    Azərbaycanda doğrudan da müxtəlif dinləri, müxtəlif mədəniyyətləri təmsil edən insanlar bir yerdə yaşayır, işləyirlər. Bütün bunlar isə Azərbaycan qanunları ilə tənzimlənir. Bu bir daha Azərbaycan rəhbərliyinin apardığı müdrik siyasətin göstəricisidir.
    07.05.10 Məqaləni oxumaq
     
    YUNESKO yanında Din Xadimləri Məşvərət Qrupunun ilk iclası keçirilib
    Bakıda, “Gülüstan” sarayında keçirilən dünya dini liderlərinin sammiti çərçivəsində YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun ilk iclası keçirilib. KəlamİNFO xəbər verir ki, iclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın patriarxı Kirill, bütün ermənilərin katolikosu II Qaregin, digər ölkələrin din xadimləri, eləcə də YUNESKO-nun regional nümayəndəsi Dendev Badarç iştirak edib.
    Tədbirdə YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun fəaliyyəti və nizamnaməsi ilə bağlı təkliflər irəli sürülüb. Bu təkliflər YUNESKO-nun nümayəndəsinə təqdim olunub. Təkliflərə tez bir vaxtda YUNESKO-da baxılacaq və onlara cavab veriləcək.
    07.05.10 Məqaləni oxumaq
     
    Üç dini liderin görüşü oldu
    Bakıda, “Gülüstan” sarayında keçirilən dünya dini liderlərinin sammiti çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın patriarxı Kirill və Bütün ermənilərin katolikosu II Qaregin arasında görüş oldu. KəlamİNFO xəbər verir ki, sammit çərçivəsində bu görüşün xüsusi əhəmiyyətini vurğulayan patriarx Kirill bildirib ki, son illər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda xeyli irəliləyiş var. Patriarx bu məsələdə Azərbaycanın və Ermənistan dövlət başçılarının səylərini, Rusiya Prezidentinin vasitəçiliyini xüsusi qeyd edib.
    Bildirilib ki, bu cür görüşlər siyasi liderlərin səylərinə dəstək verir. A.Paşazadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində üzərinə vasitəçilik missiyası götürən Rus Pravoslav kilsəsinə təşəkkür edərək, problemin ədalətli və beynəlxalq hüquq prinsipləri çərçivəsində nizamlanacağına ümidvar olduğunu vurğulayıb.
    07.05.10 Məqaləni oxumaq
     
    Prezident ermənilərin katolikosu ıı Qaregini qəbul edib
    Prezident İlham Əliyev aprelin 26-da bütün ermənilərin katolikosu II Qaregini qəbul edib. KəlamİNFO xəbər verir ki, görüşdə dünya dini liderlərinin və müxtəlif dini konfessiya rəhbərlərinin iştirak etdiyi Bakı sammitinin əhəmiyyəti qeyd olunub, bu tədbirin dinlərarası dialoqun möhkəmlənməsi və dini liderlər arasında təmasların genişlənməsi baxımından önəmi vurğulanıb.
    07.05.10 Məqaləni oxumaq
     
    Prezident Adel Abdulla Əl-Fələhi qəbul etdi
    Prezidenti İlham Əliyev Küveytin islam işləri və vəqf nazirinin müavini Adel Abdulla Əl-Fələhi qəbul edib. KəlamİNFO xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına Küveytin İslam işləri və vəqf nazirinin müavini Adel Abdulla Əl-Fələhin verdiyi töhfənin önəmini vurğulayıb, ölkəmizdə onun fəaliyyətinə böyük diqqət və qiymət verildiyini qeyd edib.
    Prezident İlham Əliyev Azərbaycanla Küveyt Dövləti arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Adel Abdulla Əl-Fələhin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladığını söyləyib.
    07.05.10 Məqaləni oxumaq
     
    Ermənistan Türkiyə arasında sərhədlərin açılması mümkünsüzdür
    Dini liderlərin ümumdünya sammiti çərçivəsində Bakıda bir araya gəlməsi çox mühüm hadisədir. KəlamİNFO xəbər verir ki, bu barədə Avropa-Türk İslam Birliyinin sədri Serdar Çələbi bildirib.
    O, Bakıda keçirilən konfransın çox yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. S.Çələbi vurğulayıb ki, erməni dini liderinin burada iştirakı çox mühüm hadisədir. “Azərbaycan torpaqları uzun illərdən bəri erməni işğalı altındadır. Bu məsələnin siyasi həllinə, dini yolla da dəstək vermək mümkündür. Sammit çərçivəsində Şeyxülislam Hacı Allahşükür Paşazadə, Bütün ermənilərin katalikosu II Qareginlə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi buna misal ola bilər. Türkiyə bir dövlət olaraq hər zaman Azərbaycanın yanındadır. Ermənistan Türkiyə arasında imzalanmış protokolarda əsas şərtlərindən biri də Azərbaycan torpaqlarını işğaldan azad edilməsidir. Əgər bu cəhtlər baş tutmazsa Ermənistanla Türkiyə arasında sərhədlərin açılması mümkünsüzdür”,-deyə İslam Birliyinin sədri bildirib.
    07.05.10 Məqaləni oxumaq
     
    Milli Məclisdə “Ailə həkimi haqqında” AR Qanun layihəsi hazırlanır
    Milli Məclisdə “Ailə həkimi haqqında” AR Qanun layihəsi hazırlanır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev verib. M.Quliyev bildirib ki, məqsəd əhalini daha keyfiyyətli tibbi xidmətlə təmin etməkdir. Komitə sədrinin müavini sənədin ucqar bölgələrdə yaşayan insanlarla əlaqədar olduğunu söyləyib. Onun sözlərinə görə, bu qanunun qəbul olunması həmin bölgələrdə yaşayan insanlara tibbi xidmətin keyfiyyətini yüksəldəcək.
    07.05.10 Məqaləni oxumaq
     
    NATO Baş katibi Anders Foq Rasmussen Azərbaycanın qrumdakı nümayəndəliyinin rəhbəri Kamil Xasıyevlə görüşüb
    NATO-nun Baş katibi Anders Foq Rasmussen Azərbaycanın qrumun yanındakı nümayəndəliyinin rəhbəri Kamil Xasıyevlə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Görüşdə Azərbaycan-NATO tərəfdaşlığı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoq və praktiki əməkdaşlığa dair məsələləri müzakirə edib, tərəfdaşlığın inkişaf etdirilməsində Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı mexanizminin rolunu yüksək qiymətləndiriblər. Baş katib F.Rasmussen Azərbaycanın NATO-nun ISAF əməliyyatında iştirakı və Əfqanıstanda sabitlik və inkişafa töhfələrini alqışlayıb. Görüş zamanı həmçinin, NATO-nun tərəfdaşlıqlarının inkişafı, Avro-Atlantik və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
    07.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 204 205 206 207 208 209 210 211 212 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30