Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 203 204 205 206 207 208 209 210 211 » #
    Milli Fəaliyyət Planının ötən ilki yekunlarına həsr olunan hesabatı keçirilib
    Bu gün Ombdsman Aparatında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) ötən ilki yekunlarına həsr olunan hesabat konfransı keçirildi. KƏLAMİNFO xəbər verir ki, yığıncaqda çıxış edən ombudsman Elmira Süleymanova MFP-nin  tətbiqini sürətlə inkişaf etməkdə olan Azərbaycan dövlətinin öz insanlarına qayğısının təzahürü, ölkəmizin beynləxalq imicinin artmasının ifadəsi, insan hüquqlarının qorunmasına olan diqqətinin nümunəsi kimi dəyərləndirib.  E.Süleymanova insan hüquqlarının təmini özündə əks etdirən 5 hissə və 48 bənddən ibarət MFP çərçivəsində görülən işlərlə bağlı məlumat verib.
    14.05.10 Məqaləni oxumaq
     
    DQİDK N.M.Şirazinin açıqlamasına münasibət bildirib
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ayətullah Nasir Məkarim Şirazinin açıqlaması ilə bağlı məlumat yayıb. DQİDK-dən KƏLAMİNFO-ya verilən məlumata görə, açıqlamada N.M.Şirazinin Azərbaycanda məscidlərin sökülməsi ilə bağlı əsassız fikirlər söyləməsinin təəssüf doğurduğu bildirilir. “Din xadiminə yaraşdırılmayan və böhtan xarakterli olan bu cür fikirlər qəbul edilməzdir. Məscid adı altında aparılmış qanunsuz tikililərin sökülməsi ilə bağlı qərarlar məhkəmələr tərəfindən qəbul edilib. Bu qərarlara siyasi don geyindirmək yolverilməzdir. Hər kəs bilməli və qəbul etməlidir ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur. Eyni zamanda, heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana idxal etmək fikrinə düşməməlidir. Azərbaycan müsəlmanlarını, ümumiyyətlə, müsəlmanları məzhəblərə bölmək, onlar arasında ayrı-seçkilik aparmaq, başqa sözlə, müsəlmanları üz-üzə qoymaq isə heç kimə başucalığı gətirməz”,-deyə məlumatda vurğulanıb.
    13.05.10 Məqaləni oxumaq
     
    Bu gün Gürcüstanın birinci ledisi Sandra Elizabet Rulovs Azərbaycana səfərə gəlir
    Bu gün Gürcüstanın birinci ledisi Sandra Elizabet Rulovsun Azərbaycana səfəri başlayır. KƏLAMİNFO xəbər verir ki, səfər çərçivəsində Sandra Elizabet Rulovs Heydər Əliyev Fondunda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşəcək. Bundan başqa, S.Rulovs Bakıdakı yeni Talassemiya Tibb Mərkəzinə baş çəkəcək, səhiyyə naziri Oqtay Şirəliyevlə görüşəcək, Azərbaycan həbsxanalarında vərəmlə mübarizə sahəsində vəziyyətə dair müzakirələr aparacaq. Gürcüstanın birinci ledisi Milli Məclisdə də olacaq, burada Gürcüstan-Azərbaycan Parlament Dostluq Qrupunun üzvləri ilə görüşəcək. Səfər zamanı Rulovsun Mstislav Rostropoviçin Ev Muzeyinə, Müasir İncəsənət Muzeyinə baş çəkməsi nəzərdə tutulub. Qeyd edək ki, S.Rulovsun jurnalistlər üçün mətbuat konfransı keçirməsi də nəzərdə tutulub. Səfər mayın 14-də başa çatacaq.
    12.05.10 Məqaləni oxumaq
     
    Bu gün Serbiya prezidenti Boris Tadiç Azərbaycana rəsmi səfərə gəlir
    Bu gün Serbiya prezidenti Boris Tadiç Azərbaycana rəsmi səfərə gəlir. KƏLAMİNFO xəbər verir ki, ikigünlük səfər çərçivəsində Serbiya prezidenti Azərbaycan prezidenti İlham Əliyev, Baş nazir Artur Rasi-zadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. Görüşlərdə ikitərəfli münasibətlər, müxtəlif sahələr üzrə əlaqələrin genişlənməsi və inkişafı perspektivləri, regional məsələlər, beynəlxalq arenada əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlərin müzakirə olunacağı nəzərdə tutulur.
    12.05.10 Məqaləni oxumaq
     
    Oqtay Əsədov: “Prezident İlham Əliyev təbii fəlakətin aradan qaldırılması üçün göstərişlər verib”
    “Prezident İlham Əliyev Kür çayının məcrasının dəyişməsi nəticəsində təbii fəlakətə məruz qalan rayonları bir-bir gəzir və fəlakətin aradan qaldırılması üçün müvafiq göstərişlər verir”. KƏLAMİNFO xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov bildirib. O.Əsədov qeyd edib ki, müvafiq qurumlar təbii fəlakəti aradan qaldırmaq üçün bütün sutkanı fasiləsiz işləyirlər. Deputat Mübariz Qurbanlı isə müxalifət partiyalarının Kür çayının məcradan çıxması nəticəsində baş verən təbii fəlakətdən siyasi qazan kimi istəfadə etdiyini söyləyib. O, bu prossesin müxalifət mətbuatında da özünü göstərdiyini bildirib. "Kürdə daşqınlar həmişə olub. Lakin builki daşqınlar əvvəlkindən səviyyəsinə görə daha böyük olduğundan, fəlakətlə nəticələnib. Amma hakimiyyət fəlakətin qarşısını almaq üçün bütün tədbirləri görür. Son illər heç bir deputat parlamentdə Kür ətrafındakı bəndlərin qəzalı vəziyyətdə olması barədə məsələ qaldırmayıb",-M.Qurbanlı əlavə edib.
    12.05.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev faşizm üzərində Qələbənin 65-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə iştirak edib
    Bu gün paytaxt Bakıda ikinci dünya müharibəsində faşizm üzərində Qələbənin 65-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev mərasimdə iştirak edib. Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə toplaşmış müharibə veteranları, ictimaiyyət nümayəndələri, paytaxt sakinləri prezident İlham Əliyevi hörmət və ehtiramla qarşılayıblar. Dövlət başçısı müharibə veteranlarını salamlayıb, onların hər birini Qələbə günü münasibətilə təbrik edib. Prezident İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edib. Dövlət başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib.
    08.05.10 Məqaləni oxumaq
     
    Ermənistana təzyiq olmalıdır
    “Dinlərarası qarşıdurmanı aradan qaldırmaq və qarşılıqlı anlaşmanı dərinləşdirmək üçün dünya dini liderləri daha güclü mövqe nümayiş etdirməlidirlər ki, bu da dinlərarası dialoqun yaxşılaşdırılmasına gətirib çıxarsın”. KəlamİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə İSESCO-nun Baş direktoru Əbdüləziz Osman Əl-Tuveycri bildirib.
    “Ekstremis quruplar dini dözümlükdən istifadə edərək cinayətlər törədirlər. Ancaq bu o demək deyil ki, hər hansısa bir din buna razılıq verir, bu cür terror hallarını dəstəkləyir”,-deyə İSESCO-nun Baş direktoru vurğulayıb.
    07.05.10 Məqaləni oxumaq
     
    Seyyid Həsən Amili hər il Qədr gecəsi ermənilərə lənət oxuyur
    Yaxın Şərqin nüfuzlu din xadimlərindən olan Ərdəbilin imam-cüməsi Seyyid Həsən Amili Ermənistanı kəskin ittiham edib. O, ermənilərdən Qarabağı dərhal tərk etmələrini tələb edib. KəlamİNFO xəbər verir ki, bu fikirləri S.H.Amili öz növbəti xütbəsində bəyan edib.
    O, qeyd edib ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində heç bir uğur əldə edə bilmir. Bununla yanaşı, alim xatırladıb ki, Ermənistan müraciətə heç bir reaksiya verməsə də, qonşu Azərbaycan İranın bu münaqişəsinin həlli istiqamətində vasitəçiliyini qəbul etməyə razılaşıb. “Müsəlmanlar yenidən Qarabağ məscidlərindən “Allahu əkbər” sədaları eşitməlidir. Dağlıq Qarabağ yenidən Azərbaycanın tərkibinə qaytarılmalı, Ermənistan isə Qarabağ ərazisindən rədd olmalıdır”, - deyə alim bildirib.
    07.05.10 Məqaləni oxumaq
     
    Azərbaycan sülhsevər bir ölkədir
    Biz Azərbaycanda yüksək inkişafın şahidi olduq. Ölkəniz çox sürətlə inkişaf edir.
    KəlamİNFO xəbər verir ki, bu fikirləri Bakıda keçirilən dünya dini liderlərinin sammitində iştirak edən Rusiya buddistləri ənənəvi sanqhisi sədrinin müavini Andrey Dondukbayev jurnalistlərə açıqlamasında deyib.
    A.Dondukbayev qeyd edib ki, bugünkü tədbir çox yüksək səviyyədə təşkil edilib. Burada yaradılan hərtərəfli şərait bizə daha səmərəli danışıqlar aparmağa imkan verir. Azərbaycan sülhsevər bir ölkədir.
    07.05.10 Məqaləni oxumaq
     
    Azərbaycanın tolerant bir ölkədir
    Heç bir şübhəm yoxdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində sizin ölkədə bütün insanlar kimi yəhudilər də özlərini harmoniya və sülh içərisində hiss edirlər. KəlamİNFO xəbər verir ki, bu fikri Bakıda keçirilən dünya dini liderlərinin sammitinin iştirakçısı Rusiyanın baş ravvini Berl Lazar bildirib.
    “Bakıdakı yəhudi məktəbində də oldum. Mən bilirəm ki, Azərbaycanda olan yəhudi icmasına böyük diqqət və qayğı göstərilir. Azərbaycanın tolerant bir ölkə kimi dünyada tanınmasında dünya şöhrətli siyasətçi Heydər Əliyevin rolunu xüsusi qeyd etmək istərdim. Təqdirəlayiqdir ki, indi bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir”,-deyə Berl Lazar bildirib.
    07.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 203 204 205 206 207 208 209 210 211 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30