Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 202 203 204 205 206 207 208 209 210 » #
    Əhməd Davudoğlu: “Azərbaycanla Ermənistan arasında sərhədlərin açılacağı dövr çox uzaqda deyil”
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycanla Ermənistan arasında sərhədlərin açılacağı dövrün yaxında oduğunu açıqlayıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, keçirdiyi brifinqdə buna nail olunması üçün ölkəsinin fəal şəkildə işlədiyini və səylərinin məhsuldar olacağını bildirib. Nazir Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistanla Türkiyə arasında da bütün ədavətə son qoyacağını vurğulayıb. “O vaxt çox uzaqda deyil ki, biz Ermənistandan keçərək Bakıya gedəcəyik.
    20.05.10 Məqaləni oxumaq
     
    Səfir Hulusi Kılıc: “Türkiyə-Azərbaycan strateji iş birliyi Şurasının iclası 5-6 aya baş tutacaq”
    Türkiyə ilə Azərbaycan arasında hökmətlərarası komissiyanın iclası yaxın 5-6 aya baş tutacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc söyləyib. Onun sözlərinə görə, Türkiyə İraq, Suriya, Yunanıstan və Rusiya ilə sözügedən komissiyanı formalaşdırıb və bu sahədə strateji iş birliyi qurub. “Hazırda Türkiyə-Azərbaycan hökmətlərarası starteji Şurasının yaradılması istiqamətində iş gedir. Cari ilin sonuna kimi bu komissiyanın ilk iclası keçiriləcək”,- deyə səfir vurğulayıb. Onun sözlərinə görə, hazırda Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 2-3 mlrd. ABŞ dolları arasındadır.
    19.05.10 Məqaləni oxumaq
     
    Türkiyə XİN başçısı: “Cənubi Qafqazın sülh hövzəsinə çevrilməsi və bütün sərhədlərin açılması səmimi arzumuzdur”
    Türkiyə və Azərbaycan həm regional, həm də qlobal problemlərin həllində yaxın əməkdaşlığı olan iki ölkədir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Əhməd Dovudoğlu Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) rəsmi orqanı olan “EcoVision” jurnalına eksklüziv müsahibəsində bildirib. Ə.Davudoğlu qeyd edib ki, hər iki ölkə xarici siyasət prioritetlərini və meyillərini müəyyənləşdirərkən digərinin mənfəət və həssas olduğu cəhətləri də nəzərə almaqdadır. Onun sözlərinə görə, iki ölkə xarici işlər nazirlikləri arasında davam edən sıx görüş və razılıqlara əlavə olaraq, bir çox quruluşların nəzdində də Türkiyə və Azərbaycan bir-birinin mövqelərinə dəstək verməkdədirlər.
    19.05.10 Məqaləni oxumaq
     
    Ə.Davudoğlu: “Türkiyə-Ermənistan normallaşma prossesi Azərbaycanın mövqeyi və istəkləri ilə üst-üstə düşən bir mahiyyət daşıyır”
    Dağlıq Qarabağ müzakirələrinin son dövrdə qazandığı sürət məsələnin həllinə istiqamətlənmiş ümidləri gücləndirib. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Əhməd Dovudoğlu Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) rəsmi orqanı olan “EcoVision” jurnalına eksklüziv müsahibəsində bildirib. “Türkiyə müzakirələrin ən qısa vaxtda konkret nəticə verməsi və problemin sülh yolu ilə həll olmasını arzulayır. Ölkəmiz, ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq, həll müddətindəki aktivliyi yaxından müşahidə etməkdə, həmsədrlərin bu istiqamətdəki səylərinə dəstək verməkdə və problemin ən qısa zamanda həll olunması istiqamətindəki istəyini hər vaxt həmsədrlərlə təmaslarda dilə gətirməkdədir”,-deyə Ə.Davudoğlu vurğulayıb.
    19.05.10 Məqaləni oxumaq
     
    B.Cankorel: “ATƏT parlament seçkiləri ilə bağlı Azərbaycanın yönəltdiyi səyləri dəstəkləyir”
    ATƏT noyabr ayında keçiriləcək parlament seçkiləri ilə bağlı seçki mühitinin yaxşılaşdırılmasına doğru Azərbaycanın yönəltdiyi səyləri dəstəkləyir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel söyləyib. Təmsil olunduğu qurum tərəfindən namizədlərin qeydiyyatı prosesinin düzgün aparılması, bütün siyasi partiyaların seçkilərdə iştirakının təmin edilməsi üçün zəruri şəraitin yaradılacağını vəd edən Ə.B.Cankorel seçki komissiyalarının ictimaiyyətin və seçkilərdə iştirak edəcək siyasi qüvvələrin inamını qazanacaq şəkildə təşkil olunmasına dair ATƏT/DTİHİ-nin verdiyi tövsiyyələri xatırladıb. O, təmsil olunduğu qurum tərəfindən iyun ayında növbəti tədbirin keçiriləcəyini açıqlayıb və bildirib ki, növbəti-üçüncü müzakirələrdə əsas diqqət kütləvi informasi vasitələrinin seçkilərdə roluna həsr oluncaq.
    19.05.10 Məqaləni oxumaq
     
    Bakıda ATƏT-in Seçki Müşahidə Missiyasının tövsiyyələrinin yerinə yetirilməsinə həsr olunan Dəyirmi keçirildi
    Bu gün ATƏT-in Bakı ofisi Azərbaycanda 2008-ci il prezident seçkilərini izləyən, qurumun Demokratik Təsisatlar və İnsan Hüquqları İdarəsi (DTİHİ) Seçki Müşahidə Missiyasının tövsiyyələrinin yerinə yetirilməsinə həsr olunan Dəyirmi masa təşkil edib. KƏLAMİNFO xəbər verir ki, 17 siyasi partiya təmsilçisi və bir sıra QHT nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel bildirib ki, bu günkü müzakirələr zamanı seçki komissiyalarının tərkibi, namizədlərin ədalətli qeydiyyatı və seçki şikayətlərinin daha effektiv araşdırılması da daxil olmaqla, seçki administrasiyası məsələlərinə diqqət yetiriləcək.
    18.05.10 Məqaləni oxumaq
     
    Azərbaycan və Ermənistan XİN başçıları bir araya gələcəklər
    Mayın 24-də Polşanın Sopot şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin xarici işlər nazirləri arasında qeyri-formal görüş keçiriləcək. KƏLAMİNFO “Armenia Today”a istinadən xəbər verir ki, nazirlər “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində birgə fəaliyyətin perspektivlərinə dair müzakirə aparacaqlar. Qeyd edək ki, bu proqram 2009-cu ilin mayında Polşa və İsveçin təşəbbüsü ilə yaradılıb. Burada Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna iştirak edir. Proqram bu ölkələrin Avropa İttifaqı ilə siyasi yaxınlaşması və iqtisadi inteqrasiyasını nəzərdə tutur. Xatırladaq ki, görüş zamanı Azərbaycan və Ermənistan XİN başçılarının bir araya gəlməsi gözlənilir.
    18.05.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev “Fatimeyi-Zəhra” məscidinin QMİ-nin sərancamına verilməsi barədə göstəriş verib
    “Fatimeyi-Zəhra” məscidi adlandırılan yarımçıq tikinti ətrafında yaranmış problemlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə prezident İlham Əliyevə müraciət edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətindən veriblər. Müraciətdə tikintinin sökülməsi barədə mövcud məhkəmə qərarının dayandırılması xahişi ifadə olunub, yaranmış vəziyyətin ən məqbul həll yolu kimi həmin tikilinin Qafqaz Müsəlmanları İdarəsinə verilməsi təklif irəli sürülüb. Buna cavabı olaraq prezidenti İlham Əliyev mövcud dövlət-din münasibətlərini nəzərə alaraq, sözügedən obyektin QMİ-nin sərancamına verilməsi barədə göstəriş verib. Prezident eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti başçısına bu məsələnin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
    15.05.10 Məqaləni oxumaq
     
    Aydın Mirzəzadə: “Həmsədr ölkələrdən yalnız birinin sərt mövqe tutması kifayətdir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksin”
    “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Brüsseldə Ermənistanın xarici işləri naziri ilə görüşündə müsbət nəticələrin əldə edilməsi yaxşı olardı. Amma belə görüşlər sanki Ermənistandan xahiş etmək təəssüratı yaradır”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə həmsədrlərlə Ermənistan XİN rəhbərinin görüşünü şərh edərkən bildirib.
    A.Mirzəzadə qeyd edib ki, həmsədr olan üç böyük dövlətin siyasi yükü dünyanın siyasi yükünə bərabərdir. “Amma onlar Ermənistanın nazı ilə oynayırlar, işğalçı ölkəni sadəcə olaraq “yola gətirməyə” çalışırlar. Əslində, bu dövlətlərdən yalnız birinin Ermənistana qarşı sərt mövqe tutması, onu beynəlxalq hüquq normalarına əməl etməyə çağırması kifayətdir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksin. Çünki Ermənistanın diplomatiyası, resursları, maliyyəsi və s. imkanları yoxdur”,-deyə A.Mirzəzadə vurğulayıb.
    15.05.10 Məqaləni oxumaq
     
    Çexiyanın xarici işlər naziri: “Çexiya Azərbaycana əsas strateji tərəfdaşı kimi baxır”
    Çexiya Azərbaycana əsas strateji tərəfdaşlarından biri kimi baxır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Çexiyanın xarici işlər naziri Yan Kohout bildirib. Onun sözlərinə görə, ölkədəki iqtisadi problemlərə baxmayaraq, Çexiyanın Azərbaycanda səfirliyini açması buna sübutdur. “Çexiya və Azərbaycan bir çox sahələrdə, energetika sahəsində uğurla əməkdaşlıq edir. Çexiyanın istifadə etdiyi neftin 25 faizi bu gün Azərbaycandan alınır",-deyə Y.Kohout vurğulayıb. Nazir Çexiyanın Azərbaycanla infrastrukturun inşası, turizm, suyun təmizlənməsi, eləcə də elm və təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyib.
    14.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 202 203 204 205 206 207 208 209 210 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30