Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 201 202 203 204 205 206 207 208 209 » #
    AŞ nazirlərinin gender bərabərliyinə dair Bakıda təşkil olunmuş konfransının yekunları ilə bağlı mətbuat konfransı keçirilib
    Bu gün Avropa Şurasının Bakı nümayəndəliyində qurumun nazirlərinin gender bərabərliyinə dair Bakıda təşkil olunmuş konfransının yekunları ilə bağlı mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Bərabər imkanlar komissiyasının sədri Xose Mendes Bota qeyd edib ki, Azərbaycan hökuməti tərəfində belə bir tədbirin təşkil olunması Avropa Şurası tərəfindən yüksək qiymətləndirilir. Milli Məclisin məişət zorakılığına qarşı qanun layihəsini ilk oxunuşda qəbul etməsini alqışlayan X.M.Bota Azərbaycan hakimiyyətinin gender qeyri-bərabərliyi ilə mübarizəsini alqışlayıb. O, Azərbaycanda bu sahədə kifayət qədər problemlərin də olduğunu söyləyib.
    26.05.10 Məqaləni oxumaq
     
    Elman Nəsirov: “M.Brayzanın səfir təyin olunması ilə proseslərdə xüsusi bir dönüşün olmasına ümid etməyə əsas yoxdur”
    Metyu Brayzanın Azərbaycana səfir gəlməsi ilə regiondakı proseslərdə xüsusi bir dönüşün olmasına ümid etməyə əsas yoxdur. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Azərbaycan Respublikası Prezidenti yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov bildirib. Politoloqun fikrincə, proseslərdə dönüş rəsmi Vaşinqtonun - Barak Obama Administrasiyasının Qarabağ siyasətinin özündə olmalıdır. “Bu baş verərsə, M.Brayzanın da Azərbycanda tutduğu postda bir fəallıq olacaq. Əgər doğrudanda rəsmi Vaşinqton bu münaqişəyə tutduğu mövqeni dəyişməyibsə, o zaman M.Brayzanın hansısa bir yenilik gətirməsini gözləmək olmaz. Çünki indiyə qədər Qarabağ münaqişəsinin həllində ABŞ-ın tutduğu mövqe obyektiv mövqe kimi yadda qalmayıb. Ən azı onun separatçı rejimə maliyyə dəstəyi ayırması belə düşünməyə əsas verir”,-deyə E.Nəsirov vurğulayıb.
    26.05.10 Məqaləni oxumaq
     
    DQİDK sədri Hidayət Orucovun başçılıq etdiyi nümayəndə heyəti Braziliyaya gedib
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun başçılıq etdiyi nümayəndə heyəti Braziliyaya səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQİDK-nin mətbuat xidmətindən veriblər.
    Səfərdə məqsəd mayın 27-29-u tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumunda iştirak etməkdir. Forumda Sivilizasiyalararası Alyansın müxtəlif regional strategiyalarına, mədəniyyətlərarası dialoq üzrə milli planların yenidən formalaşdırılmasına, eləcə də Madrid və İstanbul konfranslarında elan edilən layihələrin inkişafına dair müzakirələrin aparılması nəzərdə tutulur.
    26.05.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Separatçı rejimin məlum hərəkətləri beynəlxalq hüququn normalarına ziddir”
    Əhalisinin yarıdan çoxu qaçqın və məcburi köçkün olan bir ərazidə seçki keçirmək mümkün deyil. Bu separatçı rejimin ömrünü uzutmaq və onun qeyri-qanuni fəaliyyətinə qanuni don geydirmək məqsədi daşıyır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Prezident Administrasiyası İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib. Azərbaycanın bu məsələdə mövqeyinin bəlli olduğunu vurğulayan Ə.Həsənov bildirib ki, sülh sazişi imzalanmadan bölgədə seçkilərin keçirilməsi qeyri qanunidir. Ə.Həsənov separatçı rejimin məlum hərəkətlərini beynəlxalq hüququn normalarına zidd adlandırıb.
    25.05.10 Məqaləni oxumaq
     
    Dağıstan Respublikasının prezidenti Maqomedsalam Maqomedov Azərbaycana gəlib
    Bu gün Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Maqomedsalam Maqomedov Azərbaycana səfərə gəlib. KƏLAMİNFO-ya xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Dağıstan başçısını Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
    24.05.10 Məqaləni oxumaq
     
    Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti Danimarkada səfərdə olacaq
    Mayın 24-dən 27-dək Milli Məclis sədrinin müavini, parlamentin ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti Danimarkada səfərdə olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. Deputatlarımız Kopenhagen şəhərində təşkilatın mənzil qərargahında olacaq, Katibliyin iş prinsipləri ilə maraqlanacaq, bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Azərbaycan parlamenti ilə ATƏT PA arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılacaq.
    22.05.10 Məqaləni oxumaq
     
    ATƏT-in Bakı ofisinin rəhbəri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb
    Bu gün ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb. Məlumatı KƏLAMİNFO-ya ATƏT-in Bakı ofisinin mətbuat xidmətindən veriblər. Görüşdə ATƏT-in Bakı ofisinin fəaliyyəti və qarşıdan gələn parlament seçkiləri müzakirə olunub. Qeyd edək ki, görüşdə Prezident Administrasiyasının şöbə müdirləri Novruz Məmmədov, Şahin Əliyev və Əli Həsənov da iştirak edib.
    21.05.10 Məqaləni oxumaq
     
    Qazaxıstan Qırğızıstanla sərhəddini açdı
    Bu gün Qazaxıstan Qırğızıstanla sərhəddini açıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər ki, iki ölkə arasında sərhəd apreldə Qırğızıstanda prezident K.Bakiyevin devrilməsi ilə başa çatan iğtişaşlardan sonra bağlanmışdı. Qazaxıstan Xarici İşlər Nazirliyi bildirib ki, sərhəd Qırğızıstandakı mürəkkəb sosial-iqtisadi vəziyyətin ağır olmasına görə açılır.
    21.05.10 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “Ermənstan parçalanma vəziyyətindədir”
    Ermənistanda mövcud vəziyyət kifayət qədər gərgindir və bu ölkə ikrah yuvasına çevrilib. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında söyləyib. Dünya ermənilərinin də parçalanma vəziyyətində olduğunu vurğulayan M.Əhmədoğlu deyib ki, indi qərbi erməni dili ilə şərqi erməni dili tərcüməsiz başa düşülmür. Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ və Ermənistan erməniləri arasında gərgin münasibətlər var, bu ölkənin gəncləri orduda xidmət etmək istəmirlər, ölkədə demoqrafiq böhran böyüyür.
    20.05.10 Məqaləni oxumaq
     
    SİTM sədri Mübariz Əhmədoğlu mətbuat konfransı keçirdi
    Bu gün Bakıda Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu “Dağlıq Qarabağ münaqişəsinin ilkin və indiki dövrlərində Ermənistanın vəziyyətinin müqayisəli təhlili” mövzusunda mətbuat konfransı keçirdi. KƏLAMİNFO xəbər verir ki, M.Əhmədoğlu dedi ki, Dağlıq Qarabağ (DQ) münaqişəsi keçmiş SSRİ-ni dağıtmaq məqsədilə ortalığa atılmışdı.
    20.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 201 202 203 204 205 206 207 208 209 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30