Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 200 201 202 203 204 205 206 207 208 » #
    Politoloq: “Rusiyanın Azərbaycan üzərindən Ermənistanla əlaqə qurması spesifikdir, unikaldır”
    Hazırkı şəaritdə Qarabağ münaqişəsinin tənzimlənməsində ortada üç əsas variant var. Variantalrın üçündə də hesab etmək olar ki, Rusiya Azərbaycanın yanındadır. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında politoloq Mübariz Əhmədoğlu söyləyib.
    03.06.10 Məqaləni oxumaq
     
    Macarıstan Dağlıq Qarabağda keçirilən seçkiləri tanımır
    Azərbaycanın Macarıstandakı səfirliyinə qondarma Dağlıq Qarabağda mayın 23-də keçirilən “parlament seçkiləri”nə Macarıstan Xarici İşlər Nazirliyinin mövqeyini əks etdirən məktub daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər. Sənəddə Macarıstan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi K.Aştodun 21 may 2010-cu il tarixində Dağlıq Qarabağda “parlament seçki”ləri ilə bağlı səsləndirdiyi qurumun mövqeyini əsas tutaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmaqla, sülh və danışıqlar vasitəsilə həll edilməsinin vacibliyini bildirib.
    03.06.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avrasiyada enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarı qəbul edib
    Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avrasiyada enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarı qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər. Görüş zamanı tərəflər Azərbaycan-ABŞ enerji əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, həmçinin Xəzər regionunda gerçəkləşdirilən enerji layihələri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
    03.06.10 Məqaləni oxumaq
     
    Bahar Muradova: “Türkiyənin regionda oynadığı rolu heç kəs inkar edə bilməz”
    “İsrail və Türkiyənin məsələni sülh yolu ilə həll etməyə siyasi iradəsi çatacaq”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova verib. B.Muradova Türkiyənin Azərbaycana qardaş və dost ölkə olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Türkiyənin regionda oynadığı rolu heç kəs inkar edə bilməz. Türkiyənin dünyada olan qlobal təhlükələrə qarşı çox yüksək səslə öz mövqeyini bildirməsinin hər kəsə bəlli olduğunu diqqətə çatdıran vitse-spiker qardaş ölkənin yaxın qonşuları ilə hansısa bir problemi olmasını istəmədiyini vurğulayıb.
    02.06.10 Məqaləni oxumaq
     
    Milli Məclisin növbədənkənar sessiyası iyunun 8-də keçiriləcək
    Milli Məclisin növbədənkənar sessiyası iyunun 8-də keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən bildiriblər. İclasda “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanun layihəsi müzakirə olunacaq və bir sıra ölkələrlə Azərbaycan arasında imzalanmış Saziş və Bəyannamələr ratifikasiya ediləcək.
    01.06.10 Məqaləni oxumaq
     
    MM-in vitse-spikeri parlament seçkilərində YAP-ın daha çox üstünlük əldə edəcəyini düşünür
    Hər kəsin gücü nədirsə, parlament seçkilərində ona da nail olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova payızda Azərbaycanda keçiriləcək parlament seçkilərinə münasibət bildirərkən verib. B.Muradova parlament seçkilərində Yeni Azərbaycan Partiyasının daha çox üstünlük əldə edəcəyini düşündüyünü söyləyib. B.Muradova parlament seçkilərinə qədər seçki qanunvericiliyində dəyişikliklər edilməsinə də münasibət bildirib. "Hər zaman seçkilər ərəfəsində Azərbaycan parlamenti seçki qanunvericiliyinə nəzər salıb, ola bilər ki, bu dəfə də bu məsələ gündəliyə daxil edilsin", - deyə B.Muradova əlavə edib.
    01.06.10 Məqaləni oxumaq
     
    “Cənubi Qafqaz və Xəzər regionunda ABŞ-ın enerji siyasəti” mövzusunda Dəyirmi masa keçiriləcək
    İyunun 2-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Cənubi Qafqaz və Xəzər regionunda ABŞ-ın enerji siyasəti” mövzusunda Dəyirmi masa keçiriləcək. SAM-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə əsas məruzəçi qismində ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar iştirak edəcək. Görüşdə Azərbaycan-ABŞ münasibətləri, rəsmi Vaşinqtonun Avrasiya Enerji Strategiyası, enerji sahəsində əməkdaşlıq və onun inkişaf perspektivləri, Cənubi Qafqazda münaqişələr, beynəlxalq təhlükəsizlik və digər bu kimi məsələlərin müzakirə mövzusu olacağı gözlənilir. Təşkil olunacaq tədbirdə SAM-ın və XİN–in məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər də iştirak edəcək.
    01.06.10 Məqaləni oxumaq
     
    Norveç Dağlıq Qarabağda keçirilən “qondarma parlament seçkiləri”ni tanımır
    Norveç Krallığının Azərbaycandakı səfirliyindən Xarici İşlər Nazirliyinə Norveç Krallığının Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən “qondarma parlament seçkiləri”nə münasibəti haqqında məktub daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər. Sənəddə Norveç Krallığının Dağlıq Qarabağda keçirilən “qondarma parlament seçkiləri” ilə əlaqədar ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, münaqişənin sülh yolu ilə ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmasına inam öz əksini tapıb.
    28.05.10 Məqaləni oxumaq
     
    ABŞ Azərbaycana Mətyu Brayzanı səfir göndərmək niyyətindədir
    ABŞ Azərbaycana Dövlət Departamentində uzun müddət bölgəmiz üzrə işləyən diplomat Mətyu Brayzanı səfir göndərmək niyyətindədir. KƏLAMİNFO xəbər verir ki, hazırda dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinlərindən biri olan M.Brayza Cənubi Qafqaz və Xəzər hövzəsi üzrə geniş təcrübəyə malikdir. Əvvələr o, ATƏT-in Minsk Qrupunun həmsədri, Milli Təhlükəsizlik Şurasında Avropa və Avrasiya üzrə direktor, eləcə də Dövlət Departamentində Xəzər hövzəsi enerjisi diplomatiyası şöbəsində işləyib. M.Brayzanın əslən Türkiyədən olan həyat yoldaşı Zeyno Baran da bölgəmiz üzrə tanınmış tədqiqatçılardandır. Qeyd edək ki, prezident B.Obamanın təklif etdiyi namizəd Senatın Xarici Münasibətlər Komitəsi tərəfindən təsdiqlənməlidir.
    27.05.10 Məqaləni oxumaq
     
    NATO-nun Baş katibi Ermənistanla Azərbaycanı sülh danışıqlarını davam etdirməyə çağırıb
    Dağlıq Qarabağda münaqişənin hərbi yolla həlli mümkünsüzdür. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Anders Foq Rasmussen söyləyib. O, bəyan edib ki, Qarabağda hərbi əməliyyatların bərpası düzgün deyil. NATO-nun münaqişənin həlli prosesinə cəlb olunmadığını xatırladan baş katib alyansın ATƏT-in Minsk Qrupu tərəfindən aparılan sülh prosesini dəstəklədiyini söyləyib. Rasmussen Ermənistanla Azərbaycanı sülh danışıqlarını davam etdirməyə də çağırıb.
    26.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 200 201 202 203 204 205 206 207 208 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30