Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  199 200 201 202 203 204 205 206 207  #
    Əhməd Davudoğlu Elmar Məmmədyarovla görüşüb
    Türkiyənin xarici içlər naziri Əhməd Davudoğlu İstanbulda Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb. KƏLAMİNFO Anadolu Agentliyinə istinadən xəbər verir ki, görüşdə hansı məsələlərin müzakirə olunduğu açıqlanmır. Görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısı çərçivəsində keçirilib. Ə.Davudoğlu həmçinin Litva, Tayland və banqladeşli həmkarları Viqaudas Uşatskas, Kasit Pirom və Dipu Moni ilə də ayrı-ayrı görüşlər keçirib.
    10.06.10 Məqaləni oxumaq
     
    ABŞ müdafiə naziri Robert Qeyts Azərbaycana səfərini müsbət qiymətləndirib
    ABŞ müdafiə naziri Robert Qeyts Azərbaycana səfərini “çox müsbət” qiymətləndirib. KƏLAMİNFO xəbər verir ki, bu haqda Pentaqonun internet səhifəsində yerləşdirilən məlumatda bildirilir. R. Qeytsin fikrincə, Bakıya səfər ABŞ-Azərbaycan müdafiə əməkdaşlığının genişləndirilməsi üçün zəmin yaradıb. “Azərbaycanın liderləri ilə müzakirə olunan məsələlərin əksəriyyəti gələn ay ikitərəfli müdafiə məsləhətləşmələrində bir daha gündəmə gətirilərək konkretləşdiriləcək”,-deyə R.Qeyts vurğulayıb. Pentaqonun məlumatına görə, ABŞ müdaifə naziri prezident İlham Əliyevə prezident Barak Obamanın məktubunu çatdırıb. Məktubda Əfqanıstanda sülhyaratma məsələlərinə verdiyi töhfələrinə görə Azərbaycana minnətdarlıq bildirilib. Bu yardım, davamlı təhlükəsizlik tərəfdaşı kimi, Azərbaycanın mövqeyini gücləndirib.
    09.06.10 Məqaləni oxumaq
     
    Milli Məclisin iclasında bir sıra ikitərəfli sazişlər ratifikasiya edildi
    Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasının gündəliyinə daxil olan 11 məsələdən 9-u qəbul olunub.
    08.06.10 Məqaləni oxumaq
     
    İstanbulda Asiyada Əməkdaşlıq və Etimad Yaratma Tədbirlərinə dair konfransın III zirvə görüşü işə başlayır
    Bu gün İstanbulda “Çırağan” sarayında Asiyada Əməkdaşlıq və Etimad Yaratma Tədbirlərinə dair konfransın (CİCA) III zirvə görüşü keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, tədbir Türkiyə prezidenti Abdullah Gülün sədrliyi ilə keçiriləcək. Zirvə toplantısından əvvəl alimlərin, qeyri-hökumət təşkilatları nümayəndələrinin və siyasi ekspertlərin iştirakı ilə V Beynəlxalq Türk-Asiya Konqresi keçirilib.
    08.06.10 Məqaləni oxumaq
     
    Dini icmaların təkrar dövlət qeydiyyatından keçməsi prosesi davam edir
    Bu günə qədər 365 dini icma təkrar dövlət qeydiyyatından keçib və onlara müvafiq şəhadətnamələr verilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən veriblər. İcmaların təkrar dövlət qeydiyyatından keçməsi prosesi davam edir. Hazırda Komitədə 800-dən artıq müracət var. Həmin müraciətlər qurumun müvafiq şöbəsi tərəfindən araşdırılır. Qeydiyyatdan keçən icmaların böyük əksəriyyəti İslam təmayüllüdür.
    07.06.10 Məqaləni oxumaq
     
    Politoloq: “İstanbulda imzalanacaq qaz Sazişi Türkiyə-Azərbaycan arasında anlaşılmaz məqamlara son qoyacaq”
    Azərbaycan Prezidentinin Türkiyəyə səfəri çərçivəsində imzalanacaq qaz Sazişindən sonra iki ölkə arasında anlaşılmaz məqam daha qalmayacaq, siyasi müstəvidə olduğu kimi, iqtisadi müstəvidədə qaranlıq məqamlara son qoyulacaq. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Prezident yanında Geosiyasi Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov bildirib. O, qeyd edib ki, imzalanan müqavilə iki qardaş ölkə arasında sıx əməkdaşlığın davamı kimi xarakterizə olunur. “İmzalanan müqavilənin digər mühüm əhəmiyyəti də ondan ibarətdir ki, artıq Azərbaycandan Türkiyəyə gedən qazın həcmi də bundan sonra artacaq. Türkiyə vasitəsilə Azərbaycan qazının Avropaya satılması məsələsi daha real mərhələyə qədəm qoyacaq. İstisna deyil ki, artıq cari ildə Azərbaycan 30 mlrd. kubmetr qaz hasil etsin və bu da, heç şübhəsiz ki, Türkiyə vasitəsi ilə qazın dünya bazarına çatdırılmasında təkan olacaq”,-deyə E.Nəsirov vurğulayıb.
    07.06.10 Məqaləni oxumaq
     
    Sabah Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək
    Sabah Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, iclasda “Azərbaycan Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə”, “Asiyada Qarşılıqlı Əlaqə və Etimadyaratma Tədbirlərinə dair Konfransın Katibliyinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə”, “Azərbaycan və Estoniya prezidentlərinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında”, Azərbaycan hökuməti ilə Estoniya və Yunanıstan hökumətləri arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması, təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğvi ilə bağlı sazişlərin təsdiqi barədə, eləcə də “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Azərbaycanın Hərbi Doktrinasının layihəsi haqqında” qanun layihələri müzakirə olunacaq, Mərkəzi Seçki Komissiyasının üzvləri seçiləcək.
    07.06.10 Məqaləni oxumaq
     
    Bu gün xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya səfər edəcək
    Bu gün xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya səfər edəcək. Xarici İşlər Nazirliyindən KƏLAMİNFO-ya bildiriblər ki, səfərin məqsədi iyunun 5-də Venesiyada Avropa Şurası Venesiya Komissiyasının yaradılmasının 20 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etməkdir.
    E.Məmmədyarov Venesiyada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşəcək.
    05.06.10 Məqaləni oxumaq
     
    DQİDK sədri Hidayət Orucovun başçılıq etdiyi nümayəndə heyəti Braziliyadan qayıdıb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin qatıldığı BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumu başa çatıb. DQİDK-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Forumun işində 130 ölkə, beynəlxalq, regional və digər təşkilatlardan 2000-dən artıq siyasi lider, vətəndaş cəmiyyəti fəalları, müxtəlif fond və dini liderlər iştirak edib. On iki aktual mövzu üzrə keçirilən beynəlxalq tədbirdə Braziliya prezidenti Lula da Silva, BMT-nin Baş katibi Pan Gi Mun, Türkiyənin Baş naziri R.T.Ərdoğan, İspaniyanın xarici işlər naziri Migel Angel Moratinos, Sivilizasiyalararası Alyansın yüksək nümayəndəsi, Portuqaliyanın keçmiş prezidenti X.Sampayo və Qətər əmirinin xanımı Seyxa Moza bint Nasir əl-Misnəd və başqa rəsmi şəxslər çıxış ediblər. H.Orucov əsas plenar iclas sayılan “Nazirlərin görüşü”ndə çıxış edib, respublikamız barədə həqiqətləri və dövlət başçımızın apardığı siyasətin prioritet istiqamətlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb, dünyada özgə torpaqlarını işğal edən təcavüzkar ölkələrə haqq qazandırmaq meyillərini tənqid edib.
    04.06.10 Məqaləni oxumaq
     
    Azərbaycanın Hərbi Doktrinası parlamentin növbədənkənar sessiyasının gündəliyinə tövsiyyə olunub
    Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda Azərbaycanın Hərbi Doktrina layihəsi müzakirə edilib.
    Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov sənədin Azərbaycan Prezidenti tərəfindən müzakirəyə təqdim edildiyini bildirib.
    03.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  199 200 201 202 203 204 205 206 207  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30