Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 198 199 200 201 202 203 204 205 206 » #
    Bu gün Strasburqda AŞ PA-nın yay sessiyası öz işinə başlayır
    Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası öz işinə başlayır. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı numayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva, Aynur Quliyeva, Aydın Abbasov, Əkrəm Abdullayev və Sabir Hacıyev iştirak edirlər. Toplantıda Azərbaycanda demokratik təsisatların fəaliyyəti, Şimali Qafqazda insan hüquqlarının qorunması, Kosovoda vəziyyət, Avropada qaçqınların vəziyyəti, nizamsız miqrasiyanın qarşısının alınması, Avropada islam, ekologiyanın mühafizəsi, qadınların pensiya təminatının gücləndirilməsi və digər məsələlər müzakirə ediləcək. Deputatlarımız müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər. Tədbirdə təşkilatın Hüquqi işlər və insan hüquqları üzrə komitəsinin məruzəçisi, millət vəkili Rafael Hüseynovun Avropada islam mədəniyyəti ilə bağlı çıxışı nəzərdə tutulur.
    22.06.10 Məqaləni oxumaq
     
    Səfir N.Ureke: “NATO Azərbaycanın fərdi tərəfdaşlıq planını gerçəkləşdirməsini yüksək qiymətləndirir”
    Bu gün Bakıda "NATO və Azərbaycan arasında tərəfdaşlığın perspektivləri: Azərbaycan ictimaiyyətinin gözləntiləri" mövzusunda konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Nikolaye Ureke NATO missiyasının Azərbaycanın fərdi tərəfdaşlıq planının gerçəkləşdirilməsini yüksək qiymətləndirdiyini bildirib. "NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmonsun rəhbərlik etdiyi planın gerçəkləşdirilməsinə qiymət verilməsi üzrə missiya dünən öz işini başa çatdırıb",-deyə səfir vurğulayıb. Onun sözlərinə görə, hazırda planın üçüncü mərhələsi üzrə müzakirələr aparılır.
    19.06.10 Məqaləni oxumaq
     
    Milli Məclisdə "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu layihəsi qəbul olunub
    Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu layihəsi müzakirəyə çıxarılıb. KƏLAMİNFO xəbər verir ki, sənəd barədə məlumat verən Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov üçüncü oxunuşda müzakirəyə çıxarılan "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu layihəsinin normativ hüquqi aktların hazırlanması, rəsmiləşdirilməsi, qəbul olunması, dərc edilməsi, qüvvədə olması, şərhi və sistemləşdirilməsi qaydalarını müəyyən edəcəyini söyləyib.
    18.06.10 Məqaləni oxumaq
     
    Hidayət Orucov arxiyepiskop Canfranko Ravazi və onu müşayiət edən şəxsləri qəbul edib
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan Roma Papası yanında Mədəniyyət Şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazi və onu müşayiət edən şəxsləri qəbul edib. Bu barədə məlumatı DQİDK-nin mətbuat xidmətindən veriblər. Görüşdə H.Orucov bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı AR Konstitusiyasında və “Dini etiqad azadlığı haqqında” Qanunda öz əksini tapıb. Komitə sədri ölkəmizdə bütün dinlərə və onların mənsublarına eyni yanaşıldığını söyləyib. Tarixən etnik-dini tolerantlıq məkanı olan Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişələrin baş vermədiyini diqqtə çatdıran H.Orucov bu ənənənin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir, respublika ərazisindəki mövcud olan xristian məbədləri planlı şəkildə təmir və bərpa olunur, yeniləri tikilir.
    18.06.10 Məqaləni oxumaq
     
    Azərbaycanın parlament nümayəndə heyəti AŞ PA-nın yay sessiyasında iştirak edəcək
    İyunun 21-dən 25-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası öz işinə başlayacaq. Tədbirdə iştirak etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı numayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov və Sabir Hacıyev Fransaya səfər edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentin mətbuat xidmətindən veriblər. Toplantıda Azərbaycanda demokratik təsisatların fəaliyyəti, Şimali Qafqazda insan hüquqlarının qorunması, Kosovoda vəziyyət, Avropada qaçqınların vəziyyəti, nizamsız miqrasiyanın qarşısının alınması, Avropada islam, ekologiyanın mühafizəsi, qadınların pensiya təminatının gücləndirilməsi və digər məsələlər müzakirə ediləcək.
    18.06.10 Məqaləni oxumaq
     
    Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Cəlal Cem Oğuz Bakıda səfərdədir
    Ölkəmizdə səfərdə olan Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Cəlal Cem Oğuz və “Hürriyyət Daily News” qəzetinin baş redaktoru Deyvid Cadson bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar. KƏLAMİNFO xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə tər çiçəklər düzülüb. Sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyulublar. Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.
    17.06.10 Məqaləni oxumaq
     
    Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti Azərbaycanda səfərdədir
    Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazi və onu müşayiət edən nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Səfər çərçivəsində C.Ravazinin bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü planlaşdırılıb. Bundan basqa C.Ravazinini bir çox dini icmaların rəhbərləri ilə görüşləri də nəzərdə tutulub. Sabah qonaq Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək.
    17.06.10 Məqaləni oxumaq
     
    ATƏT-in Bakı ofisinin rəhbəri səfir Əli Bilge Cankorel SAM-da olub
    Bu gün ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olub və mərkəzin direktoru Elxan Nuriyevlə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-ın mətbuat xidmətindən veriblər. Mərkəzin rəhbəri E.Nuriyev səfir Ə.B.Cankorelə SAM-ın fəaliyyəti, həyata keçirilən layihələr, həmçinin ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafındakı rolu haqqında qısa məlumat verib. Ə.B.Cankorel Azərbaycan-ATƏT münasibətlərindən danışaraq, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olmasının ATƏT-in əsas prioritetlərindən olduğunu xüsusi qeyd edib və vətəndaş cəmiyyətinin inkişafı üçün əlindən gələn dəstəyi verəcəyini bildirib. Görüş zamanı həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun üzərinə düşən vəzifələr, regionda təhlükəsizlik məsələləri və digər mövzular ətrafında da geniş fikir mübadiləsi aparılıb.
    12.06.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Proveranı qəbul edib
    Bu gün Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Proveranı qəbul edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı hazırkı dövrdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib və ölkəmizin müvafiq strukturları ilə Avropa Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev bu yaxınlarda Avropa Parlamentinin Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılması ilə bağlı qəbul etdiyi qətnamənin əhəmiyyətini qeyd edib. Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Provera Azərbaycan hökumətinin rəsmiləri və parlament üzvləri ilə aparılan qarşılıqlı fikir mübadiləsi və dialoqların artıq mütəmadi xarakter daşıdığını bildirib. O, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
    11.06.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarovla Sergey Lavrov arasında telefon danışığı olub
    Rusiya Federasiyası və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov arasında telefon danışığı olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı RF Xarici İşlər Nazirliyi yayıb. Söhbət zamanı Rusiya - Azərbaycan münasibətlərinin aktual məsələləri müzakirə olunub, qarşılıqlı maraq doğuran regional məsələlər haqda fikir mübadiləsi aparılıb.
    10.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 198 199 200 201 202 203 204 205 206 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30