Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 197 198 199 200 201 202 203 204 205 » #
    G.Hacıbəyli: “İnanırıq ki, Avropa Şurasının Azərbaycan üzrə təyin olunmuş yeni məruzəçisi öz fəaliyyətində obyektiv olacaq”
    “İnanırıq ki, Avropa Şurasının Azərbaycan üzrə təyin olunmuş yeni məruzəçisi öz fəaliyyətində obyektiv olacaq”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli söyləyib. G.Hacıbəyli bildirib ki, Azərbaycan Avropaya inteqrasiya yolunu seçib və bu istiqamətdə də əhəmiyyətli addımlar atıb. Onun sözlərinə görə, ölkəmizin inkişafı, Avropanın enerji təhlükəsizliyində oynadığı rol Avropa Şurasında da yüksək dəyərləndirilir. Azərbaycanın Avropa Şurası qarşısında götürdükləri öhdəlikləri yerinə yetirdiyni qeyd eden nümayəndə heyətinin üzvü yeni həmməruzəçinin ölkəmizdəki proseslərə obyektiv yanaşacağına ümid etdiyini bildirib.
    25.06.10 Məqaləni oxumaq
     
    SAM-da “Sosial nizam və demokratiya” mövzusunda konfrans keçiriləcək
    İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Sosial nizam və demokratiya” mövzusunda konfrans keçiriləcək. Mərkəzin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, konfransda Vaşinqton Universitetinin Siyasi İqtisad Mərkəzinin direktoru, professor Norman Skofild, Esseks Universitetinin İqtisadiyyat kafedrasının professoru Laurens Ezrou və Vilfrid Laurier Universitetinin Dövlət Qquruculuğu kafedrasının professoru Maria Qalleqo tərəfindən aparılmış tədqiqatların təqdimatı keçiriləcək.
    25.06.10 Məqaləni oxumaq
     
    Bu gün AŞPA-da Azərbaycanda demokratik təsisatların vəziyyətinə dair hesabat müzakirə olunacaq
    Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Azərbaycanda demokratik təsisatların vəziyyətinə dair hesabat müzakirə olunacaq. KƏLAMİNFO xəbər verir ki, hesabatı AŞ PA-nın ölkəmiz üzrə məruzəçiləri hazırlayıblar. Sənəddə Azərbaycanda demokratik təsisatların vəziyyəti və bununla bağlı tövsiyələr öz əksini tapıb. Qeyd edək ki, tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı numayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva, Aynur Quliyeva, Aydın Abbasov, Əkrəm Abdullayev və Sabir Hacıyev iştirak edirlər.
    25.06.10 Məqaləni oxumaq
     
    Hidayət Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti Londonda olub
    Böyük Britaniyanın paytaxtı London şəhərində “Dinlərarası dialoq: Azərbaycan və konfliktin həlli” mövzusunda konfrans keçirilib. Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Böyük Britaniya Krallığının Lordlar Palatası və respublikamızın bu ölkədəki səfirliyinin dəstəyi ilə reallaşan konfransda ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQİDK-nin mətbuat xidmətindən veriblər. Lordlar Palatasında Lord Leyrdin rəhbərliyi ilə keçirilən konfrans müasir siyasi münaqişələrin aradan qaldırılmasında din adamlarının rolundan istifadə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ konfliktinin həlli yolları barədə fikir mübadiləsinə həsr olunub.
    25.06.10 Məqaləni oxumaq
     
    PA-nın şöbə müdiri: “Azərbaycanda şəffaf, demokratik, ədalətli parlament seçkiləri keçiriləcək”
    Seçkidən əvvəl mütamadi olaraq bəzi siyasi partiyalar, yaxud siyasi partiya funksionerləri həqiqətə uyğun olmayan, seçki haqqında ictimai rəyi çaşdıran, beynəlxalq ictimaiyyətdə Azərbaycan seçkiləri haqqında mənfi rəy formalaşdıran fikirlər səsləndirirlәr. Açığını deyim ki, biz, bunlardan çox məyus oluruq. Çünki bu cür sözlər seçki praktikasının təkmilləşdirilməsi və Azərbaycanda seçki institutlarının fəaliyyətininin formalaşdırılması ilə uyğunsuzluq təşkil edir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. Belə fikirlərin heç bir əsasının olmadığını diqqәtə çatdıran Ə.Həsənov bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq, beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində Azərbaycanda şəffaf, demokratik, әdalәtli parlament seçkiləri keçiriləcək. “Seçkilərdə iştirak etmək istəyən hər bir namizədin, siyasi partiyanın, ictimai qurumun hüquqları təmin olunacaq. Seçki prosesinin şəffaflığının təmini üçün bütün müşahidə institutlarının, müşahidə aparan qrupların fəaliyyətinə tam şərait yaradılacaq, seçicilərlə seçilənlər arasında tam şəffaf münasibətlər qurulacaq”,-deyə Ə.Həsənov vurğulayıb.
    24.06.10 Məqaləni oxumaq
     
    Asim Mollazadə Ağ Evdə Qarabağ və regional təhlükəsizlik məsələlərini müzakirə edib
    Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Ağ Evdə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Cənubi Qafqaz məsələləri üzrə direktoru Bricit Brinklə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DİP-dən veriblər. Görüşdə Azərbaycan-ABŞ münasibətləri, Cənubi Qafqaz regionundakı vəziyyət, buradakı lokal münaqişələr, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın Xəzər hövzəsinin enerji təhlükəsizliyində oynadığı rol müzakirə olunub. A.Mollazadə xanım Brinkə ölkələrimiz arasındakı hazırkı münasibətlərin daha da inkişaf etdirilməsinin zəruri olduğunu bildirib.
    23.06.10 Məqaləni oxumaq
     
    MM-in komitə sədri Əli Hüseynov Bürüsselə səfərə gedib
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulan ölkələrin parlament birliyi – Avronest PA-nın tərəfdaş dövlətləri nümayəndə heyəti rəhbərlərinin görüşündə iştirak etmək üçün bu gündən iyunun 25-dək Belçikanın Brüssel şəhərində səfərdə olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisin mətbuat xidmətindən veriblər. Avropa Parlamentində keçiriləcək tədbirdə Azərbaycanla yanaşı Gürcüstan, Ermənistan, Ukrayna, Moldova təmsilçiləri və Avropa Parlamentinin deputatları iştirak edəcəklər. Toplantıda Avronest PA-nın təsis və prosedur sənədləri, qurumun işinin təşkili və digər məsələlər müzakirə olunacaq.
    23.06.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: “Hazırkı “status-kvo” heç kimi qane etmir”
    Dağlıq Qarabağ münaqişəsi Ermənistanın iddia etdiyi kimi heç də dondurulmuş deyil. Bunu son günlər cəbhə xəttində baş verən insident də təsdiq edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib. E.Məmmədyarov qeyd edib ki, baş verən insident münaqişənin dondurulmuş olmamasını bütün dünyaya bir daha xəbərdar etdi. “Hərbi ritorikadan Azərbaycanın geri çəkilməsi üçün ilk növbədə torpaqlar işğaldan azad olunmalıdır. Həmsədrlər müharibəyə şans verməməyə çağırırlar. Lakin bunun üçün Ermənistan ordusu işğal etdikləri Azərbaycan ərazilərindən çıxmalıdır. Bu proses nə qədər tez başlansa, hamı üçün yaxşı olar. Hazırkı “status-kvo” heç kimi qane etmir. Nə qədər ki, torpaqlar işğal altındadır, nə sülh, nə müharibə vəziyyətidir, belə insidentlər baş verə bilər. Səngərdə olan hər bir əsgər özünü müharibə anında hiss edir. Ermənistan güc tətbiq etməmək barədə bizimlə hansısa saziş imzalamaq istəyir. Artıq gücdən istifadə olunub və bunun nəticələri aradan qaldırılmalıdır. Nə qədər imkan var Ermənistan tərəfi konstruktiv danışıqlara keçməlidir. Bu hamı üçün yaxşı olar”,-deyə E.Məmmədyarov vurğulayıb.
    23.06.10 Məqaləni oxumaq
     
    Həmsədrlər birgə bəyanat yayıblar
    ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən həftə qoşunların təmas xəttində baş vermiş hadisə ilə bağlı birgə bəyanat yayıb. KƏLAMİNFO ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, həmsədrlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində güc tətbiq etməsini qəti şəkildə pisləyib və mənasız itkilərə görə təəssüfləndiklərini bildirib. “Azərbaycan və Ermənistan Müdafiə Nazirliklərinin verdiyi məlumatda bildirilir ki, iyunun 18-dən 19-a keçən gecə təmas xəttinin şimal hissəsində ölümlə nəticələnən silahlı toqquşma baş verib. Bu hadisə tərəflər arasında 1994-cü ildə imzalanmış atəşkəs razılığının yolverilməz surətdə pozulmasıdır və tərəflərin sazişdə üzərilərinə götürdükəri öhdəlikərə tamamilə ziddir”,- deyə bəyanatda bildirilir. Sənəddə həmçinin bu hadisənin Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirdikləri üçtərəfli görüşdən dərhal sonra baş verməsi önə çəkilib.
    23.06.10 Məqaləni oxumaq
     
    İşğalçı ölkə təşvişə düşüb
    Cəbhə bölgəsində baş verən insidentdən sonra Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rəsmi Bakını danışıqlar prosesini pozmaqda ittiham edib. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, E.Nalbəndyan bunu iyunun 18-də saat 23.30-a yaxın Qarabağın şimalında baş vermiş ciddi insidentdə münasibət bildirərkən söyləyib. Erməni rəsmisinin versiyasına görə, Azərbaycanın 20 nəfərdən ibarət kəşfiyyat qrupu erməni tərəfə keçməyə cəhd göstərib. İnsident zamanı ermənilər tərəfindən 4 hərbçi öldürülüb və 4 nəfər yaralanıb. Ermənistanın XİN rəhbəri baş verənləri yüksək səviyyədə təxribat adlandırıb. E.Nalbəndyan insidentin Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinn üçtərəfli görüşündən bir neçə saat sonra baş verdiyini bildirib.
    22.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 197 198 199 200 201 202 203 204 205 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30