Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 196 197 198 199 200 201 202 203 204 » #
    Politoloq: “Bölgəyə sülhməramlıların yerləşdirilməsi Azərbaycanın istənilən yolla torpaqlarını işğaldan azad etmək cəhdinə mane ola bilməz”
    Dağlıq Qarabağda (DQ) sülhməramlı qoşunların yerləşdirilməsi, Azərbaycanın istənilən yolla torpaqlarını işğaldan azad etmək cəhdinə mane ola bilməz. Çünki prinsip etibarı ilə, Azərbaycan münaqişə zonasında sülhməramlıların yerləşdirilməsinə etiraz etmir, əlbəttə ki, torpaqlar işğaldan azad olduqdan sonra. Bunları KƏLAMİNFO-ya müsahibəsində Prezident yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov söyləyib.
    01.07.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinin bəyanatı Azərbaycanı tamamilə qane edir”
    ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin son bəyanatı Azərbaycanı tamamilə qane edir. KƏLAMİNFO xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. Ə.Həsənovun sözlərinə görə, bəyanatda hər üç həmsədr ölkə Azərbaycan ərazilərinin işğal olunması faktını qəbul edirlər. “Bəyanatda işğal olunmuş ərazilərdən Ermənistan Silahlı Qüvvələrinin çıxarılması tələbi yer alır. Həmsədr ölkələrin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı iradəsi ortaya qoyulur”-deyə, Ə.Həsənov vurğulayıb. Xatırladaq ki, ABŞ, Rusiya və Fransa prezidentlərinin “böyük səkkizlər”in Kanada sammiti zamanı yaydığı bəyanatda Azərbaycan və Ermənistan fikir ayrılıqlarını aradan qaldırmağa, münaqişənin həllinin baza prinsiplərini razılaşdırıb sülh müqaviləsi layihəsinin müzakirəsinə keçməyə çağırılır. Bəyanatda bildirilir ki, münaqişə Dağlıq Qarabağ ətrafında olan ərazilərin geri qaytarılması, Dağlıq Qarabağa keçid statusu verilməsi, Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması, Dağlıq Qarabağın yekun statusunun yerli əhalinin iradəsini bildirməsi yolu ilə müəyyən olunması, məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnun tanınması, sülhməramlı əməliyyatlar da daxil olmaqla təhlükəsizliyə beynəlxalq təminat verilməsi prinsipləri əsasında həllini tapmalıdır.
    01.07.10 Məqaləni oxumaq
     
    PA-nın şöbə müdiri: “Hillari Klintonun Azərbaycana səfəri 18 il bundan əvvəlki səfərdən tamamilə fərqlənir”
    ABŞ-ın Dağlıq Qarabağ probleminə, münaqişənin gələcək həllinə münasibəti və Amerikanın problemə prioritet məsələ kimi yanaşması maraqlıdır. Həmçinin bu ölkənin Dövlət Katibinin Azərbaycana səfəri ölkələrimiz arasında ötən illərdə mövcud olmuş münasibətlərin təhlili, gələcək işlərin planlaşdırılması anlamında sözsüz ki, əhəmiyyətlidir. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
    30.06.10 Məqaləni oxumaq
     
    E.Məmmədyarov: “Rəsmi Bakı İranın nüvə məsələsi ilə bağlı Türkiyə-Braziliya təşəbbüsünü yüksək qiymətləndirir”
    Rəsmi Bakı İrana qarşı qəbul edilmiş sanksiyalardan sonra həyata keçə bilməyən İran İslam Respublikasının nüvə məsələsi ilə bağlı Türkiyə-Braziliya təşəbbüsünü yüksək qiymətləndirir. KƏLAMİNFO xəbər verir ki, bunları Almaniyada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin parlamentinin deputatları ilə görüşü zamanı bildirib. O, qeyd edib ki, İran ilə beynəlxalq cəmiyyət arasında etimad elementləri tapmaq lazımdır. Xatırladaq ki, İranın nüvə yanacağının mübadiləsi barədə üçtərəfli razılaşma mayın 17-də imzalanıb. Razılaşma, Braziliya prezidenti Luiq İqnasiu De Silva və Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Tehranda imzalanıb.
    30.06.10 Məqaləni oxumaq
     
    DQDK-nin sədri Hidayət Orucov Astanada ATƏT-in yüksək səviyyəli konfransında iştirak edir
    Bu gün Astanada tolerantlıq və ayrı-seçkiliyə yol verilməməsi ilə əlaqədar ATƏT-in yüksək səviyyəli konfransı öz işinə başlayıb. Konfransda ATƏT-in üzvü olan 56 ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edir. Tədbirdə ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun başçılığı ilə nümayəndə heyəti təmsil edir. Qazaxıstanın dövlət katibi, xarici işlər naziri Kanat Saudabayev çıxış edərək tolerantlıq və ayrı-seçkilik məsələləri ilə əlaqədar konfransın keçirilməsinin yüksək əhəmiyyət daşıdığını qeyd edib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev iştirakçıları salamlayıb, dözümlülüyün Qazaxıstan modeli haqqında danışıb. Onun sözlərinə görə, ölkədə yaşayan xalqları və konfessiyaları birləşdirən Qazaxıstan Xalqları Assambleyası neçə illərdir uğurla fəaliyyət göstərir və sabitliyin qorunmasına öz töhfəsini verir.
    30.06.10 Məqaləni oxumaq
     
    Həmsədrlər iyulun əvvəlində Azərbaycana gələcək
    Gələn ayın əvvəli ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana gələcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib. İ.Popov Rusiya, Fransa və ABŞ prezidentlərinin Kanadada “Böyük səkkizliyin” sammitində Dağlıq Qarabağ üzrə bəyanatlarını şərh etmək istəməyib. O, qeyd edib ki, Minsk Qrupu prezidentlərin bəyanatına və danışıqlar prosesinə regiona gəldikdən sonra qiymət verəcək. Xatırladaq ki, Rusiya, ABŞ və Fransa prezidentləri şənbə günü Kanadada keçirilən “Böyük səkkizliyin” zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistan rəhbərlərini sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün münaqişənin həll olunmasının əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıb.
    30.06.10 Məqaləni oxumaq
     
    “Dövlət və Din” ictimai fikir toplusunun 3-cü sayı işıq üzü görüb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun 2010-cu ildə 3-cü sayı işıq üzü görüb. DQİDK-nin mətbuat xidmətindən verilən məlumata görə, toplu prezident İlham Əliyevin Roma Papası XVI Benediktə təbriki ilə açılır. “Rəsmi guşə”də Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin “Şərəf” ordeni ilə təltif edilməsi və Küveytin İslam İşləri və Vəqf nazirinin müavini Adil Abdulla əl-Fəlahın “Dostluq” ordeni ilə təltif olunması haqqında prezidentin Sərəncamları yer alıb.
    29.06.10 Məqaləni oxumaq
     
    Politoloq M.Əhmədoğlu: “Ermənistan prezidenti xalqı müharibə xofu ilə qorxudur”
    Ermənistan prezidenti və onun komandasının Azərbaycanın müharibə məsələsini ortaya atmaqla əsas məqsədi erməni ictimaiyyətinə ciddi təsir etməkdir. Yəni, erməni xalqı müharibədən qorxsun və Serj Sarkisyan münaqişənin dinc yolla həlli üçün ona olan təzyiqlərə real cavab verə bilsin. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu söyləyib.
    29.06.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov və Edvard Nalbandyan Qazaxıstanda görüşə bilərlər
    Cari il iyulun 16-17-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Qazaxıstanda görüşə bilərlər. KƏLAMİNFO xəbər verir ki, görüş ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-formal toplantısı çərçivəsində baş tuta bilər. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcəklər. Qeyd edək ki, nazirlərin belə bir görüşünün planlaşdırıldığı barədə xəbərlər hələlik rəsmən təsdiqlənməyib.
    29.06.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Beynəlxalq təşkilatların seçki praktikasının yaxşılaşmasına yönələn bütün təklifləri nəzərə alınacaq”
    Azərbaycan dövləti ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla mütəmadi dialoq aparır və bundan sonra da bu proses davam etdiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib. Ə.Həsənov bildirib ki, bu il keçiriləcək parlament seçkilərində də onların bu və ya digər tövsiyyələri dəyərləndiriləcək. Onun sözlərinə görə, sözügedən qurumların seçki praktikasının yaxşılaşmasına yönələn bütün təklifləri nəzərə alınacaq və Azərbaycanda getdikcə seçki prosesinin beynəlxalq standartlara tam uyğunlaşıdırılması təmin olunacaq.
    26.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 196 197 198 199 200 201 202 203 204 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30