Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 16 17 18 19 20 21 22 23 24 » #
    “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” Forumu bölmə iclaslarında davam edib
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun birgə təşkilatçılığı ilə “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda birinci Beynəlxalq Bakı Forumu bu gün işini bölmə iclaslarında davam etdirib. 
    20.12.12 Məqaləni oxumaq
     
    Bütün Qafqazın Şeyxi: “Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra edir”
    “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu kimi belə mühüm əhəmiyyətli bir tədbirin Azərbaycanda keçirilməsinə səbəb ölkəmizdə mövcud olan tolerant durumdur. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Forumda çıxışı zamanı deyib.  
    A.Paşazadə qeyd edib ki, bu gün Azərbaycanda bütün dinlərin nümayəndələrinin öz dini ayinlərini azad şəkildə icra edir. Bütün Qafqazın Şeyxi bunun nümunəvi tolerantlıq modeli olduğunu deyib.
    19.12.12 Məqaləni oxumaq
     
    Elşad İskəndərov: Azərbaycanda dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir
    “İlk dəfə keçirilən “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumuna 10-dan artıq ölkədən 30-dan çox xarici qonaq qatılıb. Müasir dünyada gedən proseslərin fonunda bu cür qarşılıqlı anlaşma və tolerantlıq mühitinin formalaşmasının xüsusi rolu var”. Bu barədə aşıqlama ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov çıxış edib. 
    Komitə sədri Azərbaycanda olan dinlərarası əlaqələrin tolerantlığın fövqündə olduğunu vurğulayıb. O, qeyd edib ki, bu əsrlərdən bəri formalaşan köklü bir ənənədir: “Azərbaycanda dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Bu, ölkə prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsidir”.
    19.12.12 Məqaləni oxumaq
     
    “BMT və GUAM arasında əməkdaşlıq” adlı qətnamə qəbul edilib

    Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna adından “BMT və Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM arasında əməkdaşlıq” adlı qətnamə layihəsini təqdim edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirib ki, mövcudluğunun 15 ili ərzində GUAM demokratiya və iqtisadi inkişafın təşviq olunmasına çalışan tam təsisatlanmış regional təşkilata çevrilib.

    Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata görə, A. Mehdiyev 2004-cü ildə GUAM-ın BMT-də müşahidəçi status əldə etməsindən sonra təşkilatla BMT katibliyi arasında əməkdaşlığın inkişaf etdiyini, qətnamə layihəsinin qəbul edilməsinin bu əməkdaşlığı daha da gücləndirəcəyini və region ölkələrində sülh, sabitlik və inkişafa töhfə verəcəyini qeyd edib. 

    18.12.12 Məqaləni oxumaq
     
    "Azərbaycanla Ermənistan arasında müharibə hər an başlaya bilər"

    “Münaqişə tərəfləri arasında hər hansı üçüncü qüvvənin olmaması müharibənin hər an başlaya bilməsi üçün şərait yaradır”. Bu fikirləri Strateji Araşdırmalar Mərkəzində keçirilən brifinqdə qurumun direktoru Fərhad Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan sülh sazişi imzalamaqda və danışıqların aparılmasında maraqlıdır: “Lakin Ermənistan danışıqları süni şəkildə uzadır və əsas bəhanə kimi Ermənistanda keçiriləcək prezident seçkilərini göstərir. Ölkəmiz müharibədən imtina etməyib, çünki bu bizim təbii haqqımızdır. Azərbaycanla Ermənistan arasında müharibə hər an başlaya bilər. Çünki bunu qarşısında duran hər hansı bir fiziki sədd yoxdur”.

    18.12.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Dublində bir sıra ikitərəfli görüşlər keçirib
    Xarici işlər naziri Elmar Məmmədyarov İrlandiyaya səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Gürcüstanın xarici işlər naziri xanım Maya Pancikidze ilə görüşdə ikitərəfli münasibətlər, regional layihələr, o cümlədən dünyada baş verən siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb. Tailand Krallığının xarici işlər naziri Suraponq Toviçakçaykul ilə görüş zamanı iki ölkə arasında mövcud münasibətlər müzakirə olunub və sözügedən münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. İtaliyanın xarici işlər nazirinin müavini xanım Marta Dassun ilə görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətləri, regional enerji layihələri, bu sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Ketrin Eşton ilə görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, beynəlxalq gündəlikdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    11.12.12 Məqaləni oxumaq
     
    Mübariz Qurbanlı: “Siyasi partiyalar büdcədən ayrılan vəsaiti cəmiyyət üçün faydalı məsələlərə sərf etməlidirlər”
    «Ölkəmizdə siyasi partiyalara dövlət maliyyəsinin ayrılması çox təqdirəlayiq haldır. Ümumiyyətlə, partiyaların dövlət büdcəsindən maliyyə alması təcrübəsi başqa ölkələrdə də var. Azərbaycanın da sosial-iqtisadi imkanlarının artması siyasi partiyalara dövlət büdcəsindən yardım ayrılmasına imkan verib». “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, dövlət büdcəsindən ayrılan 2,5 milyon manat vəsait siyasi partiyaların inkişafına dəstək verəcək, eləcə də bu maliyyə partiyaların cari xərclərinə sərf olunacaq. Onun sözlərinə görə, müvafiq qanunvericilik siyasi partiyaların maliyyə mənbələrini göstərir. Belə ki, dövlət yardımı ilə yanaşı, üzvlük haqları, müxtəlif mənbələrdən alınan ianələr və s. daxildir.
    10.12.12 Məqaləni oxumaq
     
    Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşüb
    Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda MDB çərçivəsində hərbi əməkdaşlığın gedişatı və 2013-cü il üçün planlaşdırılan tədbirlərin müzakirəsi nəzərdə tutulur. Səfər zamanı bir sıra MDB ölkələri ilə qarşıdakı il üçün ikitərəfli hərbi əməkdaşlıq planlarının imzalanacağı da gözlənilir.
    10.12.12 Məqaləni oxumaq
     
    Asim Mollazadə senator Con Barroso ilə görüşüb
    Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-da Vayominq ştatından olan respublikaçı senator Con Barrosso ilə görüşüb. DİP-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə ABŞ-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, enerji təhlükəsizliyi problemləri müzakirə olunub. Millət vəkili senatora ölkəmiz və regionumuzdakı proseslər barədə ətraflı məlumat verib.
    10.12.12 Məqaləni oxumaq
     
    Əli Abbasov Aİ-yə üzv ölkələrin səfirlərini qəbul edib
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri ilə görüş keçirilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edib.

    Görüş zamanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə İKT sektorunun mövcud vəziyyəti, bu sahədə aparılan islahatlar və gələcək perspektivlər barədə xarici ölkə səfirlərini məlumatlandırıb. Azərbaycanın hazırda yeni inkişaf mərhələsində olduğunu diqqətə çatdıran nazir “Azərbaycan 2020: gələcəyə baxışâ€ť İnkişaf Konsepsiyasının hazırlandığını və informasiya texnologiyalarını daha da inkişaf etdirməklə, biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması, gələcək 8-10 il ərzində qeyri-neft sektorunun inkişafını təmin etməklə, ölkədə ÜDM-nin həcmini iki dəfə artırmaq məqsədinin qarşıya qoyulduğunu bildirib: “Hədəf olaraq, iqtisadiyyatda neft amilini minimuma endirmək, informasiya-kommunikasiya texnologiyalarının gələcək 10 ilə - hər il təxminən 20 faiz artımını təmin etmək, beləliklə, 2020-ci ilə qədər İKT sektorunun həcminin təxminən 4 dəfə genişləndirilməsi nəzərdə tutulur”.
    08.12.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 16 17 18 19 20 21 22 23 24 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30