Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Söz mülkünün Mirəzizi
    Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri, Qazi Hacı Mirəziz Seyidzadənin vəfatı xəbəri onu tanıyanları sarsıtdı. Bir neçə ay öncə iş yoldaşımız, tanınmış ilahiyyatçı alim və gözəl şeirlər müəllifi Hacı Mirəziz Seyidzadənin 65 illik yubileyinə sevinmiş, dəyərli dostumuzun ünvanına xoş sözlər söyləmişdik. Lakin mayın 11-də Hacı Mirəzizin bu dünyadan köçməsini eşidincə kövrəldik. 
    07.09.14 Məqaləni oxumaq
     
    Bütün Qafqazın Şeyxi: “Mən generalımı, sərkərdəmi itirdim”
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Masallıya gedib. Səfər zamanı şeyx ötən gün vəfat edən QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadənin hüzr mərasimində iştirak edib və mərhum haqqında maraqlı fikirlər səsləndirib.  Hacı Allahşükür Paşazadənin Hacı Mirəziz Seyidzadə haqqında səsləndirdiyi fikirləri AzNews.az oxucularına təqdim edir: “Mirəziz Seyidzadənin ölümü Qafqaz Müsəlmanları İdarəsi və xüsusən mənim üçün böyük itkidir. İlk öncə deyim ki, mən Mirəziz Seyidzadəni itirməklə elə bil generalımı, marşalımı, sərkərdəmi itirdim. Onun vəfatı QMİ-i üçün çox böyük itkidir. M.Seyidzadə rəhbərlik etdiyim qurumun fətva şöbəsinin müdiri vəzifəsində çalışıb və öz işinə layiqincə yanaşan adam olub. Bir sözlə, Hacı Mirəziz savadlı din xadimi olmağı ilə bərabər, həm də ədəbi fəaliyyəti ilə tanınırdı, gözəl təbliğatçı idi. Mən uşaqlıq dostumu, işçimi, bir sözlə generalımı itirdim”. 
    13.05.14 Məqaləni oxumaq
     
    Böyük din alimi - Hacı Mirəziz Seyidzadə vəfat etdi
    Azərbaycanın böyük İslam alimi, Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə dünən axşam 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Hacı Mirəziz Seyidzadənin cənazəsi doğulub boya-başa çatdığı Masallı rayonunun Türkoba kəndində dəfn olunub. Dəfn mərasimində tanınmış din xadimləri, alimlər, ziyalılar iştirak edib. 
      

    13.05.14 Məqaləni oxumaq
     
    Şeyxülislam Allahşükür Paşazadə Küveytin vəqflər nazirinin birinci müavini Adel əl-Fəlahı qəbul edib
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 8-də Küveytin Vəqflər Nazirinin birinci müavini d-r Adel əl-Fəlahı qəbul etmişdir. Qonağı səmimiyyətlə salamlayan Şeyxülislam A. Paşazadə d-r Fəlahın Azərbaycan və Küveyt xalqları arasında mənəvi əlaqələrin dərinləşməsində oynadığı rolu yüksək dəyərləndirdiyini diqqətə çatdırdı. Səmimi qardaşlıq şəraitində keçən görüşdə xalqlarımız arasında dini-mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində görülmüş işlər xatırlandı, gələcək üçün yeni təkliflər müzakirə olundu. QMİ sədri xüsusi vurğuladı ki, müasir dönəmdə radikallıq və ekstremizm təzahürlərinin aradan qaldırılmasının prioritet əhəmiyyət kəsb etməsini nəzərə alsaq, Adel əl-Fəlahın təbliğ etdiyi vəsətiyyə, yəni mötədil İslam xətti böyük önəm kəsb edir.
    08.05.14 Məqaləni oxumaq
     
    Bütün Qafqazın Şeyxi: “Müxtəlif ölkələrdə İslam dini haqqında məqsədyönlü şəkildə yanlış təsəvvür yaradılır”
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Vaşinqtonda keçirilən forumda çıxış edib.  Şeyxülislam aparılan müzakirələrin dünya miqyasında üzləşdiyimiz bəzi problemlərin, o cümlədən, terrorizm, radikalizm, ekstremizm və separatizmin aradan qaldırılması üçün dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına xidmət edən önəmli bir hadisəyə çevrilməsini arzulayıb.  A.Paşazadə bildirib ki, Azərbaycan bütün səmavi dinlərin ardıcıllarının bir araya gəldiyi, qovuşduğu nadir məkanlardan biridir: “Mühüm mövqedə yerləşən Azərbaycanda müxtəlif etnik və dini icmalar arasında milli, irqi, dini ayrı-seçkiliyə heç bir zaman yol verilməmiş, bütün xalqlar, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində yaşamışlar. 
    01.05.14 Məqaləni oxumaq
     
    Qafqaz Müsəlmanları İdarəsində Qazılar Şurasının iclası keçirildi
    Bu gün QMİ Qazılar Şurasının üzvləri və İdarənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda Şuranın sədri Şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış etdi.  QMİ sədri A. Paşazadə Qazılar Şurasının son toplantısından ötən dövr ərzində görülmüş işlər barədə məlumat verdi, Şuranın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz fikir və tövsiyyələrini səsləndirdi. İclasda QMİ Qazılar Şurasının və Elmi-Dini Şurasının tövsiyyə və qərarı ilə son illər çap olunmuş kitab və vəsaitlər barədə məlumat verildi. 
    18.04.14 Məqaləni oxumaq
     
    Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanın şimal rayonlarına səfər edib
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanın şimal rayonlarına səfəri başlayıb.  QMİ sədri bu gün öncə Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində dini icmaların rəhbərləri ilə görüşüb. A. Paşazadə daha sonra Siyəzən rayonuna səfər  edəcək. 
    Görüşlər dini maarifləndirmə xarakteri daşıyır. 
    13.04.14 Məqaləni oxumaq
     
    QMİ "Kəşfül-Həqayiq" əsərinin yeni nəşrini təqdim etdi
    Qafqaz Müsəlmanları İdarəsi tərəfindən din xadimlərinin, dindarların və ümumilikdə cəmiyyətin dini sahədə maarifləndirilməsi məqsədilə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq Mirməhəmməd Kərim Bakuvinin “Kəşfül-Həqayiq” əsərinin yeni nəşri həyata keçirilib.  Qurani-Şərifin Azərbaycan dilində təfsiri olan bu əsər üç cilddə müasir üslubda nəfis şəkildə çap edilib. Nəşrin baş məsləhətçisi QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, redaktorları Hacı Salman Musayev, Hacı Fuad Nurullah, Əhməd Niyazov və Siracəddin Hacıdır. Kitab nəşrə Abbas Qurbanov tərəfindən hazırlanıb.
    01.04.14 Məqaləni oxumaq
     
    Hacı Mirəziz Seyidzadə səhhəti ilə bağlı açıqlama verdi
    Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri, İlahiyyat üzrə fəlsəfə doktoru, tanınmış din və ictimai xadimi Qazi Hacı Mirəziz Seyidzadə son günlər səhhətində yaranan problemlə bağlı mətbuata açıqlama yayıb. M.Seyidzadə bildirib ki, martın 3-də gecə saatlarında beyin-qan dövranının pozulması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib:
    05.03.14 Məqaləni oxumaq
     
    Hacı Mirəziz Seyidzadənin 65 illik yubileyi qeyd olundu
    Bu gün Azərbaycan Yazıçılar Birliyində ilahiyyatçı alim, yazışı-publisist və şair, Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri Qazi Hacı Mirəziz Seyidzadənin 65 illik yubileyi keçirildi. AZADİNFORM  xəbər verir ki, tədbirdə AYB-nin katibi Fikrət Qoca, "Ulduz" jurnalının Baş redaktoru Elçin Hüseynbəyli, ədəbi tənqidçi Vaqif Yusifli, akademik Bahadur Tağıyev, Milli Dram Teatrının aktyoru İlham Əsgərov, din xadimləri, yazıçı və şairlər, mətbuat nümayəndələri iştirak edib.  Tədbiri şair Fikrət Qoca açaraq bildirdi ki, Hacı Mirəziz Seyidzadə çox gözəl şairdir. Şair yubilyarı Azərbaycan yazıçıları adından təbrik etdi. 
    26.02.14 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30