Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 195 196 197 198 199 200 201 202 203 » #
    Azərbaycan prezidenti Misirin neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Bu gün Azərbaycan prezidenti İlham Əliyev Misirin neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Bu yaxınlarda Misirin xarici işlər nazirinin ölkəmizə səfəri zamanı səmərəli müzakirələr aparıldığını vurğulayan prezident İlham Əliyev dost ölkələr olan Azərbaycanla Misir arasında əməkdaşlığı bütün sahələrdə daha da inkişaf etdirməyin zəruriliyini vurğulayıb. Misirin neft naziri Samih Fehminin ölkəmizə səfərinin enerji sahəsində əlaqələri inkişaf etdirmək üçün yaxşı fürsət yaratdığını qeyd edən prezident İlham Əliyev qonağın Bakıda keçirəcəyi görüşlər zamanı birgə fəaliyyət üçün məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu söyləyib. Misirin neft naziri S.Fehmi ölkəmizə səfərinin yenicə başlamasına baxmayaraq, burada gördüklərindən təəssüratlandığını vurğulayıb. Ölkələrimiz arasında əlaqələri genişləndirmək üçün maraqlı planların olduğunu bildirən Misirin neft naziri onların həyata keçiriləcəyinə əminliyini ifadə edib.
    08.07.10 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə İranlı nazirlə görüşüb
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İranın mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətindən veriblər. A.Paşazadə Azərbaycanla İran arasında dostluq münasibətlərinin qədim tarixi olduğunu vurğulayıb. Cari ilin aprelində Bakıda “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda keçirilmiş dini liderlərin ümumdünya sammiti barədə məlumat verən A.Paşazadə belə bir tədbirin Azərbaycanda keçirilməsini mühüm hadisə adlandırıb.
    07.07.10 Məqaləni oxumaq
     
    Hidayət Orucov: “Azərbaycanın işğal olunmuş ərazilərində kilsə tikilməsi erməni separatizmi və terrorizmin təzahürüddən başqa bir şey deyil”
    Azərbaycanın işğal olunmuş ərazilərində kilsə tikilməsi erməni separatizminin dəstəyinin və terrorizmin təzahürüddən başqa bir şey deyil. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Dağlıq Qarabağda rus-pravoslav kilsəsinin tikintisi ilə bağlı sualı cavablandırarkən bildirib. "Azərbaycan tərəfinin icazəsi olmadan Azərbaycanın işğal edilmiş ərazilərində məbədin tikilməsi qeyri-qanunidir", - deyən H. Orucov Azərbaycanın işğal olunmuş ərazilərində iyunun 19-da rus-pravoslav məbədinin təməl daşının qoyulması mərasimi keçirildiyini söyləyib.
    07.07.10 Məqaləni oxumaq
     
    DQİDK-də Azərbaycanda məscidlərin tikintisi və təmirinə nəzarət edən yeni şura yaradılıb
    Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində Azərbaycanda məscidlərin tikintisi və təmirinə nəzarət edən yeni şura yaradılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov verib. "Azərbaycanda məscid tikmək və ya təmir etmək istəyən müvafiq sənədləri şuraya təqdim etməlidir. Yalnız şuranın müsbət qərarından sonra, məscid tikilə və ya təmir edilə bilər",-deyə komitə sədri bildirib. H.Orucov qeyd edib ki, şurada yerli icra hakimiyyəti orqanlarının, Qafqaz Müsəlmanları İdarəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri təmsil olunurlar.
    07.07.10 Məqaləni oxumaq
     
    Azərbaycanda 425 dini icma qeydiyatdan keçib
    Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daha 32 dini icmaya qeydiyyat şəhadətnaməsi təqdim edib. KƏLAMİNFO xəbər verir ki, şəhadətnamə alan icmalardan 30-u islam, 2-si isə gürcü pravoslav icmasıdır. Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib ki, “Dini etiqad azadlığı haqqında” AR Qanununa edilən dəyişikliklərə uyğun olaraq dini qurumlar qeydiyyat keçmədən fəaliyyət göstərə bilməz. H.Orucov rəhbərlik etdiyi komitəyə qeydiyyata alınmaq üçün 782 dini icmanın müraciət etdiyini söyləyib. “Onlardan 748-i islam təmayüllü, 34-ü qeyri-islam təməyüllüdür. Bu günə kimi 425 dini icma dövlət qeydiyyatından keçib, onlardan 408-i islam, 17-i qeyri-islam təmayüllü (9 xristian, 6 yəhudi, 1 krişna, 1 – bəhai) icmalardır. Qeydiyyata alınanlardan 302-si təkrarən qeydiyyata alınan dini icmalardır”,-deyə H.Orucov vurğulayıb. Onun sözlərinə görə, 11 dini icmanın müraciətinə baxılandan sonra onların qeydiyyatla bağlı müraciətinə rədd cavabı verilib. “Buna səbəb qeydiyyat üçün sənədlərin lazımı qaydada hazırlanmaması, tələblərə cavab verməməsidir”,-deyə komitə sədri əlavə edib.
    07.07.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib
    Bu gün prezident İlham Əliyev Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı qonağın ölkəmizə səfərinin məhsuldar və uğurlu olacağına ümidvar olduğunu bildirib. Azərbaycanla Gürcüstanın bütün istiqamətlərdə fəal əməkdaşlıq etdiyini vurğulayan prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib. Q.Vaşadze Azərbaycanla Gürcüstan arasında əlaqələrin, xüsusilə beynəlxalq təşkilatlarda, ölkələrimiz üçün aktual olan ərazi bütövlüyü məsələlərində əməkdaşlığın necə inkişaf etdirilməsi barədə Azərbaycan Prezidenti ilə müzakirələr aparmağın çox vacib olduğunu söyləyib. Prezident İlham Əliyev əməkdaşlığımızı daha da genişləndirmək üçün daimi məsləhətləşmələrin önəmli olduğunu vurğulayıb.
    07.07.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak edib
    Bu gün prezident İlham Əliyev Bakıda, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri dövlət başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, binada yaradılmış şəraitlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, dördmərtəbəli, xüsusi memarlıq üslubunda əsaslı şəkildə yenidən qurulan inzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Prezident İlham Əliyev binanın iş otaqlarında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, otaqların hamısı informasiya və kommunikasiya texnologiyaları, mebel və inventarla tam təchiz edilib. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş konfrans zalı və digər müşavirə otaqları da var.
    07.07.10 Məqaləni oxumaq
     
    Oslodo ATƏT PA-nın illik sessiyası keçirilir
    Bu gün Norveçin paytaxtı Oslodo ATƏT-in Parlament Assambleyasının XIX-cu illik sessiyası keçirilir. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti iştirak edir. Sessiyanın işinə 56 dövlətdən 300-dən çox nümayəndə qatılıb. Sessiyada “Qanunun aliliyi: Transmilli cinayətkarlıq və korrupsiya ilə mübarizə” mövzusu ətrafında müzakirələr aparılacaq, ATƏT PA-nın sədri Joao Soareşin, baş katib Spenser Oliverin məruzələri dinləniləcək. Təşkilata üzv dövlətlər arasında bu sahədə əməkdaşlıq məsələlərinin müzakirə olunması nəzərdə tutulub.
    06.07.10 Məqaləni oxumaq
     
    Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər edəcəklər
    Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər edəcəklər. KƏLAMİNFO xəbər verir ki, vasitəçilərin günün birinci yarısında separatçı rejimin rəhbəri Bako Saakyanla görüşü planlaşdırılır. İyulun 3-də isə ATƏT-in Minsk qrupu həmsədrlərinin İrəvanda görüşlər keçirəcəyi gözlənilir. Onlar Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər. İyulun 4-də isə vasitəçilərin İrəvandan Bakıya gəlməsi nəzərdə tutulur. Qeyd edək ki, iyulun 4-5-də ABŞ-ın dövlət katibi Hillari Klinton da İrəvanda olacaq.
    03.07.10 Məqaləni oxumaq
     
    K.Saudabayev: “Münaqişənin həlli yollarını Azərbaycan və Ermənistan özləri tapmalıdırlar”
    Dağlıq Qabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk Qrupu müntəzəm iş aparır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Qazaxıstanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə münasibət bildirərkən çıxış edib. K.Saudabayev həmsədrlərin fəaliyyətinin nəticəsi kimi tərəflərə Madrid razılaşmalarının yeni prinsiplərinin təqdim edildiyini və yaxın zamanlarda bunun həyata keçirilməsinə ümid etdiyini söyləyib. “Münaqişənin həlli yollarını isə Azərbaycan və Ermənistan özləri tapmalıdırlar. Bizə gəlincə isə, bildirim ki, ATƏT-in indiki sədri kimi fəaliyyətə başladığımz gündən münaqişənin həlli istiqamətində iş aparırıq”,-deyə K.Saudabayev əlavə edib.
    02.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 195 196 197 198 199 200 201 202 203 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30