Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 192 193 194 195 196 197 198 199 200 » #
    Sosialist İnternasionalının Baş katibi Bakıya gəlir
    Bu gün Sosialist İnternasionalının Baş katibi Luis Ayala Azərbaycana səfərə gəlir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Sosial-Demokrat Partiyasından veriblər. Avqustun 1-dək davam edəcək səfər çərçivəsində baş katib Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Səfərin məqsədi oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılan Sosialist İnternasionalının Şərqi Avropa, Cənubi Qafqaz və Qara Dəniz regionu üzrə komitəsinin iclasına hazırlıq məsələlərinin müzakirə etməkdir.
    28.07.10 Məqaləni oxumaq
     
    ATƏT PA-nın sədri Petros Eftimio Bakıya səfər edəcək
    Cari ilin sentyabr ayında ATƏT Parlament Assambleyasının yeni sədri Petros Eftimioun Bakıya səfəri gözlənilir. KƏLAMİNFO xəbər verir ki, bu məlumatı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov verib.
    E. İbrahimov bildirib ki, P.Eftimiou ilə ATƏT PA-nın iqtisadiyyat komitəsində birgə fəaliyyət göstəriblər və onunla dostluq münasibətləri var. Milli Məclisin komitə sədri ATƏT PA-nın yeni sədrinin Azərbaycana dost münasibət bəsləyəcəyinə inamını ifadə edib.
    27.07.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak edib
    Bu gün prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Məlumat verilib ki, əsaslı şəkildə və müasir üslubda yenidən qurulmuş ikimərtəbəli binada şura üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın ümumi tikinti sahəsi zirzəmi ilə birlikdə 700 kvadratmetrdir. Ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılıb, binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə sistemləri quraşdırılıb. Binada xidməti otaqlarla yanaşı, konfrans zalı, müraciətlərin qəbulu, monitorinq qrupu və komissiyalar üçün otaqlar da yerləşir. Bina ilə tanışlıqdan sonra prezident İlham Əliyev Mətbuat Şurası idarə heyətinin üzvləri ilə görüşüb, onları həm Milli Mətbuat Günü, həm də yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, tövsiyələrini verib.
    23.07.10 Məqaləni oxumaq
     
    YAP Tovuz rayon təşkilatının VII konfransı keçirilib
    Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının VII konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, əvvəlcə konfrans nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsinin önünə əklil qoyub, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Konfransda qeyd olunub ki, rayon təşkilatı ötən dövrdə öz fəaliyyətini partiya sədrinin IV qurultaydakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətinə yönəldib və bu istiqamətdə xeyli uğurlar qazanıb. Konfransda təşkilati məsələyə baxılıb. Məzahir Bayramov YAP Tovuz rayon təşkilatının sədri seçilib.
    22.07.10 Məqaləni oxumaq
     
    Aydın Mirzəzadə: “Dünyanı nüvə təhlükəsi ilə bərabər separatizm təhlükəsi də gözləyir”
    “Nüvə sammitinin keçirilməsi ümumilikdə vacibdir. Çünki dünya belə bir təhlükə ilə üz-üzə qala bilər. Əgər nüvə silahı varsa, bu problem də mövcuddur”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə söyləyib. A.Mirzəzadə bildirib ki, dünyanı nüvə təhlükəsi gözlədiyi kimi, separatizm təhlükəsi də gözləyir. Onun sözlərinə görə, separatizm bu gun dünyanın qarşılaşdığı bir çox problemlərin kökündə dayanır. “Ona görə də beynəlxalq birlik bu problemin həllinə xüsusi diqqət yetirməlidir”,-deyə A.Mirzəzadə qeyd edib.
    22.07.10 Məqaləni oxumaq
     
    H.Orucov: “Dövlət dini duruma qanunsuz müdaxilənin qarşısını alır ”
    “Ölkədə dini durum sabit və normaldır. Dövlət öz vətəndaşlarının vicdan azadlığını tam təmin edir, dini duruma qanunsuz yollarla müdaxilə olunmasının qarşısını alır”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. H.Orucov qeyd edib ki, dövlət-din münasibətlərinin qanunvericilik bazasının möhkəmləndirilməsi, əsrlərdir mövcud olan tolerantlıq mühitinin qorunub saxlanılması, dini konfensiyalar və icmalar arasında əməkdaşlığın daha da gücləndirilməsi, dini dözümsüzlük meyillərinin baş qaldırmaması üçün lazımi tədbirlər həyata keçirilir. Komitə sədrinin sözlərinə görə, ölkəmiz tarixən sivilizasiyaların qovşağı olduğu üçün burada dünyanın böyük dinləri yayılıb, etnik-dini dözümlülük düşüncəsi formalaşıb. “Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, ayrı-ayrı din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayıblar. Bu hissin formalaşmasında tale ümumiliyinin də böyük rolu olub. Bu unikal gerçəkliyin yaranmasında və güclənməsində ölkəmizin əsas əhalisi olan azərbaycanlıların və İslamın böyük xidmətləri var.
    22.07.10 Məqaləni oxumaq
     
    Spiker Oqtay Əsədov Cenevrədə bir sıra ikitərəfli görüşlər keçirib
    Cenevrədə parlament spikerlərinin 3-cü Ümumdünya konfransında iştirak edən Milli Məclisin sədri Oqtay Əsədov tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Milli Məclisin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Qazaxıstan Senatının sədri Kasım Jomart Tokayevlə görüşdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi məsələləri diqqət mərkəzində olub. Qeyd olunub ki, tarixi köklərlə bir-birinə çox yaxın və bağlı olan xalqlarımız ölkə başçılarımızın səyi və iradəsi sayəsində daha dərin münasibətlər çərçivəsində öz əlaqələrini yüksələn xətlə inkişaf etdirməkdədir.
    21.07.10 Məqaləni oxumaq
     
    Politoloq Zəfər Quliyev: “Cənubi Qafqazda son 50 ildə ilk dəfə əlverişli geosiyasi vəziyyət yaranıb”
    Türkiyə-Ermənistan arasında olan dialoq nəticəsində sərhədlər açılmasa da, hazırkı proseslər göstərir ki, nəticəsiz də ötüşməyib. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Zəfər Quliyev açıqlama verib. Onun sözlərinə görə, ötən il ərzində bu iki ölkə arasında aparılan dialoqdan sonra, Ermənistan ictimaiyyəti artıq bir çox məsələlərdə düşünməyə başlayıb. “Erməni ictimaiyyəti artıq analiz etməyə başlayır ki, Rusiyadan asılılıq nə qədər sərfəlidir və bunun əvəzində artıq Ermənistan nə qazanır? Qərblə inteqrasiya üçün real imkanlardan istifadə etmək lazımdır, yoxsa yox? Artıq son bir il, bir il yarım ərzində Ermənistan ictimaiyyətində bu suallar müzakirə olunur. Bu müddət ərzində olan türk-erməni dialoqu və Qarabağla bağlı danışıqların intensivliyi bir çox siyasi dairələri də düşünməyə vadar edib. Onlar çalışır ki, yaranmış şanslardan istifadə edərək regionda balanslaşdırılmış xarici siyasət qura bilsinlər, Türkiyə-Ermənistan sərhədlərinin açılmasında və Qarabağ münaqişəsinin həllində uğurlu nəticə əldə edə bilsinlər.
    21.07.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb
    Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş Batumi hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Batumi hava limanında Gürcüstan prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs yola salıblar. Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan prezidenti İlham Əliyevi Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
    19.07.10 Məqaləni oxumaq
     
    Politoloq: “Ukraynada hazırkı hakimiyyət rəsmi Bakı ilə sıx təmasa daha çox maraqlıdır”
    Ukraynadakı yeni hakimiyyətin rusmeylli siyasətinin Azərbaycan-Rusiya münasibətlərində müsbət təsirləri çox olacaq. Buna Ukraynanın Azərbaycanla ənənvi olan sıx münasibətləri də əsas verir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Zəfər Quliyev söyləyib. Onun fikirincə, hazırkı Ukrayna prezidenti V.Yanukoviç çalışır ki, Rusiya kontekstində Azərbaycanla balanslaşdırılmış siyasət aparsın. “Bu nöqteyi-nəzərdən Azərbaycan-Ukrayna münasibətləri bütün sahələrdə balanşlaşdırılmış inkişafı ölkəmizin həm Avropaya inteqrasiyası prosesində, həm də postsovet məkanında bir çox məsələlərin müzakirəsində maraqlarını kifayət qədər müdafiə edər. Ümumi baxdıqda, Ukraynada hazırkı hakimiyyət rəsmi Bakı ilə sıx təmasda əvvəlki hakimiyyətlərdən də çox maraqlıdır. Hesab edirəm ki, belə güclü meyil, Rusiya ilə münasibətlərdə Azərbaycanın maraqlanın tam müdafiəsində də özünü göstərsin”,-deyə, politoloq vurğulayıb.
    19.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 192 193 194 195 196 197 198 199 200 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30