Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 191 192 193 194 195 196 197 198 199 » #
    M.Əhmədoğlu: “İranın DQ münaqişəsini tənzimləməsi ABŞ və Rusiyaya zərbədir”
    ABŞ və Rusiya Dağlıq Qarabağ (DQ) münaqişəsinin tənzimlənməsində İranın iştirakını sıfıra endirməklə öz ssenarilərini davam etdirmək istəyirlər. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Mübariz Əhmədoğlu bildirib. Poltoloqun fikirincə, mövcud ssenairilər münaqişənin tənzimlənməməsi, danışıqlar imitasiyasının davam etdirilməsinə istiqamətldənib. “İran DQ münaqişəsini tənzimləyərsə bu bir-neçə istiqamətdən ABŞ və Rusiyaya zərbədir. Bunlardan biri budur ki, ilk növbədə DQ müharibəsi ABŞ-ın hazırladığı ehtimali İran müharibəsinin vaxtını geriyə çəkmək istiqamətində dəyişə bilər. Digər tərəfədən İran ATƏT-in Minsk qrupunun həll edə bilmədiyi münaqişəni tənzimləməklə ABŞ və Rusiya qarşısında psixoloji üstünlük əldə edə bilər. Əgər bu hal baş tutarsa İran Ermənistanı proqnozlaşdırılan siyasət aparmağa təhrik edə bilər ki, bütün bunlar da Qərbin maraqlarına ziddir. Ancaq bir məsələdə də var ki, İranın DQ münaqişəsinə müdaxilə etmək imkanı xeyli azdır.
    09.08.10 Məqaləni oxumaq
     
    ABŞ Dövlət Departamenti: Azərbaycan terrorçuluğa qarşı mübarizədə fəal iştirak edir
    “Azərbaycan Qafqaz vasitəsilə çirkli pul vəsaitləri və canlı qüvvə keçirən terrorçu təşkilatlara qarşı fəal çıxış edir. Ölkə terrorçularla əlbir olanların zərərsizləşdirilməsi və onların fəaliyyətinin əngəllənməsi sahəsində cəhdlərini gücləndirib”. Bu barədə ABŞ Dövlət Departamentinin hazırladığı “2009-cu il ərzində terrorçuluğa dair ölkələr üzrə hesabat”da deyilir. Sənəddə bildirilir ki, 2009-cu ilin sonlarında Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin görülməsində daha ciddi maraq nümayiş etdirib və bu sahədə istintaq idarəsi yaradıb. İdarə özünün orta müddətli strateji planının hazırlanması, çirkli pulların yuyulması ilə mübarizə və bu sahədə informasiya sisteminin yaradılmasında texniki kömək almaq məqsədilə ABŞ-a müraciət edib. Hesabata əsasən Azərbaycan məlumat mübadiləsi, hüquq-mühafizə orqanları arasında əməkdaşlıqda iştirak edir, ABŞ-ın və Əfqanıstandakı beynəlxalq təhlükəsizliyə dəstək qüvvələrinin əməliyyatlarına dəstək verir, təyyarələrin Bakı hava limanına enməsinə və yanacaq götürməsinə şərait yaradır.
    06.08.10 Məqaləni oxumaq
     
    M.Əhmədoğlu: “Minsk qrupunun Ermənistana gücü çatmır”
    Bu gün Trend xəbərlər şirkətində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu iyul ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, politoloq Azərbaycan və Ermənistan arasında müharibənin labüd olduğunu qeyd edib. Onun sözlərinə görə, ATƏT-in Mink qrupu da etiraf edir ki, Ermənistana gücləri çatmır. “Əgər həmsədrlər vasitəçilikdən imtina etsələr müharibə Dağlıq Qarabağ hüdudlarıyla məhdudlaşacaq və kiçik müharibə olcaq. Böyük müharibə isə həmsədrlərin missiyalarından əl çəkmədikləri təqdirdə baş verəcək və Şimali Qafqaza, İrana da öz təsirini göstərəcək”,-deyən M.Əhmədoğlu Ermənistanın xarici siyasətinə dəyişiklik etdiyini də bildirib. O, hazırda Ermənistanın inteqrasiya üçün özünə siyasi partnyor kimi Rusiya və İranı deyil, NATO-nu seçdiyini bildirib. “Ermənistan konfliktdən pul qazanan dövlət olduğu üçün üzdə İranın maraqlarını müdafiə etsə də, əslində anti İran mərkəzidir. Digər tərəfdən isə Gürcüstanla əlaqələrini yaxşılaşdırsa da Ermənistan Gürcüstanla bağlı da müharibə ssenarisi hazırlayır”,-deyə politoloq vurğulayıb.
    06.08.10 Məqaləni oxumaq
     
    Dini ədəbiyyatlar ixtisaslaşdırılmış mağazalarda satılmalıdır
    Əvvəlki illərə nisbətən son dövrlər Azərbaycana gətirlən zərərli dini ədəbiyyatların statistikasında azalma müşahidə olunur. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətinin rəhbəri Saleh Aslanov söyləyib. Dini ədəbiyyatların və əşyaların ekspertizasının aparılması üçün Komitənin nəzdində müvafiq şöbənin fəaliyyət göstərdiyini vurğulayan S.Aslanov qeyd edib ki, dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi qaydaları haqqında DQİDK-nin təlimatı var və maraqlananlara həmin təlimat təqdim olunur. Onun sözlərinə görə, sözügedən təlimat dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışına DQİDK və yerli icra hakimiyyəti orqanları tərəfindən razılığın verilməsi qaydalarını müəyyən edir.
    03.08.10 Məqaləni oxumaq
     
    Metyu Brayzanın səfir təyin edilməsi ilə bağlı səsvermə keçiriləcək
    Sabah ABŞ Senatının Xarici əlaqələr komitəsində Metyu Brayzanın Azərbaycanda səfir vəzifəsinə namizədliyi üzrə səsvermə keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Senat komitəsinin rəsmi saytı yayıb. Bundan əvvəl Ermənistan KİV məlumat yayıb ki, M.Brayzanın adı 25 ölkədə səfir vəzifəsinə namizədlər siyahısında yoxdur. Senatda M.Brayzanın namizədliyinin müzakirəsi üzrə ilk dinləmələr iyulun 23-də keçirilib. Bundan əvvəl ABŞ konqresmenləri Solomon Ortiz, Maykl MakMahon, Mixail Konauey, Bil Şuster, Syu Mirik, Şelli Mur Kapito Konqresə Brayzanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə namizədliyini dəstəklədiklərini göstərən məktub göndəriblər. Konqresmenlər məktubda ABŞ-ın Azərbaycandakı səfirinin təyin edilməsi prosesinin tezləşdirilməsini xahiş ediblər və Barak Obama tərəfindən bu namizədliyin mayın 25-də irəli sürülməsinə razılıqlarını bildiriblər.
    03.08.10 Məqaləni oxumaq
     
    Sabah təmas xəttində monitorinq keçiriləcək
    Sabah ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonu Borsunlu kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyi mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Uilyam Proyor, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Xristo Xristov keçirəcəklər.
    02.08.10 Məqaləni oxumaq
     
    Tacikistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdədir
    Tacikistan Müdafiə Nazirliyi nümayəndə heyətinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) tanışlıq səfəri başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər. Tacikistan Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Bahrom Rüstəmovun Azərbaycana səfəri avqustun 1-də başlayıb. AAHM-da təhsil alan tacikistanlı 5 kursantın müşayiət etdiyi səfər avqustun 4-də yekunlaşacaq.
    02.08.10 Məqaləni oxumaq
     
    Minsk qrupunun həmsədrləri sentyabrda regiona gələcəklər
    ATƏT-in Minsk qrupunun həmsədrləri səfir İqor Popov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradke (ABŞ) Vyanada Minsk qrupuna daxil olan ölkələrin nümayəndələri üçün brifinq keçirib və bəyanat yayıblar. KƏLAMİNFO xəbər verir ki, brifinqdə Minsk qrupunun üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti, o cümlədən iyunun 17-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt Peterburqda görüşü, iyulun 17-də Minsk qrupuna həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə keçirilmiş görüşü, həmçinin Qrupa həmsədrlik edən ölkələrin Muskoka və Almatıdakı birgə bəyanatları barədə məlumat verilib. Həmsədrlər bildiriblər ki, münaqişə tərəflərinin göstərdiyi səylər aradakı fikir ayrılıqlarını qaldırmaq üçün yetərli deyildir və atəşkəsi möhkəmləndirmək və kompromis ruhu nümayiş etdirmək üçün əlavə tədbirlərə ehtiyac var. Münaqişə tərəflərinin səylərini dəstəkləmək məqsədilə, həmsədrlər sentyabrın əvvəlində münaqişə regionuna səfər etməyi planlaşdırırlar.
    30.07.10 Məqaləni oxumaq
     
    Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
    Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya RİTN-dən veriblər. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşdə tərəflər rabitə və informasiya texnologiyaları sektorunda birgə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
    29.07.10 Məqaləni oxumaq
     
    MQP sədri LİNKS-in eksperti ilə Dağlıq Qarabağ problemini müzakirə edib
    Milli Qurtuluş Partiyasının (MQP) başqanı Vüqar Bəyturan Avropa Birliyinin “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa Əməkdaşlığı” layihəsi çərçivəsində LİNKS təşkilatının eksperti Elin Kinnanderlə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MQP-nin mətbuat xidmətindən veriblər. Görüşdə ekspert Qarabağ probleminin həlli istiqamətində ortaya çıxan suallarla bağlı MQP-nin mövqeyini öyrənib. V.Bəyturan ATƏT-in Minsk Qrupunun fəaliyyəti, bu qrupda həmsədrlik edən ölkələrin ədalətli mövqe tutmamasını kəskin pisləyib. Münaqişənin yaranmasında və saxlanılmasında Ermənistandan daha çox Rusiyanın maraqlı olduğunu qeyd edən partiya rəhbəri Avropa dövlətlərini və ABŞ-ı məsələyə ədalətli və obyektiv yanaşmağa çağırıb.
    29.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 191 192 193 194 195 196 197 198 199 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30