Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 190 191 192 193 194 195 196 197 198 » #
    KTMT-yə üzv ölkələrin prezidentləri İrəvana toplaşacaq
    Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin prezidentləri İrəvana toplaşacaq. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, avqustun 20-də İrəvanda KTMT-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.
    Sammit çərçivəsində dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək, işçi müzakirələr təşkil olunacaq. Bundan başqa İrəvan və Göyçədə ikitərəfli görüşlər olacaq.
    Ermənistan prezidentinin mətbuat katibliyi, həmçinin bəyan edib ki, sammitin gündəliyində regional təhlükəsizlik, eləcə də təşkilata üzv ölkələrin müasir çağırışlar və təhlükələrə qarşı birgə əməkdaşlıq məsələləri də var.
    13.08.10 Məqaləni oxumaq
     
    MDB PA Azərbaycanda parlament seçkilərini izləyəcək
    MDB Parlamentlərarası Assambleyasının Beynəlxalq Müşahidəçilər qrupu payızda Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığı izləyəcək və səsvermə prosesini müşahidə edəcək.  KƏLAMİNFO xəbər verir ki, bu barədə  məlumatı MDB PA-nın mətbuat xidməti yayıb.
    Məlumatda bildirilir ki,  Milli Məclisin sədri Oqtay Əsədovun dəvəti ilə MDB PA-nın Beynəlxalq Müşahidəçilər qrupu cari ilin noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament  seçkilərinə hazırlığa nəzarət edəcək və səsverməni müşahidə edəcək.
    13.08.10 Məqaləni oxumaq
     
    Politoloq: “Münaqişənin sülh yolu ilə həlli çox ümüdsizdir”
    Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik edən ölkələr məsələnin dondurulmasına tərəfdardırlar. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində politoloq Zərdüşt Əlizadə söyləyib.
    Politoloq qeyd edib ki, ATƏT-in Minsk qurupu münaqişənin həlli ilə bağlı öz mandatını yerinə yetirib, lakin problemin nizamlanmasında öz qətiyyətini göstərə bilmir. “Ümumiyyətlə münaqişənin həllini vasitəçi ölkələr az qala həll edilməyəcək bir düyünə gətirib çıxarıblar. Hazırda problemin sülh yolu ilə həlli çox ümüdsiz görsənir. Məsələnin bu nöqtəyə çatmasında nazirlərin Almatı görüşü zamanı Rusiyanın təsiri az olmadı. Əkzinə mən deyərdim Ermənistandan daha çox regionda maraqlarını bərpa etmək üçün Rusiya problemin düyünə düşməsinə daha çox maraqlıdır. Belə vəziyyət Rusiyanın mənafeyinə xidmət edir”,-deyə politoloq vurğulayıb.
    13.08.10 Məqaləni oxumaq
     
    Hacı Surxay: “Ramazan insanların barışıq ayıdır”
    Ramazan ayının ilk günündə İçəri Şəhərdə yerləşən Cümə məscidi bayram havası var idi. KƏLAMİNFO xəbər verir ki, məsciddə insanlar kütləvi şəkildə şam namazı qılırdılar. Oruc tutan insanlar üçün təqribən 150 nəfərlik iftar süfrəsi açılvışdı. İftar süfrəsindən sonra xüsusi olaraq Ramazan ayının özünə məxsus duaları oxundu.
    Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Ramazan ayının fəzilətlərindən danışdı, insanlara dəyərli məsləhətlər verdi. Onun sözlərinə görə, on bir ayın sultanı olan Ramazan ayı insanların dostluq, barışıq, dözümlülük, saflıq və paklıq ayıdır.
    Cümə məscidinin axundu söylədi ki, oruc tutan bir insan, oruc tutmayan insan haqqında pis fikirdə olmamalı, buna əlavə olaraq da oruc tutmayan bir insan oruc tutan insanın yanında yeyib-içməməli, bu şəkildə ona hörmət etməlidir. Xüsusilə iftar vaxtları azanın oxunmasını gözləyən və mədəsi aclıqdan qovrulmuş orucluların yanında, azan oxunmadan yeməyə başlayan insanların oruc tutanlara hörməti mədəniyyətlə səbr etmək və iftardan sonra yemək onlara qarşı ən azı hörmətdir.
    13.08.10 Məqaləni oxumaq
     
    Ramazan ayının üçüncü gününün duası
    Oruc tutan bacı və qardaşlarımıza kömək məqsədilə gündəlik Ramazan təqvimini (13 avqust 2010) təqdim edirik.
    13 Ramazan 1431 – 13 avqust 2010.
    İmsaq: 05:31, İftar: 20:56
    Ramazan ayı boyunca hər gün iftar açarkən bu duanı oxumaq lazımdır: “Ya Allah, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənən təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey böyük məğfirət Sahibi! Günahlarımı bağışla!”
    13.08.10 Məqaləni oxumaq
     
    Gündəlik Ramazan təqvimi
    KƏLAMİNFO oruc tutan bacı və qardaşlarımıza kömək məqsədilə gündəlik Ramazan təqvimini (12 avqust 2010) təqdim edir. 12 Ramazan 1431 – 12 avqust 2010. İmsaq: 05.30, İftar: 20.58 Bu günün duası: İlahi, bu gün məni Öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi! Ayə: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər”. Bəqərə-186
    13.08.10 Məqaləni oxumaq
     
    Müqəddəs Ramazan ayı başladı
    Bu gündən bütün İslam aləmi üçün müqəddəs Ramazan ayı başlayıb. KƏLAMİNFO xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının Ramazan ayının başlanma ərəfəsində verdiyi fətvada qeyd olunub ki, bu il Orucluq bayramı miladi təqvimlə sentyabrın 9-u və ya 10-na təsadüf edəcək. Fətvada bildirilib ki, Allah yolunda orucluq tutanların Allah-Təala yanında ərci böyükdür: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi… Həzrət Mühəmmədin (s) mübarək hədisi-şərifində buyurulur ki, Adəm oğlunun hər əməli özü üçündür. Təkcə orucluqdan başqa. Orucluq Allah üçündür, əvəzini də Allah verir”. QMİ Ramazan ayında oruc tutanlara kömək məqsədilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb. Oruc və namaz vaxtları ayrı-ayrı qurumlar tərəfindən hazırlanan, təfriqə yaradan cədvəllərə deyil, Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanan, elmə əsaslanan, milli-mənəvi birliyə xidmət edən cədvələ müvafiq nizamlamaq tövsiyə olunur. Cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə edilib. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 24-dən 25-nə və 26-dan 27-nə keçən gecələrə təsadüf edir.
    12.08.10 Məqaləni oxumaq
     
    Erməni deputat: “Ermənistan təcili KTMT-ni tərk etməlidir”
    Ermənistan təcili olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməlidir. Artıq ermənilər üçün bu təşkilat qarant deyil. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı Stepan Safaryan bəyan edib. O, bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaqla, özünü təhlükəsizlikdə hiss edə bilməz. “Rusiya ilə Azərbaycan aydın olmayan oyunlara başlayıb. Rəsmi Moskvanın başında durduğu KTMT bizim təhlükəsizliyimizə artıq cavab vermir. Əgər Ermənistanın strateji müttəfiqi İrəvanla münaqişə vəziyyətində olan hansısa ölkəyə C-300 zenit-raket kompleksi satırsa, bu, düşünmək üçün ciddi əsaslar verir”,-deyə erməni deputat qeyd edib.
    11.08.10 Məqaləni oxumaq
     
    Prezident Xətai rayonunda parkda yaradılan şəraitlə tanış olub
    Bu gün prezident İlham Əliyev Bakının Xətai rayonunda, Zığ yolunun kənarında əsaslı surətdə yenidən qurulmuş mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olub. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyevə məlumat verilib ki, parkın ərazisi 2,3 hektardır və onun 1,5 hektarı yaşıllaşdırılıb. Burada 5 min müxtəlif ağac və gül kolları əkilib, əyləncə qurğuları, kölgəliklər quraşdırılıb, uşaq oyun kompleksləri düzəldilib. Parkda müxtəlif formalı 70-ə qədər oturacaq, müasir işıqlandırma sistemi, fəvvarələr quraşdırılıb. Parkdaxili piyada yolları salınıb, transformator məntəqəsi tikilib, su quyusu qazılıb, ərazidə suvarma sistemi quraşdırılıb, su anbarı inşa edilib. Parkın ətrafındakı binalarda da yenidənqurma işləri aparılıb, fasadlar rənglənib. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
    11.08.10 Məqaləni oxumaq
     
    Şeyxülislam Allahşükür Paşazadə Çeçenistana gedir
    Sabah Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə Çeçenistan müftisinin seçilməsində və Qafqaz Üləmaları Şurasının seçkilərində iştirak etmək üçün Qroznıya səfər edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-dən veriblər. Səfər zamanı Bütün Qafqazın Şeyxi Çeçenistan müftisinin seçilməsində iştirak edəcək və bir sıra görüşlər keçiricək.
    10.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 190 191 192 193 194 195 196 197 198 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30