Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 188 189 190 191 192 193 194 195 196 » #
    Bazar ertəsinin Ramazan təqvimi
    Hicri təqvimi – 1431, Miladi təqvimi – 30 avqust 2010-cu il. Ramazan ayının 20-ci günü. Sübh namazı İmsaq: 05:52, Axşam namazı iftar: 20:31. Bu günün duası: (“Allahumməftəh li fihi əbvabəl-cinan.Və əğliq ənni fihi əbvabən-niran. Və vəffiqni fihi litilavətil-Quran. Ya munziləs-səkinəti fi qulubil muminin”.)

    (İlahi, bu gün mənim üzümə Cənnət qapılarını açıb Cəhənnəm qapılarını bağla! Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə rahatlıq bəxş edən Allah!)
    Qeyd edək ki, imsaq və iftar vaxtları Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən müəyyən edilmiş təqvim əsasında yazılır.
    Xatırladaq ki, İmsak vaxtının son həddi sübh namazının vaxtından 20 dəqqiqə əvvəldir.
    31.08.10 Məqaləni oxumaq
     
    MSK-nın sifarişi ilə 2000 təşviqat lövhəsi hazırlanıb
    Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının sifarişi ilə 2000 təşviqat lövhəsi hazırlanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-nın Təşkilat şöbəsinin müdiri Zemfira Eminova verib. Z.Eminova bildirib ki, hazırlanan lövhələr müvafiq yerlərdə yerləşdiriləcək. O, lövhələrin yaxın günlərdə həmin yerlərə göndəriləcəyini söyləyib.
    28.08.10 Məqaləni oxumaq
     
    “Moskva Azərbaycan-Ermənistan arasında sənəd imzalanmasına cəhd edir”
    Rusiyanın Ermənistanla olan son müqaviləsi, Moskvanın post-sovet məkanında uzun müddətli strategiyasını və həmçinin Azərbaycanın Ermənistanla etmək istədiyi müharibənin ehtimal xaricində olduğunu ortaya qoydu. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunları “Carnegie Moscow Center”in rəhbəri, ekspert Dmitri Terin bəyan edib. Onun fikirincə, bu müqavilə həm də Ermənistanın uzun müddətə ərazi bütövlüyünün təminatçısıdır. “Ermənistan artıq Rusiyadan lazım olan təminatları alıb. Azərbaycan da bu addımı atsa, onun üçün perspektivli olardı. Çünki, ən azı hazırda Dağlıq Qarabağ məsələsi gərgin durumdadır. Bakı birdəfəlik anlamalıdır ki, müharibə onun mənfəətlərinin təminatçısı deyil. Moskvanın da hazırkı cəhdi odur ki, nə olur olsun Azərbaycan-Ermənistan arasında sülh sənədi imzalatsın”,-deyə ekspert açıqlayıb.
    27.08.10 Məqaləni oxumaq
     
    Cümə axşamının Ramazan təqvimi
    Hicri təqvimi – 1431, Miladi təqvimi – 26 avqust 2010-cu il. Ramazan ayının 16-cu günü. Sübh namazı İmsaq: 05:47, Axşam namazı iftar: 20:37. Bu günün duası: (“Allahummə vəffəiqni fihi limuvaqətil-əbrar. Və cənnibni fihi murfəqətəl-əşrar. Bi ilahiyyətikə ya ilahəl-aləmin”). (İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlarından uzaqlaşdır! Səni Allahlığına and verirəm, Öz rəhmətinlə məni əbədi məkan olan Cənnətinlə mükafatlandır! Ey aləmlərin Allahı!) Qeyd edək ki, imsaq və iftar vaxtları Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən müəyyən edilmiş təqvim əsasında yazılır. Xatırladaq ki, İmsak vaxtının son həddi sübh namazının vaxtından 20 dəqqiqə əvvəldir.
    26.08.10 Məqaləni oxumaq
     
    Ə.Həsənov: “Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər”
    â€śİşğalçı Ermənistanla Türkiyənin sərhədlərinin açılması nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına cavab verir. Hər iki halda bu, işğalçı rejimin bir az da olsa əl-qolunun açılmasına, danışıqlarda daha da qeyri-konstruktiv mövqeyə yuvarlanmasına səbəb olacaq. Biz bu mövqeyimizi Türkiyə rəsmilərinin də diqqətinə çatdırmışıq”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə.Həsənov bununla bağlı Türkiyə rəsmilərinin müvafiq açıqlamalarının olduğunu da xatırladıb: “Hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğan, prezident Abdullah Gül və Türkiyənin digər rəsmiləri dəfələrlə bəyan ediblər ki, nə vaxta qədər Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları ilə bağlı məsələdə konstruktiv mövqeyə gəlməyib, bu problem həll olunmayıb, iki ölkə arasındakı sərhədlər açılmayacaq. Biz Türkiyə rəsmilərinin sözlərinə inanırıq və düşünürük ki, ortaya qoyulmuş şərtlər təyin olunmayana qədər Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Fərqi yoxdur, istər NATO-nun tələbi olsun, istər ATƏT-in, Avropa Şurasının, ya da hansısa fövqəldövlətin tələbi olsun“,-deyə PA-nın rəsmisi vurğulayıb.
    25.08.10 Məqaləni oxumaq
     
    Çərşənbə gününün Ramazan təqvimi
    Hicri təqvimi – 1431, Miladi təqvimi – 25 avqust 2010-cu il. Ramazan ayının 15-cu günü. Sübh namazı İmsaq: 05.46, Axşam namazı iftar: 20.39 Bu günün duası: (“Allahummərzuqni fihi taətil-xaşiin.vəşrih fihi sədri bi-inabətil-muxbitin. Və əmanikə ya əmanəl-xaifin”). (“İlahi, bu gün qəlbində Allah qorxusu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!) Qeyd edək ki, imsaq və iftar vaxtları Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən müəyyən edilmiş təqvim əsasında yazılır. Xatırladaq ki, İmsak vaxtının son həddi sübh namazının vaxtından 20 dəqqiqə əvvəldir.
    25.08.10 Məqaləni oxumaq
     
    Ə.Həsənov: “Seçkilərin işıqlandırılmasında bütün imkanlardan istifadə olunacaq”
    “Noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərində KİV-in fəaliyyətini məhdudlaşdıran heç bir administrativ resursdan istifadə olunmayacaq”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə “Seçkilərin mediada əks etdirilməsi” mövzusunda keçirilən Dəyirmi masada çıxışı zamanı Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə. Həsənov qeyd edib ki, seçkilərin işıqlandırılmasında Seçki Məcəlləsində göstərilən bütün imkanlardan istifadə olunacaq. “Özəl mətbuatın seçkilərdə fəaliyyəti üçün heç bir məhdudiyyət qoyulmayacaq. İTV-də bütün namizədlərə şərait yaradılacaq. Biz bu prosesin şəffaf keçirilməsini istəyirik. Təəssüflər olsun ki, seçki prosesi ilə seçkidən sonrakı vəziyyət fərqlidir. Seçki prosesində hamı prosesin normal olduğunu deyir. Nəticələr açıqlanandan sonra isə qalib gələ bilməyənlər deyir ki, saxtakarlıq, problem var”,-deyə Ə.Həsənov vurğulayıb.
    25.08.10 Məqaləni oxumaq
     
    Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq
    Üçüncü çağırış Milli Məclisin sonuncu payız sessiyası öz işinə sentyabrın 30-da başlayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentin mətbuat katibliyindən veriblər.
    Parlamentin komitələri isə sentyabrın 15-də fəaliyyətə başlayacaq. Komitələrdə payız sessiyasının gündəliyinə çıxarılacaq qanun layihələrinə baxılacaq, iş planı müəyyən ediləcək.
    Payız sessiyasında müzakirə olunacaq əsas sənədlərdən biri “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə paketinə daxil olan digər sənədlər olacaq. Bununla yanaşı, sessiya dövründə bir sıra qanunlara əlavə və dəyişikliklərin ediləcəyi, beynəlxalq sənədlərin təsdiqlənəcəyi də gözlənilir.
    24.08.10 Məqaləni oxumaq
     
    DQİDK-ya məscid tikintisi ilə bağlı çoxlu müraciətlər daxil olur
    Ölkədə dini ibadət ocaqları, o cümlədən məscidlər, sinaqoqların inşası, bərpası və təmiri ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) mütəmadi müraciətlər daxil olur. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində DQİDK-nin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov söyləyib. Cari il təkcə İçərişəhər Məhəmməd məscidinin təmiri ilə bağlı layihəyə DQİDK tərəfindən müsbət rəy verildiyini xatırladan S.Aslanov qeyd edib ki, digər müraciətlər də Komitənin nəzdində yaradılan yeni Şura tərəfindən araşdırılır. Onun sözlərinə görə, sənədlərində noqsanlar olduğu üçün bir neçə müraciət geri qaytarılıb. S.Aslanov qeyd edib ki, geri qaytarılan müraciətlərdəki nöqsanlar aradan qaldırıldıqdan sonra həmin müraciətlərə qurum tərəfindən yenidən baxıla bilər. Qeyd edək ki, dini ibadət ocaqlarının tikilməsi, təmiri ilə bağlı Komitəyə nə qədər müraciətin daxil olduğu barədə məlumat verilməyib. Xatırladaq ki, bir neçə ay öncə dini ibadət yerinin tikintisi və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpası, əsaslı təmiri) məqsədəuyğunluğunu daha obyektiv araşdırmaq üçün DQİDK sədri yanında Şura yaradılıb.
    21.08.10 Məqaləni oxumaq
     
    Cümə gününün Ramazan təqvimi
    Hicri təqvimi – 1431, Miladi təqvimi – 20 avqust 2010-cu il. Ramazan ayının 10-cu günü. Sübh namazı İmsaq: 05.40. Axşam namazı iftar: 20:46. 10-cu günün duası: (“Allahumməcəlni fihi minəl-mutəvəkkilinə ələyk. Vəcəlni fihi minəl-faizinə lədəyk. Vəcəlni fihi minəl-muqərrəbinə iləyk. Biihsanikə ya ğayətəl-talibin”). (“İlahi, bu gün məni Sənə təvəkkül edənlərdən, Sənin nəzdində feyz və səadət tapanlardan, Sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey Sənə can atanların son məqsədi!”) Qeyd edək ki, imsaq və iftar vaxtları Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən müəyyən edilmiş təqvim əsasında yazılır. Xatırladaq ki, İmsak vaxtının son həddi sübh namazının vaxtından 20 dəqqiqə əvvəldir.
    20.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 188 189 190 191 192 193 194 195 196 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30