Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  187 188 189 190 191 192 193 194 195  #
    Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olub
    Bu gün Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olub. KƏLAMİNFO xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
    Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

    Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ruisya prezidenti Dmitri Medvedevi və xanımı Svetlana Medvedevanı səmimiyyətlə qarşılayıblar.
    05.09.10 Məqaləni oxumaq
     
    Prezidentlərin təkbətək görüşü olub
    Bu gün Prezident İlham Əliyevin Azərbaycanda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedevlə təkbətək görüşü olub. KƏLAMİNFO xəbər verir ki, görüşdə Rusiya-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ problemi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    05.09.10 Məqaləni oxumaq
     
    Azərbaycan və Rusiyanın birinci xanımları göruşüb
    Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Rusiyanın birinci xanımı Svetlana Medvedeva ilə görüşü olub. KƏLAMİNFO xəbər verir ki, görüşdən sonra prezidentlərin xanımları “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehrli ilmələr” qalereyasında olublar.
    Müəssisə ilə tanış olan Rusiyanın birinci xanımına məlumat verilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşidləri barədə yazılı məlumatlar verib, bütün Şərqdə məşhur olduğunu bildiriblər.
    04.09.10 Məqaləni oxumaq
     
    Həcc ziyarətinə sənəd qəbulu davam edir
    Azərbaycandan Həcc ziyarətinə gedənlərin kvotası və marşrutunda dəyişiklik olunmayıb. Növbəti Həcc ziyarəti mövsümünə sənəd qəbulu hazırda davam edir və sentyabr ayının əvvəllərinə qədər sənəd qəbulu davam edəcək. Ümumilikdə, Həcc kvotasında heç bir dəyişiklik olmayıb, keçən il olduğu kimi, bu il də 2 000 nəfərin Həcc ziyarətinə yola düşəcəyi gözlənilir. Qiymətlərdə də elə bir dəyişiklik yoxdur, təyyarə ilə gedənlər üçün 3 500 manat, avtobusla yola düşmək istəyənlər üçün isə 2 500 manat nəzərdə tutulub. Bu barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib.
    R.Dadaşova deyib ki, avtobusların marşrutu ötən il olduğu kimi, yenə də Türkiyə, Suriya, İordaniya və Səudiyyə Ərəbistanı istiqamətidir. Azərbaycandan gedənlərin Suriyada da olan müqəddəs ziyarətgahları (məkanları) ziyarət etmək imkanları olacaq.
    QMİ rəsmisi deyib ki, ziyarətə gedənlərə bu il yaş məhdudiyyəti qoyulmayacaq.
    04.09.10 Məqaləni oxumaq
     
    Şeyx Kirillə görüşdü
    Avqustun 24-də Rusiyanın paytaxtında Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə arasında ikitərəfli görüş oldu.

    Görüşdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun meyitinin qaytarılmasına Moskva və Bütün Rusiyanın Patriarxı tərəfindən kömək məsələsinin qaldırılıb-qaldırılmaması barədə Azərbaycan jurnalistinin sualına Patriarx Kirill belə cavab verib: “Mən möhtərəm Şeyxülislam Hacı Allahşükür Paşazadədən məktub almışam və öz tərəfimdən bütün zəruri addımları atacağam. Lakin məlum olduğu kimi, bu məsələ təkcə bir ölkədə həll edilmir. Burada bəzi məsləhətləşmələr aparmaq lazım gələcək. Görək, nəticəsi nə olacaq”.
    04.09.10 Məqaləni oxumaq
     
    Qazilər Şurası toplandı
    Qafqaz Müsəlmanları İdarəsi din xadimlərinə fəaliyyətlərinə icazə verən vəsiqələr paylayacaq. Bu haqda QMİ-nin sədri Hacı Allahşükür Paşazadə Qazilər Şurasının son toplantısında məlumat verib.
    Bütün Qafqazın Şeyxi qeyd edib ki, mollaların attestasiyadan keçirilməsi işi bütün regionlarda təşkil olunacaq.
    Onun sözlərinə görə, axund, imam, rozəxan və amileyi-mut vəzifələri üzrə imtahandan keçən dindarlara vəsiqə veriləcək. Onların hansı vəzifə üzrə işləmələri həmin vəsiqələrdə qeyd olunacaq.
    03.09.10 Məqaləni oxumaq
     
    Şeyx KİV-ə müraciət etdi
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Ramazan ayı başlayan ərəfədə Azərbaycanda fəaliyyət göstərən telekanalların rəhbərlərinə müraciət edib.
    Şeyxin müraciətində telekanallara tövsiyyə olunub ki, mübarək Ramazan ayı müddətində  televiziya verilişlərinin hazırlanması zamanı milli və dini dəyərlərimizə ehtiram göstərilsin.
    03.09.10 Məqaləni oxumaq
     
    Dövlət bayrağı meydanı
    Sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi oldu.
    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etdilər.
    Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının yaradılması münasibətilə təbriklərini çatdırdı. Böyük bir sahəni əhatə edən Dövlət Bayrağı Meydanının əhəmiyyətindən danışan dövlət başçısı dedi ki, dünyanın ən hündür bayraq dirəyi bu gün paytaxtın bütün nöqtələrindən görünür və gələcəkdə meydanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılacaq.

    Azərbaycanın istənilən memarlıq nümunəsini yaratmağa imkanı olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, onun Sərəncamına əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.
    03.09.10 Məqaləni oxumaq
     
    İraqın Azərbaycandakı səfirliyi iftar süfrəsi təşkil edib
    İraqın Azərbaycandakı səfirliyi müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib. KƏLAMİNFO xəbər verir ki, mərasimdə dualar oxunub, on bir ayın sultanı mübarək Ramazan ayının əhəmiyyəti haqqında danışılıb. İftar mərasimində müsəlman ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri, din xadimləri, ziyalılar, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    03.09.10 Məqaləni oxumaq
     
    D.Medvedev Bakıya rəsmi səfərə gəlir
    Bu gün Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlir. KƏLAMİNFO xəbər verir ki, səfər çərçivəsində ikitərəfli ticari-iqtisadi əməkdaşlıq, eləcə də, Xəzərdə tərəflərin qarşılıqlı əlaqələri məsələləri müzakirə ediləcək. Rusiyanın dövlət başçısının köməkçisi Sergey Prixodko jurnalistlərə müsahibəsində bildirib ki, səfər zamanı dövlət sərhədi ilə bağlı müqavilə, eləcə də transsərhəd Samur çayından rasional istifadə və su resurslarının mühafizəsi ilə bağlı saziş imzalanacaq. S.Prixodko qeyd edib ki, Azərbaycan Rusiyanın dövlət sərhədi haqqında müqavilə bağladığı ilk ölkə olacaq.
    02.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  187 188 189 190 191 192 193 194 195  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30