Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 186 187 188 189 190 191 192 193 194 » #
    P.Semnebi: “Avropa İttifaqı narahatdır”
    Avropa İttifaqı cəbhə xəttində baş verən hadisələrdən narahatdır. KƏLAMİNFO xəbər verir ki, belə bir bəyanatla Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi çıxış edib. P.Semnebi bildirib ki, son vaxtlar cəbhədə atəşkəsin tez-tez pozulması və baş verən digər insidentlər bizi narahat edir. “Sülh danışıqlarına diqqəti cəmləmək üçün bunu yaxşı istiqamətə yönəltmək lazımdır. Azərbaycan əsgərinin nəşinin qaytarılması ilə bağlı məsələyə gəldikdə isə, mən detalları şərh etmək istəmirəm. Çünki bu ATƏT-in, bu məsələ ilə məşğul olan başqa humanitar təşkilatların işidir”,-deyə P.Semnebi vurğulayıb.
    07.09.10 Məqaləni oxumaq
     
    Niderland Senatının sədri Rene van der Linden Azərbaycana gəlir
    Sabah Niderland Krallığı Senatının sədri Rene van der Linden Azərbaycana səfərə gələcək. Milli Məclisin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycanla Niderland Krallığı parlamentləri arasında əlaqələrin inkişafına, eləcə də digər sahələrdə münasibətlərimizin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır.
    Səfər çərçivəsində Rene van der Linden Milli Məclisin sədri Oqtay Əsədov, Beynəlxalq münasibətlər və parlamentlərarası komitənin üzvləri və digər rəsmi şəxslərlə görüşəcək.
    Niderlan Krallığı Senatının sədri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycanın tarixi-mədəniyyət abidələri ilə tanış olacaq.
    Səfər sentyabrın 10-da başa çatacaq.
    06.09.10 Məqaləni oxumaq
     
    Ramazan bayramı “Cümə məscidi”ndə geniş qeyd olunacaq
    Hər bir müsəlmanın sevinc və səbirsizliklə gözlədiyi Müqəddəs Ramazan bayramı İçəri şəhər “Cümə məscidi”ndə əvvəlki illərdən daha geniş və təmtəraqla keçirilir. Bununla əlaqədar İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu bu bayrama məscidin icması tərəfindən xüsusi hazırlıq görülüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səbail RİH-dən veriblər.
    İçəri şəhər “Cümə məscidi”nin axundu Hacı Surxay Məmmədlinin sözlərinə görə, ilk dəfədir ki, Ramazanın bütün günlərində məsciddə icma üzvləri və imkansızlar üçün iftar süfrələri təşkil olunub. “İftar süfrələrinin keçirilməsi üçün imkanlı qardaşlarımızın köməyi, həmçinin “Cümə məscidi” dini icmasının üzvlərinin yaxınlan iştirakı ilə müvafiq tədarük görülüb, həmçinin imkansız, kasıb, xəstə, əlil qardaş və bacılarımızı, onların ailələrini sevindirmək məqsədilə onlara ərzaq payları paylanılıb”,-deyə məlumatda bildirilib.
    06.09.10 Məqaləni oxumaq
     
    “M.Brayzanın gecikdirilməsi ABŞ siyasi sisteminin məhsludur”
    Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfir kimi təyinatının Konqresdə gecikidirilməsi bu ölkənin ənənvi siyasi sisteminin növbəti bariz nümunəsidir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib.
    Politoloqun fikirincə, Vaşinqtonun düşünülmüş siyasi sitemi imkan verir ki, lazım olan anda Konqresdə belə mübahisəli məsələlər olsun. “Bu Konqres tarixində müxtəlif məsələlərdə özünü göstərib. M.Brayzanın da Azərbaycana gəlişi məsələsi onlardan biridir. Üstəlik bu gecikməyə namizədin özünün vaxtila buraxdığı siyasi səhflər də səbəbdir.
    06.09.10 Məqaləni oxumaq
     
    Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentlərinin görüşü keçiriləcək
    Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentlərinin görüşü keçiriləcək. KƏLAMİNFO Gürcü mənbələrinə istinadən xəbər verir ki, prezidentlər Avropaya qaz tədarükünün birgə layihəsini müzakirə edəcəklər.
    Qeyd edək ki, prezidentlər İlham Əliyev-Mixail Saakaşvili-Trayan Beseskunun görüşü üçün nəzərdə tutulmuş bütün lazımi sənədləri razılaşdırmaq üçün bu gün Bakıda işçi qruplarının, sentyabrın 13-də isə üç ölkənin energetika nazirləri səviyyəsində görüşlər keçiriləcək.
    Xatırladaq ki, mayeləşdirilmiş qazın emalı və nəqli sahəsində əməkdaşlıq haqqında AGRI layihəsi üzrə Memorandum cari ilin aprel ayının 13-də Buxarestdə imzalanıb.
    06.09.10 Məqaləni oxumaq
     
    Bilgə Cankorel parlamentə ümid edir
    Ümid edirik ki, parlament seçkilərindən sonra Milli Məclis ölkədə media azadlığının inkişafına müsbət təsir edəcək “Diffamasiya haqqında” Qanunun müzakirəsinə başlayacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında ATƏT-in Bakı ofisinin rəhbəri Bilgə Cankorel söyləyib.
    Səfir KİV-lə bağlı məsələlərin Azərbaycan hakimiyyətinin təmsilçiləri ilə mütəmadi müzakirə olunduğunu qeyd edib. Təmsil etdiyi qurumla Mətbuat Şurasının həyata keçirdiyi birgə layihə çərçivəsində hazırlanan “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nı şərh edən B.Cankorel  bildirib ki, yeni variant Azərbaycan mətbuatının inkişafına daha bir təkan vermiş olacaq. O,  ümid etdiyini bildirib ki, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” və bu standartlara dair Mətbuat Şurasının yenilənmiş öhdəlikləri Azərbaycanda təhqir, böhtan və diffamasiyanın dekriminallaşdırılmasına təkan verəcək.
    06.09.10 Məqaləni oxumaq
     
    Bu gün Piter Semnebi Bakıda görüşlərə başlayır
    Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıya gəlib. KƏLAMİNFO xəbər verir ki, bu gündən P.Semnebi Azərbaycan hakimiyyəti ilə məsləhətləşmələr aparacaq, Dağlıq Qarabağın Azərbaycanlı İcması, siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Görüşlərdə Azərbaycanda və Cənubi Qafqaz regionunda baş vermiş son hadisələrə, eləcə də cari ilin noyabrında ölkəmizdə keçiriləcək parlament seçkilərinə hazırlıq və s. məsələlərin müzakirəsi nəzərdə tutulub.
    06.09.10 Məqaləni oxumaq
     
    Azərbaycan parlament nümayəndə heyəti Londonda səfərdədir
    Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Çingiz Əsədullayev, Aydın Abbasov, Fuad Muradov və parlament Aparatının rəhbəri Səfa Mirzəyev Londonda səfərdədir. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti Böyük Britaniya parlamentində fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupunun üzvləri, parlamentin deputatları, qanunvericilik orqanı katibliyinin rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə qarşılıqlı əməkdaşlığın perspektivləri, parlamentlərarası əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə seçki sistemi və digər mövzularda fikir mübadiləsi aparılacaq.
    06.09.10 Məqaləni oxumaq
     
    Bernar Fasie Bakıya gəlib
    ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie Bakıya gəlib. KƏLAMİNFO xəbər verir ki, İqor Popov (Rusiya) və Robert Bradtkenin (ABŞ) də bu gün Bakıya gələcəyi gözlənilir. Sabah isə vasitəçilər Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcəklər. Səfərin əsas məqsədi işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda qeyri-qanuni məskunlaşmanı araşdırmaq üçün yaranacaq fakt-araşdırıcı missiyanın detallarını müzakirə etməkdir. Sentyabrın 8-9-da vasitəçilər İrəvan və Xankəndində analoji görüşlər keçirəcəklər.
    06.09.10 Məqaləni oxumaq
     
    Bazar ertəsinin Ramazan təqvimi
    Hicri təqvimi – 1431, Miladi təqvimi – 6 sentyabr 2010-cu il. Ramazan ayının 27-ci günü. Sübh namazı İmsaq: 06:00, Axşam namazı iftar: 20:19 Bu günün duası: (“Allahummərzuqni fihi fəzlə ləylətil-qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihissalihin”). (İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim üçün işlərimi çətinlikdən asanlığa yönəlt! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!) Qeyd edək ki, imsaq və iftar vaxtları Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən müəyyən edilmiş təqvim əsasında yazılır. Xatırladaq ki, İmsak vaxtının son həddi sübh namazının vaxtından 20 dəqqiqə əvvəldir.
    06.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 186 187 188 189 190 191 192 193 194 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30