Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 184 185 186 187 188 189 190 191 192 » #
    Sabah Daşkəntdə hökumətlərarası Komissiyanın iclası keçiriləcək
    Sabah Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək. Nəqliyyat Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, komissiyanın iclasında nazir müavini Musa Pənahov, ekspertlər qrupunun iclasında isə Nəqliyyat Nazirliyinin nümayəndəsinin iştirakı nəzərdə tutulub.
    20.09.10 Məqaləni oxumaq
     
    TürkPA parlament aparatının rəhbərləri Fəxri Xiyabanda olublar
    Azərbaycanda səfərdə olan Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv dövlətlərin parlament aparatlarının rəhbərləri bu gün Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə Böyük Millət Məclisinin baş katibi Sadettin Kalkan və Qazaxıstan Senatı Aparatının rəhbəri Murat Nurtleuov ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
    20.09.10 Məqaləni oxumaq
     
    G.Hacıbəyli Mokedoniyada AŞPA-nın iclasında iştirak edir
    Milli Məclisin deputatı Gültəkin Hacıbəyli Makedoniyanın Skopye AŞPA-nın Miqrasiya, qaçqınlar və əhali üzrə komitəsinin iclasında iştirak edir. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə quruma üzv olan dövlətlərdə siyasi sığınacaq axtaran qaraçı millətinə mənsub şəxslər barədə məsələyə baxılacaq. “Makedoniyada miqrasiya və demoqrafik çağırışlar”, “Ekstradisiya hallarında qaçqınlara və miqrantlara ziyan dəyməsi hallarının qarşısının alınması”, “Himayə olunmayan azyaşlıların Avropadakı durumu” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq. İstismar məqsədilə insan alverinə dair dinləmələr olacaq. AŞPA-nın komitə iclasında deputatımızın “Avropanın demoqrafik gələcəyi və miqrasiya” mövzusunda məruzəsinin ilkin layihəsi müzakirə ediləcək. Səfər sentyabrın 23-də başa çatacaq.
    20.09.10 Məqaləni oxumaq
     
    “Bakı DQ-la bağlı danışıqları dayandıra bilər”
    Hazırki reallıq ondan ibarətdir ki, Dağlıq Qarabağla (DQ) bağlı danışıqlarda heç bir nəticə ortada yoxdur, əslində Ermənistandan bunu gözləmək də yersizdir. Sadəcə reallığı qəbul eləməyin vaxtı yetişib. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Onun sözlərinə görə, Rusiya prezidentinin Bakıya səfərindən sonra həmsədrlərin regiona növbəti səfər etsələr də vəziyyət Azərbaycan üçün dəyişməyib və bu gedişlə dəyişməyəcək də. “Bunlar hamısı görüntü xarakteri daşıyır. Bu “baş aldatma” ilə ya Azərbaycanı hansısa mürəkkəb bir vəziyyətə salmaq istəyirlər, ya da dolayı yolla məsələni dondurmaq istəyirlər. Yəni, bu gündən sonra təxminən 18- 20 il də bu problem donmuş vəziyyətdə qalsın ki, maraqlı iri güclər bundan öz diplomatiyaları üçün istifadə edə bilsinlər. Əlbbəttə, Bakı belə faktlara biganə qala bilməz.
    20.09.10 Məqaləni oxumaq
     
    Prezident: “DQ probleminin həlli ilə bağlı heç bir nəticə yoxdur”
    “Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulub. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı”. KƏLAMİNFO xəbər verir ki, bunu prezident İlham Əliyev İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında çıxışı zamanı bildirib. “Ancaq buna baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyil. Bizi birləşdirən aramızdakı münasibətlər, qardaşlıq, ortaq keçmişimizdir və bu günümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz güclənib, formalaşıb, dövlətçiliyimizin əsasları qurulub. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək”,- deyə prezident İlham Əliyev vurğulayıb. Dövlət başçısı qeyd edib ki, bizi ortaq tarix, ortaq mədəniyyət birləşdirir.
    18.09.10 Məqaləni oxumaq
     
    ADP Quranın yandırılmasını qətiyyətlə pisləyir
    Azərbaycan Demokrat Partiyası ABŞ vətəndaşı olan keşişin müqəddəs Quranı yandırmasını qətiyyətlə pisləyir, bu hadisəni bütün səmavi kitablara və dinlərə qarşı həqarət və provokasiya kimi qiymətləndirib. KƏLAMİNFO xəbər verir ki, bu barədə ADP-nin mətbuat xidmətinin yaydığı açığlamada deyilir. ADP hesab edir ki, aksiyasının baş tutmasında bu ölkənin adminstrasiyası da günahkardır və bu aksiyanın baş tutmaması üçün lazım olan bütün tədbirləri həyata keçirməyib.
    17.09.10 Məqaləni oxumaq
     
    QMİ Quranın təhqirini mənəviyyatsız addım adlandırır
    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ABŞ-da Qurani-Kərimin təhqir edilməsi barədə açıqlama yayıb. KƏLAMİNFO xəbər verir ki, QMİ-nin yaydığı açıqlamada bildirilir ki, İslamın müqəddəs kitabı Qurani-Kərimin təhqir edilməsi, ondan tonqal qalanacağı təhdidi ilə bağlı yayılan xəbərlər bizi hədsiz narahat edir və hiddət doğurur. “Səmavi kitabların sonuncusu olan Qurana belə bir təhqiredici münasibətin bütün dünyada demokratiya dəyərlərinin ardıcıl müdafiəçisi qismində çıxış edən bir ölkədə nümayiş etdirilməsi olduqca acınacaqlı və fəsadlıdır. Belə ki, demokratiya pərdəsi altında çirkin, insanlıqdan uzaq hərəkətlərin baş verməsi demokratiya adına ləkədir və ondan sui-istifadədən başqa bir şey deyil. Belə bir hadisə heç bir ölkəyə, cəmiyyətə başucalığı gətirməz.
    17.09.10 Məqaləni oxumaq
     
    Türkdilli ölkələrin xarici işlər nazirlərinin toplantısı olub
    İstanbulda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşü çərçivəsində “Çırağan” sarayında Türkdilli ölkələrin xarici işlər nazirlərinin toplantısı olub. KƏLAMİNFO xəbər verir ki, toplantıdan əvvəl Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlunun görüşü keçirilib. Tərəflər Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşünün əhəmiyyətini vurğulayıb, Naxçıvanda keçirilmiş IX zirvə görüşündən keçən müddətdə görülmüş işləri müsbət qiymətləndirbilər. İki ölkənin xarici siyasət idarələrinin başçıları Dağlıq Qarabağ probleminin nizama salınması ilə bağlı son vəziyyət, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
    17.09.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev: “Viza məsələsi müsbət həllini tapacaq”
    “Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv edilməsi ilə bağlı daim məsləhətləşmələr aparılır. Əminəm ki, bu məsləhətləşmələr yaxşı nəticə verəcək”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla İltanbulda keçirdiyi mətbuat konfransında bildirib. “Keçən dəfə mən bu barədə fikirlərimi ifadə etdim ki, bu məsələ Azərbaycanda daxili prosedurlardan keçməlidir. Azərbaycanın müvafiq qurumları, nazirliklər, dövlət strukturları öz aralarında bu məsələni həll etməlidirlər. Hazırlıq işləri başa çatandan sonra əlbəttə ki, bu məsələ ikitərəfli gündəliyə salınacaq və əminəm ki, müsbət həllini tapacaq”,-deyə prezident İlham Əliyev vurğulayıb. R.T.Ərdoğan isə məsələ ilə bağlı Türkiyə tərəfindən problem olmadığını söyləyib. “Amma qardaşım, inşallah, bu məsələni ən qısa müddətdə həll edəcək. Heç narahat olmayın”,-deyə R.T.Ərdoğan vurğulayıb.
    16.09.10 Məqaləni oxumaq
     
    “Azərbaycanla “bir millət, iki dövlət” hökuməti strukturu yaratmaq istəyirik”
    Türkiyə Qafqazı və Orta Asiyanı rəqabət deyil, əməkdaşlıq bölgəsi kimi qiymətləndirir. Biz türkdilli ölkələrdəki qardaşlarımızla əmədaşlığın səviyyəsinin daha da yüksəldilməsini arzu edirik. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib.
    16.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 184 185 186 187 188 189 190 191 192 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30