Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 183 184 185 186 187 188 189 190 191 » #
    Prezident İlham Əliyev Özbəkistana rəsmi səfərə yola düşüb
    Bu gün Azərbaycan prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfərə yola düşüb. KƏLAMİNFO xəbər verir ki, səfər Özbəkistan prezidenti İslam Kərimovun dəvəti ilə baş tutub. Səfər zamanı Azərbaycan-Özbəkistan əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi məsələləri, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq mahiyyətli aktual problemlər müzakirə olunacaq. Danışıqların yekunu üzrə iki dövlətin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə yönəlmiş ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Prezident İlham Əliyev səfər çərçivəsində həmçinin Daşkənddə inşa edilən Azərbaycan Mədəniyyəti Mərkəzinin açılış mərasimində iştirak edəcək. Xatırladaq ki, dövlət başçısı İlham Əliyev sonuncu dəfə Özbəkistana 2004-cü ilin mart ayında səfər edib.
    28.09.10 Məqaləni oxumaq
     
    Rusiya prezidenti Çində Dağlıq Qarabağdan danışıb
    Çində səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev ÇXR-nın sədri Hu Szintaoya ilə görüşündə Cənubi Qafqazı müzakirə edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Müzakirələrdə regionda münqaişələrin tənzimlənməsi və yeni kommunikasiya xəttlərinin istifadəyə verilməsinə diqqət çəkilib. İki ölkə arasında regionun strateji əhəmiyyət daşıdığını vurğulayan liderlər Cənubi Qafqazın iqtisadi əhəmiyyət daşıdığını vurğulayıblar. D.Medvedevi səfər zamanı hökumət nümayəndələri və iş adamları müşayiət edirlər. Səfərin sonunda tərəflər arasında bir sıra razılaşmaların imzalanacağı gözlənilir. Səfər sentyabrın 28-dək davam edəcək.
    27.09.10 Məqaləni oxumaq
     
    Azərbaycanla Qrenada arasında kommünike imzalanıb
    Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Qrenadanın xarici işlər naziri Peter David ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər.
    Nazirlər “Azərbaycan Respublikası və Qrenada arasında Diplomatik Əlaqələrin qurulması haqqında birgə kommünike” imzalayıblar.
    E.Məmmədyarov həmkarına Azərbaycanın iqtisadi durumu və inkişafı, ölkənin apardığı enerji siyasəti haqda geniş məlumat verib.
    Görüşdə iki ölkə arasında əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib.
    25.09.10 Məqaləni oxumaq
     
    “Moskva Bakı ilə yumşaq münasibət qurmağa məcburdur”
    Türkiyə ilə Azərbaycan arasında yaranan yeni Strateji Əməkdaşlıqdan sonra Moskva Bakı ilə münasibətdə ən azı yumşaldıcı istiqamət götürmək məcburiyyətindədir. Bunu KƏLAMİNFO-ya müsahibəsində politoloq Cümşüd Nuriyev bildirib.
    C.Nuriyevin fikirincə, Rusiya bu addımı atmasa əks təqdirdə “mərkəzdənqaçma” qüvvəsi sayəsində post-sovet məkanında nəinki Azərbaycan və digər türkdilli ölkələr Moskvadan uzaqlaşacaq, hətta Tatarıstan və Başqırdıstan kimi muxtariyyətlər də Rusiyaya baş bəlası olacaqlar. “Onsuzda hazırda Rusiya Şimal Qafqazdan, Dağıstandan bərk narahatdır. Hesab edirəm Rusiya hakimiyyətində ağıllı adamlar var və belə bir vəziyyəti dəyərləndirməyi bacararlar. Rusiya həqiqəti anlamaldır ki, NATO üzvü olan Türkiyə ilə Strateji Əməkdaşlıq Azərbaycanı regionda böyük söz sahibi edir və artıq o, Ermənistanın tayı deyil”,-deyə politoloq açıqlayıb.
    24.09.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev BMT BA-da bu gün çıxış edəcək
    BMT Baş Assambleyasının 65-ci sessiyasında iştirak edən Azərbaycan prezidenti İlham Əliyevin çıxışı bu gün nəzərdə tutulub. KƏLAMİNFO BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 23-də sessiyada ümumi siyasi diskussiyalar başlayacaq. Diskussiyalarda 100-dən artıq dövlət və hökumət başçısı və xarici işlər naziri iştirak edəcək. İlk olaraq Braziliyanın xarici işlər naziri və ABŞ prezidenti çıxış edəcəklər. Sonra Ukrayna, Türkiyə, Keniya və Tacikistan prezidentlərinin çıxışları nəzərdə tutulub. Günün ikinci yarısında çıxış edəcək prezidentlər arasında Gürcüstan, İran, Azərbaycan, İraq, Kamerun və Çili prezidentləri var.
    24.09.10 Məqaləni oxumaq
     
    M.Brayza ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiqləndi
    ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Metyu Brayzanın Amerikanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyinə müsbət rəy verərək təsdiqləyib. KƏLAMİNFO xarici mətbuata istinadən xəbər verir ki, Bakı vaxtı ilə axşam saatlarında baş tutan iclas komitə sədri C.Kerrin sədrlik edib. Con Kerri Metyu Brayzanı dəstəkləməsinə baxmayaraq senatorlardan B.Bokser və B.Menendez səfirin əleyhinə səs verib. Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Metyu Brayzanın Azərbaycana səfir vəzifəsinə namizədliyini cari ilin may ayında irəli sürmüşdü. M.Brayza ilə bağlı komitədə bir dəfə dinləmə keçirilsə də erməni diasporunun təziqləri səbəbindən uğursuz alınmışdı.
    23.09.10 Məqaləni oxumaq
     
    Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı olub
    Azərbaycan prezidenti İlham Əliyevlə Ukrayna prezidenti Viktor Yanukoviç arasında telefon danışığı olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı prezidentlər Ukrayna və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığı dərinləşməsində maraqlı olduqlarını bir daha qeyd ediblər. Dövlət başçıları dünya maliyyə böhranının nəticələrini aradan qaldırmaq və enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün birgə tədbirlər görəcəklərini bildiriblər. Qeyd edək ki, prezident İlham Əliyevin oktyabrın üçüncü ongünlüyündə Ukraynaya səfər edəcəyi gözlənilir.
    22.09.10 Məqaləni oxumaq
     
    İtaliya Senatının nümayəndə heyəti Bakıya gəlir
    Sabah İtaliya Senatının İtaliya-Azərbayjan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfərin məqsədi parlamentlərarası əlaqələrin, eləjə də ölkələrimiz arasında digər sahələrdə münasibətlərin inkişafına dair fikir mübadiləsi aparmaqdır. İtaliyalı qonaqlar səfər çərçivəsində Milli Məclisdə və bir sıra dövlət orqanlarında görüşlər keçirəcəklər.
    22.09.10 Məqaləni oxumaq
     
    E.Məmmədyarov Gürcüstan və Portuqaliyanın XİN başçıları ilə görüşüb
    Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Görüşdə ikitərəfli əlaqələrin səviyyəsi, ölkələr arasında enerji sahəsində həyata keçirilən layihələr və bu istiqamətdə perspektiv planlar və nazir E.Məmmədyarovun Gürcüstana gələcək səfəri ətrafında fikir mübadiləsi aparılıb. E.Məmmədyarov həmçinin Portuqaliyanın Dövlət Naziri, xarici işlər naziri Luis Filipe Marques Amado ilə görüşüb. Görüş zamanı ikitərəfli, xüsusilə də iqtisadi sahədə münasibətlərə dair məsələləri müzakirə edilib. E.Məmmədyarov hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsinin mümkünlüyü barədə danışıb.
    22.09.10 Məqaləni oxumaq
     
    “Seçki proseslərinə müdaxilə edənlər cəzalandırılacaq”
    Seçki proseslərinə qeyri-qanuni müdaxiləyə cəhd göstərən istənilən məmur, dövlət qulluqçusu, həm Seçki Məcəlləsi, həm də möhtərəm Prezidentin Sərəncamına müvafiq olaraq cəzalandırılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib. “Bilirsiz ki, Azərbaycan keçirilən seçkilərin əksəriyyətində AR Seçki Məcəlləsinə müvafiq olaraq hər bir qurumun vəzifələri müəyyən olunub. Bununla yanaşı, ölkə Prezidetinin də seçki proseslərinin ədalətli keçirilməsi məqsədilə yerli Icra Hakimiyyətləri qarşısına məqsəd qoyan xüsusi bir Sərəncamı var. Bu Sərəncam ötən seçkidə verilib və bu seçkilərdə də öz qüvvəsini saxlayır”,-deyən Ə.Həsənov əlavə edib ki, seçki prosesinə müdaxilə yolverilməzdir.
    21.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 183 184 185 186 187 188 189 190 191 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30