Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 182 183 184 185 186 187 188 189 190 » #
    Veronika Kotek: “Parlament seçkiləri Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəlikləri üçün gözəl fürsətdir”
    “Hökumətlə bağlı apardığımız uğurlu əməkdaşlıq nəticəsində qarşıdan gələn parlament seçkiləri ilə bağlı fəaliyyət planı hazırlamışıq”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi xanım Veronika Kotek Mərkəzi Seçki Komissiyası (MSK) ilə Avropa Şurası Venesiya Komissiyasının keçirdiyi birgə treninqlərin açılış mərasimində söyləyib. Onun sözlərinə görə, fəaliyyət planına əsasən müvafiq tədbirlər keçirilib və tədbirləri həyata keçirilməsi davam edir:
    05.10.10 Məqaləni oxumaq
     
    B.Fasye: “Faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərdəki son beş ildəki vəziyyəti araşdıracaq”
    "Bu gün və sabah günün birinci yarısında Bakıda olacaq ATƏT-in faktaraşdırıcı missiyası bir sıra rəsmi görüşlər keçirməyi planlaşdırır". KƏLAMİNFO xəbər verir bu barədə jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasye bildirib. “Bizim missiya bu gün başlayır. İlk olaraq bu gün xarici işlər naziri Elmar Məmmədyarov, daha sonra nazirliyin ekspertləri, həmçinin Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşəcəyik. Sabah isə prezident İlham Əliyevlə görüşüb dərhal İrəvana yola düşəcəyik.
    05.10.10 Məqaləni oxumaq
     
    MM-in deputatları AŞPA-nın sessiyasında iştirak etmək üçün Strasburqa yola düşüblər
    Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün bu gündən oktyabrın 8-dək Strasburqda səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, nümayəndə heyətinə deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov və Sabir Hacıyev daxildirlər. Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli təhlükəsizlik, ekstremizmlə mübarizə, valideyn qayğısından məhrum olmuş uşaqlar və təsisatlarda uşaqlarla qəddar davranış, insan haqları və biznes, Avropa Şurası İnkişaf Bankının strategiyası, Ukraynada demokratik təsisatların fəaliyyəti, Moldovada konstitusional referendumun nəticələri və digər mövzularda fikir mübadiləsi aparılacaq. Sessiyada Milli Məclisin deputatı Rafael Hüseynovun “Səs və işıq ifratları” adlı məruzəsi dinləniləcək, sənəd ətraflı müzakirə olunacaq. Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxış edərək fikirlərini bildirəcəklər.
    05.10.10 Məqaləni oxumaq
     
    Argentinada “Azərbaycanın təqdimatı” keçirilib
    Argentina Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunda (Instituto del Servicio Exterior de la Nación – İSEN) “Azərbaycanın təqdimatı” tədbiri keçirilib. Tədbirdə İSEN-nin müəllim və tələbələri, habelə XİN-in nümayəndələri iştirak ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Tədbirdə ilk öncə Azərbaycanın tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin hazırkı ictimai-siyasi vəziyyəti, iqtisadiyyatı, dini tolerantlığı və sair məqamları əks etdirən ispan dilində film nümayiş etdirilib.
    04.10.10 Məqaləni oxumaq
     
    Milli Məclisin payız sessiyası işə başlayıb
    Bu gün Milli Məclis payız sessiyasının ilk, III çağırış müddətində isə son iclası işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclasda spiker Oqtay Əsədov parlamentin başa çatmaqda olan III çağırış müddətində görülən işlər haqqında məlumat verib. Spiker bildirib ki, Milli Məclisin başa çatmaqda olan III çağırış müddəti ərzində 1058 qanun və qərar qəbul edib. O, qarşıdan gələn parlament seçkilərinin də ölkədə uğurlu keçəcəyinə ümid etdiyini bildirib, millət vəkillərindən bunun üçün bütün səylərini ortaya qoymalarını xahiş edib. Sonra iclasın gündəliyinə təklif olunan 34 məsələ millət vəkilləri tərəfindən qəbul olunaraq müzakirəyə verilib. Qeyd edək ki, payız sessiyasının qanunvericilik işləri planına ümumilikdə 12 məsələ daxildir. Sentyabrın 30-u və oktyabrın 8-də keçiriləcək iclaslarda 34 sənəd, hökumətlərarası sazişin ratifikasiyasına dair qanun layihəsi, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq. Bunlar, əsasən dövlət başçısının, Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və digər qurumların qanunvericilik təşəbbüsü ilə daxil olan sənədlərdir.
    01.10.10 Məqaləni oxumaq
     
    Prezident “Caspian Agro-2010” Beynəlxalq kənd təsərrüfatı sərgisi ilə tanış olub
    Bu gün prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Caspian Agro-2010” III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisi ilə tanış olub. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı əvvəlcə kompleksin həyətində Minsk və Gəncə avtomobil zavodlarının istehsalı olan kənd təsərrüfatı texnikasına baxıb.
    30.09.10 Məqaləni oxumaq
     
    NATO baş katibi bu gün Cənubi Qafqaza gəlir
    Bu gün NATO-nun Baş katibinin Cənubi Qafqaza səfəri başlayır. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, Baş katib Anders foq Rasmussen bu gün Gürcüstana səfər edəcək. NATO-nun Baş katibi səfər çərçivəsində Gürcüstan prezidenti Mixail Saakaşvili, parlamentin sədri David Bakradze, baş nazir Nika Qilauri və xarici işlər naziri Qriqol Vaşadze ilə görüşəcək. O, NATO-nun əlaqələr ofisinin açılışında da iştirak edəcək. O, səfər çərçivəsində Gürcüstan tərəfi ilə NATO-Gürcüstan komissiyasının iclasında qaldırılan məsələləri müzakirə edəcək. Baş katibin Gürcsütandan sonra Ermənistan və Azərbaycana da səfəri gözlənilir.
    30.09.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Brüsselə gedib
    Xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə yola düşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov verib. Şimali Atlantika Şurasının görüşündə NATO ilə Azərbaycan arasında tərəfdaşlıq və praktiki əməkdaşlıq məsələləri müzakirə olunacaq. Qeyd edək ki, NATO-nun mətbuat katibi Ceyms Appaturay oktyabrın 1-də qurumun baş katib Anders foq Rasmussenlə Azərbaycanın xarici işlər nazirinin görüşünün planlaşdırıldığını bildirib. Görüş zamanı Azərbaycan və NATO arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.
    30.09.10 Məqaləni oxumaq
     
    Sabah Milli Məclisinin payız sessiyası işə başlayır
    Sabah Milli Məclisinin payız sessiyası işə başlayır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisin mətbuat xidmətindən veriblər. Payız sessiyasının qanunvericilik işləri planına ümumilikdə 12 məsələ daxildir. Sentyabrın 30-u və oktyabrın 8-də keçiriləcək iclaslarda 34 sənəd, hökumətlərarası sazişin ratifikasiyasına dair qanun layihəsi, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq. “Bunlar, əsasən dövlət başçısının, Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və digər qurumların qanunvericilik təşəbbüsü ilə daxil olan sənədlərdir”,-deyə məlumatda bildirilir.
    30.09.10 Məqaləni oxumaq
     
    ATƏT-in Müşahidə Missiyasının üzvləri MSK sədri ilə görüşüblər
    Bu gün səfir Odri Qloverin başçılıq etdiyi ATƏT-in Müşahidə Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-nın mətbuat xidmətindən veriblər. Görüşdə M.Pənahov bildirib ki, MSK seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq prinsiplərinə riayət olunmasına böyük əhəmiyyət verir, seçki komissiyalarının fəaliyyətinin, seçki prosesinin şəffaf olması üçün bütün qanuni addımları atır. Müşhaidə Missiyasının rəhbəri Milli Məclisə seçkilərlə bağlı MSK-nın gördüyü işlərlə maraqlanıb. MSK sədri seçici siyahılarının dəqiqləşdirilməsi, seçki subyektlərinin maarifləndirmə proqramı, hazırki seçkiqabağı vəziyyət, gələcəkdə görülməsi planlaşdırılan işlər barədə qonaqlara ətraflı məlumat verib. Səfir O.Qlover bu həftənin cümə axşamı ATƏT Müşahidə Missiyasının 22 nəfər uzunmüddətli müşahidəçisinin, noyabrın 3-də isə qısamüddətli müşahidəçilərinin Azərbaycana gələcəklərini bildirib.
    29.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 182 183 184 185 186 187 188 189 190 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30